Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə247/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   243   244   245   246   247   248   249   250   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

üç rəngli ay - ulduzlu bayrağı 
dalğalanmağa başlamışdı. Meydan hərəkatında 
Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq 
Qarabağda anti- Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, 
Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi kimi çox mühüm 
tələblər irəli sürülmüş, hətta ilk dəfə "suverenlik", "azadlıq" kimi şüarlar 
səsləndirilmişdi. Hökumət 
1988-
ci il dekabrın 4-də, gecə hərbi qüvvə yeridərək meydanın mitinqçilərdən 
zorla boşaldılmasına nail ola bilmişdi. 1989-cu ilin yazında SSRİ Xalq 
Deputatlarının I qurultayına nümayəndələrin seçkisi keçirilərkən Əbdürrəhman 
Vəzirov başda olmaqla Azərbaycanın Kommunist rəhbərliyi bütün inzibati 
imkanlarını işə salaraq partiya və dövlətə sədaqətli olan şəxslərin deputat 
seçilməsinə nail olmuşdu. Nəticədə respublikamız 
SSRİ Xalq Deputatları 
qurultayında 
və 
SSRİ Ali Sovetində 
Azərbaycan xalqının mənafeyinin lazımi 
şəkildə müdafiə edilməsi imkanından məhrum olmuşdu. Belə bir ağır şəraitdə 
Azərbaycanda azadlıq hərəkatına rəhbərlik etmək üçün müxtəlif təşkilatları 
təmsil edən bir qrup ziyalı tərəfindən 1989- cu il iyun ayının 16-da yarıgizli 
şəkildə Bakıda 
Azərbaycan Xalq Cəbhəsinin 
(AXC) yaradıldığı elan olundu. 
Təsisedici konfransda AXC-nin proqramı və nizamnaməsi qəbul olundu və 15 
nəfərdən ibarət İdarə heyəti seçildi. 
Əbülfəz Əliyev (Elçibəy) 
AXC-nin sədri 
oldu. Xalqımız Azərbaycanın qarşılaşdığı çox ciddi problemlərin Moskvanın 
əlaltısı kimi çıxış edən respublika rəhbəri Əbdürrəhman Vəzirov tərəfindən həll 
ediləcəyinə ümidini tamamilə itirmişdi. Xalqın qabaqcıl hissəsi 
Azərbaycanın 
müstəqilliyi uğrunda mübarizə aparılmasını 
qarşısına məqsəd qoymuş AXC 
ətrafında birləşməyə başladı. Bu təşkilatın təzyiqi altında respublika 
rəhbərliyinin 
1989-
cu il sentyabrın 15-də çağırmağa məcbur olduğu Azərbaycan SSR Ali 
Sovetinin növbədənkənar sessiyası sentyabrın 23-də 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin