Qəbələ və Bərdə şəhərləri olmuşdur.
Sasani hökmdarı
II
Şapurun vassalı və müttəfiqi olan Urnayr Romaya
qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi, 359-cu il
Amid və 371-ci il Dzirav döyüşlərində sasanilərin tərəfində çıxış etməkdə
Umayrm əsas məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü
qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani - Alban
qüvvələri qalib gəldiyindən Albaniya
əvvəllər itirdiyi Arsax, Naxçıvan və
Kaspiananı geri qaytarmışdı. Ancaq 371-ci il Dzirav döyüşündə müttəfiqlər
məğlub olduqlarından Alban torpaqlarının bir hissəsi Romanın əlinə keçmişdi.
Umayrdan sonra hakimiyyətdə olmuş Ycsuagenin dövründə Alban
əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. 444- cü
ildə hökmdar taxtında atası Yesuageni əvəz etmiş
II
Vaçenin hakimiyyəti
dövründə (444 - 463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bu
şəhərə köçürülmüşdü. II Vaçenin dövründə Albaniyanın
hərbi - siyasi və
beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin
(438 - 457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə
bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri
silsiləsinin (Beşbarmaq, Gilgüçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu
Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən
ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün
Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm
strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban
əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər
etnik dayaq yaratmağa çalışırdılar. Cənubi Qafqazdakı xristianlara Romanın və
Bizansın tərəfdarları kimi baxan sasanilər hər vasitə ilə albanları, iberləri və
digər xalqları mədəni - ideoloji assimilyasiyaya
uğratmağa yönələn siyasət
yürüdürdülər. Bu zaman əsas diqqət Cənubi Qafqazda zərdüştlüyün
yayılmasına verilirdi. II Yezdəgird 450-ci ildə Alban, İber hökmdarlarını və
digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü
qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu
II
Vaçc də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün
700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu.
Sasanilərin həyata keçirdiyi köçürmə,
vergi və dini siyasət
Azərbaycanda və ona qonşu olan ölkələrdə tez - tez üsyanların baş verməsinə
səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı
yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal
döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə
baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.
457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina
edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il II Vaçenin başçılığı ilə
Albaniyada sasanilərə qarşı üsyan başlamışdı. Sasani hökmdarı Firuz 462-ci
36
ildə hunları -onoqurları üsyanın yatırılmasına cəlb etdikdən sonra bir illik ağır
döyüşlərdən sonra, 463-cü ildə üsyançılar məğlubiyyətə uğramışdılar. II Vaçe
taxtdan salınmış və Albaniyada çar hakimiyyəti ləğv edilmişdi. Nəticədə ölkəni
Sasani mərzbanı idarə etməyə başladı.
481- 484-cü illərdə Albaniya, İberiya və
başqa bölgələrdə sasanilərə
qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani
hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili
müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış,
Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı.
Məzdəkilər hərəkatı.
Sasani hakimiyyəti altında olan Atropatenada V
əsrin 80-ci illərində Məzdəkilər adlanan güclü bir xalq hərəkatı (481 - 529)
başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin
insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial
bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar.
Hərəkatda
kəndlilər, sənətkarlar, şəhər yoxsulleın və bəzi əyanlar da iştirak
edirdilər. Məzdəkin ardıcılları iri əyanların malikanələrinə və varlı tacirlərin
evlərinə basqınlar edərək onların əmlaklarını öz aralannda bölüşdürürdülər. İri
torpaq sahiblərinin bir çoxu öldürülmüş, çoxları isə ölkədən qaçmışdı. Sasani
hökmdarı I Qubad (488 - 531) hiylə işlədərək üzdə bu hərəkatı himayə edirdi. O,
Məzdəkilər hərəkatından mərkəzi hakimiyyətə düşmən olan iri əyanları və din
xadimlərini sıradan çıxarmaq üçün istifadə edirdi. Hərəkatın çox təhlükəli
həddə qədər genişləndiyini görən I Qubad siyasətini dəyişdi və 529-cu ildə
Məzdəkilər hərəkatını amansızlıqla yatırdı. Hərəkatın başçıları və Məzdək qətlə
yetirildi. Hərəkat iştirakçılarına kütləvi divan tutularaq 80
minə qədər adam
öldürüldü.
III Vacaq anın hakimiyyətə
Dostları ilə paylaş: