kafirlər üzərində elə bir parlaq qələbə qazanmışdılar ki, beləsini kimsə
xatırlaya bilməzdi.
Döyüş meydanında gürcülərə aman verməyən Şəm- səddin
Eldəniz dinc xristian əhalisinə toxunmurdu. Dövrün erməni və gürcü
mənbələrində
Şəmsəddinin hakimiyyəti altında olan xristian bölgələrinin
əhalisinə qayğı göstərilməsi, xristianlar yaşayan torpaqlarda əmin-
amanlığın hökm sürməsi haqqında təkzib olunmaz faktlara rast gəlinir.
1175-ci ildə Şəmsəddin Eldəniz arvadı Möminə Xatınm ölümündən bir
ay sonra Allahın rəhmətinə qovuşdu.
Məhəmməd Cahan Pəhləvan
Həmədandan
Naxçıvana gələrək
orduya, xəzinəyə və Azərbaycan taxt-
tacına sahib çıxdı.
İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə
III
Toğrulu
sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulu aldı.
Azərbaycan və
Aranın idarəsini
qardaşı
Qızıl Arslana
verərək
Təbrizi
Azərbaycan dövlətinin
paytaxtı elan etdi. O, Mosul, Hilat, Fars, Xuzistan, Ərməniyyə (indiki
Türkiyənin ərazisindədir - Red.) və digər bölgələrdə sultan
III
Toğrulun adma
xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi.
İraq Səlcuq
sultanlığında
ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri,
xüsusilə Əcəm-
İraqımn əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurleın vəzifədən
götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü
(qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı.
İraq Səlcuq
sultanlığını və Azərbaycan taxtını
öz hökmü altında saxlamaqla, Bağdadda
oturan Abbasi xəlifəsinin dövlət işlərinə bumunu soxmasmm qarşısını aldı,
onun səlahiyyətlərini azaltdı. Məhəmməd Cahan Pəhləvan xəlifəyə məktubunda
bildirirdi: “Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaqdan
ibarət olmalıdır, çünki namaz dinin dirəyi və işlərin ən gözəlidir.
Bu sahədə
xalqa örnək olmaq və öndə getmək xəlifə üçün yetərlidir. Bu həqiqi
padşahlıqdır.
Dostları ilə paylaş: