Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə236/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   232   233   234   235   236   237   238   239   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 
sədri 
vəzifəsinə təyin edilmişdi. H.Ə.Əliyev işdən ayrılmadan Azərbaycan 
Dövlət Universitetinin Tarix fakültəsini də bitirmişdir. 
Heydər Əliyev 1969- cu 
ildə 
hakimiyyətə gələndə respublikada ictimai - siyasi və iqtisadi vəziyyət 
kifayət qədər mürəkkəb idi. Bir tərəfdən respublikanın iqtisadi inkişafı ləng 
gedirdi və xalq təsərrüfatının əsas sahələri üzrə iqtisadi göstəricilər xeyli aşağı 
idi. Heydər Əliyev respublikada öz fəaliyyətinə idarəetmə orqanlarında ciddi 
kadr dəyişiklikləri ilə başladı. Partiya, təsərrüfat və sovet orqanlarında qanunu 
pozan, nüfuzunu itirən və işinin öhdəsindən gələ bilməyən bütün kadrlar dərhal 
yeniləri ilə əvəz olundu. Nazirlər Şurasının sədri təyin edilən 
335 


Ə.İbrahimov, Ali Sovetin Rəyasət Heyətinin Sədri təyin edilən Q.Xəlilov kimi 
vicdanlı və dürüst şəxslərin dövlət və hökumət orqanlarında vəzifəyə gətirilməsi 
bütövlükdə hakimiyyətin nüfuzunun artmasına səbəb oldu. Sovet dövlətinin əsl 
xalq hakimiyyəti olmasına inanan Heydər Əliyev fəhlə, kəndli və ziyalıların 
nümayəndələri ilə bütün görüşlərində onları dinləmək bacanğı ilə hamını heyrətə 
gətirirdi. 
Əhalinin getdikcə artan tələbatının ödənilməsində ciddi problemlərin 
olduğu bir şəraitdə 
mənzillərin, minik avtomobillərinin və digər az tapılan 
malların bölüşdürülməsində ədalət prinsipinə ciddi əməl olunması 
sadə 
adamlarda dövlətə inamı artırmışdı. 70-ci illərin əvvəllərindən Respublikanın 
həyatının müxtəlif sahələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün 
SSRİ>nin Moskva, Leninqrad və digər şəhərlərinin ali məktəblərinə 
müsabiqədən kənar qaydada təhsil almaq üçün hər il min nəfər azərbaycanlı gənc 
göndərilirdi. 
Heydər Əliyev 
SSRİ tərkibində Azərbaycanın bir müttəfiq respublika 
kimi hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını alırdı. 1977-ci 
il SSRİ Konstitusiyası hazırlanarkən Ermənistan rəhbərliyinin qaldırdığı Dağlıq 
Qarabağın statusuna yenidən baxılması məsələsi onun SSRİ rəhbərliyi 
qarşısında nümayiş etdirdiyi barışmaz və qəti mövqe nəticəsində gündəlikdən 
çıxarılmışdı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların 
yaşadığı kənd və rayonlann acınacaqlı sosial - iqtisadi vəziyyəti ilə yerində tanış 
olan H.Əliyev xüsusilə, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin