cəsusu" adlandırılan akademik Məmməd Arif Dadaşzadə, yazıçı Mirzə
İbrahimov, Mikayıl Vəliyev, filosof Heydər Hüseynov, şair Səməd Vurğun,
bəstəkar Üzeyir Hacıbəyov və başqaları təqib və təzyiqlərə məruz qalırdılar.
Azərbaycan alimləri mövcud rejimin ideologiyasından azacıq kənara
çıxan istənilən fikrinə görə dərhal həbs və sürgün edilir, repressiyalara məruz
qalır, onların əsərləri isə qadağan olunurdu. Akademik Heydər Hüseynov
1949-cu ildə çap edilmiş əsərində Şimali Qafqazda Şeyx Şamil hərəkatım
düzgün olaraq çarizmin müstəmləkə siyasətinə qarşı azadlıq mübarizəsi kimi
qiymətləndirdiyinə görə təqiblərə məruz qalmış, bu əsərə görə ona verilmiş
"Stalin mükafatı" geri alınmışdı. M.C.Bağırov Şeyx Şamili heç bir əsas
göstərmədən "ingilis cəsusu" adlandırmış və akademik H.Hüseynovu çox
gülməli şəkildə Şamilin ardıcılı olmaqda təqsirləndirmişdi. H.Hüseynov bütün
bu haqsızlıqlara dözməyərək intihar etmişdi.
Hakim ideologiyanın tarix elmi üzərində təzyiqi daha da güclənmişdi.
Azərbaycan xalqının soykökü məsələsi qəsdən təhrif olunur. Şimali
Azərbaycanın Rusiyaya könüllü birləşməsi haqqında qeyri - elmi və uydurma
fikirlər irəli sürülür, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tamamilə
saxtalaşdırılırdı. Azərbaycan türklərinin ana abidəsi olan "Kitabi Dədə Qor-
qud"a mürtəce xan - bəy eposu damğası vurulmuşdu. Abbasqulu ağa
Bakıxanov, Mirzə Kazım bəy kimi görkəmli alimlərimiz istismarçı zümrələri
müdafiə etməkdə günahlandınlırdılar.
Mövcud quruluşa nifrətlə yanaşan bir qrup vətənpərvər gənc tərəfindən
1947-ci ildə yaradılmış "İldırım" təşkilatı Azərbaycanın sovet rejiminin
əsarətindən xilas edilməsini özünün əsas vəzifəsi kimi irəli sürmüşdü. Həmin
təşkilatın 8 nəfər fəal üzvü dərhal həbs edilərək Sibirə sürgünə göndərilmişdi.
Konstitusiyada əhaliyə sözdə verilmiş "demokratik" hüquqların çoxu
demək olar ki, təmin edilmirdi. "Xalq hakimiyyəti" orqanlanna seçkilər formal
şəkildə və ciddi inzibati nəzarət altında keçirilirdi.
1950 - 1960-cı illərdə respublikada ictimai - siyasi həyat
Sovet dövlətinin başçısı t.V.Stalin 1953-cü il martın 5-də vəfat etdi.
1953-cü ilin sentyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi vəzifəsinə gətirilmiş N.S.Xruşşov SSRİ-yə rəhbərlik
etməyə başladı. N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə
tənqid etməklə, özünə siyasi nüfuz qazanmağa çalışır. Sovet dövlətinin,
Kommmunist Partiyasının və sosializm quruculuğunun bütün günah və
qüsurlarını şəxsiyyətə pərəstişin nəticəsi kimi göstərərək mövcud quruluşu
təmizə çıxarmağa çalışırdı.
SSRİ-də siyasi rəhbərliyin dəyişməsi dərhal Azərbaycan SSR-də də
özünü göstərdi. Azərbaycanın rəhbəri M.C.Bağırov vəzifədən uzaqlaşdırı- laraq
həbs olundu. O, 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qəran ilə repressiya
dövründə törətdiyi cinayətlərə görə ən yaxın əlaltıları ilə birlikdə ölüm
Dostları ilə paylaş: