nın güclənməsi Cavanşiri güclü bir dövlətə -
Bizansa
sığınmağa məcbur
etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları
qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi
güdən Bizans hökmdarı
II Konstantin
660-cı ildə Cavanşiri himayəsinə qəbul
edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans hökmdarının Albaniya ölkəsi
ilə bağlı verdiyi fərmanda
Cavanşir Girdman hakimi və Aqvan (Alban)
knyazı
adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıldan olan bərbəzəkli
qızıl taxt, öz belindən açdığı mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200
Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.
662-ci ildə Xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə
yürüşünün qarşısını almaq üçün Cavanşir onlarla
Kür çayı sahilində döyüşə
girdi və qalib gəldi. M.Kalankatlınm yazdığına görə, Cavanşir böyük qələbə
qazandığı üçün düşmənə belə söyləmişdi: «Get,
Çola qapılarından
(Dərbənd
keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tann sənin gücünü yox
etmişdir».
«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların
hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli
yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, onlarla
sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu yolla əsir
alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı.
Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində
Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci
ildə
Ərəb xəlifəsi Müaviyənin
Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək
ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə ikinci dəfə
diplomatik danışıqlar apararaq
Dostları ilə paylaş: