Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Sasanilərə  qarşı üsyandan yazan tarixçi  Paraplı Lazar



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə40/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Sasanilərə 
qarşı üsyandan yazan tarixçi 
Paraplı Lazar 
kəngər 
türkləri yaşayan ayrıca bir vilayətin adını çəkir: Qavam Kangarac. Bu tarixçinin 
yazdığına görə, Sasanli qoşunu ilə döyüşdə basılan 
Vaxtanq Qorqasalın 
döyüşçüləri Albaniyanın İberiya ilə sərhədlərində 
Kəngər dağlarından 
(Ermənistanın bir rayonunda indi də Kəngər dağı oronimi qalmaqdadır - Red.) 
enərək 
«Kəngər elinə» 
gəlib «qonşu hunlarm» köməyini gözləməyə başladılar. 
Bu hadisədən 60 - 70 il sonra (542 və 552-ci illər) həmin xalqın adı 
hanqaraye 
şəklində suryani qaynaqlarda çəkilir. 
IV yüzillikdən sonra kəngərlilərin yaşayış yerləri Kür ilə Araz arası 
bölgələrdə və Azərbaycanın başqa ellərində çox idi. Bunu həmin bölgələrdə 
«Kəngər», «Kəngərli» adım daşıyan kəndlərin günlərimizə kimi qalması sübut 
edir. XIX yüzilin ortasına yaxın yalnız 
Naxçıvan 
əyalətində qafqaz- şünas 
İ.Şopen kəngərlilərin 33 qol və tirəsini qeydə almışdı: 
Yurçi, Sarbanlar, 
Xalxallı, Cağatay, Qaraxan, Hacılar, Qaracalı, Sofulu, Didavarlı, Bolqarlı, 
Bərgüşadlı və b*.
Bulqar, buntürk alban türk toplumları ilə yanaşı, Azərbaycan ərazisində 
başqa hun boyları da yaşamaqda idi. Dərbənd keçidi ilə 
Beşbarmaq dağı 
arasında yaşayan bu hunları 
«masaha hunları» 
adlandırırlar. 330-cu illərdə 
Masaha hun hökmdarı Sanatruk öz hökmdarlığını Kür çayı hövzəsinə kimi 
yaymağa çalışırdı. Moisey Kağankatlı yazır: «... Paytakaran şəhərində 
Sanatruk 
adlı birisi aqvanlar üzərində hökmdar oldu». Adı çəkilən hökmdarın 
58 


daşıdığı adın hər iki yazılışı (Sanatruk, Sanesan) çox maraqlıdır. Hər iki adın 
tərkibində olan san sözü əski türkcədə «bədən», «gövdə», «cüssə» çalarında 
işlənmişdir. Görünür, Sanatruk adı «gövdəli türk» anlamında işlənirdi. Erməni 
tarixçilərinin bu hun hökmdarını «heybətli bahadur» adlandırması bütünlüklə 
buna uyğun gəlir. 
Bu hadisələrdən 120 il ötdükdən sonra, Transqafqaz xalqlarının 
sasanilərə qarşı 450 - 451-ci il üsyanı ilə bağlı olaraq yenə Masaha hunlarının 
adma rast gəlinir. Moisey Kağankatlının yazdığına görə, onlar «göyün buyruğu 
ilə ittifaqa girib and içdilər». Sasanilərə qarşı azadlıq hərəkatında əslində bütün 
Şimali Azərbaycan əhalisinin: bulqarlarm, albanların, büntürklərin, 
kəngərlilərin və masaha hunlarının fəal iştirak etməsi aydın olur. 
Bulqarlarm qollarından biri olan Basil/Barsil toplumu da Azərbaycanda 
güclənməkdə idi. İlkin orta çağ qaynaqlarında bu xalqın adı ilə bağlı olan 
Bersil-Barsil-Barşilə ölkəsinin adı çəkilir. 
Ərəb müəllifləri İbn Rustə və Qərdizi Barsil türklərini Bərçölə adı ilə 
tanıdıqlarını yazmışlar. Başlıca məsələ isə Xəzər sahili Barşiləsi ilə yanaşı, 
Transqafqazm mərkəzi bölgələrində, Azərbaycan ilə Gürcüstan sərhədində 
ikinci bir «Barşilə»nin olmasıdır. Bu, orta çağlarda Borçalı - Borşalı - Boz- çalı 
adlanan bölgədir və Borçalı «Qurd çölü», «Qurd oğulları yaşayan yer» 
deməkdir. 
Suvarlar (sabirlər).
Quzey Qafqazda bulqarlarm suvar (sabir) qolu öncə 
yaranmış olan qohum Onoqur/Onoquz (Haylandur) əsgəri birliyini çökdürüb 
onun yerini tutdu. V yüzüdə «ən böyük türk tayfa birliklərindən biri» sayılan 
onoqurlar Azərbaycanda yaşayırdılar. V yüzilin 60-cı illərində onoqurları onlara 
qohum olan suvar türkləri üstələdilər. Onlar öz adlarını itirib suvar boylarına 
qovuşdular. Yüz il ötdükdən sonra suvarlar özləri də Quzey Qafqazda avar 
türkləri tərəfindən basılaraq Azərbaycana doğru sıxış- dırıldılar. Onların on 
minlik bir kütləsi Azərbaycanda, o sıradan Gəncə- basarda (Sakaşendə) yerləşdi. 
Bir hissəsi isə şimala - Xəzər xaqanlığına köç etdi. Muğan düzündə bütün orta 
çağ boyunca yad edilən Bcləsuvar, XIV yüzüdə Güney Azərbaycanda 
Həmdullah Qəzvininin qeydə aldığı Tutsuvar, XIX yüzüdə Quba qəzasında olan 
Qaleyi Suvar xarabalığı və Qalasuvar kəndinin adları suvar bulqarlannm tarixi 
izləridir. 
İslamın ilkin yayılma casL
Xəzərlərin Qafqazda hakim qüvvəyə 
çevrilməsi Xilafətin Transqafqaz bölgələrinə yürüşləri ilə qarşılaşdı. 200 ilə 
kimi sürən ərəb-xəzər qarşıdurması Azərbaycanın sabitliyini pozaraq siyasi 
durumuna böyük təsir göstərdi. Xilafətin köçürmə siyasəti ölkənin etnotarixi 
xəritəsində müəyyən izlər buraxsa da, türk etnosunun öz doğma ərazisində sabit 
yaşayışı davam etməkdə idi. 735 - 737-ci il yürüşünü uğurla başa vurduqdan 
sonra ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd “40 min və ya ondan da çox 
dinsizi (türkləri) Nəhr əs - Samur adlanan yerdə ... və Əl - Kür çayına yaxın 
düzənlərdə” yerləşdirdi. 854-cü ildə Azərbaycan və Ər- məniyyəyə hakim 
qoyulmuş Buğa əl-Kəbir «onun himayəsinə sığınaraq 
59 


islamı qəbul etmək istəyən xəzərlərin bir hissəsini Şəmkirdə yerləşdirdi)). 
Əbdülmalik İbn Hişam öz əsərində ilkin ərəb yürüşləri çağında (VII əsrin 40-cı 
illəri) Xilafət qoşunlarının Azərbaycanda türklər ilə qarşılaşdığını yazmışdır. 
Azərbaycana yeni yürüş keçirmək fikrində olan Xəlifə I Müaviyə, qoşunlarının 
qarşılaşa biləcəyi çətinlikləri düşünərək əl-Cürhumidən bu ölkə haqqında arayış 
istəmişdi. Əl-Cürhuminin «Əxbar» ma istinad edən İbn Hişam tərəflərin 
söhbətini olduğu kimi verməyə çalışır: «Müaviyənin Übeyd İbn Şəriyyə ilə 
söhbətləri bu məsələyə (ərəb sərkərdəsi Şimrin Azərbaycana yürüşü haqqında 
iki daş üzərində yazdırdığı kitabəyə) çatdıqda Müaviyə Übeydə müraciət edərək 
Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək dedi: «Sən allah, 
Azərbaycan (haqqında) əlaqəniz və xatirəniz nədir?)) Übeyd ibn Şəriyyə cavab 
verir: «Ora (yəni Azərbaycan - Red.) türk torpağıdır. Onlar oraya toplaşaraq bir - 
biri ilə qarışmış və təkmilləşmişlər)). 
İslamın Azərbaycanda yayılması burada yaşayan türk boylarının vahid 
etnos halında formalaşmasına təkan verdi. Belə ki, ümumi dil və soykök 
birliyinə mənəvi birliyin yaranmasında başlıca amil olan dini birlik də əlavə 
olundu. İslama qədər Azərbaycanda mövcud olan dini rəngarəngliyin aradan 
qalxması ilə vahid Azərbaycan xalqı yarandı. 
Xalqımızın etno - tarixi yaddaşı. Azərbaycan türk dili 
Kitab~i Dədə Ooraud.
Bu adı daşıyan kitab ortaçağ tarixi qaynaqlannda 
ara-sıra izi görünən böyük epik abidədir. Dədə Qorqud boylarında əski türk 
törəyişi əfsanələrinin, totemçiliyin güclü izləri qalmışdır. Kitabın baş qəhrəmanı 
bütün Oğuz elinin ikinci hökmdarı Qazan Alp özünü və deməli, bütün oğuzları 
əski qurddan törəyiş əfsanəsi ilə bağlayır. 
Kitabda olan anaxaqanlıq (matriarxat) qahntıları elm üçün olduqca 
dəyərlidir. Qadın Ana boylarında ilahiləşdirilən bir varlıq, «Tanrı haqqınım) 
daşıyıcısıdır və toxunulmazdır: «Ana haqqı Tengri haqqı deyilmişsə qara polad 
üz qılıcum dartdaydım, ğafilicə görklü başınq kəsəydim, alca qanmq yer yüzinə 
tökəydim)). 
Kitabda hərbi demokratiya çağına xas olan Ağsaqqallar Şurası, Xalq 
yığıncağı kimi təsisatlar, «çox demokratik şəkildə)) üç ildə bir kərə aparılan 
qənimət bölgüsü ənənəsi öz əksini tapmışdır. 
Qurddan törəvis əfsanəsi.
Türk xalqlarının törəyiş (geneoloji) əfsanələri 
içərisində Göktürklərə aid olan əfsanə çox dəyərli sayılır. Əfsanəyə əsasən 
göytürklər dişi qurddan törəmişlər. Bu törəyiş əfsanəsi artıq VI yüzilin 
ortalarında Çin qaynaqlarında yazıya alınmışdı. Əfsanə türk xalqları yaşayan 
bütün torpaqlarda: Böyük Çin səddindən başlayaraq Mərkəzi Avropaya, Qıpçaq 
çölündən (Dəşti Qıpçaqdan) Aralıq dənizinə kimi yayılmışdı. Orta çağlarda 
təkcə Çin qaynaqlan deyil, ərəb və suryani qaynaqlan da bu əfsanə ilə bağlı 
olaraq türk xalqlanm «Qurd oğullan)) adlandırırdı. 
Salur Qazanın evinin yağmalandığı ikinci boyda Qazan xan qurda üz 
60 


tutub, onunla «xəbərləşir». «Qurd yüzi mübarəkdir» söyləyərək, ona bir ulu 
varlıq kimi ehtiram bildirir. 
Dədə Qorqud boylarında da qurd alpdır, basılmaz döyüşçü, bütün oğuz 
döyüşçülərinin oxşamaq istədikləri igiddir. Əmən bəyin VII boyda söylədiyi 
kimi: «Yeddi bayırın 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin