Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  § 7. Azərbaycan xalqının yaranması



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə33/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

51 


§ 7. Azərbaycan xalqının yaranması 
Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir 
Türklər Cənubi Qafqazın ən gədim sakinləridir.
Tarix, arxeologiya, 
antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları 
Azərbaycan türklərinin 
Cənubi Qafqazın 
ən qədim 
və 
köklü 
əhalisi 
olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala 
indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı. Cənubi Azərbaycan 
(indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur 
bölgələri (indiki Ermənistan Respublikası), Borçah (indiki Gürcüstan 
Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan - Rusiya) torpaqları 
da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, 
Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq 
formalaşmışdır. 
Arxeoloji 
qazıntılar 
nəticəsində 
Gürcüstan 
Respublikasının 
azərbaycanlılar yaşayan və 1947-ci ilədək 
Başkeçid 
adlandırılan Dmanisi 
rayonunda Xram çayının sahilindəki mağaradan yaşı təxminən 
1 milyon 800 
min il olan iki kəllə qutusu 
tapılmışdır. Kəllələrin yanında sadə əmək alətləri 
aşkar edilmişdir. Bu tapıntı Qafqazın ən qədim insan məskəni olduğunu sübut 
etmişdir. Antropoloqlar ağ irqə mənsub olan bu kəllələrin 
Dolixokran 
(uzunbaş) 
olduğunu göstərirlər. Azərbaycan Respublikası ərazisində 
Qobustandakı mezolit dövrünə (e. ə. XII - VIII minilliklər) aid Firuz 
düşərgəsində tapılmış kişi kəlləsi də quruluşuna görə Dolixokrandır. Qafqazın 
neolit (yeni daş) dövrünə aid olan Qobustandakı «Kənizə» mağarasından, 
indiki Ermənistan və Gürcüstan ərazisindən tapılan 4 kəllədən 3-ü Dolixokran 
- uzunbaşdır. 
Qafqazın mis - daş (eneolit) dövründə (e. ə. VI - IV minilliklər) yaşayan 
əhaliyə aid olub, Kültəpədən tapılan insan kəlləsi uzunbaşlılığı və na- 
ziksifətliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab edilir. Oxşar 
quruluşlu tapıntıya Cənubi Azərbaycanda 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin