Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə37/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

İberi və Egeri 
türk mənşəli olmaqla 
Kartveli 
ilə eyni mənanı daşıyır. Bu üç anlayış əski türkcədə 
«möhkəmləndirilmiş yer», bəzən də «şəhərdə doğulan sakin» mənasında 
işlənir. Türklər qədimdən indiki Gürcüstan ərazisində yaşamasaydılar, bu 
yerlərin hətta indi də daşıdıqları adlar türkcə olmazdı. 
Albanlar,
Gündoğar Transqafqazda «Albaniya» adlı ölkənin adını ilk 
dəfə yunan coğrafiyaçısı 
Strabon 
çəkmişdir. Bu ölkədə yaşayan çeşidli boy və 
tayfalann adı isə «albanlar» şəklində E. ə. 331-ci il 
Qavqamela 
döyüşü ilə bağlı 
olaraq 
Flavi Arrian 
tərəfindən yazıya alınmışdır. Alban etnosunun adı 
Transqafqazda məskunlaşan və Strabonun «madyan sağanlar» adlandırdığı 
sak/saka 
tayfalarının içərisində çəkilmişdir. 
56 


«Kitab-i Dədə Qorqud» boylarının tarixi baxımdan araşdırılması 
Azərbaycanın uzaq keçmişinin albanlarla bağlı yeni bir səhifəsini üzə 
çıxarmışdır. IV boyda qonşu Gürcüstan taqavorunun casusu oğuz bəylərbəyi 
Qazan xan haqqında belə bir xəbər gətirir: «Hey, nə oturursan, 
alpanlar başı 
Qazan oğlancuq ilə sərxoş olub yatırlar». Kitabın VII boyunda «alpanlar» soy 
adı ilə yenidən qarşılaşırıq: «Ağ boz atlar çapdurur 
alpanlar 
gördüm. Ağ işıqlı 
alpları 
yanıma soldum». Burada «alpanlar» sözünün boy adı (etnonim) kimi 
işlənməsi şübhə doğurmur. 
Burada iki mühüm cəhət nəzərə alınmalıdır. Birincisi, Dədəm Qorqud 
kitabında qarşımıza çıxan oğuz toplumu, oğuz boy birliyi əslində qohum 
tayfaların birliyindən başqa bir şey deyildir. Bu toplumun içində yad, yabançı 
boylara yer yoxdur. Oğuzların döyüş-əsgəri qurumu yağılarla qarşılaşarkən sağ 
qolda 
Daş oğuzlar, 
(Aruz Qocanın və «Balqar bir ər» Bəkdüz minbaşısı Əmən 
bəyin bölükləri), sol qolda Qazan xamn qardaşı oğlu 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin