Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə21/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

feodal patronimiyası 
öz gücünə görə xüsusi 
«Dərəcələr 
haqqında cədvəl»də 
növbəlilik gözlənilməklə qeyd olunurdu. İlk on yeri tutan 
əyanlar 
böyük, 
qalanları isə 
kiçik patronimiya 
hesab olunurdu. Əyanlann belə 
düzülüş qaydası ierarxiya, yəni 
feodal nərdivanı 
adlanırdı. Bu sistem onların 
iqtisadi gücü, siyasi nüfuzu və çıxara bildiyi qoşunun sayı ilə müəyyən 
olunurdu. Albaniyada azatlar alban və sasani hökmdarlarının 
31 


vassallan olub, tələb olunanda hərbi qüvvə çıxartmalı, öz sosial rütbəsinə uyğun 
olaraq sarayda müəyyən xidmət göstərməli və müxtəlif inzibati funksiyalan 
yerinə yetirməli idilər. Əyanlar və ruhanilər can vergisi ödəməkdən azad idilər. 
Albaniyada torpaq mülkiyyətinin dövlət və xüsusi formaları təşəkkül 
tapmışdı. III - VI əsrlərdə burada torpaq üzərində dövlət mülkiyyəti forması 
üstünlük təşkil etmişdi. Ali zümrəyə məxsus olan torpaq mülkiyyətinin iki 
forması vardı: 1) şərtsiz və irsi torpaq sahibliyi sayılan dastakert (pəhləvi dilində 
- mülk deməkdir). Bu torpaq sahibliyi (allod) icma torpaq sahibliyinin dağılması 
və dövlət tərəfindən torpaqlann malikanə (votçina) hüququ ilə hakim zümrənin 
nümayəndələrinə paylanması yolu ilə yaranmışdı; 2) Şərti torpaq sahibliyi 
sayılan xostak (pəhləvi dilində - «bağışlanan» mənasını verir). Xostak dövlət 
tərəfindən torpağın vassal xidməti göstərən hakim zümrənin nümayəndələrinə 
müvəqqəti olaraq bağışlanması nəticəsində yaranmışdı. Şərti xostak 
torpaqlarının şərtsiz dastakertə çevrilməsi hallarına da təsadüf edilir. 
İri torpaq sahibləri patriklər, xırda və orta torpaq sahibləri isə azatlar 
adlanırdı. Dastakert daha çox iri əyanların, xostak isə daha çox nisbətən kiçik 
hərbi əyanların, məmur və kilsə xadimlərinin əlində cəmləşmişdi. 
Təhkimçilik hüququ münasibətlərinin bərqərar olduğu Avropada 
feodalların mülklərində yerləşən böyük təsərrüfatlar kəndlilər tərəfindən biyar 
işlərinə (əvəzi ödənilməyən mükəlləfi3^ət) cəlb edilməklə becərilirdi. İlin böyük 
hissəsini ağır biyar işlərində keçirən kəndlilərin bir yerdən başqa yerə 
qaçmasının qarşısım almaq üçün dövlət onları torpağa təhkim edirdi. Şərq 
ölkələrində, o cümlədən Azərbaycanda mülkədarlar şəxsi təsərrüfat 
qurmurdular və ya onların belə təsərrüfatı kiçik ölçülü olduğundan kəndlilərin 
kütləvi şəkildə biyara cəlb edilməsinə və torpağa təhkim edilməsinə ehtiyac yox 
idi. Burada torpaq sahibləri çox zaman təsərrüfat işlərinə qarışmır, kəndlilərdən 
məhsul və ya pul vergisi almaqla kifayətlənirdilər. Azərbaycanda feodal 
kəndlini tam hüquqsuz bir qula və ya əşyaya, alqı-satqı obyektinə çevirə, 
Avropadan fərqli olaraq kəndlinin şəxsi həyatı ilə bağlı məsələlərə qanşa 
bilməzdi. 
Albaniyada kəndlilər şinakan adlanırdı, onlar dünyəvi və dini 
feodalların xeyrinə çoxsaylı natural vergilər ödəyirdilər. Moisey Kalankatlınm 
məlumatına görə, Albaniyada kəndli zümrəsi üç qrupa bölünürdü: 1) kifayət 
qədər əmlakı olanlar; 2) yoxsullar; 3) əkini, üzümlüyü olmayanlar. 488-ci il 
Aluen kilsə yığıncağının qəbul etdiyi qanunlarla Albaniyada dünyəvi və dini 
feodallara məxsus kəndlilərin, xüsusilə kilsə torpaqlarında yaşayan sakinlərin 
ödəməli olduqlan vergilər və mükəlləfiyyətlər hüquqi baxımdan tənzim 
edilmişdi. Aluen yığıncağı qanunlannda deyilirdi: «xalq tərəfindən keşişə 
torpağın bəhrəsi aşağıdakı qaydada verilməlidir: varlı adam 4 cərib (1 cərib - 22, 
8 kq) buğda, 6 cərib arpa, kasıb isə bunların yansı qədər: kimin ki, bağı və əkin 
yeri yoxduı-, ondan heç bir şey ahnmasın». Mənbələrə görə dünyəvi 
32 


əyanlara məxsus kəndlilər də vergiləri həmin qaydada ödəyirdilər. İcmaçı 
kəndlilər can vergisi olan gezitlə yanaşı, məhsulun 1/5-dən ibarət torpaq vergisi 
- xaraq, sənətkarlar və tacirlər isə gömrük haqqı olaraq bac ödəyirdilər. 
Albaniyada bütün xristian əhalidən kilsənin xeyrinə onda bir vergisi yığılırdı. 
Bu vergi kənd təsərrüfatı məhsullan ilə ödənilirdi. 
Sasani imperiyasının mühüm əyalətlərindən birinə çevrilmiş 
Atropatenada III əsrdən etibarən feodal münasibətləri yaranmağa başladı. Bu 
münasibətlər haqqında mənbələrdə az məlumat verilmişdir. Sasani dövrünün 
qanunları ilə torpaq mülkiyyəti və hakim zümrənin toxunulmazlığı hüquqi 
baxımdan qorunurdu. Torpaq sahibləri yerli və mərkəzi hakimiyyətə tabe 
olmalı, dövlət xəzinəsinin xeyrinə vergilər toplamalı və hərbi xidmət göstərməli 
idilər. 
Sasanilər dövründə əhali dörd sosial təbəqəyə bölünürdü: 
1) kahinlər; 2) döyüşçülər; 3) mirzələr (əyanlar); 4) vergiverənlər. «Hacıabad 
kitabəsi» nə görə ölkədə ali zümrəyə hakimlər, əsilzadələr və azatlar daxil idi. 
Albaniyada olduğu kimi. Atropatenada da əhalinin əsas hissəsini 
kəndlilər təşkil edirdi. Kəndlilər, sənətkarlar və tacirlər vergiverən zümrəyə 
daxil idilər. Kəndlilər gezit adlanan can vergisi və xaraq adlı torpaq vergisi 
verir, müxtəlif əmək mükəlləfiyyətləri yerinə yetirirdilər. 
VI əsrdə Atropatenada torpaq münasibətləri xeyli inkişaf etmişdi. İcma 
torpaqlarının böyük hissəsini əyanlar ələ keçirmiş və kəndliləri asılı vəziyyətə 
salmışdılar. Azatlar xidmətləri müqabilində şərti torpaq bəxşişləri alaraq 
mövqelərini gücləndirirdilər. Dini idarələrə məxsus torpaq mülkiyyəti də xeyli 
artmışdı. Qazakadakı baş od məbədgahmm ixtiyarında çoxlu torpaq və kəndli 
var idi. 
Feodallaşma prosesinin gücləndiyi şəraitdə Sasani hökmdarı 

Qubad 
tərəfindən həyata keçirilməsinə başlanan vergi islahatı I Xosrovun dövründə 
(531 - 579) başa çatdırılmışdı. İslahatın əsas məqsədi köhnə vergi sistemini 
dəyişdirməkdən ibarət idi. Bütün imperiya ərazisində, o cümlədən Atropatenada 
torpaqların miqdarı, vergi ödəyəcək adamların sayı müəyyən edilmiş, vergilərin 
ümumi miqdarı hesablanmışdı. Vergilər bar verən ağacların sayına, torpağın 
məhsuldarlığına və əhalinin sayına uyğun olaraq mahallar və məntəqələr üzrə 
bölünmüşdü. Buğda, arpa, düyü əkinlərindən torpaq vergisi məhsulla 
ödənilməli idi. Məhsulun həcmindən asılı olmayaraq torpaq sahələri üzərinə 
daimi pul vergisinin qoyulması geriyə doğru addım olub, kəndlilərin vəziyyətini 
pisləşdirirdi. Əhali əmlak vəziyyətindən asılı olaraq 4 - 1 2 dirhəm (1 dirhəm 4 
qram ağırlığında gümüş pul) miqdarında can vergisi ödəməli idi. Ali zümrəyə 
daxil olan əyanlar, kahinlər, məmurlar və mirzələr bu vergini ödəməkdən azad 
idilər. Vergi islahatına görə müharibələr zamanı qoşunların saxlanması üçün 
kəndlilərdən azuqə və ot tələb oluna bilərdi. 
I Xosrovun islahatı ilə vergilərin yığılması və dövlət xəzinəsinə təhvil 
verilməsi üzərinə ciddi nəzarət qoyulsa da, məmurların özbaşmalıqlannm 
33 


qarşısını almaq mümkün deyildi. 
Vergi islahatının həyata keçirilməsi ilə Atropatenada 20 yaşından 50 
yaşına qədər bütün kişilər can və torpaq vergisi ödəyirdilər. Əhalidən şəhərlərin 
müdafiə divarlarının tikilməsi və təmiri, suvarma kanallannm çəkilməsi üçün də 
vergi yığılırdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin