Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə62/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Birinci vürüs,
1220 - 1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri 
daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. 
Tarixçi İbn əl-Əsir yazırdı: "monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, 
bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə dağıtdılar, 
əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri 
aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı." 
Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci yürüşdə 
də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək qaçıb 
gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla 
savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın 
etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlanndan və şəhəri tuta 
bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran 
hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu 
məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə 
alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra 
Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük qırğın 
törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh 
danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol - tatarlar 
1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı 
sıyınb qoca, uşaq, qadın - hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, 
hətta hamilə qadmlann qannlannı yarıb çağalannı öldürürdülər. İbn əl-Əsirin 
yazdığına görə "şəhərin əhalisinin kökünü kəsdilər." 
O dövrdə Aran vilayətinin anası-mərkəzi olan Gəncəyə yürüdülər, 
ancaq şəhərin əhalisinin çoxluğunu, gürcülərlə olan savaşda mərdlik və şücaət 
göstərdiklərini, şəhərin müdafiəsinin möhkəmliyini bildikləri üçün oraya yaxın 
gedə bilmədilər. Adam göndərib, gəncəlilərdən pul və paltar tələb etdilər. 
İstədiklərini alaraq rədd olub getdilər. Şirvan Dərbəndinə getmək istəyən 
monqol - tatarlar əvvəlcə Şamaxı şəhərini mühasirəyə aldılar. Monqollar 
ümumiyyətlə, şəhərlərin mühasirəsi zamanı divardeşən maşınlardan, 
mancanaqlardan və xüsusi nərdivanlardan istifadə edirdilər. Şamaxı əhalisi 
mühasirə şəraitində qəhrəmanlıqla savaşdı. Qaynaqlara görə, Şamaxı əhalisi 
demişdi: “Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr 
etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". Mühasirə daraldıqca, şəhərin 
müqaviməti zəiflədi. Şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər və 
burada da əhalinin kökünü kəsdilər. 1222-ci ildə Şirvanşahla danışığa gedib, 
onun göndərdiyi nümayəndələrlə çox güclü 
96 


müdafiə sisteminə malik olan Dərbənd şəhərinin yanından keçdilər və Şimali 
Qafqaz düzənliyinə çıxdılar. 1223-cü ildə ruslan əzdilər və bulqar türklərindən 
yaxşı bir zərbə alıb vətənlərinə geri döndülər. Birinci yürüş kəşfiyyat xarakteri 
daşısa da, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər 
həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və 
ölkəmizin müdafiə gücünü daha da zəiflətdi. 
Owcaalann, sürculərin hücumları və Azərbaycanda Xarəzmsah 
Cəlaləddinin hakimiyyəti,
İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər artıq hər 
hansı bir düşmənə müqavimət göstərmək iqtidarında deyildilər. Bundan istifadə 
edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan 
bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. 
Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları 
Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən 
gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular. 
1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqollann 
yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini 
monqollara buraxıb Azərbaycana gəldi. İbn əl-Əsirin sözləri ilə deyilsə, 
Azərbaycan və Aran kimi dünyanın ən zəngin torpaqlan ixtiyannda olsa da, 
“ölkəsini müdafiə etməkdə Allahın yaratdıqlarından ən acizi və bacarıqsızı 
olan” Atabəy Özbək Cəlaləddinin yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra 
Əlincə qalasına qaçdı və orada da öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda 
Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa 
şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da, 
1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ keçirtdi. Təbrizdən sonra 
Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana soxulmağa çalışan 
gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. Bunun ardınca 
Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə 
daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə 
Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Yaxşı sərkərdə, amansız hökmdar 
və pis idarəçi olan Cəlaləddin Azərbaycanda abadlıq işləri aparacağı haqda 
vədini yerinə yetirmədi, əksinə Azərbaycanda və ona qonşu ölkələrdə xalqı 
soyub talamağa yönəlmiş vergi sistemi yaratdı. Açıq qarət siyasətindən bezmiş 
Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. Bütün Azərbaycam Cəlaləddinə 
qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu. 
Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın başçısı usta 
Bəndər ələ keçirilərək amansızlıqla tikə - tikə doğrandı. 
Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət 
cəhəti Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan 
və böyük qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab 
edilə bilər. Cəlaləddin gürcülərin əsas hərbi qüvvəsi olan 50 minlik qıpçaq 
birliyini öz himayəsinə aldı və nəticədə gürcülər bütün gücünü itir- 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin