II FƏSİL. AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ
§ 5. Azərbaycan III - VIII əsrin əvvəllərində
Yeni ictimai münasibətlərin yaranması
III əsrdə
Azərbaycan sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə
daxil oldu. Albaniya və Atropatenada ölkənin başlıca sərvətini təşkil edən
torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas
əlamətidir. Torpağın sahibi və mülkiyyətçisi olan hakim zümrə (feodal)
cəmiyyətin əsas qüvvəsini təşkil edirdi. Var - dövlət, sərvətlə yanaşı, dövlətin
idarə edilməsi, siyasət də onun əlində idi. Bu zümrə geniş hüquq və
imtiyazlardan istifadə edirdi. Cəmiyyətdə nə varsa-ideologiya, din,
mədəniyyət-hər şey onun mənafeyinə xidmət edirdi. Dövləti idarə edən
hökmdar ən böyük torpaq sahibi (feodal) sayılırdı. Belə cəmiyyətin maddi
nemətlərinin yaradıcısı isə kəndlilər və sənətkarlar idi.
Azərbaycanın Araz çayından şimaldakı torpaqlarında yerləşən və e. ə. II
əsrdən Aran nəslindən olan yerli hökmdarlar tərəfindən idarə olunan Albaniyada
I əsrin ortalarından
Alban Arşakilər sülaləsi
möhkəmlənmişdi. Bu sülalənin
hakimiyyəti 510-cu ilə qədər davam etmişdir. Arşaki hökmdarlan böyük torpaq
sahələrinə malik idilər. III - V əsrlərdə Albaniyada dövlət torpaq sahibliyi
forması üstünlük təşkil edirdi. Dövlət və onu idarə edənlər etibarlı sosial dayaq
yaratmaq üçün hakim zümrənin nümayəndələrinə və qulluq adamlarına xidmətə
görə torpaq sahələri bağışlayırdılar. Nəticədə xüsusi torpaq sahibliyinin çəkisi
getdikcə artırdı. Albaniyada IV - V əsrlərdə torpaq sahələrinin vassallara
(azatlar və nahararlar) paylanması nəticəsində dövlət torpaq fondu tədricən
azalır və onun böyük hissəsi feodal ailələrinin (patronimiya - ağa, sahibkar
ailəsi) əlində cəmləşirdi. Feodallaşmanın dərinləşməsi ilə hakim zümrə bir neçə
kateqoriyaya bölünürdü. Bunlardan ən böyükləri ayrı-ayrı vilayətlərdə hakimlik
edirdilər. IV - VII əsrlərdə Albaniyada bir sıra siyasi - inzibati vahidlər -
nahararlıqlar (senyoriya) meydana çıxmışdı. Həmin inzibati vahidin (vilayətin)
başçısı get - gedə torpaq üzərində mülkiyyətçilik hüququ olan əsl feodala
(knyaza) çevrilirdi. VI əsrdə onlar işxan (hakim, ağa) adlanırdı.
Albaniyada hökmdar-çar qanunverici və ali məhkəmə hüququna malik
olub, kilsə məclislərini də o çağırırdı və ölkənin hərbi qüvvələrinin baş
komandanı idi. Albaniyada feodalizm cəmiyyətinə xas olan ierarxiya sistemi
hökm sürürdü. Hər bir
Dostları ilə paylaş: