dirilən
Azərbaycan nefti
dünyada 140 - 150 dollara satılırdı. 1988-ci il
məlumatına görə, Azərbaycanda
əmək haqqı
bir çox müttəfiq respublikalardan
az
idi. SSRİ üzrə orta aylıq əmək haqqı 220 manat, Azərbaycanda isə 171 manat
təşkil edirdi.
Yenidənqurma şəraitində müttəfiq respublikaların
bir çoxunda, o
cümlədən Azərbaycanda SSRİ daxilində öz milli hüquqlanm genişləndirmək,
hətta dövlət müstəqilliyi əldə etmək haqqında düşünməyə başlamışdılar.
Sovet
rəhbərliyi
belə meyllərin artacağını yaxşı bildiyindən
şüurlu şəkildə ölkənin
müxtəlif yerlərində
milli münaqişələrin qızışdınimasına
rəvac verirdi. Erməni
millətçiləri bu mənfur niyyətin gerçəkləşdirilməsində Moskvanın əlində əsas
vasitəyə çevrilmişdilər və onlar Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
etməyə başlamışdılar. 1987-ci ilin payızında SSRİ-nin rəhbəri M.Qorbaçov
Heydər Əliyevin
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini
vəzifəsindən uzaqlaşdırılmasına nail olduqdan sonra erməni millətçilərinin
təcavüzkarlığı xüsusilə güclənmişdi. Azərbaycan
ölkənin ali rəhbərliyində
özünün əsas dayağından məhrum olduğundan Ermənistanın, Moskvanın və
Qərbin dövrü mətbuatında
Azərbaycana qarşı geniş təbliğat kampaniyası
başlanmışdı. Erməni millətçiləri ilk növbədə
Dağlıq Qarabağın
Azərbaycandan qoparılmasma
yönələn ərazi iddiaları ilə çıxış edirdilər.
Azərbaycan rəhbərliyi isə bu çətin və məsuliyyətli
dövrdə çox qorxaq və
qətiyyətsiz mövqe nümayiş etdirir, lazımi tədbirləri görmək əvəzinə, xalqımızın
vətənpərvər övladlarının erməni iddialarına qarşı istənilən etirazım xalqlar
dostluğunun pozulmasına cəhd kimi qiymətləndirirdi.
Dostları ilə paylaş: