Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Ermənistanda öz dədə - baba torpaqlarında yaşayan yüzlərlə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə245/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   241   242   243   244   245   246   247   248   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Ermənistanda öz dədə - baba torpaqlarında yaşayan yüzlərlə 
soydaşımız qətlə yetirildi (tək bir Quqark rayonunda 70 nəfər azərbaycanlı 
öldürülmüşdü.) 
və 
100 minlərlə azərbaycanlı Ermənistandan qovuldu. 
1988-ci il dekabrın 7-də baş vermiş dəhşətli zəlzələ nəticəsində Spitak şəhərinin 
yerlə - yeksan edilməsinə və bu zaman Azərbaycanın bu nankor qonşusuna ilk 
kömək əlini uzatmasına baxmayaraq, ermənilər azərbaycanlılara qarşı qanlı 
cinayətlərinə son vermədilər. 
1988-ci ildə Ermənistandakı 185 azərbaycanlı 
kəndindən və digər yaşayış məntəqələrindən 230 minə yaxın azərbaycanlı 
qovulub çıxarılmışdı.
Ermənilər rus əsgərlərinin köməyi ilə 1991-ci il avqustun 8-də bir gün 
ərzində azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqəsi olan Nüvədi 
kəndinin əhalisini də Ermənistandan qovdular. Beləliklə, Ermənistan 
ərazisindən 
Azərbaycan türklərinin deportasiyasının sonuncu mərhələsi 
başa çatdı və nəticədə Ermənistan ərazisində bir nəfər də olsun, azərbaycanlı 
qalmadı. 
SSRİ rəhbərliyi 
Qarabağ məsələsinin ədalətli həllinə 
qətiyyən maraq 
göstərmir, Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi bütün qərarlar 
Azərbaycanın bu ərazi üzərində hüquqlarının daha da pozulmasına gətirib 
çıxarırdı. 1989-cu il yanvar ayının 12-də SSRİ Ali Sovetinin "Azərbaycan 
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin 
yaradılması haqqında" qərarı ilə əslində bu bölgə Azərbaycanın tabeçiliyindən 
çıxarılaraq birbaşa Moskvanın idarəçiliyinə verildi. Ermənipərəst Arkadi 
Volskinin başçılıq etdiyi 
Xüsusi İdarə Komitəsinin 
Azərbaycan əleyhinə 
yönəlmiş fəaliyyətinin nəticələri respublikamız üçün faciəli oldu: 1) Dağlıq 
Qarabağda erməni silahlı quldur dəstələrinin formalaşdırılması prosesi başa 
çatdırıldı. 2) Azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri blokadaya 
alındı. 3) Stepanakertdən (Xankəndi) bütün azərbaycanlılar qovulub çıxarıldı. 4) 
DQMV-dəki bütün müəssisə və təşkilatlar 6 may 1989-cu il tarixindən 
Azərbaycanın tabeçiliyindən çıxarıldı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin