Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə230/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   226   227   228   229   230   231   232   233   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

pambıq əkinlərinin 
respublikada daha da 
genişləndirilməsi 
haqqında SSRİ-nin rəhbəri 
L.İ.Brejnevin 1965-ci il tarixli 
329 


göstərişinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. 
1964-
cü ildə Moskvanın təzyiqləri altında Şimali Azərbaycanın guya 
Rusiyaya könüllü birləşməsi respublikamızda təntənə ilə qeyd olundu. Tarixin 
bu şəkildə saxtalaşdırılmasma qarşı çıxan tarixçi alimlərimiz Ziya Bün- yadov, 
Mahmud İsmayılov, Süleyman Əliyarov tənqid və təqiblərə məruz qaldılar. 
1962-ci ildə Xudu Məmmədov, Oqtay Rəfili, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı 
kimi bir qrup vətənpərvər ziyalılar və vəzifəli şəxslər tərəfindən gizli şəkildə 
yaradılmış "Milli Azərbaycan Qərargahı" respublikada rəhbər vəzifələrə 
azərbaycanlı kadrların təyin edilməsinə və Azərbaycanın büdcəsinin Moskvada 
deyil, Bakıda müəyyənləşdirilməsinə nail olmaq uğrunda mübarizə aparırdı. 
60-cı illərin ortalarında Kommunist Partiyasının respublika həyatının bütün 
sahələrinə ciddi nəzarətinin gücləndiyi bir şəraitdə ayrı- ayrı dövlət xadimləri və 
ziyalılarımız milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və 
dirçəldilməsinə diqqət yetirməyə başlamışdılar. Bu sahədə 1966 - 1967-ci 
illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi 
vəzifəsində işləyən 
Şıxəli Qurbanovun 
və onun həmfikirlərinin böyük xidməti 
olmuşdur. Onların səyi ilə 
1967-ci ildə respublikamızda ilk dəfə olaraq 
Şərqdə yeni ilin gəlişinin rəmzi olan Novruz bayramı "Bahar bayramı" adı 
ilə rəsmən qeyd olunmuşdu.
SSRİ-nin rəhbəri L.İ.Brejnevin bütövlükdə respublika iqtisadiyyatının, 
xüsusilə kənd təsərrüfatının inkişaf sürətindən narazı qalması 1969-cu ilin iyul 
ayında Vəli Axundovun Azərbaycan KP MK-nm birinci katibi vəzifəsindən 
azad edilməsi ilə nəticələndi. Sovet İttifaqı KP MK-nm tövsiyəsi ilə həmin 
vəzifəyə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin