inkişafına böyük töhvə verən fikirlər irəli sürmüşdür. Azərbaycanda XI - XII
əsrlərdə fəlsəfi fikir fiqhdən (hüquqşünaslıq), kəlam (sxolastika) və təsəv-
vüfdən (mistika) ibarət olan üç qol əsasında formalaşmışdı.
Təsəvvüf
anlayışının əsasında yüksək əxlaqi fikirlər dayanır. Təsəvvüf yüksək xasiyyətə
və əxlaqa yiyələnməyi, hər cür alçaq xasiyyətlərdən uzaqlaşmağı tələb edir.
Sufi olan kəs özünü kamilləşdirmə prossesində hər şeydən əvvəl öz nəfsini
paklaşdırmalıdır. Mötədil sufi cərəyanının nümayəndəsi olub, Azərbaycanın
Zəncan şəhərində anadan olmuş Əbuhəfs Sührəvərd (1063 - 1137)
bununla
bağlı yazırdı ki, insan kin, həsəd və riyadan armdıqda təmizlik nuru onun
batilinə süzülür və o bütün rəzilliklərdən xilas olur, Allaha qovuşmaq arzusu
onu sidq və səmimiyyət zirvəsinə ucaldır. Əbuhəfsin qardaşı oğlu Əbun- nəcib
Şührəvərd Yaqub əl-Həməviyə görə gəncliyində Bağdadda su daşıyar və öz
qazancını yeyərdi. Çox keçmədən görkəmli alim sufi
şeyxi zirvəsinə çataraq
məşhur Nizamiyyə mədrəsəsində dərs demiş və dövrünün ən böyük
universitetlərindən biri olan bu təhsil ocağına, hətta rəhbərlik etmişdir.
Maraqlıdır ki, onun hüququ, hətta hakim dairələr tərəfindən toxunulmaz idi və
mütəfəkkir sultandan, xəlifələrdən qorxub ona pənah gətirənlərə sığınacaq verir
və onları təhlükədən qoruyurdu. Əbunnəcibin sufi təliminə görə təsəvvüf
şəriətdən başlayır, təriqətdən (mənəvi kamillik yolu) keçərək həqiqətdə başa
çatır. Təsəwüfün əvvəli elm, ortası əməl, axırı isə ilahi vergidir. Bu nəsildən
olan Şəhabəddin Əbuhəfs Sührəvərd (1145 - 1234)
görkəmli alim və sufi
mütəfəkkiri kimi tanınmışdı. Tarixi qaynaqlarda onun haqqında belə
yazılmışdı: “o, fəzilətli hüquqşünas, sufi, başçı, mömin, zahid, arif, həqiqət
elmində dövrünün şeyxi” idi. Xəlifə ən - Nasir onu Bağdadın baş şeyxi təyin
etmişdi. O, xəlifənin elçisi kimi diplomatik danışıqlar aparmışdır.
Panteist görüşlərinə görə 32 yaşında ruhanilərin fitvası ilə öldürülən
Eynəlqüzzat Miyanəçi (1099 - 1131) çox qiymətli
fəlsəfi əsərlər qoyub
getmişdir.
Bu dövrün parlaq şəxsiyyətlərindən olan Xətib Təbrizi (1030 - 1109)
ilk təhsilini Təbrizdə almış, sonra Suriyanın Numan məscidində dövrün böyük
alimi Əbü-l-əla Məərridən bilik aldıqdan sonra Nizamülmülk tərəfindən
1067-ci ildə Bağdadda açılmış “Nizamiyyə” mədrəsəsində 40 ildən çox müddət
ərzində dərs demişdir. O dövrdə dünyanın ən böyük elm və təhsil ocağı və ilk
Universiteti sayılan həmin mədrəsədə Xətib Təbrizi akademik İ.Kraçkovskinin
sözləri ilə deyilsə, “ədəbiyyat kafedrasının professoru” olmuşdu. O, fəlsəfə,
məntiq, dil və ədəbiyyat sahəsində çox qiymətli araşdırmalar aparmışdır. Xətib
Təbrizi bütün İslam dünyasında dilçilik və ədəbiyyatşünaslıq sahəsində
ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri idi. Qürbətdə yaşasa da,
öz doğma türk dilini də unutmamışdı.
Bağdadın Nizamiyyə mədrəsəsində təhsil almış
böyük alim və şair
Ömər Gəncəvi dilçilik və ədəbiyyatşünaslığa dair qiymətli araşdırmaların
müəllifidir.
Dostları ilə paylaş: