Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə56/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

adamların ən acizi 
və 
bacarıqsızı idi”.
Bütün bunların nəticəsidir ki, monqol istilası nəticəsində zəifləmiş 
Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xarəzmşah şahzadəsi və sərkərdəsi 
Cəlaləddin tərəfindən son qoyulmuşdur. 
IX
- XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadi dirçəlişi 
Xilafətin dağılması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, 
Səlcuq imperiyasının parçalanması ilə Eldənizlər (Atabəylər) sülaləsinin 
Azərbaycanda hakimiyyət sürməsi ölkəmizin təsərrüfat həyatının dirçəlişinə 
gətirib çıxartdı. O dövrün tarixi mənbələrində 
Azərbaycan Şərqin ən inkişaf 
etmiş ölkələrindən biri 
kimi təsvir olunur. X əsr ərəb müəllifi əl-İstəxri 
Vətənimiz Azərbaycan 
haqda belə yazır: 
“Burada o qədər bolluqdur ki, 
gözü ilə görməyənlər buna inanmazlar”. 
Başqa bir ərəb müəllifi lbn> Hövqəl 
qeyd edirdi ki, 
Azərbaycanda hər yer ^^buğda zəmiləri ilə örtülmüşdür..., 
hər cür nemətlə zəngindir və allahın xeyir - bərəkəi ilə doludur. Meyvələri 
çox ucuz, ərzaq məhsulları isə, demək olar ki, müftədir”. 
Xll - XIII əsrlərin 
müəllifi Yaqut əl-Həməvi yazırdı ki, 
Azərbaycan geniş ölkə və böyük 
dövlətdir.
Danışılan dövrdə Azərbaycanda kənd təsərrüfatının əsas sahəsi 
əkinçilik idi. Burada dənli bitkilərin bütün əsas növləri (buğda, arpa, çəltik, darı 
və s.), habelə müxtəlif texniki bitkilər (pambıq, kətan və s.) əkilib becərilirdi. 
Kür və Araz çayları boyunca yerləşən torpaqlarda, Şirvanda və Şəkidə əhali 
daha çox taxılçılıqla məşğul olurdu. Dərbənd ətrafında zəfəran və kətan. Şəki və 
Lənkəran bölgəsində isə qiymətli çəltik növləri becərilirdi. Azərbaycanda 
yetişdirilən zəfəran daxili təlabatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac 
edilirdi. Kənd təsərrüfatında bostan və tərəvəz bitkiləri yetişdirilməsi də mühüm 
yer tuturdu. 
Azərbaycanda məhsuldar qüvvələrin inkişafı ilə bağlı əmək alətləri 
təkmilləşir, əkinçilik mədəniyyəti yüksəlirdi. Kəndlilər torpağı bir cüt öküz və 
ya kəl qoşulmuş xışla şumlayırdılar. Bəzi yerlərdə iki, üç, hətta Ərdəbildə dörd 
cüt öküz qoşulmuş xışlardan istifadə edilirdi. Quraqlığı nəzərə alan əkinçilər 
torpağı dərindən şumlayırdılar. 
Azərbaycanda yüksək inkişaf etmiş təsərrüfat sahələrindən biri də 
78 


bağçılıq idi. Ərəb müəlliflərinin yazılarına görə, Azərbaycanda olan gözəl və 
dadlı meyvələr dünyanın başqa yerlərində yox idi. Təbriz, Marağa, Xoy və b. 
bağ - bağat içərisində idi. Təbriz bağlarını sulamaq üçün şəhərdə qazılan 
900-dən çox kəhrizin suyu kifayət etmirdi. Muğanda, Şirvanda bol üzüm 
yetişdirilirdi. İbn-Hövqələ görə Dərbənd yaxınlığındakı üzümlüklərdə 40 
minədək tənək var idi. 
IX - XIII əsrlərdə Azərbaycanda ən çox inkişaf etmiş təsərrüfat 
sahələrindən biri də ipəkçilik idi. Şəki, Şirvan, Bərdə və başqa bölgələrdə 
ipəkçilik əhalinin əsas məşğuliyyət sahəsinə çevrilmişdi. 
Kənd təsərrüfatının əsas sahələrindən biri də maldarlıq idi. 
Azərbaycanda yaylaq - qışlaq maldarlığı əsas yer tuturdu. Maldarlar 
iribuynuzlu mal - qara, qoyun, dəvə və at saxlayırdılar. 
IX - XI əsrlərdə Azərbaycanda Xilafət dövründə təşəkkül tapmış torpaq 
sahibliyi formaları davam edirdi. Feodallara məxsus torpaq sahibliyi 
formalarından mülk daha geniş yayılmışdı. Azərbaycan hökmdarları ərəb 
dövründə olduğu kimi, ayrı-ayrı qulluq adamlarma iqta torpaqları paylayırdılar. 
Səlcuqlar və Atabəylər dövründə də (XI əsrin II yarısı - XIII əsrin əvvəlləri) iqta 
torpaqları bağışlanması geniş miqyas almışdı. Müəyyən zaman kəsiyində iqta 
torpaqları təkamülə uğrayaraq xüsusi mülklərə çevrilmişdi. 
IX - XI əsrlərdə Azərbaycanda kəndlilər başlıca olaraq iki qrupa 
bölünürdülər: dövlət (xəzinə) və sahibkar kəndliləri. Kəndlilərin ödədiyi əsas 
vergi xərac idi. X - XI əsrlərdə kəndlilər xəracın bir hissəsini pulla ödəyirdilər 
ki, bu da əmtəə - pul münasibətlərinin inkişafına imkan yaradırdı. Müstəqillik 
qazanıldıqdan sonra Azərbaycanda xərac vergisi bir qədər yüngülləşmişdi. 
Sacilər və Salarilər dövründə Azərbaycandan 2 milyon dirhəm miqdarında 
xərac toplanırdı. 
Böyük Səlcuq imperiyasının yaranması ilə Azərbaycamn torpaq 
sahibliyi və vergi sistemində bir sıra dəyişikliklər baş vermişdi. Bəzən Aran, 
Şirvan, Dərbənd kimi böyük ərazilər ayrı-ayrı əmirlərə iqta kimi bağışlanırdı. 
Sultan Məsudun 1136-cı ildə atabəy Şəmsəddin Eldənizə iqta olaraq bağışladığı 
Aran torpaqları Eldənizlər xanədanının özəyini təşkil etmişdi. 
Səlcuqlar dövründə imperiyanın sərhədlərini qoruyan sərkərdələrə 
paylanmış torpaqlar uc adlanırdı. 
Səlcuqlar dövründə Azərbaycan əhalisindən ənənəvi vergilərlə yanaşı, 
səlcuq döyüşçüləri üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergilər, 
şəhər sənətkarlarından isə natural vergi alınırdı. Ümumiyyətlə, əhalinin dövlət 
xəzinəsinə xərac, üşr, cizyə, haqq, alaf, avarizat və sair kimi vergi və 
mükəlləfiyyətlər ödədiyi məlumdur. 
Ərəb ağalığına son qoyulduqdan sonra Azərbaycanda başlayan iqtisadi 
dirçəliş sənətkarlığın kənd təsərrüfatından ayrılmasını sürətləndirmişdi. Ölkə 
daxilində iqtisadi əlaqələr genişlənmiş və xarici ölkələrlə ticarət əlaqələri 
canlanmışdı. Sənətkarlıq və ticarət mərkəzləri kimi yeni şəhərlər meydana 
gəlmiş, Azərbaycan dünyanın çoxlu şəhərləri olan ölkələrindən 
79 


birinə çevrilmişdi. Ərəb müəllifləri Azərbaycanda Bərdə, Gəncə, Ərdəbil, 
Təbriz, Şamaxı, Beyləqan, Marağa, Dərbənd və başqaları da daxil olmaqla, 
50-dək şəhər və iri yaşayış məntəqəsinin adını çəkmişlər. Azərbaycamn qiymətli 
kənd təsərrüfatı bitkiləri və zəngin yeraltı sərvətləri bir çox sənət sahələrini 
xammalla təmin edirdi. Əbu Duləfin yazdığına görə, Azərbaycanın cənubunda 
olan Şiz şəhəri ətrafındakı dağlarda 3 növ qızıl, arsen və civə çıxanlırdı. Şizin 
civəsi o dövrdə məşhur olan Xorasan civəsindən daha keyfiyyətli, ağır və təmiz 
idi. Şizdən bir qədər aralıda yerləşən Arran şəhərində qızılla yanaşı, gümüş 
çıxarılan mədənlər var idi. Azərbaycanın şimalında Gəncə, cənubunda isə 
Savalan ətrafında dəmir və mis çıxarılırdı. Təbriz və Naxçıvanda daş duz, 
Bakıda neft çıxanlan zəngin mədənlər var idi. 
Azərbaycanda ipək, yun, pambıq və kətandan növbənöv parçalar 
istehsal edilir, xalça və palazlar toxunur, kələğayılar və digər toxuculuq 
məmulatları hazırlanırdı. Toxuculuq məhsullannm boy anması üçün yerli 
xammal ehtiyatlarından istifadə edilirdi. Məsələn: Bəzz qalası yaxınlığındakı 
dağlarda qırmızı kvars çıxanlırdı. Qırmızı kvars yerli təlabatı ödəməklə yanaşı, 
Yəmənə və İraqa ixrac olunur, orada yun sapların boyadılmasmda istifadə 
edilirdi. Urmiya gölü yaxınlığında yaşayan sənətkarların hazırladıqları qırmızı 
və sarı mineral boyaqlar İraq, Suriya və Misirə ixrac olunur və bundan böyük 
gəlir əldə edilirdi. Bərdədə geniş yayılmış və qırmızı rəng almaqdan ötrü çox 
nadir xammal olan boyaq böcəkləri (qırmız) əl-İstəxrinin yazdığına görə 
Hindistana ixrac edilirdi. 
Bir tərəfdən Volqaboyu və Şərqi Avropanı Yaxın və Orta Şərqlə, 
Hindistanla, digər tərəfdən Orta Asiya, Çin, Hindistan və İran körfəzi bölgələrini 
Aralıq dənizi və Qara dəniz sahillərindəki iri ticarət mərkəzləri ilə birləşdirən 
beynəlxalq karvan yollarımn Azərbaycandan keçməsi sənətkarlığın, ticarətin və 
şəhərlərin inkişafı üçün əlverişli iqtisadi şəraiti təmin edirdi. X əsr ərəb 
müəllifləri Azərbaycan şəhərlərindən danışarkən Bərdəni xüsusi qeyd edirlər. 
Əl-İstəxri 930 - 933-cü illərdə qələmə aldığı kitabında yazırdı: “İraqda və 
Xorasanda Reydən və İsfahandan sonra Bərdə qədər böyük, çiçəklənən və gözəl 
şəhər yoxdur”. İbn-Hövqəl 951-ci ildə yazdığı kitabında Bərdədə ipəkdən çox 
məhsullar hazırlandığını və xaricə ipək ixrac olunduğunu göstərmişdir. Ərəb 
müəlliflərindən Əl-İstəxri, İbn-Hövqəl və Əl- Müqəddəsi Azərbaycanın 
Arazdan cənubdakı torpaqlarından danışarkən Ərdəbili bütün bu yerlərin “ən 
böyük şəhəri”, “ən mühüm vilayəti və böyük şəhəri”, “bütün iqlimin əsas 
şəhəri” hesab etmişlər. 
Əl-İstəxrinin “Ərdəbildən daha böyük” şəhər hesab etdiyi Dərbənd 
ölkənin ən iri liman şəhəri idi. Bu liman vasitəsilə Azərbaycan Xəzər sahili 
ölkələr, müsəlman ölkələri və bu dənizə çıxışı olan “kafir torpaqları” (qeyri- 
müsəlman ölkələri - Red.) ilə geniş ticarət əlaqələri saxlayırdı. Cənubi Qafqazda 
ən yaxşı kətan parçalar burada toxunurdu. Dərbənd kətan istehsalı üzrə Cənubi 
Qafqazda yeganə toxuculuq mərkəzi idi. Dərbənd sənətkarlarının kətan 
parçadan hazırladıqları müxtəlif paltarlar satış üçün 
80 


xarici ölkələrə göndərilirdi. Dərbənd bazan bütün Şərqdə məşhur idi. Şəhər həm 
də təmizliyi və məişət mədəniyyəti ilə başqalarından seçilirdi. Əl- 
Müqəddəsinin məlumatına görə, çirkli suları kənara axıtmaq üçün hələ X əsrdə 
Dərbənddə kanalizasiya sistemi yaradılmışdı. 
X
əsrdə ölkənin cənubunda Ərdəbildən sonra böyüklüyünə görə 
Marağa və Urmiya şəhərləri gəlirdi. Təbriz isə Rəwadilərin dövründə 
dövlətimizin paytaxtı olduqdan sonra, X əsrin sonlarında Azərbaycanın ən 
böyük şəhərlərindən birinə çevrilmişdi. Təbriz Azərbaycanın daxili ticarət və 
beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Əl-Müqəddəsi Təbrizin 
Bağdaddan daha üstün şəhər olduğunu qeyd etmişdir. Ərəb səyyahı 
“gözəlliyinin bənzəri olmayan”, qiymətlərin ucuz olduğu və hər cür meyvə ilə 
bol olan Təbriz şəhərini “saf qızıla” bənzədir və “ağlasığmayan bir möcüzə” 
hesab edirdi. 
IX - XI əsrlərdə Bakı şəhərinin də iqtisadi əhəmiyyəti yüksəlirdi. Ərəb 
səyyahı əl-Məsudi Bakını “Şirvan məmləkətinin neft çıxan torpağı və sahil 
şəhəri” adlandırmışdı. Bakının ağ neft mədənlərindən danışan əl- Məsudi 
“dünyada buradan savayı ağ neft çıxan başqa bir yerin olduğuna” şübhə ilə 
yanaşırdı. 
Azərbaycanda şəhər əhalisinin əsas məşğuliyyət sahəsi sənətkarlıq və 
ticarət idi. Əhali kənd təsərrüfatı məhsullarma təlabatını ödəmək üçün əkinçilik, 
bağçılıq, qismən də maldarlıqla məşğul olurdu. Şəhərlərdə eyni peşədən olan 
sənətkarlar Avropada olduğu kimi, sənətkar birlikləri (qardaşlıqlar) 
yaradırdılar. Dulusçular, dabbaqlar, boyaqçılar, dəmirçilər, silah- qayıranlar və 
başqaları ayrı-ayrı qardaşlıqlarda birləşmişdilər. Sənətkar emalatxanasında 
əmək bölgüsü yox idi: sənətkar hər hansı bir məmulatı əvvəldən axıradək özü 
hazırlayırdı. Sənətkar emalatxanasında usta ilə birlikdə usta köməkçisi və şagird 
çalışırdı. Sənətkar birlikləri tərəfindən məhsulım keyfiyyəti və qiyməti üzərinə 
ciddi nəzarət qoyulurdu və məhsul qabaqcadan müəyyən olunmuş qiymətə 
satılmalı idi. Normadan artıq məhsul istehsalı qadağan edilmişdi. Çünki bu, 
qiymətlərin aşağı düşməsinə və sənətkarların müflisləşməsinə səbəb ola bilərdi. 
Azərbaycanda sənətkar qardaşhqlan orta əsrlər Avropasındakı sənətkar 
birlikləri olan sexlərə oxşayırdı. Avropada olduğu kimi, Azərbaycanda da 
sənətkar qardaşlıqları müəyyən bir dövrdə sənətlərin inkişafında böyük rol 
oynamışdı. Yüksək keyfiyyətli sənətkarlıq məhsulları Şərq ölkələrindən tutmuş 
uzaq Avropanın iri ticarət mərkəzlərinə qədər alımb - satılır və tacirlərə böyük 
qazanc gətirirdi. Ancaq vaxt keçdikcə sənətkar qardaşlıqları əvvəlki mütərəqqi 
rolunu itirir, qapalı, mühafizəkar təşkilat kimi çıxış edirdilər. Bu və ya digər 
sənət sahəsini öz inhisarı altında saxlamağa çalışan qardaşlıqlar sənətkarlığın 
inkişafı yolunda əngələ çevrilirdilər. 
Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətə gəlməsi və Şir- 
vanşahlığın güclənməsi ilə XII - XIII əsrlərin əvvəllərində ölkədə kənd 
təsərrüfatı, sənətkarlıq və ticarət öz yüksəliş dövrünü yaşayırdı. XIII əsrin əwəl- 
81 


larində iki dəfə Azərbaycanda olmuş ərəb səyyahı Yaqut əl-Həməvi yazırdı: 
“Azərbaycan geniş bir ölkə və böyük bir dövlətdir”. Eldənizlərin hakimiyyəti 
dövründə Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Şamaxı şəhərlərinin 
Azərbaycanın iqtisadi həyatında rolu xeyli artmışdı. Bu şəhərlərin hər birində on 
minlərlə, hətta bəzilərində 100 min nəfərdən çox əhali yaşayırdı. Eldənizlər 
dövründə dövlətimizin paytaxtlarından biri olan Gəncədə bir neçə yüz min nəfər 
əhalinin yaşaması haqqında mənbələrdə məlumatlar vardır. Gəncə 
Azərbaycamn böyük ipəkçilik və mühüm dulusçuluq mərkəzlərindən biri idi. 
Gəncədən dünyanın bir çox ölkələrinə xam ipək, ipək və pambıq parçalar və s. 
ixrac olunurdu. Dövlətimizin pa)tot şəhərlərindən biri olmuş Naxçıvan böyük 
sənətkarlıq və ticarət mərkəzi idi. 
Eldənizlər dövründə daha da tərəqqi etmiş Beyləqan şəhərində 40 min 
nəfərə yaxın əhali yaşayırdı. Şəhərdə toxuculuq, boyaqçılıq, silahqayır- ma, 
dulusçuluq və s. kimi otuzdan çox sənət və peşə növü inkişaf etmişdi. Şəhərdə 
bir neçə bazar var idi. Eldənizlərin pul zərbxanalanndan biri Bey- ləqanda 
yerləşirdi. Eldənizlər dövründə dövlətimizin paytaxtı Təbriz şəhəri Asiya və 
Avropa arasında çox mühüm beynəlxalq ticarət mərkəzi idi. Təbriz 
sənətkarlarının toxuduğu xalçalar, atlas, xətayi, tafta və başqa ipək parçalar 
dünya bazarlarında əlbəəl gəzirdi. Eldənizlərin əsas pul zərbxanalarından biri 
Təbrizdə yerləşirdi. Yuxanda adı çəkilən Yaqut əl-Həməvi Təbrizi “ölkənin ən 
məşhur şəhəri” adlandırmışdır. 
XI
- XIII əsrin əvvəllərində Azərbaycanın mühüm sənətkarlıq və ticarət 
mərkəzlərindən biri də Şamaxı şəhəri idi. Şamaxıda 100 minə yaxın əhali 
yaşayırdı. Şamaxı Azərbaycanın ipəkçilik mərkəzlərindən biri idi. Dərbənddən 
Gəncəyə və Bərdəyə, həmçinin Azərbaycamn cənub bölgələrinə gedən karvan 
yolları Şamaxıdan keçirdi. Şirvamn xam ipəyini, növbənöv zərif ipək parçalarını 
almaq üçün dünyanın hər yerindən buraya tacirlər gəlirdi. Xam ipək Şimali 
İtaliya şəhərlərinə və Fransaya ixrac olunurdu. 
XI - XIII əsrlərdə Azərbaycanın daxili və xarici ticarət əlaqələrində 
Dərbənd və Bakı limanlarının rolu daha da artmışdı. Bakıdan Azərbaycan 
şəhərlərinə və qonşu ölkələrə neft ixracı xeyli genişlənmişdi. 
Bu dövrdə daxili iqtisadi əlaqələrin genişlənməsində gəmiçilik böyük 
rol oynayırdı. Urmiya gölünün qərb və şərq sahilləri arasında daim gəmilər 
üzürdü. Mənbələrin verdiyi məlumata görə, Kür çayının Bərdədən Xəzər 
dənizinə qədər olan hissəsində gəmilər gedib - gəlirdi. Azərbaycamn xarici 
dəniz ticarəti isə Xəzər dənizi vasitəsilə həyata keçirilirdi. 
Bu dövrdə Azərbaycanda iki böyük beynəlxalq bazar var idi. Avropada 
belə bazarlar yarmarka adlanırdı. İlin müəyyən vaxtlarında belə bazarlara 
dünyanın bir çox yerlərindən tacirlər axışıb gəlirdi. Azərbaycanın birinci 
beynəlxalq bazarı "Aranın ana şəhəri" Bərdədəki Əl-Kürki bazarı idi. Əl-İstəxri, 
İbn-Hövqəl və Əl-Müqəddəsinin məlumatlarına görə, təxminən 1 kvadrat fərsəx 
( 6 - 7 kvadrat kilometr) böyüklüyündə olan Əl-Kürki baza- nnda dünyanın 
müxtəlif ölkələrinin tacirləri qızğın alver edirdilər. Bu bazar 
82 


xalq arasında o qədər məşhur idi ki, həftənin bazar gününü “Əl-Kürki günü” 
adlandırırdılar. Azərbaycanın ikinci böyük beynəlxalq bazarı Ərdəbil - Marağa 
ticarət yolunun üstündə yerləşən Gülsəra bazarı idi. İlin müəyyən vaxtmda, bir 
qayda olaraq, təzə ayın əvvəlində açılan Gülsəra bazarına gələn xarici tacirlər 
buradan Azəraycanda, Hindistanda və başqa ölkələrdə toxunmuş ipək parçalar, 
qızıl - gümüş, misgərlik məlumatları, ətir, mal - qara, qoyun - quzu və sair alıb 
aparırdılar. İbn-Hövqəlin yazdığına görə, bu bazarda bir dəfəyə on minlərlə baş 
qoyun - quzu satılırdı. Qeyd etmək lazımdır ki, Əl-Kürki və Gülsəra bazarlarına 
bənzəyən beynəlxalq yarmarkalar Avropa ölkələrində Azərbaycandan gec 
meydana çıxmışdı. Məsələn, Fransanın məşhur Şampan yarmarkası XIII əsrdə 
yaranmışdı. 
Azərbaycandan xaricə aparılan mallardan gömrük rüsumu alımrdı. 
İbn-Hövqəlin verdiyi məlumata görə, Azərbaycandan Reyə gedən ticarət yolu 
üzərində yerləşən Xunəc gömrükxanası ildə dövlət xəzinəsinə 100 min 
dirhəmdən 1 milyon dirhəmə qədər gəlir gətirirdi. Bu qədər böyük gəlirə 
təəccüblənən ərəb səyyahı dünyanın başqa heç bir ölkəsində buna bənzər bir şey 
olmadığını qeyd etmişdir. 
XI - XIII əsrin əvvəllərində kənd təsərrüfatı, sənətkarlıq və ticarətin 
inkişafı əmtəə - pul münasibətlərinin geniş miqyas almasına əlverişli şərait 
yaratmışdı. Bu dövrdə ayrı-ayrı Azərbaycan hökmdarlan öz adlanndan pullar 
kəsdirirdilər. Tədavülə əsasən qızıl və gümüş pullar buraxılırdı. 
Beləliklə, IX - XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatı, 
təsərrüfat və şəhər həyatı böyük yüksəliş və çiçəklənmə dövrünü yaşamışdır. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin