M. Kalankatlının yazdığına görə, «hökmdar hamının
ucadan kitab oxumasını əmr edər, özü isə buna xəzinə tapan adam kimi
sevinərdi».
40
§ 6. Azərbaycan Xilafətin tərkibində.
Ərəb əsarətinə qarşı azadlıq mübarizəsi. Babək
Azərbaycanın ərəblər tərəfindən işğalı
Ərəb tarixçisi Təbəri və başqalan VII əsrin 30-cu illərində ərəb
sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan
türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb
qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi.
Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın
cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə
müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və
can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə
toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb
qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 -
642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə
qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə
xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana
hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu
şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə
məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə
tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr
şəklində rəsmiləşdirirdilər.
VIII
əsrin əvvəllərində ərəb ordulannm Azərbaycan torpaqlarına
yürüşləri daha geniş və intensiv xarakter aldı. Xilafət 705-ci ildə Albaniyada
Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində
Azərbaycanın işğalını başa çatdırdılar. VIII əsrin 20 - 30-cu illərində
Azərbaycan torpaqlan uğrunda ərəb-xəzər savaşları da xilafətin qələbəsi ilə başa
çatdı.
Azərbaycanda islam dininin yayılması
Dünyamn ən mütərəqqi dini olan İslam və onun əsas kitabı Quran
Allahın buyruğu ilə Məhəmməd Peyğəmbər Əleyhüssəlam tərəfindən
bəşəriyyətə bəxş edilmişdir. Məhəmməd Peyğəmbər (Ə) 610-cu ildən ərəblər
arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630- cu
ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi. Ərəblər işğal etdikləri ərazilərdə
əhalini imana gətirmək üçün İslam dinini yayırdılar. İslamdan qabaq
Azərbaycanın cənub torpaqlannda zərdüştlük, şimalında - Albaniyada isə
xristianlıq və bütpərəstlik dinləri yayılmışdı. Azərbaycanın cənub bölgələrində
və Muğanda islam dininin tez yayılmasının əsas səbəbini həmin bölgələrdə
Sasanilərin zərdüştlük dinindən xalq! itaətdə saxlarnaq vasitəsi kimi istifadə
etməsində axtarmaq lazımdır. Çünki hakimiyyət rəmzi olan zər
41
düştlük xalqın gözündən düşmüşdü. Xalq islamı qəbul etməklə zərdüştlükdən
uzaqlaşmaq və Sasani zülmündən qurtulmaq istəyirdi. Ərəblərin ilk vaxtlarda
müsəlmanların bərabərliyi haqqındakı şüarları, Sasanilərə nisbətən əhali
üzərinə az vergilər qoyması islamın Azərbaycanın cənubunda tez, cəmi bir əsr
ərzində yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə
Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı
torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı.
Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların (Kitab əhli
olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla
kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli
olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki. Xilafət başqa xristian
ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında - Albaniyada kilsəyə qarşı
VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi
mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin
ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan
Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha
tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması
prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılmc gücünə»
yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul
arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi
reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən
qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban
dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin
müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə
qadağan olundu. Alban dilində olan səlnamə və qanun topluları məhv edildi.
Alban əhalisinin böyük hissəsi zor gücünə islama gətirildi, bir hissəsi qonşu
xristian ölkələrə qaçdı, bir qismi isə qriqoryanlığa keçdi. Görkəmli alimimiz
akademik Ziya Bünyadovun araşdırmalarına görə. Alban kilsəsi erməni
kilsəsinə tabe edilsə də, Albaniyanın Arsax adlanan ərazisi heç bir zaman
erməni mədəniyyəti mərkəzinə çevrilməmişdir. Erməni kilsəsi tarix boyu yeni
şəraitə və siyasi vəziyyətə uyğunlaşmağı bacarmış, əvvəllər Bizansa, Sasaniyə,
Ərəb xəlifələrinə, monqollara və digərlərinə boyun əydikləri kimi, sonralar
Səfəvilərə və Rusiya çarına qulluq göstərərək Albaniyanın mənəvi
mədəniyyətini tarixdən silməyə çalışmışdır.
Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud»
boylarında Əmən bəyin Ərəbistana gedib Peyğəmbərin gül üzünü görüb
qayıtması, əsgi türk Tanrısının yerinə tez - tez Allah adının çəkilməsi, hardansa
gəlmiş bir saqqalı uzun tat (ərəb) kişinin əzan verməsi, oğuzların müqəddəs
kitab olan Qurana and içmələri, kafirlərə qarşı Məhəmməd dini yolunda
döyüşlərə girmələri haqqında çox maraqlı məlumatlara rast gəlinir. Oğuz igidi
Dəli Domrulun yaxşı igidlərin canını alan Əzraillə cəng etməsi və bu döyüşdə
Əzrailin qalib gəlməsi rəmzi olaraq oğuz türklərinin islamı qəbul
42
etməsinin göstəricisi sayıla bilər. Dədə Qorqud boyları ulu əcdadımız olan Oğuz
türklərinin islamın yayılma çağında yaşadıqlarını tarixi baxımdan
sənədləşdirmişdir.
Xilafətin inzibati idarəetmə sistemi və köçürmə siyasəti
Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da
canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər
ərəblər Azərbaycanı və Aranı əl - Cəzirə adlanan dördüncü əmirliyə, Əmə-
vilərin vaxtında isə üçüncü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun
başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə
əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. «Alban tarixi» ndə bununla bağlı
deyilir ki, Abbasilərin hakimiyyətə gəlməsi «Vətənimiz üçün böyük bədbəxtlik
oldu, çünki ərəblər knyazlardan Albaniyanın paytaxtı Bərdəni aldılar və burada
torpağımızın sərvətlərini soyub talamaq üçün öz iqamət- gahlarını yaratdı lar».
Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı
altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri
mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı
isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında
müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti
yaradılmışdı. Poçt idarəsinin rəisləri yerli hakimiyyət orqanlarının fəaliyyətləri
haqqında da mərkəzə məlumatlar ötürməklə, siyasi polis vəzifəsini də icra
edirdilər.
Xilafətin Azərbaycanda, xüsusilə Aranda inzibati siyasətində şimal
sərhədlərindəki əsas şəhərlərdə və məntəqələrdə ərəb qarnizonlarının -
rahatların yaradılması mühüm yer tuturdu. Müxtəlif bölgələrdə hərbi məskənlər
olan rahatların yaradılması və şəhərlərdə qarnizonlar yerləşdiril- məsində əsas
məqsəd qayda - qanunu və asayişi qoruyub saxlamaqdan, üsyan və çıxışları
yatırmaqdan, sərhədlərdə isə Bizans və Xəzərlərin hücumlarının qarşısını
almaqdan ibarət idi.
Ərəb ağalığı dövründə inzibati idarəetmə sisteminin quruluşu göstərir
ki, Azərbaycan böyük ölkə olub, sərhədləri şimalda Dərbənddən cənubda
Həmədana qədər uzanırdı. Ərəb müəllifi İbn Hövqəl Azərbaycan, Arran
(Arazdan şimaldakı Azərbaycan torpaqları belə adlanırdı) və Ərməniyyənin
(indiki Türkiyə ərazisindədir - Red.) ümumi xəritəsini yaratmış və maraqlıdır ki,
çox düzgün olaraq onu «Azərbaycanın xəritəsi» adlandırmışdı.
Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək,
özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi
ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən
çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi.
Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq
həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək və əhalini islama
gətirmək niyyətində idi. Azərbaycanda və Aranda
43
çox münbit torpaqları ələ keçirən ərəblər böyük imtiyazlardan istifadə edir və
yerli əhaliyə həqarətlə yanaşırdılar.
Köçürmə siyasətini davam etdirən Abbasi xəlifələri Azərbaycanın
cənubunda daha çox Yəməndən gələn ərəbləri yerləşdirirdilər. Dərbənd və onun
ətrafına daha çox ərəb köçürülmüşdü. Bunun bir səbəbini də xəzərlərin şimal
sərhədlərimizə olan aramsız hücumlarının qarşısını almaq zərurəti təşkil edirdi.
VIII əsrin sonu - IX əsrin əvvəllərində ərəb qəbilələrinin Azərbaycana
köçürülməsi prosesi dayansa da, artıq burada həddindən çox ərəb yaşayış
məskəni var idi. Ümumiyyətlə, ərəblərin köçürmə siyasəti Azərbaycanda
demoqrafik vəziyyətin kökündən dəyişdirilməsinə, əhalinin assimilyasiya
edilərək ərəbləşdirilməsinə, bir sözlə Azərbaycanın bir ərəb yurduna
çevrilməsinə yönəldilmişdi. Lakin son nəticədə bu siyasət öz məqsədinə
çatmadı. İşğalçı ərəb köçkünləri oturaq həyata keçdikcə yerli xalqın məişət və
adət-ənənələrini, hətta dilini qəbul edərək tədricən öz etnik mənsubiyyətlərini
itirməyə başladılar. Azərbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz
dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qanş- mışdılar. Hal -
hazırda Şimali Azərbaycanda onlarla yer adlarının tərkibində «ərəb» sözü
(məsələn: Ərəbuşağı, Ərəbşamlı, Ərəbbəsrə və s.) olsa da. Mərkəzi Asiyadan
fərqli olaraq bizim ölkəmizdə ərəb dilində danışan bir kənd belə qalmamışdır.
Xilafətin torpaq və vergi siyasəti
Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1. Divan
(sultan) mülkləri, 2. İqta, 3. Mülk, 4.Vəqf, 5. İcma. Ələ keçirilən ölkələrin
torpaqları xərac torpaqları adlanırdı və mərkəzi divanda qeydə alınırdı. Həmin
torpaqlardan gələn gəlir xəlifənin xəzinəsinə daxil olurdu.
Xilafətin sosial-iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol
oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu
torpaqlann gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan
məmurlara verilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri
alınırdı. Adətən hərbiçilərə verilən icarə iqtaları da eyni səciyyə daşıyırdı və bir
qayda olaraq irsən keçmirdi. Xilafət qarşısında çox böyük xidmət göstərən
şəxslərə verilən xüsusi (xass) iqtaların sahibləri çox böyük səlahiyyətlərə malik
olurdular və bu iqta növü irsən ötürülə bilərdi. Belə iqtalar həm də ərazicə çox
böyük olurdu. Xəlifə Mötəsim Babək hərəkatını yatırdığına görə türk sərkərdəsi
Afşinə Azərbaycan, Aran və Ərmə- niyyəni iqta vermişdi.
Xilafətdə mülk torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə
yararlı hala salınması və xəlifə mülklərinin (dövlət torpağı) satın alınması
hesabına yaranırdı. Xilafətə qədər Azərbaycan əyanlarının ixtiyarında olan
xüsusi torpaqlar da indi mülk adlanırdı. Mülk torpaqlarını alıb - satmaq,
bağışlamaq və varislərə ötürmək olardı. Bu torpaq sahibliyinə görə
44
hərbi xidmət göstərilməsi məcburi deyildi.
Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf
torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini
müəssisələr (məscidlər, mədrəsələr və s.) saxlanılırdı. Azərbaycanda olan və
qazı adlanan bəzi hərbi qüvvələrin əsgərlərinin xərci də vəqf torpaqlarının
gəlirindən ödənilirdi. VIII -IX əsrlərdə Şirvanın (Bakının) neft və duz mədənləri
Dərbənd əhalisinə, əslində buradakı ərəb qarnizonuna vəqf edilmişdi.
Ümumiyyətlə, müsəlman ruhani idarəsinin ixtiyarında olan vəqf torpaqlarından
xəzinə üçün heç bir xərac yığılmırdı. Vəqf torpaqlarının alqı-satqısı da qadağan
idi.
Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma
torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən
xəzinəyə xərac ödənilirdi.
Ərəblər Azərbaycanı işğal edəndən sonra ilk vaxtlar əvvəlki vergi
sistemini saxlamışdılar. Əməvilərə qədər ərəblər Azərbaycanın ayrı-ayrı
bölgələrində vergilərin ümumi miqdarını təyin edir, ancaq onun adambaşına
bölgüsü işinə qarışmırdılar. Məhəmməd Peyğəmbərdən (Ə) sonra hakimiyyətdə
olmuş və adı İslam dünyasında müqəddəs tutulan 4 xəlifədən biri Həzrəti Əli
ərəb hakimlərindən birinə yazdığı məktubda «xərac toplanmasına deyil,
torpağın becərilməsinə diqqət yetirilməsini)) əmr etmişdir. Əks halda, «ölkə var
- yoxdan çıxar, xalq qırılıb tükənərdi)). Əməvilərə qədərki dövrün digər
xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır.
Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi
xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Müsəlmanlardan isə xərac vergisi ilə
yanaşı, məhsulun onda bir hissəsini təşkil edm uşr da alınırdı.
Qeyri-müsəlmanları dinə gətirmək üçün torpaq vergisi onlardan 2 dəfə çox
alınırdı. Əməvilərin dövründə (661 - 750) vergi siyasətində əsaslı dəyişikliklər
baş verdi. 725/26-cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal-qara və hər
cür əmlak yenidən siyahıya alındı. Bu zaman daha çox xərac vergisinin
yığılmasına diqqət yetirilsə də, əhali üzərinə sənətkarlıq məhsullarına, nigah
bağlanmasına görə də vergilər qoyuldu. Əvvəlki dövrün vergilərindən olan
novruz hədiyyəsi bərpa edildi, rahiblərin də üzərinə cizyə vergisi qoyuldu.
Əməvilərin vergi siyasəti təkcə yoxsullan deyil, Aranın bir çox əyan və varlı
adamlarını da dilənçi kökünə saldı və böyük fəlakətlərə səbəb oldu. Xalqımız
ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas yolu isə görünmürdü.
M.Kalankatlınm yazdığı kimi, vergi siyahıyaalması insanları və bütün ölkəni
köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi.
750-ci ildə Əməvilər sülaləsini yıxaraq siyasi səhnəyə çıxan
Abbasilərin Azərbaycandakı sosial - iqtisadi siyasətində etdikləri əsas
dəyişiklik mövliya adlanan yerli əyanlar zümrəsinə arxalanmağa
başlanmasından ibarətdir. Abbasilər yerli əyanlara ərəblərlə eyni hüquq
verməsələr də, əhalinin idarə edilməsində onlardan bir vasitə kimi istifadə
edirdilər. Abbasilərin
45
dövründə xərac torpağın əkilib - əkilməməsindən asılı olmayaraq sahəsinə görə
nəqd pulla alınırdı. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş
və qızılı tamamilə tükəndirmişdi. Xəlifə əl Mənsur (754 - 755) hətta ölülərə
görə də vergi tələb edirdi. Ona «pul atası» ləqəbini vermişdilər. Mənbələrə görə
«o, pulu allahdan çox istəyirdi». Xəlifə Harun ər-Rəşidin dövründə (786 - 809)
Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı hədsiz dərəcədə
artırıldı. Azərbaycandan (Cənub - Red.) ildə 4 milyon dirhəm, Muğandan 300
min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin
mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi. Bu dövrdə xəracı və
digər vergiləri ödəyə bilməyənləri döyür, qızmar günəş altında saxlayır,
başlarına yağ tökür, arvad - uşaqlarını qula çevirir, inəyini, davarını - ələ keçən
nəyi var idisə, zorla alıb aparırdılar. Mənbələrdə vergilərin iltizama verilməsi,
iltizamçıların lazımi məbləğdən artıq pul və vergi yığmaq üçün rəiyyətlə
rəhimsiz rəftar etməsi haqqında da məlumatlara rast gəlinir.
Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi.
Xüms yeni əmlakdan, neft, duz, filiz mədənlərindən və dəniz nemətlərindən
ödənilirdi. Zəkat vergisi əmlakın onda birindən az hissəsini təşkil edirdi.
Azərbaycanda ərəb ağalığına qarşı üsyanlar.
Babəkin başçılığı ilə azadlıq müharibəsi
Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi
siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin
soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların var - yoxu
bütün vasitələrlə əllərindən alınırdı. Bu zaman onların sərbəst və təhlükəsiz
yaşaması üçün hər hansı bir təminatdan danışmağa da dəyməzdi. Vergilərin
ağırlığından daha çox, onların yığılması eybəcər xarakter almışdı. Ən barbar -
boyundan daş asmaq, hətta səhəng asmaq, döymək, Azərbaycan kəndlilərini
uluc - «qanmaz» adlandırmaq, ailəsini qul edib əlindən almaq kimi üsullardan
istifadə edilməsi xalqımızda ərəblərə qarşı dərin nifrət hissi yaradırdı. Eyni
zamanda varlı adamlarımızı, əsil - nəcabət sahibi olan əyanlarımızı da ərəblər
hüquqsuz vəziyyətə salır, yaşayış vasitəsi olan torpaq və digər əmlaklardan
məhrum edir, inzibati və sosial hüquqlanm məhdudlaşdırır, onlara qarşı
ayrı-seçkilik siyasəti yeridirdilər. Mövla adlandırdıqlan əyanlara təhqiramiz
münasibət göstərərək bəzən onları «itə» bənzədirdilər. Bütün bunlar təbii ki,
VIII əsrdə ərəblərə qarşı Azərbaycanda üsyan və çıxışların başlanmasına gətirib
çıxarmalı idi. VIII əsrin ortalarında ərəb ağalığına qarşı güclü xalq narazılığı
üsyanlara çevrildi. 748-ci ildə yerli əyan İbn Səfvanın başçılığı ilə Beyləqanda
başlanmış üsyan tezliklə Ərdəbilə və Bərdəyə yayıldı. Üsyanda demək olar ki,
xalqın bütün təbəqələri iştirak edirdi. Üsyançılar Bərdədəki ərəb qarnizonunu
məhv edərək Xilafətin buradakı canişinini də öldürdülər. Əməvilərin göndərdiyi
cəza ordusu məğlubiy
46
yətə uğradı. Əməviləri əvəz edən Abbasilər üsyanı amansızlıqla yatıraraq
üsyançılara divan tutdular. 752-ci ildə Şəmkirdə, VIII əsrin 90-cı illərində
Ərdəbil, Şirvan və Aranda baş vermiş üsyanlar da böyük ordu göndərilməsi
hesabına amansızlıqla yatırıldı.
Ərəb qaynaqlarında Xilafətə qarşı baş vermiş ən böyük azadlıq
mübarizəsi «xürrəmilər»in çıxışları hesab olunur. Təbəriyə görə, bu hərəkat
778-ci ildə başlamışdır. Xürrəmilərin 808-ci ildə baş vermiş ikinci çıxışı Harun
ər - Rəşidin göndərdiyi 10 minlik ərəb ordusu tərəfindən yatırılmışdı.
Tarixdə «xürrəm» anlayışı müxtəlif cür şərh olunur. Bir çox alimlər
doğru olaraq bu anlayışı od, günəşlə bağlayırlar. Azərbaycan filosofu Şəha-
bəddin Sührəvərd xürrəmi anlayışının «mənəvi, ilahi işıq» bildirdiyini
yazmışdır. Bəzi ərəb müəllifləri xürrəmi anlayışının daha çox «əyyaş, əhlikef,
sərxoş» çalarında işlətməyə üstünlük vermişlər. Bunu təbii hesab etmək
lazımdır, çünki Xilafət xürrəmilərin qatı düşməni olduğundan ərəb alimləri öz
dövlətlərinin siyasi mövqeyindən çıxış edirdilər. Xürrəmiləri “dinsiz”, “əyyaş”
adlandırmaqla onlar ərəb ağalığına düşmən kəsilən bu qəhrəman və
azadlıqsevər insanları gözdən salmağa çalışır və Xilafətin azadlıq hərəkatına
divan tutmasına bu yolla haqq qazandırırdılar. Belə bir sual yaranır: Necə oldu
ki, bu «sərxoş, əyyaş, dinsiz» adamlar böyük bir mütəşəkkil qüvvəyə çevrilərək
Babəkin başçılığı altında 20 ildən çox dünyanın ən böyük dövləti olub, üç
qitədə yerləşən Xilafətin nizami ordularına qarşı qəhrəmanlıqla mücadilə
vermiş, müqavimət göstərərək duruş gətirə bilmişdilər? Ərəb ideoloqlarına
Babəkin ətrafında azadlıq uğrunda mübarizə üçün toplanmış bütün qüvvələri
əvvəlcədən mənfi obrazlarını yaratdıqları "xürrəmi" kimi vermək daha sərfəli
idi. Bu zaman xürrəmilər islam dininin də düşməni hesab edilir və müsəlman
olan Xilafət döyüşçülərində azadlıq mübarizəsi aparan xalqa qarşı nifrət hissi
aşılamaq çox asan başa gəlirdi. 816-cı ildən Xilafət ağalığına qarşı azadlıq
uğrunda böyük bir hərəkata başçılıq edən Babək üçün kimin hansı dinə mənsub
olması deyil, kimin tərəfində durması daha vacib idi. Ərəblərdən narazı olan
bütün qüvvələr Babəkin ətrafına toplanmışdı. Mənbələrə görə, Babək sayı 300
min nəfərdən çox olan böyük bir quwəyə malik idi. Babək müsəlmanları da,
xürrəmiləri də, xristianları da bir bayraq altında birləşdirərək Xilafətə qarşı 20
ildən artıq müddətdə fasiləsiz olaraq azadlıq müharibəsi aparmışdır.
Ərəb qaynaqlarına görə, 816-cı ildə xürrəmilərin başçısı Cavidanın
ölümündən sonra Babək «Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana
çıxdı və onun tərəfdarlarının sayı artdı...». Ərəb müəllifi Əbu Dula- fın
yazdığına görə. Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi,
xürrəmilər də qırmızı rəngə boyamışdılar. Məsudinin əsərində «Babəkin öl-
kəsi» dedikdə «Bəzz, Azərbaycan, Arran və Beyləqan» nəzərdə tutulmuşdur.
Xilafət Babəkin başladığı azadlıq müharibəsinin bu qədər geniş miqyas
alacağını ilk vaxtlar dərk etmədiyindən ona qarşı Azərbaycanda
47
saxladığı hərbi dəstələrdən və qarnizonlardan istifadə edir, ancaq heç bir uğur
qazana bilmirdi. Babəkin qoşunlarının böyük qələbələr hesabına geniş əraziləri
ərəblərdən azad etməsi xəlifə Məmunu 819-cu ildə Babəkə qarşı nizami ordu
göndərməyə vadar etdi. Ancaq bu ordu əzildi. 822-ci ildə Babəkə qarşı İsa ibn
Məhəmmədin başçılığı ilə göndərilmiş ərəb ordusu Bərdə yaxınlığındakı
döyüşdə darmadağın edildi və ərəb sərkərdəsi öldürüldü. 823/824-cü ildə Babək
yeni bir ərəb ordusunu da darmadağın etdi və ordu başçısı Əhmədi əsir götürdü.
Bu qələbə nəticəsində Babək Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və Şirvanı
tamamilə azad edərək öz silahdaşı Rüstəmi Azərbaycanın şimal torpaqlarına -
Arana hakim təyin etdi. Babək 829-cu ildə ərəblərin görkəmli sərkərdəsi
Məhəmməd ət-Tusinin başçılığı altında olan 150 minlik ordunu hərbi hiylə
işlədərək Marağa yaxınlığında Həşdadsər adlanan dağ dərəsinə çəkib, pusqudan
ağır zərbələr endirdi. Nəticədə 30 min ərəb döyüşçüsü məhv edildi və sərkərdə
öldürüldü. 829/830-cu ildə Babək xilafətin daha bir ordusunu ağır məğlubiyyətə
uğratdı. Babək ən böyük qələbəsini 830-cu ildə baş vermiş Həmədan döyüşündə
qazandı. Şəhər ələ keçirildi. Abbasilərin paytaxtı Bağdadı Mərkəzi Asiya və
Qafqazla bağlayan çox mühüm strateji yol Babəkin əlinə keçdi. Bu qələbə
nəticəsində Azərbaycanın bütün torpaqları ərəblərdən təmizləndi və Vətənimiz
müvəqqəti də olsa, xilafətin əsarəti altından çıxdı.
Xəlifə ordularının dalbadal ağır məğlubiyyətə uğradılması, Azərbaycan
kimi çox mühüm ərazinin itirilməsi, Babəkin qələbələrinin digər bölgələrdə də
xalqların azadlıq hərəkatını gücləndirməsi xəlifə Məmunu bərk qorxuya saldı.
Məsudi yazırdı: «Babək hərəkatı elə bir əzəmətli həddə çatdı ki, onun təsiri və
qoşunlarının sayı o qədər çoxaldı ki, az qaldı Abbasilər səltənəti məhv olsun».
Təsadüfü deyil ki, 833-cü ildə ölüm ayağında olan xəlifə Məmun varisi və
qardaşı olan əl-Mötəsimə bütün gücünü xürrəmilərə qarşı yönəltməyi vəsiyyət
etmişdi. Vəsiyyətnamədə deyilirdi: «Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və
rəhimsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et.
Əgər müharibə uzun çəksə, sən özün yaxın və sadiq adamlarınla onların üstünə
get». Göründüyü kimi, yeni xəlifə Mötəsimin dövlət işlərində birinci dərəcəli
vəzifəsi Babəki sıradan çıxartmaqdan ibarət idi. Xəlifə Mötəsim böyük xərc və
güc hesabına Babəklə müharibənin gedişində dönüş yarada bildi. 833-cü ildə baş
vermiş II Həmədan döyüşündə Babək böyük itki verərək ağır məğlubiyyətə
uğradı. Mənbələrdə onun itkisi azı 60 min nəfər göstərilir. Xəlifə Misirdə
Bizansla müharibədə ad qazanmış çox istedadlı sərkərdəsi, türk Afşin Heydər
ibn Kavusu Babəkə qarşı vuruşan bütün qoşunlann baş komandanı təyin edərək
müharibə üçün ondan heç bir vəsaiti əsirgəmədi. Afşin ata mindiyi hər gün üçün
10 min dirhəm, döyüş aparmadığı hər gün üçün isə 5 min dirhəm alırdı. Afşinin
ordusu arası kəsilmədən silah - sursatla təmin olunurdu. Mənbələrə görə, təkcə
837-ci ildə xəlifə Babəklə müharibəyə 1 milyon dirhəm pul xərcləmişdi.
48
Afşin ilk növbədə orduda ciddi intizam yaratdı. Öz qərərgahını Bəzzə
yaxın olan Bərzəndə köçürtdü, yolları və Babəkin dağıtdığı qalaları təmir
etdirdi. Babəkin qalaları, Bəzzeyn ölkəsinin yolları, dağ keçidləri və hərbi
qüvvələri haqqında kəşfiyyat məlumatlarını toplamağa başladı.
Buna baxmayaraq Afşinin əmrindən çıxıb, Babəkə qarşı
Dostları ilə paylaş: |