Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran, İsfahan, Rey Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars,
Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər. Şəmsəddin Eldəniz
mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərin əl-qolunu yığmış və
mərkəzi hakimiyyəti gücləndirmişdi. 50 min nəfərlik nizami atlı orduya malik
olan Şəmsəddin Eldənizin idarə etdiyi
Böyük Azərbaycan dövlətində kənd
təsərrüfatı, sənətkarlıq, ticarət inkişaf etmiş və mədəni oyanış baş vermişdir.
Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri
Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Torpaqlarımıza və
sərvətlərimizə göz dikən, müsəlman türk əhalisinə qənim kəsilən gürcülərin
1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar.
Bədbəxtlik üz verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar. Çar
III Georginin başçılığı ilə 1161-ci ildə gürcü və qıpçaq qoşunları
Azərbaycanın Aran bölgəsinin Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini
qılıncdan keçirtdilər, sonra isə kafir düşmən Azərbaycanın Dvin şəhərində
soydaşlarımıza qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz
azğın düşməni cəzalandırmaq və günahsız tökülən qanların qisasını almaq üçün 1163-cü
ildə Azərbaycan ordusu ilə Naxçıvandan yürüşə çıxıb,
Dvini (Dəbil) kafir
düşməndən geri aldı, sonra isə Gürcüstana yürüyən
müsəlman - türk ordusu “Allahu əkbər” sədaları altında savaşa girdi və qalib gələrək 10 mindən çox kafir
döyüşçüsünü qılıncdan keçirtdi.
Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni daha bir ağır məğlubiyyətə
uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpası haqqında əmr verdi. 1174-
1175-ci illərdə gürcülərin Azərbaycana quldur basqınlarının qarşısını almaq
üçün Azərbaycan hökmdarı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan
Pəhləvan gürcülərə qarşı böyük bir yürüşə çıxdılar. Gürcülər darmadağın edildi
və gürcü çarı qaçmaqla canını qurtardı. Mənbələrə görə