Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


ABŞ-da dəhşətli terror hadisələri



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə274/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   270   271   272   273   274   275   276   277   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ABŞ-da dəhşətli terror hadisələri 
törədilərkən 
Azərbaycan 
beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ı 
müdafiə edən ilk ölkələrin sırasında oldu. Azərbaycan ABŞ-m hərbi 
qüvvələrinə öz ərazisindən keçmək üçün nəqliyyat dəhlizi yaratdı. Bütün bu 
tədbirlərin nəticəsində ABŞ 2002-ci il martın 30-da Azərbaycana silah satışına 
qoyduğu qadağanı aradan qaldıraraq ölkəmizin təhlükəsizliyinin təmin edilməsi 
sahəsində respublikamıza köməklik göstərməyə başladı. 2003-cü il fevralın 
23-də ABŞ prezidenti 
Corc Buşun 
dəvəti ilə prezident 
Heydər Əliyevin 
ABŞ-a növbəti səfəri 
iki ölkə arasında iqtisadi əlaqələrin və strateji 
əməkdaşlığın inkişafında mühüm rol oynadı. 
371 


Azərbaycan Respublikasının xarici siyasətinin əsas və həyati 
əhəmiyyətli istiqamətlərindən biri də Ermənistanın açıq hərbi müdaxiləsi 
nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin həll edilməsidir. Qarabağ 
münaqişəsinin respublikamız üçün ən ağır nəticəsi ərazilərimizin 20 faizə 
qədərinin Ermənistan tərəfindən işğal olunmasıdır. 
Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli Avropada Təhlükəsizlik 
və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupuna həvalə edilmişdir. 
Münaqişənin həllində vasitəçilik etmək üçün 1994-cü ildə Minsk qrupunun 
ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər təsisatı yaradılmışdır. ATƏT-in 
Minsk qrupunun 1997-ci ildə münaqişə ilə bağlı "Mərhələli həll" təkliflər 
paketində birinci mərhələdə Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağm 
inzibati hüdudlanndan kənardakı 6 işğal edilmiş rayonun azad edilməsi, 
qaçqınların həmin rayonlara qaytarılması, kommunikasiya vasitələrinin bərpa 
edilməsi nəzərdə tutulmuşdu. İkinci mərhələdə Azərbaycamn ayrılmaz tərkib 
hissəsi kimi Dağlıq Qarabağın statusu müəyyən edilməli. Laçın, Şuşa və keçmiş 
Şaumyan rayonları ilə bağlı məsələlər nizama salınmalı idi. Sənəddə Dağlıq 
Qarabağın azərbaycanlı əhalisi, "Laçın dəhlizi" və s. ilə bağlı Azərbaycanı qane 
etməyən xeyli sayda maddə olsa da, sülhsevər siyasət yeridən Azərbaycan 
hökuməti "mərhələli həll" təklifinin danışıqlarda əsas kimi qəbuluna razılıq 
vermişdi. Ancaq Ermənistan "qondarma Dağlıq Qarabağ Respublikası "na 
rəhbərlik edən separatçı rejimin etirazını bəhanə edərək onun üçün əlverişli 
variantla razılaşmadı. Bundan sonra da Minsk qrupunun həmsədrlərinin 
vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında apanlan çox saylı danışıqlar 
heç bir nəticə verməmişdir. 
Azərbaycan Respublikası öz xarici siyasətində Türkdilli dövlətlərlə 
bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. 
Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada 
keçirilmişdir. 2000-ci ildə Bakıda keçirilmiş növbəti zirvə görüşü türk dövlətləri 
arasında çoxtərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadı. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin