Cabir ibn Həyyan (721 - 815) İmam Cəfər Sadiqin
şagirdi olmuş, elmi nailiyyətlərinə və kəşflərinə görə sağlığında “Ustadlann
ustadı” ləqəbini almışdı. Bu görkəmli kimyaçı alim öz dövründə bütün
maddələrin, xüsusilə metalların sirlərinə yaxından bələd olub, nəinki öz
ölkəsində, bütün Şərqdə və Avropada çox məşhur idi.
Əsərləri latın dilinə tərcümə olunaraq Avropa alimlərinin stolüstü kitabına çevrilmişdi. Onun
dünya və İslam elminə gətirdiyi yeniliklərin bir hissəsi hətta müasir insanı belə
heyrətə gətirir. Bu görkəmli alim:
1.
Dünyada ilk dəfə
suyu saflaşdırmaq üçün distillə üsulunu tətbiq
etmişdir.
2.
Antik yunan alimlərinin atomun bölünməzliyi fikrini inkar etmiş,
atomun bölünməsinin mümkünlüyünü əsaslandıraraq bu bölünmənin
böyük fəlakətlərə gətirib çıxaracağını heyrətamiz şəkildə qabaqcadan söyləmişdi.
Alimin fikrinə görə atomun bölünməsi baş tutarsa,
o dövrdə dünyanın ən böyük
şəhəri olan Bağdad böyüklüyündəki şəhəri bir göz qırpımında məhv etmək
mümkündür. Maraqlıdır ki, onun bu ideyası on bir - on iki əsrdən sonra XX
yüzillikdə dünya alimləri tərəfindən sübuta yetirilərək həyata keçirilmişdir. 3.
Alim heyrətamiz şəkildə
laboratoriya şəraitində süni üsulla canlı orqanizmin yaratmağın mümkünlüyü ideyasını irəli sürmüşdür. Bu ideya da
yaşadığımız dövrün alimləri tərəfindən həyata keçirilmişdir.
İslam mədəniyyətinin yaradıcılarından biri də X - XI əsrlərdə yaşaımş
Mərkəzi Asiyanın türk köklü alimi İbn Sinadır.
İbn Sina 980-ci ildə Buxarada
doğulmuş, 1037-ci ildə Azərbaycanın Həmədan şəhərində vəfat etmişdir. Onun
yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda keçmişdir. İbn Sina ona
dünya şöhrəti qazandıran beş hissəli