cəllələrinm qabulu
müttəfiq respublikaların səlahiyyətinə verilmişdi. İmam
Mustafayev yaranmış əlverişli imkanlardan Azərbaycanın xeyrinə istifada
edərək respublikamızın sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün çox
mühüm addımlar atmışdı. Yeni sənaye müəssisələrinin açılması ilə rayonlardan
və kəndlərdən gənclərin işləmək üçün Bakıya axını xeyli güclənmişdi. Nəticədə
"beynəlmiləl"
şəhər olan
Bakıda azərbaycanlıların say üstünlüyü
təmin
olunmuşdu. Kənd təsərrüfatının, xüsusilə əhalini əsas ərzaq məhsulları ilə təmin
edən sahələrinə diqqət artırılmışdı. Azərbaycan dilinin rəsmi dövlət sənədlərində
və kargüzarlıqda işlədilməməsi respublika rəhbərliyini
çox ciddi şəkildə
düşündürməyə başlamışdı.
Dostları ilə paylaş: