Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə23/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Şəki, Şəmkir, Girdman, Naxçıvan 
və başqaları daxildir. 3) Kənd tipli şəhərlər və yaxud əkinçilik xarakterli 
şəhərlər; bunlar sosial-iqtisadi mənada şəhər olmayıb, əslində vilayətlərin 
inzibati mərkəzləri idi. Bu tipli şəhərlərə 
Torpaqqala (Qax), Mingəçevir 
və 
başqaları daxil idi. Albaniyanın paytaxtı 
Bərdə 
şəhəri Yaxın və Orta Şərqin ən 
böyük ticarət mərkəzlərindən biri olub, İran körfəzi, Orta Asiya, Atropatena 
(Cənubi Azərbaycan), Gürcüstan, Ərəb ölkələri. Bizans və Şimali Qafqazı 
birləşdirən karvan yollarının üzərində yerləşirdi. 
Albaniyanın ərazisi və inzibati bölsüsii
Alban dövləti erkən orta çağda 
geniş bir ərazini əhatə edirdi. Antik dövrdə olduğu kimi, Albaniyaya şimalda 
Qafqaz dağlarından, cənubda Araz çayına. Qərbdə İberiyadan (Alazan və İori 
çaylarının hal - hazırda Gürcüstan Respubikasmm ərazisinə düşən yuxarı 
axarlanndan) Şərqdə Xəzər dənizinə qədər olan torpaqlar daxil idi. Kürün sol 
sahilindəki Alban torpaqlarında Çola, Lpina, Kambisena və başqa vilayətlər 
yerləşirdi. 
Çola vilayəti 
Dərbənddən Beşbarmaq dağına qədər Xəzər sahilini 
əhatə edirdi və bu vilayətin Çola və Dərbənd kimi iki şəhəri var idi. Çola ilə 
Şəki arasında 
Lpina vilayəti 
yerləşirdi. Kürdən cənubda 
Paytakaran, Arsax, 
Uti və Sünik 
vilayətləri yerləşmişdi. İndiki Yuxarı Qarabağ və Mil düzünün bir 
hissəsi Arsax vilayəti adlanırdı. 
Albaniyanın siyasi tarixinin əsas məsələləri 
Albaniyanın siyasi tarixini 
üç dövrə 
bölmək olar: 
1.
Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə 
qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən 
olan on hökmdarın adı çəkilmişdir. 
2.
Sasani mərzbanlığı dövrü (510 - 629-cu illər). 
3.
Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630 - 705-ci illər). 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin