rayonunu əhatə edən Zəngəzur bölgəsi bütövlükdə Azərbaycana
qaytarılsın.
M.C.Bağırov müdafiədən hücum taktikasına keçərək Dağlıq
Qarabağın əvəzində
müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana,
hətta
Rusiyaya (məsələn Dərbənd) güzəştə gedilmiş Azərbaycan torpaqlarının
qaytarılmasını qətiyyətlə tələb etmişdi. M.C.Bağırovun bu cavabı təbii ki, nə
mərkəzi, nə də Ermənistanı qane etməsə də, məsələ gündəlikdən çıxarılmış və
sənədlər arxivə göndərilmişdi. Bu dövrdə Stalinin
Türkiyədən də müəyyən
ərazilər qoparmaq planı da baş tutmamışdı. Azərbaycan torpaqları hesabına
Ermənistan ərazisinin genişləndirmək cəhdi uğursuz alındıqdan sonra SSRİ
rəhbərliyi yeni və dəhşətli bir planı həyata keçirtməyə başladı. 1946-cı il
oktyabrın 19- da xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana
köçürülməsinə icazə verilməsi haqqında fərman imzalandı. Bu fərmanı icra
etmək üçün ilk növbədə Ermənistanda azərbaycanlıların yaşadıqları
torpaqlar
boşaldılmalı idi. Yəni azərbaycanlılar ata - baba torpaqlanndan çıxarılmalı və
onların yaşadıqları ərazilərdə köçkün ermənilər yerləşdirilməli idi. Sovet
rəhbərliyinin bu addımını xaricdə fəaliyyət göstərən Daşnaksütun partiyası və
Ermənistanın Qriqoryan kilsəsi də alqışlamışdı. Bütün bunların
nəticəsində
azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə - baba torpaqlarından
qovulmasının - deportasiya edilməsinin növbəti mərhələsi başladı. İlk növbədə
Dostları ilə paylaş: