Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə36/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Bolqarkənd, 
Bulqargöytəpə, Oğurkənd, Oğurbulaq 
kimi yer adları da qədim bulqarlarm 
bu yerlərdə geniş yayılıb yaşadığını göstərir. Bulqar boyundan olan xəzər 
türkləri də Azərbaycan oğuzlarına «yaxm olanlar» sırasında idilər. Çünki 
İstəxri 
və 
İbn Havqəl 
kimi böyük ərəb tarixçiləri xəzər dili ilə bulqar dilinin 
eyni olduğunu yazmışlar. 
Buntürkhr.
Böyük bulqar xalqının bir qolu da buntürklər sayılırdı. 
Onların adı Transqafqaz qaynaqlarında e. ə. I minillik hadisələri ilə bağlı 
çəkilir. X yüzil gürcü salnaməsi 
«Mokçevay Kartisay» 
(«Kartlinin dinə gəl- 
məsi») və XI yüzil salnaməçisi 
Leontii Mrovelinin «Kartlis sxovreba» 
(«Kartlinin həyatı (tarixi)») kitabında buntürklərin Kartlidə Makedoniyalı 
İsgəndərin yürüşlərindən, hətta Babil hökmdarı 
Novuxodonosor 
tərəfindən 
Yerusəlimin (Qüdsün) 
dağıdılmasından öncə yaşamaları yazılmışdır. İkinci 
hadisə E. ə. 586-cı ilə düşür. Salnaməçilər bu toplumu həm 
buntürk (“bun” 
qədim gürcü dilindəki “bunevnoba”sözündən götürülüb və “yerli, köklü” 
deməkdir-Red). 
həm də sadəcə 
türk 
adlandmrlar. Mroveli bir səhifədə 
«türklər 
Mtsxeta 
yaxınlığında özlərinə yer seçərək, oranı abadlaşdırdılar, 
möhkəm hasar içərisinə aldılar və bu yerə Sarkine deyilməyə başlandı» yazır, o 
biri səhifədə isə «Sarkinedə buntürklər yaşayır» söyləyir. Gürcü salnamələrində 
Makedoniyalı İsgəndərin 
yürüşü çağında (E. ə. 334 - 323) Gürcüstanda, Kür 
çayı vadisində buntürklərin oturaq yaşaması qədim türklərin Cənubi Qafqazın 
ən qədim sakinləri olmasından xəbər verir. Hətta gürcü tarixçilərindən 
obyektivliyi ilə seçilən S.E.Takayaşvili buntürklər! və ya türkləri 
«Kartlinin ən 
qədim sakinləri» 
hesab edir. Onun çap etdirdiyi salnamə əlyazmalarının 
birində buntürklərin 28 min evdən ibarət olması göstərilmişdir. Orta hesabla hər 
ailə beş nəfər götürülsə, burada yaşayan türk toplumunun azı 140 min nəfər 
olması faktından çıxış etsək, o dövr üçün bu çox böyük rəqəmdir. Gürcüstanın 
üç aparıcı etnotarixi anlayışından ikisi - 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin