Həmədan yaxınlığında döyüşdə məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi
rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Aran,
Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini
möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə arvadı İnanc Xatunun başçılıq
etdiyi sui - qəsdçi qüvvələr tərəfindən öldürülmüşdü.
1191-ci ildə Məhəmməd Cahanın Azərbaycan taxtına çıxan başqa bir
oğlu
Əbu Bəkrin (1191 - 1210) dövründə
İraq Səlcuq Sultanlığı dövlətimizin
nəzarətindən çıxdı. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız
Azərbaycan və Aranın idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baq-
ratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitan və İnanc Xatunun oğulları
Əmir Mahmud və Əmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin
qoşunları 1194-cü ildə
Şəmkir və
Beyləqan döyüşlərində onu ağır
məğlubiyyətə uğratmışdılar. Əmir Ömər Vətənimizə xəyanət edərək gürcülərlə
birlikdə Gəncə şəhərini mühasirəyə almışdı. Gəncə əhalisi Eldəniz şahzadəsi
əmir Ömərin tabe olmaq əmrinə belə cavab vermişdi: “Əgər sən tək gəlsəydin,
biz şəhəri sənə verərdik, ancaq bir yığın kafirlə gəldiyin üçün şəhəri sənə təslim
etməyəcəyik”. Sonda çətinliklə də olsa, şəhərə yiyələnən və Aran bölgəsinin
idarəsini ələ alan Əmir Ömərin hakimiyyəti cəmi 22 gün çəkmişdi. Gürcü
qoşunları Azərbaycanı tərk edən kimi, gəncəlilər Əmir Öməri öldürdülər. Əbu
Bəkr dönəmində Azərbaycanda mərkəzi hakimiyyətin və dövlətin hərbi
gücünün zəifləməsindən gürcülər məharətlə istifadə edirdilər.
Tamaranın göndərdiyi gürcü qoşunu
Dvində elə bir qətliam törətmişdi ki, mənbəyə görə
“bunu eşidən insanın tükləri biz-biz dururdu”. Əbu Bəkr Xarəzmşahlarm ona
verdiyi böyük dəstəkdən də lazımi şəkildə yararlana bilmədi.