Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə19/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Albaniyanın ictimai

siyasi tarixinin başlıca məsəhhri
Albaniyanın 
ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı 
qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Alban hökmdarlanmn 
qəbirləri indiyədək tapılmasa da, varlı və yoxsul zümrəyə məxsus yaşayış 
evlərinin qalıqları və qəbirlərdə tapılmış əşyaların müxtəlifliyi alban 
cəmiyyətində ictimai və əmlak bərabərsizliyinin mövcudluğunu sübut edir. 
Strabon e. ə. 60-cı illərin hadisələri ilə bağlı yazırdı ki, hazırda bütün alban 
qəbilələrini bir padşah idarə edir. Əvvəllər isə burada hər qəbilənin öz padşahı 
(çar) var idi. E. ə. I əsrdə Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Anto- 
ninin yürüşləri vaxtı isə Zober idarə edirdi. Alban Arşakilərinə qədər, yəni I 
əsrin ortalarınadək Albaniyanı onun ilk hökmdan olmuş Aranın nəsli - 
Aranşahlar idarə etmişdir. 
Albaniyada hökmdardan sonra ən hörmətli adam baş kahin sayılırdı. Baş 
kahin əhalisi sıx olan böyük bir müqqəddəs əyalətə başçılıq edirdi və məbəd 
qulları da onun ixtiyarında idi. 
Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali 
zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Albaniyada kənd 
təsərrüfatı və sənətkarlıq sahələrində çalışanların böyük hissəsi, ticarətlə məşğul 
olanların hamısı azad adamlar idi. Əkinçilikdə və sənətkarlığın bəzi sahələrində 
qul əməyindən də istifadə edilirdi. Strabon alban məbədlərinə məxsus qulların 
olduğunu qeyd etmişdir. Qul əməyindən padşaha və əyanlara 
27 


məxsus təsərrüfatlarda da istifadə olunması ehtimal edilir. Lakin Misir, 
Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli 
olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Burada əməkçi 
əhalinin böyük əksəriyyətini azad adamlar, yəni vergi ödəyən zümrələr 
(kəndlilər, sənətkarlar və s.) təşkil edirdi. Albaniyada quldarlıq, yalnız bir 
təsərrüfat ukladı kimi mövcud olmuş və cəmiyyətin bütün sosial-iqtisadi 
həyatını tamamilə əhatə etməmişdir. Quldarlığın zəif inkişaf etdiyi Alban 
cəmiyyətində nəsli-qəbilə quruluşunun qalıqları da öz təsirini göstərirdi. 
E. ə. IV - III əsrlərdə Makedoniyalı İsgəndərin və Selevkilərin Kaspi 
dənizi və onun ətraf bölgələrinə göndərdikləri ekspedisiyalarından sonra 
Albaniya ərazisinə hər hansı bir yürüş haqqında mənbələrdə heç bir məlumat 
verilmir. E. ə. I əsrin 60-cı illərinə qədər Yaxın Şərqdə baş verən hərbi-siyasi 
hadisələrdən kənarda qalan Alban dövləti üçün bu dövr əmin-amanlıq dövrü 
olmuşdur. Ellinizm adlanan həmin dövrdə Albaniya iqtisadi və mədəni yüksəliş 
keçirirdi və onun xarici ölkələrlə əlaqələri genişlənmişdi. 
E. ə. I əsrdə romalılarm hərbi planlarında Albaniya və qonşu İberiya 
önəmli yer tutmağa başlamışdı. Romalılar Albaniyada möhkəmlənməklə 
Hindistanı Qara dənizlə birləşdirən, bir hissəsi Kaspi dənizindən-Kür çayından 
və quru ərazidən keçən ticarət yollarım ələ keçirmək niyyətində idilər. 
Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və 
digər ölkələrə yürüşlər etmək imkanı verirdi. E, ə. 66-cı ildə Roma sərkərdəsi 
Pompey Alban torpaqlanna yürüşə başlayaraq Kür çayı sahilində hərbi düşərgə 
saldı. Alban hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu roma- lılar üzərinə 
hücuma keçdi. Həmin ilin dekabrında Kür çayı sahilində baş vermiş qanlı 
döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib gəldi. Albanlarla sülh 
bağladıqdan sonra Pompey İberiyaya yürüş etdi və qalib gəldi. 
Romalılar İberiyaya yürüş edəndə albanlar onları arxadan təqib edərək 
Roma qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlanndan Pompey e. ə. 65-ci ildə 
yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq 
üçün romalılar İori ilə Alazan çaylan arasındakı susuz çöllə hərəkət etməyi 
qərara aldıirr. Pompey bir neçə albanı əsir alaraq ordusunu daha qısa və rahat 
yolla aparmaq üçün onlardan bələdçilik etmələrini istədi. Maraqlıdır ki, 
ölümdən qorxmayan albanlar düşməni daha uzun və çətin yolla apararaq xeyli 
ləngitdilər. Alazan çayı sahilindəki çöldə döyüş baş verdi. 60 min piyada və 12 
min atlıdan ibarət Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Süvari 
qoşunda albanlar, piyada qoşunda isə romalılar daha güclü idilər. Pompeyin 
düşünülmüş hərbi taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi 
qəsdən geriyə qaçaraq albanları öz arxasınca apanb mühasirəyə saldı. Döyüş 
vaxtı Kozis Roma sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh 
Pompey i ölümdən qurtardı. Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül 
yaralandı. Döyüş romalılarm qələbəsi ilə başa çatdı. Romalılara qarşı kişilərlə 
birlikdə alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma 
müəlliflərinin heyrətinə səbəb olmuşdu. Dö 
28 


yüşdən sonra Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən Alban 
hökmdarı Oroys məktub və hədiyyələr göndərməklə kifayətləndi. Pompey 
barışığa gəlmək və tabe olmaq haqqında Oroysun vədlərini qəbul edib, Xəzər 
dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə doğru irəliləməyə başladı. 
Ciddi müqavimətlə qarşılaşan Pompey öz son məqsədindən əl çəkməyə məcbur 
olub, ölkəmizi tərk etdi. Roma müəllifləri bunun əsas səbəbini həmin ərazidə 
guya çoxlu zəhərli ilanların olması ilə əlaqələndirirlər. E. ə. 36-cı ildə Antoninin 
Atropatenə və Albaniyaya yürüşünün nəticəsi olaraq Alban hökmdarı Zober 
romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı Okta- vian Avqustun 
hakimiyyətinin sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban 
hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı 
göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban 
hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir 
daşın üzərində Roma imperatoru Domisianm adı ilə bağlı olan kitabənin 
qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. II əsrdə 
Roma imperatoru Adrian Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına 
xüsusi əhəmiyyət verirdi. 
Bizim eranın 34-cü, 72-74-cü və 135-136-cı illərində şimaldan gələn 
sarmat-alan tayfalannm yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya 
böyük ziyan vurmuşdu. 
Mədəniyyət
Albanlar zəngin maddi və mənəvi mədəniyyətə malik idilər. 
Alban dövləti yaranandan sonra ölkədə memarlıq və tikinti işləri genişlənmişdi. 
Şəhərlər salınır, müdafiə istehkamları qurulur, böyük ictimai binalar tikilirdi. 
Albaniyanın paytaxtı Qəbələnin ətrafında tikilmiş müdafiə qurğuları olan torpaq 
səddinin və xəndəyin qalıqları bir kilometr uzunlu- ğundadır. Tikinti işlərində 
daş, çiy və bişmiş kərpic, ağac və kirəmitdən istifadə olunurdu. Qədim Qəbələdə 
arxeoloji qazıntılar nəticəsində aşkar edilən və bizim eranın ərəfəsində tikilən 
böyük bir ictimai binanın qalıqlan göstərir ki, özülü çay daşından, divarları çiy 
kərpicdən hörülmüş tikilinin üç böyük salonu, iki otağı və iki böyük dəhlizi 
olmuşdur. Hər salonun ortasında daşdan iki sütun altlığı qoyulmuşdur. Binanın 
üstü iri ölçülü və yüksək keyfiyyətli kirəmitlə örtülmüşdür. 
Albaniyanın rəssam - boyaqçıları gil, mis və digər metal qablar üzərində 
müxtəlif quş, heyvan və insan təsvirləri çəkir və gözəl naxışlar vururdular. Qızıl, 
gümüşdən və digər metallardan hazırlanan bəzək əşyalarımn bir çoxu incəsənət 
əsəri sayıla bilər. 
Alban əhalisi antik dövrdə yazı mədəniyyətinə malik olmuşdur. 
Mənbələrə görə albanlar dünyada yazısı olan on beş mədəni xalqdan biri idi. 
Xristianlığa qədər Albaniyada çoxallahlılıq olmuşdur. Strabona görə albanlar 
Səma, Günəş və Ay allahlanna sitayiş edirdilər. Albanlar, başqa xalqlarda az 
rast gəlinən yüksək əxlaqi dəyərlərin və davranış mədəniyyətinin yaradıcısı və 
daşıyıcıları idilər. Strabon yazırdı ki, albanlar öz gözəlliyi və hündür boylu 
olmaları ilə seçilirlər. Onlar xırdaçı olmayıb ürəyiaçıqdırlar. 
29 


Albanlar nəinki valideynlərinə, hətta yad qoca adamlara belə həddindən artıq 
hörmət göstərirlər. Göründüyü kimi, albanlar çox az hallarda rast gəlinə bilən 
əxlaqi keyfiyyətlərə malik olmuşlar. Qədim əcdadlarımızdan biri olan türksoylu 
Albanların bu nadir əxlaqi keyfiyyətləri 2-3 minillik tarixin sınağından çıxaraq 
bu gün də xalqımız tərəfindən qorunub saxlanmışdır. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin