Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  XI - XII yüzilliklərdə təbabət sahəsində məşhur olan  Kafiəddin Ömər



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə60/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

86 


XI
- XII yüzilliklərdə təbabət sahəsində məşhur olan 
Kafiəddin Ömər 
Osman oğlu 
Şamaxının Məlhəm kəndində 
Tibb mədrəsəsi və müali- 
cəxana 
açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Kafiəddin Ömər 
Osmanoğlu 
(dahi şairimiz Xaqaninin əmisi idi - Red.) 
1080-ci ildə Şamaxı 
şəhərində anadan olmuşdur. O, ensiklopedik biliyə malik olan həkim-cərrah, 
əczaçı və istedadlı musiqiçi idi. Şirvanşah II Mənüçöhrün hakimiyyəti dövründə 
Şamaxı yaxınlığındakı Məlhəm kəndində tibb mədrəsəsi və Azərbaycan 
tarixində ilk dəfə stasionar müalicə müəssisəsi - müalicəxana açmışdı. Ətraf 
mühitin və havanın insan orqanizminə şəfaverici təsiri ilə bağlı fikrini sübuta 
yetirmək üçün Kafiəddin müalicəxana açmazdan əvvəl şagirdlərinə tapşırmışdı 
ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında müxtəlif yerlərdə assınlar. Bir 
həftədən sonra o, həmin yerləri atla gəzib görür ki, hər yerdə asılmış qoyunlar 
iylənib xarab olub, təkcə bir yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilmişdir. 
Buna görə də Kafiəddin özünün 
Məlhəm müalicəxanasmı 
burada təşkil 
etmişdi. 
Tarixi qaynaqlara görə Eldəniz hökmdarı Özbəyin şəxsi həkimi 
Cəlaləddin 
təbib 
xəstəliyin gizli çağında onun diaqnozunu təyin edə bilir və çox 
az dərmanla xəstəyə möcüzəli şəkildə şəfa verirdi. Mənbə Cəlaləddin təbib 
haqqında yazırdı: “Ondan sonra dünyaya onun kimisi gəlməmişdir.” 
Məşhur Mövlanə Cəlaləddin Ruminin dostu və həkimi 
Əkmələddin 
Naxçıvani 
öz dövründə “həkimlərin ağası” və “dünya həkimlərinin başçısı” 
adını almışdı. 
XII
yüzildə başqa bir təbib 
Mahmud ibn İlyas 
xəstəliklərin müalicəsi 
və əczaçılıq haqqında yazdığı əsərdə müalicəvi dərmanlarm adını əlifba sırası ilə 
düzmüşdür. 
Dövrün tarixçisi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin