Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə233/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   229   230   231   232   233   234   235   236   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1945 - 1960-CI illərdə 
Azərbaycan SSR-nin iqtisadi və sosial inkişafı 
Azərbaycan müharibə dövründə hərbi əməliyyatlar meydanına 
çevrilməsə də, ölkəyə böyük ziyan dəymiş, respublikanın əhalisi 500 min nəfər 
azalımş, ölkə milli sərvətlərinin 1/3 hissəsindən məhrum olmuş, neft hasilatı və 
kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalmışdı. 
Müharibədən sonrakı 
dinc quruculuq 
və 
bərpa dövründə 
həyata 
keçirilən tədbirlər nəticəsində 1948-ci ildə sənayedə məhsul istehsalı 
müharibədən əvvəlki səviyyəyə çatmışdı. SSRİ rəhbərliyi Azərbaycanda yenə 
əsas diqqəti ciddi ehtiyac duyduğu 
neft hasilatına 
yönəltmişdi. 1948-ci ildə 
hətta açıq dənizdə neft estakadası - 
Neft Daşları 
qurulmuş və 
1949-cu ildə 
dünyada ilk dəfə Azərbaycanda dənizdə neft çıxarılmasına başlanılmışdı. 
Müharibədən sonrakı ilk 5 ildə 10 yeni neft emalı müəssisəsi tikilmişdi. 1953-cü 
ildə yeni bir sənaye nəhəngi 
Bakı Yeni Neftayırma zavodu 
işə düşmüşdü. 
1955-ci ildə Azərbaycanda dərinliyi 5 min metrə çatan neft quyusu qazılmışdı. 
Bu, SSRİ-də ən dərin quyu idi. Ural və Sibirdə zəngin neft yataqlarının kəşf 
edilməsi ilə bağlı mərkəzin getdikcə daha çox xərc tələb edən Azərbaycan 
neftinə marağı xeyli azalmışdı. 1965-ci ildə Azərbaycanda neft hasilatı 21,5 
milyon tona çatdırılsa da, mərkəzin bu sahəyə az vəsait ayırmasının nəticəsində 
hasilat azalaraq 1970-ci ildə 17 milyon tona düşmüşdü. 
Azərbaycanda 
neftayırma sənayesi 
bu dövrdə xeyli inkişaf etmişdi və 
emal müəssisələri 
80 adda məhsul 
istehsal edirdi. Qaz hasilatmın ildən - ilə 
çoxalması nəzərə alınaraq 1961-ci ildə 
Azərbaycan Qaz Emalı zavodu 
istifadəyə verilmişdi. Azərbaycanın maşınqayırma sənayesi öz qiymətli 
məhsulları ilə nəinki respublikanı təmin edir, hətta istehsal olunan məhsulun çox 
hissəsi SSRİ-nin digər bölgələrinə göndərilirdi. 1966 - 1968-ci illərdə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin