etdilər.
510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri - mərzbanlar
idarə edirdilər. Böyük mərzbanlıq adlanan bu dövrdə Azərbaycan dəfələrlə
Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən
ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır,
əhalimiz qırılır və mədəniyyət abidələrimiz məhv edilirdi.
Sonuncu Sasani -
Bizans müharibəsi (603 - 628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin
qazanılmasında Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı.
Buna görə də Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi
təsiri altına düşdü.
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti. Girdman knyazlığı.
VI
əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Mehrani nəsli
möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub,
Albaniyanın Girdman vilayətini idarə edirdilər. Mehranilər Albaniyada siyasi
cəhətdən möhkəmlənmək üçün Arşaki nəslindən olan bütün iri əyanları məhv
etmiş və onların torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Mehranilər
Sasanilərlə qohum olsalar da, yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış,
xristianlığı qəbul etmiş və albanlaşmışdılar. 629 - 630-cu
illərdə Xəzər
xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi
Mehranilərin qəti hərəkətə keçməsinə imkan yaratdı. Albaniya Xəzər xaqammn
siyasi asılılığından çıxaraq müstəqillik qazandı. Varaz Qriqor 630-cu ildə
Albaniyanın knyaz taxtına oturdu. Varazm hakimiyyəti dövründə (630 - 642)
Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı
müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı
aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra
vətəninə dönmüş və 642-ci ildən böyük knyaz titulu ilə Albaniyanı
idarə
etməyə başlamışdı. Moisey Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri
dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və
təhlükəsizliyinin təmin olunmasına yönəldən bir hökmdar kimi təsvir etmişdir.
Cavanşirin ölkədə quruculuq, təsərrüfat və abadlıq işləri aparması,
paytaxt
şəhəri olan Bərdədə və digər yerlərdə gözəl saraylar və binalar tikdirməsi,
alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında
məlumatlara rast gəlinir. Onun hakimiyyəti dövründə Albaniyamn sərhədləri
qərbdə İberiyaya, şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə
Araz çayına gedib çatırdı.
Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və
müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi.
Cavanşir ərəblər tərəfindən
məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına dağıdıcı
basqmlarımn qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək qalib gəlmiş,
Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri Bərdəni sasanilərdən
təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi İberiya idi. Ərəblərin
Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqmları-
Dostları ilə paylaş: