Azərbaycan dilinin statusu məsələsi, hətta
Mirzə İbrahimovun rəhbərlik etdiyi Azərbaycan SSR Ali Sovetinin sessiyasında
xüsusi müzakirəyə çıxanlmış və nəticədə
Azərbaycanın qüvvədə olan 1937-ci il Konstitusiyasına Respublikanın dövlət dilinin Aızərbaycan dili olması haqqında maddə əlavə edilmişdi. Bu addım Moskvam bərk qorxutmuş və
SSRİ-nin rəhbəri N.Xruşşov bu "yeniliyi" Azərbaycanda millətçilik təmayülü
kimi qiymətləndirmişdi. Nəticədə M.İbrahimov Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmış, yeni maddə Konstitusiyadan
çıxanlaraq rəsmi sənədləşdirmə və kargüzarlıq işlərinin ana dilimizdə apaniması
prosesi dayandırılmışdı. Azərbaycanda milli oyanışın başlaması Moskvada rus
şovinistləri tərəfindən kəskin etirazla qarşılanmış və mərkəzdən respublikaya
xüsusi yoxlama komissiyası göndərilmişdi. Bu komissiyanın yalan üzərində
qurulmuş "dəlilləri" əsasında 1959-cu ildə İmam Mustafayev
millətçilikdə günahlandırılmış və respublika rəhbərliyindən uzaqlaşdırılmışdı. Moskvanın
tövsiyəsi ilə
Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə
gətirilmişdi. Vəli Axundov (1916 - 1986) Bakıda anadan olmuşdu. Tibb elmi
sahəsində Azərbaycan SSR EA-nm akademiki idi. Respublikaya rəhbər təyin
edilənədək dövlət və hökumət orqanlarında yüksək vəzifələr tutmuşdu. Özünün
ziyalılığı və xarakterinin mülayimliyi ilə seçilən Vəli Axundovun respublikaya
rəhbərliyi (1959 - 1969) SSRİ miqyasında 60-cı illərdə çox mürəkkəb ictimai -
siyasi proseslərin getdiyi dövrə təsadüf etmişdi. N.Xruşşo- vun uğursuz
islahatları, xüsusilə təsərrüfat orqanlarına partiya nəzarətinin zəiflədilməsi
sahəsindəki addımları Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi daxilində
kəskin narazılıqla qarşılanmışdı. 1964-cü ildə həmin narazı qüvvələr Xruşşovu
hakimiyyətdən salaraq
L.İ.Brejnevi Sovet dövlətinin başçısı vəzifəsinə
gətirmişdilər. Sovet İttifaqı Kommunist Partiyasının avtoritar idarəetmə rejimini
daha da gücləndirdiyi və mülayimləşmə dövründə respublikalara verilən bir çox
səlahiyyətlərin geri alındığı bir şəraitdə Vəli Axundov respublikada Moskvanın
qoyduğu tələblərə cavab verən siyasət yeritmək iqtidarında deyildi.
V.Axundovun "müstəmləkə bitkisi" sayılan və qul əməyi kimi ağır zəhmət tələb
edən, əhalinin sağlamlığına və təbiətə böyük ziyan vuran