Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə43/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

III
 
FƏSIL
,
 AZƏRBAYCAN 
IX
 
-
 
XIII
 ƏSRIN ƏVVƏLLƏRINDƏ
 
§ 8. Azərbaycan IX - XI əsrlərdə 
Şirvanşahlıq 
Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan 
dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çaymadək olan 
Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər 
sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi 
və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək 
mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Heysamın mənsub 
olduğu Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə 
Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn 
Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ük nümayəndəsi oldu. 
Məzyədilər sülaləsi Şirvanşahlığı 861-ci ildən 1027-ci ilədək idarə etmişlər. 
Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini 
möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar 
tikdirdi, Dərbənddə yerləşən və dinsizlərə qarşı mübarizə aparan döyüşçülərin 
ərzaqla təminatını yaxşılaşdırdı. O, əhaliyə münasibətdə ədalətli siyasət 
yeritməyə çalışırdı. 915-ci ildə hakimiyyətə gəlmiş Əbu Tahir Şirvanın 
sərhədlərini cənubda Kür çayına, şimalda Dərbəndədək genişləndirdi. 917-ci 
ildə Lahicanşahlığı dövlətinə birləşdirdi, 918-ci ildə hərbi - strateji baxımdan 
çox əlverişli mövqedə yerləşən qədim 
62 


Şamaxını bərpa etdirərək paytaxtı bura köçürtdü/ Əbu Tahir və onun 
varislərinin hakimiyyəti dövründə Şirvanşahlığın ərazisi xeyli genişlənmişdi. 
Azərbaycanın şimalındakı bir sıra mülklər bir-birinin ardınca Şirvanşahlığa 
birləşdirilmişdi. Şirvanşah Məhəmmədin qoşunları 981 - 982-ci illərdə 
Qəbələni, 982 - 983-cü illərdə Bərdəni, 983 - 984-cü illərdə Şabranı ələ 
keçirtmişdi. Şirvanşah qədim Şabran şəhərinin yenidən qurulması üçün inşaat 
işlərinə başlamış, qala divarlarını yenidən tikdirmişdi. Xilafətin tənəzzülü 
şəraitində Azərbaycanın çox mühüm strateji bölgəsində Qafqaz dağları ilə 
Xəzər dənizi arasındakı keçiddə yaranmış və ərəb köklü Haşimilərin idarə 
etdiyi Dərbənd əmirliyinin 988-ci ildə Şirvanşahlığa birləşdirilməsi çox böyük 
hadisə idi. Qədim türk yurdu olan və mənbələrdə “Dəmir qapı” adlandırılan 
Dərbənddə Şirvanşahlar böyük quruculuq işlərinə başladılar. Dərbənd səddi və 
şəhərin qala divarları təmir edilərək möhkəmləndirildi. Dərbənddən sonra 
Xursan və Tabasaran torpaqları da Şirvanşahlığa birləşdirilmiş, Şəki və 
Sənariyyə hakimləri isə Şirvanşahlıqdan asılı vəziyyətə salınmışdı. 
Azərbaycanın şimal - şərq torpaqlarında Şirvanşahlığın yaranması və 
möhkəmlənməsi tariximizin o dövrü üçün çox böyük siyasi hadisə hesab 
olunur. Vətənimizin bir hissəsində VIII əsrin əvvəllərində ərəblər tərəfindən 
məhv edilmiş dövlətçiliyimiz Şirvanşahlığın yaranması ilə bərpa olunmuşdu. 
Şirvanşahların ölkəmizin şimal sərhədlərinin qorunması üçün atdığı addımlar 
rus, alan və şərirlərin basqınlarının qarşısının alınmasını xeyli asanlaşdırmışdı. 
1027-ci ildə Mənüçöhr Şirvan taxtına çıxdıqdan sonra Məzyədi sülaləsi 
üzvləri ərəb köklü adlarından imtina edərək Sasani hökmdarlarına məxsus 
adları daşımağa başladılar. Nəticədə bu tarixdən Şirvanşahlar özlərini 
Kəsranilər kimi tanıtmağa çalışırdılar. Azərbaycanın şimalında ərəblər 
tərəfindən Arran, sonrakı dövrlərdə isə Şirvan adlandırılan bölgənin ən qədim 
şəhərlərindən biri Şamaxı idi. Bizim eranın II əsrində yaşamış antik müəllif 
Klavdi Ptolomey bu qədim şəhər haqqında danışarkən onu Şamexiya (və yaxud 
Kamexiya) adlandırmışdı. Şamaxı Şirvanşahların ikinci paytaxtı idi. İlk paytaxt 
olan Şirvan şəhəri isə yer üzündən silinmişdi. Şirvan şəhəri qədim Şabranla 
Şamaxı arasında yerləşirdi. Ərəb müəllifi əl - Müqəddəsi yazırdı ki, Şirvan 
düzənlikdə yerləşən böyük şəhər olub, tikililəri daşdandır, bazar meydanında 
Baş (Cümə) məscid yerləşir və ortasından çay keçir. X əsrdə Şirvanşahlığın 
Dərbənd, Bakı, Şamaxı və Şabran şəhərləri çox mühüm ticarət mərkəzlərinə 
çevrilmişdi. Əl-Müqəddəsi 985-ci ildə yazırdı ki, Bakı bu bölgənin yeganə 
dəniz limanıdır. IX - XI əsrlərdə Bakıda çoxlu neft çıxarılırdı ki, bu da bir sıra 
Şərq ölkələrində hərbi işdə istifadə olunurdu. Neftdən təsərrüfatda, məişətdə və 
müalicə işində də geniş istifadə edilirdi. 
Azərbaycan dövləti Sacilər (Sacoğulları) 
sülaləsinin hakimiyy'əti dövründə 
Sacilər Azərbaycan torpağında hakimiyyət sürmüş ilk müsəlman türk 
63 


sülaləsi hesab olunur. Sülalə öz adını Mərkəzi Asiya köklü türk sərkərdəsi Əbu 
Sacdan götürmüşdür. Əbu Sac Xilafəti lərzəyə salan Babək hərəkatını yatırmaq 
üçün göndərilən ordunun baş komandanı, məşhur türk sərkərdəsi Afşinin ən 
yaxın silahdaşlarından biri olmuşdur. Əbu Sac Divdad Babəki və qardaşlarını 
ələ keçirməklə və Xilafətə qarşı Məzyərin başçılığı ilə baş vermiş üsyanı 
yatırmaqla xeyli məşhurlaşmışdı. Xəlifə 856 - 857-ci illərdə onu İraq-Məkkə 
yolunun rəisi təyin etmişdi. Bu çox böyük vəzifə idi və belə məsuliyyətli iş 
ancaq Xəlifə sarayına çox yaxın olan adamlara tapşırılırdı. 879-cu ildə Sivasdan 
Bağdada dönərkən vəfat etmiş Əbu Sacın yerində Məhəmməd və Yusif adlı iki 
oğlu qalmışdı. Məhəmməd əvvəlcə Məkkə yollarının rəisi təyin edilmiş, Xəlifə 
sarayında bir neçə vəzifə daşıdıqdan sonra 889-cu ildə Azərbaycana vali təyin 
edilmişdi. Sacoğlularm Azərbaycanda hakimiyyəti və dövlət quruculuğu məhz 
həmin tarixdən başlayır. Bu dövrdə hələ Xilafətlə bağlı olan Azərbaycan 
valiliyinin mərkəzi şəhəri Marağaya gələn Sacoğlu Məhəmməd 898-ci ildə 
Azərbaycanla birlikdə Ərməniyyə (indiki Türkiyənin ərazisində yerləşirdi - 
Red.) və digər dağlıq ölkələrin idarə hüququnu Xəlifədən aldı. Azərbaycan 
hakimlərini özünə tabe etdikdən sonra Ərməniyyəni idarə edən Baqrat nəslinin 
üzərinə yürüdü. Məhəmməd hələ 896-cı ildə Ərməniyyə hakimi I Sumbatı 
məğlubiyyətə uğradaraq onun Qarsdakı bütün ailə üzvlərini əsir etmişdi və 
Sumbat onun bütün şərtlərini qəbul edərək təslim olmuşdu. Ərməniyyədən sonra 
Tiflisi də ələ keçirən Məhəmməd geri qayıtmışdı. 901-ci ildə Azərbaycanda 
dəhşətli vəba xəstəliyi yayılmış və o qədər çox adam qırılmışdı ki, kəfən 
çatmadığından ölüləri paltarlı şəkildə basdırırdılar. Vəbaya yoluxan Sacoğlu 
Məhəmməd Bərdə şəhərində vəfat etdi. 
Məhəmmədin ölümündən sonra I Sumbat Ərməniyyədən yığılan 
vergilərin Sacoğlulara deyil, birbaşa Xilafət xəzinəsinə ödənilməsi ilə bağlı 
razılıq almışdı. Abbasi xəlifələri Sacoğlularm güclənməsindən ehtiyatlanır və 
xilafətin şimal ərazilərini tam şəkildə itirəcəklərindən qorxurdular. 901-ci ildə 
Azərbaycan taxtında qardaşını əvəz edən Sacoğlu Yusifin dövrü (901 - 928) 
Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Sacoğlu Yusifin 
xəlifənin fərmanı olmadan taxt-taca yiyələnməsi və bunun heç bir etirazla 
qarşılanmaması artıq Xilafətdə mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini və 
Sacoğlularm Azərbaycanı müstəqil şəkildə idarə etdiyini göstərir. Artıq bundan 
sonra xəlifələr Xilafətdən ayrılmaqda olan dövlətlərdə öz ali hakimiyyətlərinin 
nominal, sözdə, simvolik olması ilə hesablaşmaq məcburiyyətində qalmışdılar. 
Sacoğlular da bu siyasi gerçəkliklə barışan xəlifələrin sözdə siyasi, reallıqda isə 
dini liderliyini qəbul edirdilər. 
Məhəmməd Sacoğlunun dövründə dövlətimizin paytaxtı Marağa idisə. 
Yusifin dövründə Ərdəbilə köçürülmüşdü. 902-ci ildə Yusif Ərdəbildə adına 
gümüş pul (dirhəm) kəsdirmişdi. O, 907-ci ildə xəyanətkar I Sumbata qarşı 
yürüşlərə başlamış, Şirakı, Dvini ələ keçirmiş, Tiflis şəhərini Cəfərli- lərdən 
almış və Kaxetiyanı özünə tabe etmişdi. O, 914-cü ildə I Sumbatı 
64 


Dvində ələ keçirib edam etdirmiş, Ərməniyyəni Azərbaycanın tərkibinə alaraq 
burada öz hakimiyyətini möhkəmləndirmişdi. Yusif Xəzərboyu bölgələrə quldur 
basqınları edən rusların Ərdəbil ətrafına hücumlarının qarşısını almışdı. Sacoğlu 
Yusif 915-ci ildə Azərbaycan dövlətini öz yüksəlişinin zirvəsinə çatdırmışdı. Bu 
zaman dövlətimizin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncanadək, 
qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. 
Sacoğlu Yusif 12 il ərzində Xəlifə sarayına hər il 120 min dinar xərac versə də, 
912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı. Artıq tam 
müstəqilləşən Azərbaycan hökmdan Rey, Qəzvin, Əhər və Zəncanm da idarə 
olunmasına iddiasını irəli sürmüşdü. Bundan bərk qorxuya düşən Xəlifənin 
göndərdiyi 20 minlik qoşun Yusifin 7 minlik hərbi qüvvəsi tərəfindən 
darmadağın edildikdən sonra o, Reyə daxil olmuşdu. Yusif Xəlifənin göndərdiyi 
daha bir ordunu məğlubiyyətə uğratsa da, 919-cu ildə Ərdəbil yaxınlığındakı 
döyüşdə yenilərək əsir düşmüş və Bağdadda zindana atılmışdı. Yusifin türk 
köklü qulamı Sebuk ordu toplayıb Xəlifənin ordusunu məğlubiyyətə uğratmış və 
Azərbaycanı müstəqil idarə etməyə başlamışdı. O, Xəlifənin 220 min dinar 
xərac tələbini yerinə yetirməyərək üstəlik Yusifin sərbəst buraxılmasım 
xəlifədən tələb etmişdi. Xəlifə Yusifi azad edərək Azərbaycanın hakimi kimi 
tanımış, əvəzində 500 min dinar xərac istəmişdi. Azad olmuş Yusif Ərdəbil 
şəhərinə çatanda sədaqətli qulamı Sebukun ölüm xəbərini almışdı. Yusifin 
Azərbaycandakı ikinci hakimiyyəti Karmatilərlə döyüşdə yaralanıb öldürüldüyü 
928-ci ilədək davam etmişdi. Hakimiyyətinin son illərində Xəlifənin əmr və 
göstərişlərini heçə sayaraq əməl etməmiş və çevrəsində olan hakimləri öz 
hökmü altında saxlamağa çalışmışdır. 65 il ömür sürmüş bu görkəmli dövlət 
xadimi ömrünün 27 ilini rəsmən, 23 ilini felən (faktiki olaraq) Azərbaycanın 
müstəqilliyinin qorunub saxlanmasına sərf etmişdir. Sacoğlu Yusifin siyasi 
fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını (həm Şimal, həm 
də Cənub) birləşdirməsi təşkil edir. Tarixi torpaqlarımız olmuş indiki 
Ermənistan və Şərqi Gürcüstan əraziləri də bu dövlətin sərhədləri daxilində idi. 
Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacoğlular 
daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Yusifin ölümündən 
sonra dövləti altı aylıq sürədə qardaşı oğlu, sonralar isə qulamları və sərkərdələri 
idarə etmişdilər. Onlardan Mufli və Deysəmin adına Bərdə və Ərdəbildə pul 
kəsilmişdir. Mənbələrdə X əsrin 30-cu illərində Azərbaycanın böyük qoşunla 
Bizans - erməni qüvvələrinə qarşı çıxması haqqında məlumatlara rast gəlinir. 
Sacoğlulann hakimiyyətinin ilk vaxtlarında paytaxt Marağa, Yusifin dövründə 
isə Ərdəbil olmuşdur. Azərbaycan Ərdəbildən başqa Marağa, Zəncan, Qəzvin, 
Muğan, Dvin, Təbriz, Bərdə, Dərbənd və Tiflis kimi çox önəmli şəhərlərə malik 
idi. Tarixi bilgilərdə adı keçən Muğan şəhəri Kür ilə Araz çayı arasında 
yerləşirdi. Buradan Bərdəyə karvanla səkkiz günə gedirdilər. Burada yaşayan 
əhalinin öz dövlətinə çox sədaqətli və mərhəmətli insanlar olduğu xüsusi qeyd 
edilir. 
65 


Sacoğluların hakimiyyəti dövründə Azərbaycan beş əsas vilayətə (Ərdəbil, 
Mərənd, Cebrevan, Varsaq və Bərdə) bölünürdü və 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin