Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə46/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Fəzl ibn 
Məhəmməd 
971-ci ildə Gəncənin ilk Şəddadi hakimi oldu. Şəddadilərin mərkəzi 
hakimiyyətdən aynlaraq 971-ci ildə Azərbaycamn şimalında müstəqil 
ləşməsinin qarşısını almaq üçün Salari İbrahimin Gəncəyə hücumu uğursuz 
olmuşdu. Bunun nəticəsində Arranın Bərdə, Şəmkir, Naxçıvan və başqa 
şəhərləri, habelə Dəbil və ətrafdakı torpaqlar 
Şəddadilərin hakimiyyəti 
altına 
keçmişdi. 
Şəddadilər sülaləsinin 
ilk hökmdarı 
Ləşkəri 
(971 - 978) olmuşdur. 
Ondan sonra, 978 - 986-cı illərdə hakimiyyətdə olmuş Mərzubanm 
bacarıqsızlığı bir çox vilayətlərin, o cümlədən Bərdənin itirilməsi ilə nəticələnsə 
də, 986-cı ildə Azərbaycan taxtına çıxan 
Fəzl ibn Məhəmməd 
(985/986 - 
1030/1031) uğurlu yürüşlər nəticəsində Bərdə, Beyləqan, Xaçm, Sünik, Gorus, 
Taşir və Tiflisə qədər olan əraziləri yenidən dövlətimizin sərhədlərinə 
qaytarmışdı. Fəzl 1026/1027-ci ildə 
Şəmkir yaxınlığındakı 
döyüşdə abxaz - 
gürcü qoşunu üzərində parlaq qələbə qazanımş və 10 min nəfərdən çox gürcü 
döyüşçüsünü qılıncdan keçirmişdi. 1030-cu ildə isə ölkəmiz üçün şimaldan 
təhlükə yaradan 
alanları 
məğlubiyyətə uğratmışdı. I Fəzl ibn Məhəmmədin 
hakimiyyəti dövründə Azərbaycanda sənətkarlıq və ticarət inkişaf etmiş, 
memarlıq-tikinti işləri genişlənmişdi. O, 1027-ci ildə Araz çayı üzərində hərbi 
və ticarət əhəmiyyəti daşıyan və xalqımızın memarlıq incilərindən biri sayılan 
Xudafərin körpüsünü 
saldırmışdı. Fəzldən sonra Azərbaycan taxtına çıxan 
oğlu Əbülfəth Musamn hakimiyyəti qısa sürmüşdü. O, Bakıya basqın edən 
ruslarla savaşa girmiş və onları ağır məğlubiyyətə uğratmışdı. II Ləşkəri adı ilə 
1034-cü ildə hakimiyyətə gələn Əbülhəsən Əli on beş illik hakimiyyəti 
dövründə Səlcuqlara, Oğuzlara, gürcü və ermənilərə qarşı uğurlu savaşlar 
aparmışdı. Anası Şirvanşahın qızı olduğundan Şirvanşahlıqla qohumluq 
münasibətləri, 1040-cı ildə omm görüşünə gəlmiş, Rəwadi hökmdan Vəhsudan 
və Tiflis əmiri Əbülfəzi Cəfər ilə dostluq əlaqələri saxlayırdı. Qətran Təbrizinin 
qəsidəsində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin