Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə248/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   244   245   246   247   248   249   250   251   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

"Azərbaycan SSR-in 
suverenliyi haqqında" 
Konstitusiya qanununu qəbul etdi. Bu hüquqi sənədə 
respublikada Azərbaycan SSR qanunlarının İttifaq qanunlarından üstün olması 
və 
Azərbaycanın, hətta SSRİ-nin tərkibindən çıxa bilməsi
346 


haqqında bəndin daxil edilməsi demokratik hərəkatın çox böyük qələbəsi hesab 
olunur. 1989-cu ildə baş vermiş ən mühüm hadisələrdən biri də hələ 1930-cu 
illərdə Moskvanın Azərbaycanda canişini olmuş S.M.Kirovun şərəfinə 
Kirovabad adlandırılan qədim Gəncə şəhərinin tarixi adının qaytarılması oldu. 
Demokratik qüvvələrin tələbləri qarşısında geriyə çəkilən SSRİ 
hökuməti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini 
ləğv etməyə məcbur oldu. Dağlıq Qarabağın idarəçiliyinin Azərbaycan 
Respublikasına qaytarılması haqqında Moskvanın bu qərarını etirazla qarşılayan 
erməni millətçiləri qanuna zidd separatçılıq əməllərindən əl çəkmədilər. 
1989-
cu il dekabrın 1-də Ermənistanın Ali Soveti "Dağlıq Qarabağın 
Ermənistana birləşdirilməsi haqqında" qərar verərək Qarabağ qiyamçılanm daha 
da ruhlandırdı. Stepanakertdə (Xankəndi) Ermənistan bayrağı qaldırıldı və 
DQMV-dəki bütün təsərrüfat orqanları və müəssisələr Ermənistana tabe 
olduqlanm bildirdilər. Azərbaycamn siyasi rəhbərliyi hadisələrin belə gedişi 
qarşısında tamamilə aciz qalmışdı, İttifaq hökuməti isə erməni separatizminin 
qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görmürdü. 
Qanlı Yanvar 
1989-
cu ilin payızında Azərbaycanın ictimai - siyasi həyatında baş 
vermiş ən mühüm hadisələrin önündə gedən Azərbaycan Xalq Cəbhəsi çox 
nüfuzlu və kütləvi bir təşkilata çevrilmişdi. Bu təşkilatın sıralarında 300 min 
nəfərə qədər üzv və tərəfdar birləşmişdi. AXC-nin böyük nüfuza malik olan 
siyasi qüvvəyə çevrilməsi Azərbaycanın Kommunist rəhbərliyini, xüsusilə 
Moskvanı bərk qorxuya salmışdı. Ermənistanın təcavüzü və Qarabağda 
Azərbaycanın suverenliyinin pozulması xalqın hakimiyyətdən narazılığını o 
dərəcədə gücləndirmişdi ki, artıq onun səbr kasası dolub - daşmışdı. Kütləvi 
narazılıq şəraitində Azərbaycanda ictimai - siyasi vəziyyətin getdikcə 
radikallaşması AXC-nin tərkibində də daha qətiyyətli addımların atılmasının 
tərəfdarı olan "radikallar" qanadının mövqeyini xeyli gücləndirmişdi. Təşkilatın 
rəhbər orqanlarında "liberal" qanadın mövqeyi xeyli zəifləmişdi. 
Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatlarının rəhbərliyi altında 
bölgələrdə 1989-cu il noyabr - dekabr - 1990-cı ilin yanvar aylarında fasiləsiz 
mitinqlər, nümayişlər və tətillər keçirilmişdi. Nəticədə Cəlilabadda yerli 
hakimiyyət orqanları ləğv edilmiş, Sabirabad, Ağcabədi və Lənkəranda rayon 
rəhbərləri xalqın tələbi ilə istefaya göndərilmişdi. 
1989-cu il dekabrın 30-da AXC-nin Naxçıvan şöbəsinin başçılığı 
altında əhali tərəfindən Araz çayı boyunca Sovet - İran sərhəddindəki qurğular 
dağıdılmışdı. 1990-cı il yanvar ayının 18-də Biləsuvar və Cəlilabad rayonlarında 
da əhali tərəfindən sərhəd dirəkləri və digər qurğular sökülmüşdü. 1990-cı il 
yanvar ayının 12-də AXC-nin radikallar qanadımn yaratdığı Milli MüdaBə 
Şurasının (MMŞ) məqsədi hərbi dəstələr təşkil edərək Azərbaycan əhalisini 
erməni silahlı qüvvələrinin hücumlarından qo 
347 


rumaq idi. 1990-cı il yanvar ayının 13-də Bakıda bir erməninin iki 
azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başladı. Nə yerli 
hüquq mühafizə orqanları, nə də SSRİ-nin 12 minlik daxili qoşun hissələri 
qəsdən bu talanların qarşısını almaq üçün heç bir ciddi tədbir görməyərək seyrçi 
mövqe tutdular. AXC-nin özünümüdafiə dəstələrinin gücü ilə bu talanların 
qarşısı alındı. 1990-cı il yanvar ayının 15-də SSRİ rəhbərliyi "DQMV və digər 
rayonlarda fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Baş 
vermiş bütün bu hadisələr Azərbaycanda siyasi böhranın dərinləşməsinə gətirib 
çıxartdı. İflic vəziyyətinə düşən respublika hökuməti hadisələrə nəzarəti 
tamamilə itirdi. SSRİ hökuməti Azərbaycanda Sovet hakimiyyətinin 
devriləcəyindən və Azərbaycanı itirəcəyindən, nəticədə respublikanın 
müstəqillik qazanacağından bərk qorxuya düşərək Bakı ətrafına çoxlu sayda 
əlavə qoşun hissələri və ağır texnika cəmləşdirməyə başladı. AXC Milli 
Müdafiə Şurasının təşkilatçılığı ilə Bakının küçələrində və Bakıdakı sovet 
qoşun hissələrinin ətrafında əhali tərəfindən barrikadalar qurulmasına başlandı 
və Bakı şəhərinə gələn yollarda 26 iri maneə yaradıldı. Şəhərdə yerləşən 60 
sovet qoşun hissəsinin 34-nün, o cümlədən, Salyan kazarmalarının yolu 
tamamilə kəsildi. 1990-cı il yanvar ayının 17-də AKP MK-nin binası qarşısında 
başlayan mitinqdə Moskvadan Ermənistanın Azərbaycana qarşı ərazi 
iddialarına qəti şəkildə son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq 
Qarabağa və sərhəd bölgələrinə göndərilməsi, respublikanın rəhbəri 
Ə.Vəzirovun istefaya göndərilməsi və onun yerinə hakimiyyətə xalqın istədiyi 
namizədin gətirilməsi qətiyyətlə tələb edilirdi. 1990-cı il yanvar ayının 19-da 
xalqın tələbi ilə Naxçıvan MSSR-in Ali soveti Muxtar respublikanın SSRİ-nin 
tərkibindən çıxması haqqında qərar qəbul etdi. Həmin gün SSRİ Ali Sovetinin 
Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan "Bakı şəhərində 
fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Lakin 1990-cı il 
yanvar ayının 20-si səhərədək bu fərman xalqdan gizli saxlamldı. Hələ üstəlik 
Moskvanın Bakıya göndərdiyi yüksək vəzifəli emissarları - Sov. İKP MK katibi 
A.Girenko və SSRİ Ali Sovetinin sədri Y.Primakov Azərbaycamn rəsmi 
şəxslərini və əhalinin nümayəndələrini inandırmışdı ki, Bakıya qoşun 
yeridilməsindən söhbət belə gedə bilməz. Həmin fərman haqqında xalqa heç bir 
məlumat verilməsin - deyə yanvar ayının 19-da axşam saat 19:30-da 
Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Şəxsən SSRİ Müdafiə 
naziri marşal D.Yazovun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə 
keçən gecə Bakıda gizli kod adı "Tayfun" olan döyüş əməliyyatına başlandı. 
Hücum əməliyyatında Azərbaycana gətirilmiş Sovet qoşun hissələri, Bakı 
qarnizonunun qüvvələri və dənizdən hərbi gəmilər cəlb olunmuşdu. Hücum 
başlayan kimi ağır texnika asanlıqla bütün barrikadaları dağıtmışdı. Əsgərlər 
dinc əhalini avtomatlardan və digər silahlardan gülləbaran edir, yaşayış evlərini, 
hətta təcili yardım maşınlarını atəşə tuturdular. Vəhşiləşmiş əsgərlər qarşısına 
çıxan adamları tankın altında basıb - əzməkdən belə çəkinmirdilər. Bakı 
şəhərinin küçə- 
348 


ləri çoxlu sayda günahsız insanların-qoca, qadın və uşaqların qanına 
boyanmışdı. Sovet ordusu tərəfindən həyata keçirilən qırğınlar nəticəsində Bakı 
şəhərində və digər bölgələrdə 131 nəfər dinc sakin öldürülmüş, 734 nəfər 
yaralanmış, yüzlərlə yaşayış evi yandırılmış, əhaliyə və şəhər təsərrüfatına 
böyük ziyan vurulmuşdu. Düşmən bu qətliamı həyata keçirəndən sonra, məhz 
yanvar ayının 20-də səhər əhaliyə Bakıda fövqəladə vəziyyətin elan edilməsi 
haqqında məlumat verilmişdi. İsrarla Moskvadan qətiyyətli tədbirlərin 
görülməsini və xalqa qarşı güc tətbiq olunmasını tələb edən Əbdürrəhman 
Vəzirov hərbi təyyarə ilə öz ağalarının yanma - Moskvaya qaçmışdı. Bakıda və 
respublikada bütün hakimiyyət hərbi komandanlığın əlinə keçmiş, kütləvi 
həbslər aparılmış və AXC-nin qərargahı dağıdılmışdı. Xalq hərbi qüvvələrin 
hücumu qarşısında məğlub olsa da, ruhdan düşməmiş və Qanlı yanvar qırğınına 
qəti etiraz əlaməti olaraq Azərbaycanda 40 günlük ümummilli tətil elan 
edilmişdi. 
Azərbaycan xalqının bu ağır günlərində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin