rəngə boyadıqları halda, Babəkilər qırmızı rəngə boyamışdılar.
5.
830-cu il I Həmədan döyüşü nəticəsində Babək qalib gələrək torpaqlarımızı
ərəblərdən təmizlədikdən sonra Azərbaycan tamamilə onun nəzarəti altında
idi. Babək Sünik, Beyləqan, Arsax və Uti vilayətlərini də öz hakimiyyəti
altında birləşdirmişdi. Həmin bölgələrin hakimləri Babəkin vassallan kimi
çıxış edirdilər. Belə nəticə çıxarmaq olar ki, Azərbaycanın Arazdan
şimaldakı torpaqları - Arran da Babəkin hökmdarlığına tabe idi. Musa
Kalankatlınm «Alban tarixi» nə görə, 826- cı ildə Babək Beyləqanda onun
hakimiyyətinə qarşı baş vermiş üsyanı yatırmış, 827-ci
ildə Qərbi Sünik
vilayətini tutmuşdu. 830/831-ci illərdə Beyləqanda baş vermiş daha bir
üsyanı yatıran Babək Beyləqanı özünə tabe edə bilmişdi. Babək Arran
torpaqlarının sərvətlərindən və insan ehtiyatlarından ərəblərə qarşı
mübarizədə istifadə edirdi. Onun atlı qoşunu Arranın gözəl qışlaqlarında
yem ehtiyatı ilə təmin olunurdu. Bu vilayətin
hakimləri Babəkə bir
hökmdar kimi bac verir, qoşununa yardım göstərirdilər. Babək bəzən nigah
diplomatiyasından da istifadə edirdi. Məsələn: Babək Sünik nəslinin
böyüyü - hökmdar Vaşaqın qızı ilə evlənmişdi.
6.
Babəkin Afşinlə apardığı danışıqlar onun malik-hökmdar olması, dövlətə
malik olması ehtimalını bir qədər də gücləndirir.
Ərəb sərkərdəsi türk
Heydər ibn Kavus (Afşin) Mərkəzi Asiyada Usruşana vilayətinin hakimi
olduqdan sonra xəlifənin qulluğuna girsə də, o, mənbələrə görə Babəklə və
xəlifəyə qarşı çıxmış Təbəristan hakimi Məzyərlə gizli danışıqlar aparır,
Xilafəti məhv elmək planı hazırlayırdı. O,
Babək və Məz- yərə təbii
müttəfiqi kimi yanaşırdı. Məzyər və Afşinin mühakiməsi zamanı Afşinin
Babəklə birlikdə Xilafəti məhv etmək üçün qəsd düzəltməsi üzə çıxmışdı.
Afşin Babəklə danışıqlarda onu sülhə çağırır və Babəkə aman vəd edirdi.
Bu zaman Afşin Babəkə bir sərkərdədən daha çox dövlət adamı - hökmdar
kimi yanaşırdı. Danışıqlar zamanı Afşin Babəkə belə bir təklif vermişdi:
«Gəl, sülh bağlayaq. Sənin əlində olan mülk (ölkə) səndə qalsın,... mən
qayıdım gedim, xəlifədən sənin üçün daha bir mülk alıb, fərman
göndərim».
7.
Babəkin hökmdar kimi xəzinəyə malik olması haqqında da mənbələrdə
məlumatlar vardır.
Təbəriyə görə, Afşinin Azərbaycanda öz yerinə
qoyduğu sərkərdəsi Mingicavır Babəkə məxsus kəndlərin birində olan evdə
böyük xəzinə tapıb bu haqda nə Afşinə, nə də xəlifəyə xəbər verməyərək
mənimsəmişdi.
8.
Babəkin bir hökmdar kimi cəlladı da olmuşdur. Təbəriyə görə, Babəkin
edamında xəlifə Mötəsimin cəlladı ilə yanaşı, onun öz cəlladı
da iştirak
etmişdi.
Dostları ilə paylaş: