vəziyyəti daha da mürəkkəbləşdirdi. Azərbaycanın
problemlərinə dərindən
bələd olmayan və xalqımızın psixologiyasını yaxşı bilməyən, milli maraqlardan
uzaq olub, Moskvaya xidmət edən Əbdürrəhman
Vəzirov bu çətin və
məsuliyyətli dövrdə Moskvadan qızışdırılan milli
münaqişəyə qəsdən yersiz
beynəlmiləlçilik prinsipindən yanaşır, vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə,
beşinci, onuncu dərəcəli məsələlərin həlli ilə məşğul olurdu. Bunun nəticəsidir
ki, 1988-ci ilin payızında Dağlıq Qarabağ tamamilə respublikamızın
nəzarətindən çıxmışdı. Moskvanın Dağlıq Qarabağdakı canişini A.Volskinin
qatı
ermənipərəst siyasəti, nadir Topxana meşəsində
ekoloji cəhətdən zərərli
sənaye obyektinin tikilməsinə başlanılması
bütün
Azərbaycan xalqını
ayağa
qaldırdı.
1988-ci il noyabrın 17-də
Bakının Lenin adma meydanında başlayan
mitinq 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına
çevrildi.
Lenin (indi Azadlıq - Red.) meydanında
Azərbaycan Xalq Cümhuriyyətinin
Dostları ilə paylaş: