Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə251/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   247   248   249   250   251   252   253   254   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyasının 
350 


bütün inzibati imkanları səfərbər etməsi, seçkilərin fövqəladə vəziyyət 
şəraitində keçirilməsi və səslərin hesablanmasmdakı kütləvi saxtakarlıqlara yol 
verilməsi 30 sentyabr 1990-cı il parlament seçkisində kommunistlərin 
qələbəsini təmin etdi. Demokratik blok isə parlamentdəki 360 deputat yerindən 
cəmisi 30-nu qazana bildi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan 
Parlamentinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilərək Demokratik 
blokla yanaşı, mövcud hakimiyyətə müxalifət mövqeyi tuturdu. Onun təklifi ilə 
Naxçıvan MSSR Ali Sovetinin sessiyasında 1990-cı il noyabrın 17-də Naxçıvan 
MSSR-in Naxçıvan Muxtar Respublikası adlandırılması və Cümhuriyyətin 
üçrəngli bayrağının Naxçıvanda Dövlət bayrağı kimi qəbul edilməsi haqqında 
çox mühüm qərarlar qəbul edildi. Respublika rəhbəri A.Mütəllibovun 
Naxçıvanda atılan addımları təkrar etməkdən başqa çıxış yolu qalmadı. 
Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevral ayının 5- də keçirilən 
sessiyasının qərarı ilə respublikanın adından "Sovet və Sosialist" sözləri 
çıxarıldı və dövlətimiz Azərbaycan Respublikası adlandırıldı. Azərbaycan Xalq 
Cümhuriyyətinin üçrəngli və ay - ulduzlu bayrağı respublikamızın Dövlət 
bayrağı kimi təsdiq olundu. 
1991-
ci ilin əvvəllərində Moskva hökuməti bütün vasitələrlə SSRİ-ni 
qoruyub saxlamağa çalışırdı. Parlamentdəki demokratik blokun qəti etirazına və 
Naxçıvan Ali Məclisinin boykot qərarına baxmayaraq, Moskva ilə sıx bağlı olan 
Azərbaycan rəhbərliyi 1991-ci il mart ayının 17-də respublikada SSRİ-nin 
saxlanılması haqqında referendum keçirtdi. Ancaq referendumun nəticələri 
saxtalaşdırılaraq, guya səsvermədə iştirak edənlərin 93,3 faizinin SSRİ-nin 
saxlanmasına tərəfdar çıxdığı elan edildi. 1990-cı il yanvar ayının 20-də öz 
vətəndaşlarını qanına qəltan edən bir dövlətin saxlanmasına Azərbaycan 
vətəndaşlarının bu qədər yüksək faizlə səs verməsi qətiyyən ağlabatan 
görünmürdü. Azərbaycan rəhbərliyi Ermənistanın boykot etdiyi referendumda 
iştirak etməklə respublikada öz hakimiyyətini möhkəmlədəcəyinə və 
Ermənistan - Azərbaycan münaqişəsində Moskveımn Azərbaycanın haqlı 
mövqeyini müdafiə edəcəyinə böyük ümid bəsləyirdi. SSRİ rəhbərliyinin 
həqiqətən də Ermənistana münasibəti xeyli dəyişmişdi. Referendumu boykot 
etmiş Ermənistana "dərs" vermək üçün 1991-ci il may - iyul aylarında 
Azərbaycamn Xanlar və Goranboy rayonlarında Sovet hərbi qüvvələrinin 
köməyilə pasport rejimi yoxlanılmış, silahlı erməni dəstələri tərkisilah edilərək 
erməni quldurlarının əsas dayaq məntəqələri dağıdılmışdı. Lakin SSRİ 
rəhbərliyi Dağlıq Qarabağ qiyamçılarına qarşı hər hansı bir qətiyyətli addım 
atmadı. 1991-ci il avqust ayının 19 - 21-də SSRİ rəhbərliyindəki mühafizəkar 
qüvvələrin SSRİ-ni qoruyub saxlamaq üçün dövlət çevrilişi yolu ilə bütün 
ölkədə fövqəladə vəziyyət elan etmək cəhdi Rusiyanın prezidenti B.Yeltsinin 
tərəfdarlarının müqaviməti nəticəsində uğursuzluğa düçar oldu. Çevriliş 
cəhdinin uğursuzluğu respublikamızda demokratik hərəkatın yüksəlişinə təkan 
verdi. İzdihamlı mitinqlərdə Mərkəzi və yerli hakimiyyət orqanlarından 
1991-
ci il sentyabrın 8-nə təyin olunan prezident seçkilərinin dayandıniması, 
351 


yeni parlament seçkilərinin keçirilməsi, fövqəladə vəziyyətin ləğv edilməsi və 
Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini təmin etmək üçün qəti 
tədbirlərin görülməsi tələb edilirdi. Xalqın tələbi qarşısında Azərbaycan Ali 
Sovetinin növbədənkənar sesiyası 1991-ci il avqustun 30-da 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin