qurduna bənzərdi yigidlərim». Qorqud boylarında
ana Aslanın da adı çəkilmişdir. Bu baxımdan Aruz Qoca oğlu Basatın soykökü
haqqında dastanda belə deyilir: «Atam adın sorar olsan Qaba Ağac, annam adın
deyirsən Kağan Aslan, mənim adım sorarsan Aruz oğlu Ba- satdır».
Boylarda Aslan surəti ilə oxucu bir yerdə deyil, dəfələrlə qarşılaşır.
Boyları yaradan xalq üçün Aslan təsadüfi bir personaj deyil, ulu soykökdən
biridir. XI boyda öz nəsil ağacının keçmişini öyərək «Azvay qurd ənüqi
erkəgində bir köküm var» söyləyən Qazan xan, həm də
Ağ qayanın qaplanında, Ağ sazın aslanında və
Ağsunqur quşunda «bir köküm var»
deyir. Beləliklə, oğuzlar müqəddəs saydıqları dörd varlığı:
qurdu, aslanı, qaplanı və ağ sunqur quşunu özlərinə ulu əcdad hesab edirdilər.
Məşhur “Koroğlu” dastanında təkcə Koroğlu deyil, dəliləri də Qazan xan
kimi qurd kökündən doğulub yarandıqlarını söyləyib öyünürlər:
«Koroğ- lunun qurd oğluyam», «tülkü nədi pəncə vura aslana, gərək budu
qurddan olan qurd olu», «dava günü
qurd dəlilər, Balhcaya səfərim var...»
Oğuz soykökündən olan xalqların, o cümlədən Azərbaycan xalqımn
yaranış tarixini nə İran, nə Qafqaz-İber dünyası ilə bağlamaq üçün heç bir tutarlı
dəlil-sübut yoxdur. Çünki bu xalqlann tarixinin «Kitab-i Dədəm Qorqud»,
«Oğuznamə», Orhun yazıları kimi ana qaynaqlarında Qafqaz mifolojisinin heç
bir izinə rast gəlinmir. İran cəngavərlik dastanlarının apancı qəhrəmanları olan
divlərin və Simurq quşunun da,
Huşəng, Keyumərs, Cəmşid, Feridun kimi
əfsanəvi İran şahlanmn da adlan belə yoxdur.
Dədəm Qorqud boylarında «Oğuz» anlayışının çox geniş etnosiyasi və
etnomədəni çalarda işlənməsi diqqəti özünə çəkir. Burada «Oğuz» - bu adı
daşıyan xalqın elidir, yəni