respublikamızın iqtisadi inkişafının uzun müddətə hesablanmış yeni strategiyasını müəyyənləşdirdi. Onun təşəbbüsü ilə SSRİ
rəhbərliyi Azərbaycan iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sahələrini
inkişaf etdirmək üçün 1975 - 1979-cu illərdə beş mühüm qərar qəbul etmişdi.
Həmin qərarların üçü kənd təsərrüfatına aid idi. Bu qərarların həyata keçirilməsi
nəticəsində 70-ci illərdə neft hasilatını sabitləşdirmək və artırmaq üçün
Azərbaycana yeni texnologiyalara əsaslanan qazma qurğuları gətirildi. Xəzər
dənizində "28 Aprel", "Bahar", "Azəri", "Günəşli" kimi zəngin neft - qaz
yataqları aşkar edildi. Artıq 1971-ci ildə 18 milyon tondan çox neft hasil
edilmişdi. Azərbaycanın neft tarixinin sonuncu yüz ilində bir milyardıncı ton
neft çıxarılmışdı.
1976-cı ildə
Yeni Bakı Neftayırma zavodunda, 1982-ci ildə isə
Bakı Neftayırma zavodunda alman mütəxəssislərinin iştirakı ilə ilkin neftin emalı
üçün yeni qurğular quraşdırılaraq bu sahədə istehsal prosesi tamamilə
avtomatlaşdırılmışdı. Neftayırma müəssisələrinin yenidən qurulması zamanı
avadanlıqların böyük hissəsi
Almaniyadan, yüksək keyfiyyətli benzin istehsalı
üçün qurğular isə
Fransadan alınmışdı. Görülən tədbirlərin nəticəsində 80-ci
illərin əvvəlləri üçün respublikanın neftayırma müəssisələrində 90 adda müxtəlif
neft məhsulları: təyyarə benzini, reaktiv yanacaq, avtomobil və dizel
yanacaqlan, müxtəlif sürtgü yağları istehsal olunurdu. Yeni Bakı Neftayırma
zavodunda yüksək keyfiyyətli benzin istehsalı 3,5 dəfə artmışdı.
1970-ci illərdə respublikamızın
neft maşınqayırma sənayesinin əsaslı
şəkildə yenidən qurulması həyata keçirilmişdi. Bu işə o dövrün pulu ilə çox
böyük məbləğ olan 480 milyon manat vəsait ayrılmışdı. Nəticədə Azərbaycan
neft maşınqayırma sənayesi bütün SSRİ üzrə neft avadanlıqlarına olan tələbatın
70 faizdən çoxunu ödəyirdi. Azərbaycan, SSRİ miqyasında