Azərbaycana gəlməyə məcbur oldu. Ermənisandakı
bu hadisələrdən ruhlanan
Dağlıq Qarabağ erməniləri Xankəndində (Stepanakertdə) fasiləsiz mitinqlərə
başladılar. Muxtar Vilayət Sovetinin sessiyası 1988-ci il fevralın 20-də
"DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb, Ermənistan SSR tərkibinə
verilməsi haqqında" qərar qəbul etdi. Qarabağ erməniləri Azərbaycan
hökumətindən vilayətin
statusunun dəyişdirilməsini, SSRİ rəhbərliyindən isə
vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb, Ermənistana verilməsini
tələb edirdilər. Moskva isə münaqişəni daha da qızışdırmağa çalışırdı. Sovet
İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş bir üzvü sərhədlərin dəyişdirilməsinin
yolverilməzliyindən danışaraq Azərbaycanı aldadır, Yerevana gedən başqa bir
üzvü isə Dağlıq Qarabağ ermənilərinin separatçılıq hərəkətlərinə haqq
qazandırırdı. 1988-ci il fevralın 24-də DQMV-nin Əsgəran rayonunda erməni
quldurlarının iki azərbaycanlını qətlə yetirməsi vəziyyəti daha da gərginləşdirdi.
SSRİ və Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi şəraitində Azərbaycanın bir
müttəfiq respublika kimi hüquqlarının kobud şəkildə tap- dalanmasma xalqımız
öz etirazını mitinq və nümayişlərlə bildirməyə başladı. Münaqişə bölgəsində
yaşayan azərbaycanlıların Düzən Qarabağda toplaşaraq
erməni separatizmini
beşiyində boğmaq və münaqişənin böyüyərək qanlı müharibəyə çevrilməsinin
qarşısını almaq üçün əliyalın da olsa, yürüşə başlamasının qarşısı Azərbaycan
rəhbərliyi tərəfindən alındı. Respublika rəhbərliyi Ermənistandan qovulmuş
azərbaycanlı qaçqınların Dağlıq Qarabağda məskunlaşmasına da icazə vermədi.
Erməni millətçiləri bütün dünyada öz mənfur əməllərinə haqq qazandırmaq
üçün özlərinin "əzabkeş" obrazını yaradaraq beynəlxalq ictimaiyyəti aldatmağa
və xristian həmrəyliyinə nail olmağa, azərbycanlıların isə "quldur, qaniçən"
olması haqqında yanlış təsəvvürlər yaratmağa çalışırdılar.
Erməni millətçiləri
Qarabağ hadisələrinə dini xarakter verərək, bu münaqişəni dünyada hansısa
xristian - müsəlman qarşıdurmasının tərkib hissəsi kimi qələmə verməyə
çalışırdılar. Münaqişə başlayandan Moskvaya
arxalanan ermənilər
Azərbaycanda böyük sensassiya yarada biləcək dəhşətli bir faciə törətmək və
dünya ictimaiyyətin gözündə öz mənfur əməllərinə haqq qazandırmaq üçün
Sumqayıt şəhərini seçmişdilər. Ermənilər törədəcəkləri fitnəkarlığı lentə almaq
üçün, hətta cinayətlərin baş verəcəyi yerlərdə qabaqcadan tele - fotooperatorlar
yerləşdirmişdilər. 1988-ci ilin fevral ayında Sumqayıtda ictimai - siyasi vəziyyət
mürəkkəb idi. Erməni quldurları tərəfindən zorakılıqla Ermənistandan
qovulmuş 4 min nəfərdən çox qaçqın Sumqayıtdakı qohumlarına pənah
gətirmişdi. Milli münaqişənin hər an qızışa biləcəyi Sumqayıt şəhərində hətta
milis (indiki polis - Red.) işçilərinin də silahları yığılmışdı. 1988-ci il fevralın
28-də erməni Edik Qriqoryanm təşkilatçılığı ilə Sumqayıt şəhərində böyük bir
fitnəkarlıq törədildi. E.Qriqoryan şəxsən özü 9 ermənini öldürmüşdü.
Ermənilərin törətdiyi bu faciə nəticəsində Sumqayıt şəhərində 32 nəfər, o
cümlədən, 26 erməni və 6 azərbaycanlı qətlə yetirildi. Erməni millətçiləri
Sumqayıt fitnəkarlığından istifadə edərək
beynəlxalq ictimaiyyətdə
344
azərbaycanlılar haqqında mənfi təsəvvürlərin yaradılmasına nail oldular.
Bundan sonra Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlılara qarşı
mütəşəkkil şəkildə talan və qırğınlar törətməyə başladılar. Nəticəsi bizim üçün
çox ağır oldu.
Dostları ilə paylaş: