836-cı ildə döyüşə girən türk sərkərdəsi Buğa
Həşdadsər dağı yaxınlığında ağır
məğlubiyyətə uğradı. Buğa qaçmaqla canını qurtara bildi. Xürrəmilər bütün
ərəb ordugahını, pul və silahları ələ keçirdilər.
837-ci ildə Babəkin ərəblərlə son döyüşü
Bəzzdə baş verdi. Ərəblər od
püskürən və mühasirə qurğularından istifadə edərək amansız döyüşlərdən sonra
Bəzz şəhərini ələ keçirdilər. İstilaçılar üç gün ərzində şəhərdə nə vardısa,
dağıtdılar və yandırdılar. Mənbələrə görə buradakı nə bir ev, nə bir qala da
salamat qalmadı.
Bəzz döyüşündən sonra xəlifədən Babəkə aman verilməsi haqqında qızıl möhürlü məktub gəldi. Ancaq Babək bu təklifi qətiyyətlə rədd
etdi. Babəkin əsir alınmış böyük oğlu da ona məktub göndərərək atasını aman
almaq üçün geri qayıtmağa çağırırdı. Lakin Babək Mö- təsimin aman haqqında
məktubunu açmadan geri qaytarmış və oğluna belə yazmışdı:
«Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi... Ola bilər bu gündən sonra mən çox yaşamayım, lakin şah, məlik adı üstümdə qalır... Bircə gün rəhbər (ağa) kimi yaşamaq, 40 il zillətlə qul olmaqdan yaxşıdır.» Babək bir neçə mühafizəçisi, qardaşı və anası ilə birlikdə müttəfiqi olan
Bizansdan kömək almaq üçün yolüstü Albaniyanın Şəki vilayətinə gəldi. Ancaq
burada Babək köhnə müttəfiqi Səhl ibn Smbat tərəfindən ərəblərə təhvil verildi.
Babək onu ərəblərə satmış Səhlə üzünü tutaraq belə demişdi: “Olmaya sən məni
yəhudilərə (ərəblərə) cüzi bir pula satmısan? Pul istəyirdinsə, məndən
istəyəydin və mən sənə onlardan da çox pul verərdim.”
Ərəb sərkərdəsi Afşinin
Azərbaycan torpağında son istəyin nədir? -
sualına Babək «mən öz şəhərimə baxmaq istəyirəm» cavabını verdi. Bəzz şəhəri
ilə vidalaşdıqdan sonra Babək Bağdad yaxınlığındakı Səmərra şəhərinə
göndərildi. Bütün Xilafəti qorxuya salan Babəkin şəxsiyyətinə xəlifə sarayında
maraq o qədər güclü idi ki, mənbələrə görə xəlifə Mötəsim paltarım dəyişmiş
halda Babəkin yerləşdiyi qəsrə gəlib ona baxıb geri qayıtmışdı. Xəlifə göstəriş
vermişdi ki, Babəki edama apararkən hamının görməsi üçün onu filə
mindirsinlər.
Babəkin həyatı və fəaliyyəti kimi onun edam zamanı göstərdiyi
dözümlülük və qəhrəmanlıq da hamını heyrətə salmışdı. Maraqlıdır ki, edamdan
qabaq xəlifə Mötəsim Babəkə demişdi: «Ey