Torpaqqala, Ağdamdakı
Govurqala, İsmayıllıdakı
Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və başqaları Alban
memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya
dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi
həyatına bu din güclü təsir göstərmişdir.
Albanların öz
yazısı, öz təqvimi və məktəbləri var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. Son araşdırmalara görə
V əsrdə bu əlifba uti ləhcəsinə uyğun şəkildə yenidən işlənib hazırlanmışdı.
Alban əlifbasının hansı səsləri ifadə etməsi müəyyən olunmuş, alban dilində
yazılmış dini kitab - “İncil” dövrümüzə qədər gəlib çatmışdır. Albaniyanın
mənəvi mədəniyyət abidələrini erməni dilinə çevirmiş Qriqoryan kilsəsi alban
dilində yazılmış abidələrin böyük əksəriyyətini məhv etmişdir.
Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə
İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu
təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.
Albaniyada V əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlınm
yazdığına görə. Alban hökmdarı Yesuagen uşaqlann məktəblərə göndərilməsi
və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqlann, hətta yeməklə təmin
olunması haqqında əmr vermişdi. Yesuagen Alban əlifbasının yeni variantını
başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə
xüsusi diqqət yetirirdi.
Albaniyanın mənəvi - dini dirçəlişi III
Mömün Vaçaqanın adı ilə bağlı
idi. Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və atəşpərəstləri,
kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və mo- nastrlar
tikdirir, məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə məktəblərə baş
çəkər və şagirdləri başına toplayardı. Uşaqlann əllərində kitablar və yazı
lövhələri olardı.