Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə34/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

(Sialk mədəniyyəti) 
da rast gəlinir. 
Gürcüstanın 
Samtavro 
qəbirstanlığından tapılan və mis-daş dövrünə aid olan 
3 kəllədən 2-si naziksifətli və uzunbaşlı, 1-i isə enlisifətli və girdəbaşlıdır. 
Ermənistan Respublikası ərazisindəki (Göyçə gölünün cənub - qərbində) 
düşərgələrdə tapılmış 5 
kəllə qutusunun heç birinin antropoloji baxımdan 
ermənilərlə qətiyyən bağlılığı yoxdur. 
Ümumiyyətlə, Ermənistan ərazisində 
tapılan çoxlu kəllənin ermənilərlə bağlı olmaması antropologiyada əsas dəlil 
sayılan baş göstəriciləri ilə də sübuta yetirilmişdir. Buradakı Cararat (Göyçə 
gölü ətrafında) düşərgəsindən tapılmış kəllənin hamısının baş göstəricisi 78,5 
- dir. 
Bu ölçü müasir azərbaycanlılarda 
78 
olduğu halda, müasir 
ermənilərdə 
85,7 - 
dir.
Cənubi və Şimali Qafqazda mis - daş dövründə ən geniş yayılmış 
antropoloji tip Kaspi (Xəzər) tipidir. Azərbaycan, indiki Ermənistan və indiki 
Gürcüstan ərazisindən üzə çıxarılan paleoantropoloji tapıntılar Cənubi 
52 


Qafqazda Kaspi tipinə (onu Oğuz da adlandırırlar) mənsub olan əhalinin 
üstünlük təşkil etdiyini sənədləşdirmişdir. 
Cənubi Qafqazın e.ə. II minilliyin sonu -1 minilliyinə aid edilən kurqan 
qəbirlərində də çox maraqlı qanunauyğunluq müşahidə olunmuşdur. Üzərində 
kurqan ucaldılan şəxs baş quruluşuna görə dolixokran, onunla birlikdə gömülən 
qul - qaravaş isə braxikran, yəni qısabaşlıdır. Azərbaycanın Gəncəçay 
hövzəsində tapılmış 7 saylı kurqan qəbrində dəfn edilmiş əsas mərhum 
uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyi halda, 3 nəfər oturmuş vəziyyətdə dəfn 
edilənlər isə qısabaşlılığı ilə seçilirlər. Bu cür qanunauyğunluq 9 saylı kurqanın 
qəbrində və Qarabağ kurqanlarında da müşahidə olunmuşdur. Arxeoloqlar bu 
kurqanları e. ə. XV - XIII əsrlərə aid edirlər. 
İstər Qafqazın cənubundan, istərsə də şimalından əldə edilən paleo- 
antropoloji tapıntılar bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik 
- kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərə malik olduğunu 
göstərir və bunlar indiki Azərbaycan türklərinin aid edildiyi Kaspi (Oğuz) 
tipinin əsas əlamətləri hesab edilir. Beləliklə, elmdə türklərin Qafqazın ilk 
sakinləri olması fikrinə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Bu tarixi 
gerçəkliyi keçən yüz ilin əvvəllərində yaşamış gürcü tarixçisi İ.A.Cavaxaşvili 
təsdiq edərək yazırdı: «Antropologiya kəllə quruluşuna görə xalqları bir neçə 
qollara ayınr. Bu qollardan biri qısabaşlılar və ya braxikran, digərləri isə 
uzunbaşlılar və ya dolixokrandırlar. Qafqazın qədim qəbristanlıqlarmdan 
tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirilmişdir ki, öncə bizim 
ölkədə (indiki Gürcüstanda - Red.) uzunbaşlılar, yəni dolixokranlar yaşamışlar. 
Alman alimi, professor Rudolf Virxov isə qeyd etmişdir ki, “indiki ermənilərin 
və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur. Deməli, 
erməni və gürcülər Qafqazın ilk yerli sakinləri deyillər. Onlar bu ölkəyə 
gələndə burada başqa xalqın (yəni, türklərin - Red.) varisləri yaşayırdılar”. 
Alimlərin gəldiyi bu mühüm nəticə digər tarixi qaynaqlarda da 
sənədləşmişdir və Qafqaz bölgəsinin gerçək tarixi bunu şübhə yeri qoymadan 
təsdiqləyir. Tarixdə bəlli olan əsil həqiqət ondan ibarətdir ki. Şərqi Gürcüstan 
(Borçah bölgəsi) qədimdən böyük bir türk yurdu kimi tanınırdı. Gürcü 
mənbələrində buntürklərin və ya türklərin Kartli ərazisində e.ə. VI əsrdən də 
qabaq yaşaması haqqında inkarolunmaz dəlillər vardır. VIII əsrin 30-cu 
illərində əhalisi türk olan və bütün Şərqi Gürcüstanı əhatə edən Tiflis müsəlman 
əmirliyinin yaranmasını təsadüfi saymaq olmaz. Gürcülərin həmin türk 
əmirliyini 1123-cü ildə digər bir türk tayfası olan qıpçaqların əli ilə sıradan 
çıxarmasını indi, hətta məktəblilər də əzbərdən bilirlər. Ermənilərin isə indi 
yaşayıb dövlət qurduqları qədim türk torpaqlarına gəlmə olduğunu sübut etmək 
üçün ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Tarixi oğuz - türk torpağı olub, 
indi Ermənistan adlandırılan İrəvana ermənilər Rusiya tərəfindən XIX əsrin 
20-ci illərinin sonlarından Türkiyədən və Qacar dövlətinin ərazisindən (indiki 
İrandan) kütləvi şəkildə köçürülüb yerləşdirilmişlər. 
53 


Gəlmə olan ermənilər, iki əsrə yaxın bir müddətdə İrəvan, Zəngəzur və digər 
tarixi torpaqlarımızda etnik təmizləmə və soyqırım apararaq bölgənin köklü 
türk - müsəlman əhalisini doğma yurdlarından tamamilə qovub çıxarmışlar. 
Rusiya imperiyası və Sovet dönəmində Azərbaycan türklərinin yayılma 
coğrafiyasının xeyli kiçilməsi xalqımızın sosial - iqtisadi və demoqrafik 
inkişafına çox böyük ziyan vurmuşdur. 
Bütövlükdə türklərin, o cümlədən Azərbaycan türklərinin mənsub 
olduğu oğuz antropoloji tipinin irqi baxımdan Avropoid olması elmdə heç bir 
şübhə doğurmur. Antik müəlliflərin əsərlərində Yuxarı Dondan Volqa (İdil) 
çayının orta axarınadək olan ərazidə yaşayan budmların (budun - qədim türk 
dilində tayfa deməkdir) «mavi gözlü və sarı saçlı» olduğu göstərilmişdir. 
Herodot budm adlanan tayfanın Azərbaycanda da yaşadığını qeyd edir. Antik 
yunan mənbələrində albanların ucaboylu, sarı saçlı və ağ üzlü olduğu 
göstərilmişdir. 
Azərbaycan türklərinin bir xalq kimi tarix səhnəsinə çıxması elmdə 
böyük maraq doğuran mövzulardan biridir. 
Ön Asiyada tarixin ulu çağlarında yaşamış olan şumerlərin, iskitlərin və 
başqa toplumların öyrənilməsinin bu günkü durumu Azərbaycan tarixinə də 
dolayısıyla təsir göstərir. Şumer tarixinin etnomədəni və etnodil baxımından 
türklərin ulu keçmişi ilə səsləşməsi yaxın zamana kimi Avropa elmində açıq 
şəkildə göstərilirdi. E. ə. III minillikdə Şumer mixi yazılannda işlənmiş onlarca 
söz və ya onların törəmələri türk dillərində indiyə kimi yaşamaqdadır. Belə söz 
və anlayışların elmə bəlli olan toplu sayı 160-dan çoxdur. Şumer-türk dil 
«bənzəyişlərinin» öyrənilməsi keçmiş Sovetlər İttifaqında isə «türkçülük» və 
«pantürkizm» adlandınlaraq damğalanırdı. 
Ancaq bütün yasaq və qadağanlara baxmayaraq iskit mədəniyyətinin bir 
sıra göstəriciləri yalnız türk xalqlarının dil və yaşayışında qorunub 
saxlanmışdır. E. ə. IV minillikdən başlayaraq çöl - düzənlik dəfn qaydasının 
sabit, ənənəvi etnokültür göstəricisi olan kurqan anlayışı Hind - Avropa, Hind 
-
İran və Qafqaz dillərinin heç birində yoxdur. Bu anlayışın kökü yalnız türk 
dillərindədir, bu dillərdəki qur (tikmək, düzəltmək, torpaq tökməklə yaratmaq) 
və qan (ata, soy, nəsil) sözlərinin birləşməsindən yaranmışdır. E. ə. VII 
-
III minillərdə Ön və Mərkəzi Asiyada onlarca yaşayış yerlərinin adlarında bir 
qayda olaraq təpə sözü var, bu söz isə, bütün dünya dilçilərinin bildirdiyi kimi, 
ümumtürk kökündəndir. 
Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq dənizi üzərində 
tarixin ulu çağlarından yerləşib oturduqlarını sübuta yetirir. Sonrakı Yunan- 
Roma qaynaqlarında da türklərin adı Aralıq və Qara dəniz bölgələrində yaşayan 
xalqlar ilə yanaşı çəkilməkdədir. Karyandlı Skulaks, eramızdan əvvəl 500-cü 
ildə əski oğuzlardan Afşar (yunanca yazıda: Apşaros Pota- mos) və Kayı 
(Kaikos) boylarını qeydə almışdır. Yunan mənbələrində bizim eranın V 
əsrinədək, yəni min il ərzində Afşar adı dəfələrlə xatırlanmışdır. 
Bu günkü elmdə qəbul olunmuş fikrə görə, xalqın yaranışının başlıca 
54 


göstəricisi həmin xalqın dilidir. Belə isə Azərbaycan türkləri Anadolu türkləri, 
türkmənlər və qaqauzlar ilə birlikdə oğuz kökündən yaramblar. Çünki onlann 
hər birinin dili təbii ayrılıqlara baxmayaraq oğuz dilidir. Sovet tarixçilərinin 
yazılannda isə elmdə ümumi qanunauyğunluq kimi qəbul olunmuş bu meyar 
Azərbaycan türklərinə aid edilmirdi. Onlar türk xalqı deyil, olsa - olsa 
«türkdilli» xalq, yəni Qafqaz - İber köklü albanlann və “İran köklü” Güney 
Azərbaycan əhalisinin son yeddi yüz il içərisində «türkləşmiş» törəməsi 
sayılırdı. 
Yeni araşdırmalar Azərbaycan xalqının XI - XIII yüzillərdən sonra deyil, 
qat-qat öncə - VII-VIII əsrlərdə yarandığını sübuta yetirmişdir. 
Xalqımızın yaranışında iştirak etmiş türk boyları 
Mesopotamiyanın şimalında, Azərbaycan və Anadolu hüdudlarında ilkin 
türk boylarının uzaq izləri mixi qaynaqlardan bəllidir. E. ə. 2200-cü illərdə 
Akkad çan Naram-Sinə aid mixi yazıda onunla savaşan 17 «Quzey» 
hökmdarının sırasında Turki kralı İlşu Nailin adı çəkilmişdir. E. ə. 1800-ci illərə 
aid başqa bir mixi yazısında Turukku adlı «xalqm» adı çəkilmişdir. Urartu 
hökmdarı I Argiştinin (e. ə. 786 - 764) Manna dövləti üzərinə yürüşü ilə bağlı 
yazısında Alatei ölkəsinin adı çəkilmişdir ki, bu anlayış Alato, Alata, Alatava, 
Aladağ anlayışı ilə yanaşı qoyulur. 
Mixi yazılarda Uşkaya (sonralar Üçqaya), Uişdiş (Bişdiş, Beşdiş), İştatti 
(İsti yer), Qantau («Baba dağ» - əski türkcədə «qan» sözü ata - baba anlamında 
işlənir) və bu kimi anlayışlar diqqəti özünə çəkir. E. ə. V yüzil yunan tarixçisi 
Herodotun lürk (Strabonda - Ürk) və Türriqet adlandırdığı etnos. Böyük Plini və 
Pomponi Melanın yazılannda tirklər. Türklər (turkae) kimi yad edilir. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin