DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə11/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
d book huquq 23504


125. Tokio raundu (1973-1979) çoxtərəfli ticarət danışıqları prosesinin qeyri-qənaətbəxş dünya iqtisadi vəziyyəti dövrünə təsadüf edir. 1973-1974 illərdə baş verən enerji böhranı beynəlxalq iqtisadi təhlükəsizliyin pozulmasına gətirib çıxarır.

Buna baxmayaraq, Tokio raundunda da müsbət məqamlar diqqəti cəlb edir. Gömrük rüsumlarının aşağı salınması, qeyri-tarif maneələrinin ləğvi, yeni hüquq qaydasının (Standartlar üzrə Məcəllə; Subsidiya və kompensasiya üzrə rüsumlar Məcəlləsi; Gömrük qiymətləndirilməsi Məcəlləsi; Antidempinq Məcəlləsinin qəbulu və s.) formalaşması dünya ticarətinin yüni kontekstində tənzimlənməsinə gətirib çıxarır.

Bu mərhələdə əvvəlcə gömrük rüsumlarının 40% aşağı salınması nəzərdə tutulurdusa, əslində isə sonda danışıqların nəticəsi olaraq 33% məhdudlaşdırma mümkün olur. Bu dəfə də məhdudlaşdırma ancaq sənaye mallarına aid olur. Gömrük rüsumlarının aşağı salınmasında əsasən daha çox yüksək gömrük rüsum dərəcələri olan ABŞ və Yaponiya kimi dövlətlər istifadə edirlər. Müzakirə obyektindən birini də qeyri-tqrif tənzimlənməsi təşkil edir.

Qeyri-tarif tənzimlənməsinin kəmiyyətcə artması bu problemin həllinə xüsusi önəm vermiş və bunu nəzərə alaraq Tokio raundunun iştirakçıları beynəlxalq ticarət üçün xüsusi əhəmiyyət kəsb edən ayrı-ayrı növ qeyri-tarif maneələri üzrə xüsusi sazişlər bağlayırlar. Bu sazişlər qeyd etdiyimiz kimi, məcəllə formasında qəbul edilir və onlar subsidya və kompensasiya rüsumlarını, gömrük qiymətləndirilməsini, ticarətdə texniki maneələri, idxal lisenziyalaşdırma prosedurunu əhatə edir.

Bu məcəllələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar GATT sistemindən kənarda da tətbiq edilirdi. Beynəlxalq ticarəti tənzimləyən yeni mexanizmlərin yeranması ilə inkişafda olan dövlətlərin statusu müəyyən edilir. YBİQ institutuna uyğun olaraq, inkişafda olan dövlətlər tarif və qeyri-tarif güzəştlərindən istifadə etmək hüququ əldə edirlər.

126. GATT-ın tarixində köklü dəyişiklik, şübhəsiz ki, Uruqvay raunduna (1986-1994) təsadüf edir. Uruqvay raundu GATT çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarının 8-ci raundu olaraq Dünya Ticarət Təşkilatının 1995-ci il yanvarın 1-dən fəaliyyətinin başlanğıcını qoyur. Uruqvay raundunun sazişlər paketi təqribən 50 çoxtərəfli sazişi və Dünya Ticarət Təşkilatının təsisi haqqında sazişləri əhatə edir. Bu sazişlər:

- Tariflər və Ticarət üzrə Baş Saziş (GATT-1994);

- Kənd təsərrefatı üzrə saziş;

- Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında saziş;

- Paltar və tekstil və geym məmulatları haqqında saziş;

- Ticarətdə texniki maneələr haqqında saziş;

- İnvestisiya tədbirlərinin ticarət aspektləri haqqında saziş (TRİMS);

- GATT- 1994-ün 7-ci maddəsinin tətbiqi (əmtəənin gömrük qiyməyləndirilməsi) haqqında saziş;

- Əmtəə qaydaları haqqında saziş;

- İdxal lisenziyalaşdırması prosedurası haqqında saziş;

- Subsidiyarlar və kompensasiya tədbirləri haqqında saziş;

- Xidmətlərlə ticarət haqqında Baş Saziş (GATS);

- Əqli mülkiyyətin ticarət aspektləri haqqında saziş (TRİPS);

Mübahisələrin həlli proseduru və qaydaları haqqında müqavilə və s. qeyd edilə bilər.

Mülki aviatexnika ilə ticarət üzrə Saziş və Sövlət satınalmaları haqqında Saziş istisna olmaqla başqa bütün sənədlər və onunla əlaqədar sazişlər Dünya Ticarət Təşkilatının bütün üzvləri üçün məcburidir. Məcburi olmayan digər iki saziş – Süd məhsulları haqqında və Ət məhsulları üzrə Sazişlər iştirakçı dövlətlər tərəfindən (1997) denonasiya edilmişdir. 1996-cı ildə İnformasiya texnologiyaları məhsullarının ticarəti haqqında Bəyannamə və 1998-ci ildə qəbul edilmiş Əsas telekommunikasiya xidmətləri üzrə Saziş isə həmin sənədləri qəbul etmiş Dünya Ticarət Təşkilatının üzvləri üçün məcburi hüquqi əhəmiyyət kəsb edir.

127. 1986-cı ildə çoxtərəfli ticarət danışıqlarının Uruqvay raundu üzrə qəbul edilmiş nazirlərin Bəyannaməsinə uyğun olaraq GATT iştirakçısı olan dövlətlər GATT qaydaları ilə uyğunlaşmayan məhdudlaşdırıcı tədbirləri (Standstill), GATT-a uyğun olmayan bütün məhdudlaşdırıcı tədbirlərin (Roll back) tədricən ləğv edilməsi öhdəliyi qəbul etmişlər. Müvafiq öhdəliklərin icrasına nəzarət etmək məqsədilə nəzarət Orqanı da təsis edilmişdir.

128. Hüquqi aspektdə Dünya Ticarət Təşkilatının fəaliyyətində Təşkilat üçün spesifik olan adət və müqavilə-hüquqi (diskiriminasiyaya yol verməmək, daha əlverişlilik, milli rejim, preferensiya) prinsiplər çıxış edir. Bu prinsiplər öncə GATT-da ifadə edilmiş, sonradan yekun Mərakeş sənədləri paketində də möhkəmləndirilmişdir.

129. Sazişin ikinci maddəsində qeyd edilir ki, hər bir razlığa gələn tərəf hər hansı bir ölkəyə təqdim olunan bütün immunitetləri, üstünlükləri, imtiyazları, güzəştləri mütləq və dərhal bütün digər razılığa gələn tərəfə də tətbiq edəcək. Ayrı-seçkiliyə yol verməmək prinsipinin minimal standartı kimi daha əlverişlilik prinsipi çıxış edir. GATT-dan çıxış edərək daha əlverişlilik prinsipi şəxslərə deyil, ancaq əmtəələrə tətbiq olunur.

Daha əlverişlilik prinsipindən yaranan öhdəliklər GATT-ın bütün üzvlərinə münasibətdə hər hansı bir ölkə üçün ticarət üstünlüyü müəyyən etmək fürsətini aradan qaldırır. Hər bir milli bazarda GATT üzvü olan dövlətlər ticarət maneələrinin azaldılmasını təmin edən bərabər şərtlər və bərabər imkanlar əldə edirlər. Bundan istisna kimi regional gömrük ittifaqı və azad ticarət zonası nəzərdə tutulur. Daha əlverişlilik prinsipindən digər istisna isə inkişafda olan ölkələrin məhsullarına, o cümlədən (ümumi preferensiya sistemi əsasında preferensiya tariflərinə, preferensiya qetri-tarif maneələrinə, inkişafda olan dövlətlər arasında regional və qlobal razılaşmalara, beynəlxalq birliyin iqtisadi sanksiya tətbiq etdiyi dövlətlərə) aid edilir.

İnkişafda olan ölkələr üçün Dünya Ticarət Təşkilatının qaydalarına müvafiq olaraq keçid dövrü üzrə yeni mexanizmlər formalaşdırılmaqdadır. Lakin bu müddətli xaraqter daşıdığından sonda onlar da inkişaf etmiş dövlətlərin daşıdığı öhdəlikləri qəbul etməlidirlr. Güzəştlər daha az inkişaf etmiş dövlətlər üçün Dünya Ticarət Təşkilatı üzvlərinin səs çoxluğu ilə qəbul etdiyi məhdud müddətdə saxlana bilər.

GATT-a müvafiq olaraq daha əlverişlilik prinsipi (qarşılıqlıq tələb etmədən) şərsiz xaraqter daşıyır. Lakin Dünya Ticarət Təşkilatı müqavilələr sistemində daha əlverişlilik prinsipinin şərtli tətbiqi də mümkündür. Mülki aviatexnika ilə ticarət haqqında Sazişin üstünlüyündən istifadə etmək üçün həmin sazişə qoşulmaq lazımdır.

GATT çərçivəsində daha əlverişlilik prinsipi:



  • əmtəələrin idxalı və ixracı ilə bağlı bütün əməliyyatlara;

  • gömrük sərhədini keçəndən sonra mallara qoyulan daxili vergi və istənilən daxili

yığımlara (m. 3, b.2);

qanun, qayda və tələblərə (m.3, b.4);

  • tranzitə bağlı bütün yığımlara, rəsmiyyət və qaydalara (m.5, b.1);

  • qablaşdırma üçün nəzərdə tutulan tələblərə (m.11, b.1) tətbiq edili.

130. GATT-da xüsusi hallarda qeyri-tarif maneələrindən biri kimi kəmiyyət

məhdudiyyətlərinin tətbiqinə də yol verilir. GATT-ın XIII maddəsinə uyğun olaraq GATT-da yol verilən kəmiyyət məhdudiyyətləri diskiriminasiyasız tətbiq edilməlidir. Əgər kəmiyyt məhdudiyyəti (kontingetləndirmə) sistemi idxala lisenziya qoyulması əsasında fəliyyət göstərirsə, belə lisenziya diskiriminasiya əsasında verilməlidir. Daha əlverişlilik prinsipinin klauzulası Dünya Ticarət Təşkilatının bütün üzvləri arasında razılaşdırılmış əmtəə güzəştlərinə avtomatik və dərhal təsir etdiyi kimi bütün ticarət güzəştlərindən geri şəkilmələrə də eyni halda təsir edir. Daha əlverişlilik prinsipinin (çoxtərəfli əsasda) gömrük-tarif sahəsində tətbiqi onun faktiki olaraq bu sahədə imperativliyinə gətirib çıxarır.

131. Dünya Ticarət Təşkilatının müqavilələr sistemində tətbiq edilən digər müqavilə-hüquqi prinsipi milli rejim prinsipidir. GATT-ın III və GATS-ın XVI maddəsinə əsasən milli bazara idxal edilmiş xarici əmtəələrə münasibətdə milli istehsalçıların əmtəələrinə tətbiq olunan rejimdən və əlverişli olmayan rejim tətbiq olunur. Milli rejim prinsipi idxal mallarına münasibətdə diskriminasiyanı qadağan etməklə rəqabət prinsipini təşviq edir. İlk dəfə GATT çərçivəsində əmtəələrlə ticarətə tətbiq edilən prinsip, sonradan Dünya Ticarət Təşkilatının digər, əqli mülkiyyət, xidmətlərlə ticarət və investisiyaların ticarət aspektləri ilə bağlı sazişlərdə də təsbit edilib. Daxili vergi və yığımlar, həmçinin qanun və qaydalar idxal olunan əmtəələrə elə tətbiq edilməlidir ki, bu zaman milli əmtəələrin, daxili bazarın mühafizə olunması təəssuratı yaranmasın. GATT milli bazarda yerli əmtəələrə nisbətən xarici əmtəələrə daha güzəştli şərtlərin verilməsini qadağan etmir, baxmayaraq ki, bu rəqabət prinsipinin pozulması olacaq. Belə olan halda müvafiq güzəşt daha əlverişlilik prinsipi vasitəsilə bütün dövlətlərə şamil edilməlidir.

Milli istehsalı ağır vəziyyətdə qoymamaq üçün qanunvericiliklə güzəştli qaydalar milli sənaye üçün də tətbiq olunmalıdır.

GATT milli rejimə münasibətdə istisnalar da müəyyən edilir. III və IV maddələrin müvafiq olaraq 8 və 10-cu bəndindən çıxış edərək milli rejim:


  • hökumət satınalmalarını tənzimləyən tələb, qayda və qanunları;

  • milli əmtəələrin hökumət satınalmaları üçün verilən subsidyalara, həmçinin

müstəsna olaraq daxili istehsala verilən subsidiya ödəmələrinə;

  • yerli, milli mənşəli kinofilimlərin nümayişinə tətbiq edilmir.

132. Milli rejimin əsas məqsədi milli bazarda bərabər rəqabət şərtlərinin

yeradılmasının təmin edilməsidir. Eyni zamanda milli rejim konteksitində milli bazarın qorunması üçün içtimai qaydanın genişləndirilmiş təfsiri də yolverilməzdir. Bu norma ticarət dövriyyəsinə aid olan diskiriminasiya etməməyin və qeyri-proteksionist xarakterli daxili qaydaların təkminlləşdirilməsinin təminat vasitəsidir.

Hər bir dövlət ticarət dövriyyəsində hər hansı bir əmtəənin daxil olunmasını maneələndirmək və yaxud ticarət dövriyyəsini öz marağına uyğun tənzimləmək hüququna, təhlükəsizlik maraqları baxımından və ictimai qaydanı nəzərə almaqla dövlət milli istehsalçılarını qorumaq üçün tədbirlər görmək səlahiyyətinə malikdir (GATT m. XX və XXI). Lakin bu tədbirlər qeyri-tarif maneələri qismində olmamalıdır.

Hələ GATT-1947 dövründə bir çox dövlətlər gizli qeyri-tarif maneələrinin istifadəsi səbəbindən çoxsaylı mübahisələrlə üzləşməli oldular.

Dünya Ticarət Təşkilatının üzvləri müəyyən normativ meyarlar olmadan müstəqil olaraq təhlükəsizlik maraqlarını əsas götürərək ümumi ticarət qaydasından müəyyən istisnalar da edirlər. Görülən tədbirlər siyasi maraqlarla bağlı olduğundan, onlar əksər halda diskiriminasiya xaraqterli olur. XXI maddədə istifadə olunan bəzi terminlər (məsələn, fövqəlada vəziyyət kimi) beynəlxalq ticarətin tənzimlənməsində əsasız diskiriminasion tədbirlərin tətbiqinə imkan yaradır. Buna görə də

- beynəlxalq saziş qaydasında milli və beynəlxalq publik qaydanın beynəlxalq-hüquqi anlayışı formalaşdırılmalı;

- müvafiq məhdudiyyətlərə yalnız milli iqtisadiyyata real təhlükə mövcud olduğu halda müraciət edilməli;

- milli isehsalçıların hüquqlarının müdafiəsi baxımından müxtəlif qeyri-tarif və inzibati tədbirlərin tətbiqi yolu ilə milli istehlakçıların seçim hüququ pozulmamalıdır.

Həmin tədbirlər özündə milli iqtisadi təhlükəsizliyi də əks etdirən beynəlxalq iqtisadi təhlükəsizliyə qarşı yönəlməməlidir.

133. Dünya Ticarət Təşkilatının fəaliyyətində növbəti prinsip müstəsna tarif tənzimlənməsi prinsipidir. Xarici ticarətin liberallaşdırılmasında tarif tənzimetməsi mühüm əhəmiyyət kəsb edir. Tarif qanunvericiliyi Dünya Ticarət Təşkilatının xüsusi prinsiplərindən birinə tariflərin ortalanması (bağlanması) prinsipinə uyğun olaraq, istehsalın inkişafı üçün zəruri olan əmtəələrə aşağı rüsum dərəcələrinin müəyyən edilməsinə, əmtəənin işlənilmə dərəcəsinin artması ilə rüsum dərəcələrinin yüksəldilməsinə, eyni cinsli əmtəələrə münasibətdə vahid rüsumun tətbiqinə əsaslanmalıdır.

Dünya Ticarət Təşkilatı tələblərinə uyğun olaraq sazişlərə qoşulan dövlət tarif şərtləri haqqında protokol təqdim edir. Tarif şərtləri haqqında Protokol gömrük-tarif tənzimetmə qaydalarını müəyyən edir və həm idxalın sturukturu və həcminə, həm də hakimiyyətin fiskal siyasətinə təsir edəcək öhdəlikləri özündə əks etdirir.

AR-in gömrük tarifi haqqında qanununda qeyd edildiyi kimi gömrük tarifləri dövlətin gömrük sərhəddindən keçirilən mallara tətbiq olunan gömrük rüsumu dərəcələrinin sistemləşdirilmiş toplusunu özündə əks etdirir. Gömrük tariflərinin əsasını gömrük rüsumları təşkil edir. Gömrük rüsumları qanuni olmaqla müəyyən dərəcədən artıq yüksəldilməməli və “konsolidiasiya” olunmamalıdır. Tarif tənzimetmə prinsipinə görə milli istehsalın qorunması üçün ancaq gömrük rüsumlarından və bazar mexanizmlərindən istifadə edilə bilər. Gömrük tarifi mexanizminin təkminləşdirilməsi üzərində iş əsasən iki sahədə nəzərə çarpır – rüsum dərəcələrinin konsolidasiyası, dondurulması və tarif dərəcələrinin bərabərləşdirilməsi (159).

GATT-ın himayəsi altında həyata keçirilən danışıqlar nəticəsində hələ XX əsrin 50-ci illərindən başlayaraq tariflərin aşağı salınması prosesi getsə də, rüsumsuz və aşağı rüsumlu ticarət məkanı genişlənsə də, ciddi məsələ kimi terif problemi hələ də qəti olaraq tənzimlənmir. Belə ki, inkişafda olan dövlətlər (Meksika, Hindistan, Venesuela və d.) bir qayda olaraq yüksək tarif rüsumları müəyyən etdiyi halda inkişaf etmiş dövlətlər (ABŞ, Yaponiya Böyük Britaniya, Avropa İttifaqının dövlətləri), keçid iqtisadiyyatlı dövlətlər (AR, RF, Ukrayna və s.) orta hesabla 5-12%-lik rüsum dərəcələri müəyyən edirlər.

İnkişaf etmiş sənaye ölkələrinin daxili siyasətində “qızıl qayda” fəaliyyət göstərir. Xammal və emal olunmamış məhsullara qoyulan idxal rüsumları sıfır və yaxud minimal dərəcələrlə müəyyən edilir. Rüsumlar burada əsasən iqtisadi tənzimetmə funksiyasını yerinə yetirir. Problemin həlli üçün bir sıra dövlətlərdə gömrük rüsumları haqqında qanun qəbul olunmuşdur. Avropa İttifaqında Vahid Gömrük Tarif fəaliyyət göstərir. Böyük Britaniyada idxalın tarif tənzimlənməsi sferasının əsas sənədi İnteqral tarifi hesab edilir. Bu sənəd özündə Avropa İttifaqının Vahid gömrük tarifini və statistik nomenklaturanı, həmçinin Əmtəələrin təsviri və kodlaşdırılmasının harmonizasiyalaşdırılmış sistemini əks etdirir.

134. Bir qayda olaraq gömrük ittifaqında tətbiq olunan vahid gömrük tarifi milli gömrük tarifindən sərt ola bilməz. GATT-ın XXIV maddəsinin 4 və 5-ci bəndlərinə müvafiq olaraq gömrük ittifaqlarının və azad ticarət zonalarının məqsədini müvafiq ərazidə və Dünya Ticarət Təşkilatının digər üzvləri arasında ticarətin sərbəstləşdirilməsi təşkil edir.

Gömtük resumlarının həcmi (miqdarı) gömrük tarifindən və əmtəənin gömrük dəyərindən asılıdır. Əmtəənin gömrük qiymətləndirilməsi GATT-ın 7-ci və 6-cı maddəsinin tətbiqi haqqında Sazişlə tənzimlənir. Gömrük qiymətləndirilməsi məsələsi özünün həllini GATT-ın 1979-cu il Tokio raundu gedişində qəbul edilmiş Gömrük qiymətləndirilməsi Məcəlləsinin sonuncu redaksiyası ilə tapmışdır. Uruqvay raundunda isə Gömrük qiymətləndirilməsi Məcəlləsinə inkişafda olan dövlətlərin xeyrinə bəzi dəyişikliklər edilmişdir: heç bir dövlət gömrük qiymətləndirilməsini mövcud meyarlara əsaslanmadan həyata keçirə bilməz. Əks təqdirdə idxal edilən əmtəələrin gömrük qiymətləndirilməsi qeyri-tarif tənzimlənməsinə gətirib çıxara bilər.

Gömrük qiymətləndirilməsi idxal edən əmtəə üçün bağlanmış əqdin dəyərinə uyğun reallaşdırılır. Sazişin 8-ci maddəsində bəyan edilmiş qiymətin hansı xərcləri özündə ifadə etməsi tənzimlənir. Bir qədər mübahisəli görünsə də, Saziş əmtəənin gömrük qiymətləndirilməsini milli qanunvericiliyin öhdəsinə buraxırvə bu zaman İNCOTERMS-in FOB və yaxud da CIF və ya digər müqavilə tiöi əsas götürülə bilər. Bəyan edilən qiymət gömrük orqanınada çübhə yaratdığı halda həmin orqan bu halda idxal edəni məlumatlandırır. Sonuncu isə, öz növbəsində, qiymətin reallığını sübut etməlidir və zərurət yarandıqda yuxarı gömrük orqanına şıkayət etmək hüququna malikdir.

Əgər əqdin qiyməti gömrük dəyərləndirilməsində istifadə edilə bilmirsə, o halda

- qiymətləndirmə eyni (identik) əmtəələr üzrə əqdlərin qiymətinə uyğun müəyyən edilir;

- əgər öncə qeyd edilən hal da nəticə verməzsə analoji (qismən oxşar) əmtəələr üzrə əqdlərin qiyməti əsas götürüləcək.

Qeyd edilən hallarda da qiymətləndirməni müəyyən etmək mümkün olmadıqda əmtəənin ilk daxili satışda kommersiya əsasında realiəzə və ya özündə xərcləri və mənfəəti əks etdirən hesablaşma qiyməti qəbul edilə bilər. Sonuncu variant kimi əmtəənin gömrük qiymətləndirilməsində əmtəənin idxal ölkəsində satış qiyməti əsas götürülə bilər. Gömrük qiymətləndirilməsində yerli əmtəələrin analoji qiymətlərinin əsas götürülməsi qadağan edilir (m.VII, 2a).

135. GATT-a daxil olan dövlətlər tarif güzəştlərinin, həmçinin GATT şərtlərinə uyğun olmayan qeyri-tarif məhdudiyyətlərinin siyahısını təqdim etməlidirlər. GATT-ın son məqsədlərindən biri kimi gömrük tarif dərəcəsinin aşağı salınması ilə onların iqtisadiyyatı qorumaq funksiyası itiriləcək və bazara daxil olmaq üçün maneə olmayacaqdır. Bunu nəzərə alaraq bəzi dövlətlərdə qeyri-tarif maneələri tarif maneələrinə nisbətən çoxalmışdır. Təsadüfü deyil ki, Dünya Ticarət Təşkilatının müqavilə sistemində qeyri-tarif maneələrinin qadağan olunması prinsipi təsbit edilmişdir. Qeyri-tarif tədbiri ticarət dövriyyəsində əsas maneə olduğundan həmin prinsipin yaxın gələcəkdə əhəmiyyətinin dahada artırılması zərurəti yaranmaqdadır. əsas çətinlik ondan ibarətdir ki, qeyri-tarif maneələri müəyyən bir meyara malik deyil. Qeyri-tarif maneəsi müvafiq milli bazara xarici mənşəli malların daxil olunmasına və yaxud ticarət dövriyyəsinə çətinlik yaradanistənilən tədbir və fəaliyyət kimi qiymətləndirilir. Dövlətlər ticarəti məhdudlaşdırmaq üçün qeyri-tarif maneələriindən istifadə etməməlidirlər.

Qeyri-tarif maneəsi kimi proteksionizm, kəmiyyət məhdudiyyəti, qiymətlə hər hansı bağlılığı olmayan idxal və ixracın kəmiyyət və keyfiyyətin yönəldən hökumət səviyyəsində keçirilən inzibati tədbirlərdir. Qeyri-tarif maneələrinin qadağan olunması prinsipindən müəyyən sferalar üçün, o cümlədən keçid iqtisadiyyatlı dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdə, aqrar sektorda istisnalar müəyyən edilə bilər (QATT, m.XI, b.2).

Tarif tədbirlərinin köməyi ilə tənzimetmədə şəffaflıq və mill ticarət siyasətinin açıqlığı, stabillik, xarici ticarət rejiminin proqnozlaşdırılması ticarətə dövlət müdaxiləsinin məhdudlaşdırılması, tranzitin azadlığı, preferensiya və spesifik prinsiplər Dünya Ticarət Təşkilatı hüququnu formalaşdıran digər sazişlər də, o cümlədən GATS, TRİPS və d. müqavilələrdə təsbit edilib.

136. Dünya Ticarət Təşkilatının universal mexanizmi həmin prinsiplərin qanuni əsasını genişləndirmişdir. Bu konteksdə Xidmətlərlə ticarət üzrə Baş Sazişi (General Agreement on Trade and Services – GATS) qeyd etmək yerinə düşər. GATS formal olaraq GATT-a 1B Əlavəsi olsa da, ilk dəfə GATT çərçivəsində xidmətlərlə ticarət sferasında ticarətin liberallaşdırılmasının ümumi prinsiplərini reallaşdıran müstəqil saziş kimi çıxış edir.

GATT, TRIPS və GATS dünaya ticarətinə daha çox təsir edən və dünya ticarət sisteminin əsasını təşkil edən Dünya Ticarət Təşkilatının daha əhəmiyyətli fundamental sazişlərinə aiddir.

137. GATS-ın önəmliyi ondadır ki, GATT-47 xidmət sektoruna toxunmamışdı. II Dünya müharibəsindən sonra xidmətlərin beynəlxalq ticarətinin liberallaşdırılması məsələləri ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sələfi Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı məşğul olmuş və 1951-ci ildə Görünməyən cari əməliyyatların liberallaşdırılması Məcəlləsini qəbul etmişdi.

XX əsrin 80-cı illərində GATT çərçivəsində Uruqvay raundunda danışıqların predmetinə daxil edilən xidmətlərlə ticarət nəticə etibarilə 1995-ci il yanvarın 1-dən qüvvəyə minən QATS-ın işlənib hazırlanmasına gətirib çıxarır.

138. GATS-ın hazırlanması gedişində GATT katibliyi BMT tərəfindən işlənib hazırlanmış Əsas məhsulların ilkin təsnifatı əsasında özünün Xidmətlərin Sektorial Təsnifat Vərəqini (Services Sektoral Classification List) işləyib hazırlayır. Həmin sixemdə 161 növdə bütün xidmətlər 12 sahəyə ayrılır:

1) işgüzar xidmətlər (46 növ);

2) rabitə xidmətləri (25 növ);

3) tikinti və texniki xidmətlər (5 növ);

4) distribütor xidmətləri (5 növ);

5) təhsil sahəsində xidmətlər (5 növ);

6) ətraf mühitin mühafizəsinə görə xidmətlər (4 növ);

7) maliyyə, sığorta və bank xidmətləri (17 növ);

8) sosial təminat və sağlamlığın mühafizəsi xidmətləri (4 növ);

9) turizm, səyahət (2 növ);

10) istirahətin təşkili, mədəniyyət və idman xidmətləri (3 növ);

11) nəqliyyat xidmətləri (33 növ);

12) digər xidmətlər.

GATT-ın Təsnifat Vərəqi xidmətlərin məzmununu açıqlmadığı üçün hər sektor və yarım sektor üzrə BMT-nin təsnifat kodundan istifadə edilir. GATS Dünya Ticarət Təşkilatının ümumi rejimində öz “avtonomluğunu” saxlayaraq Dünya Ticarət Təşkilatının digər normaları ilə kolliziyanın yarandığı halda xüsusi tənzimetmə aktı kimi çıxış edir.

139. Əmtəələrin ticarətdən fərqli olaraq xidmətlərlə ticarət görünməyən ticarət kimi diqqəti cəlb edir. Bel ki, əksər hallarda xidmətlər gömrük orqanlarının nəzərinə çarpmadan sərhədi keçir. Əmtəələrin ticarətində bizi ilk növbədə, əmtəənin özü maraqlandırır. Istehsalçılar çoxt vaxt diqqət mərkəzində olmasa da, maddi nəticəni əldə edirik. Bunun əksinə olaraq, xidmətlər satılarkən müxtəlif vasitələrlə tədarük olunan fəaliyyətin özü və yaxud da “proses”in ticarəti diqqət mərkəzinə gəlir. GATS tənzimetmə predmetinə görə dövlət hakimiyyəti funksiyalarının həyata keçirilməsi ilə bağlı, təbii monopoliyalar üzrə (ədalət mühakiməsinin və yaxud polis, poçt funksiyalarının həyata keçirilməsinə görə) xidmətlər istisna olmaqla, bütün növ xidmətlərə şamil edilir. Dövlət funksiyalarının yerinə yetirilməsi ilə bağlı xidmətlər GATS-ın I maddəsinin 3-cü bəndində qeyri-kommersiya əsasında, bir və ya bir neçə xidmət tədarükçüsü arasında rəqabət şərtləri olmayan xidmətlər kimi müəyyən olunur. Dövlət sığorta, bank əməliyyatçısı, elektirik enerjisinin tədarükçüsü, telekommunikasiya şəbəkəsinin operatoru qismində kommersiya xidmətlərini təqdim etdikdə GATS-ın fəaliyyəti bu xidmətlərə şamil edilmir.

GATS çərçivəsində xidmətlərin göstərilməsinin dörd üsulu fərqləndirilir:

- Dünya Ticarət Təşkilatının bir üzvünün ərazisindən istənilən digər üzvünün ərazisində təranssərhəd (sığorta, nəqliyyat, rabitə və s.) xidmət;

- Dünya Ticarət Təşkilatının üzvlərinin birinin ərazisindən digər üzvlərinin ərazisində xidmət istehlakçısına təqdimat (fiziki şəxsin xarici bankda hesab açması, turist kimi fəaliyyət göstərməsi və s.);

- Dünya Ticarət Təşkilatının üzvlərindən birinin digər üzvün ərazisində kommersiya iştirakı (kommersiya nümayəndəliyinin, hüquqi şəxsin nümayəndəliyinin və s. təsis edilməsi);

- Dünya Ticarət Təşkilatının üzvlərindən birinin, fiziki şəxsinin (həkimlərin, vəkillərin və b. bir qayda olaraq müvəqqəti əsasda) Dünya Ticarət Təşkilatının istənilən digər üzvünün ərazisində xidməti başa düşülür (m.I, b.2).

Xidmət tədarükü gömrük sərhəddini keçərkən, ixrac faktı istisna olmaqla onun gömrükdə keçidini də müəyyən etmək mümkün olmur. Xidmət göstərilməsi bir-neçə variantla həyata keçirilir:

- birinci variantda, xidmət tədarükçüsünün transsərhəd hərəkəti bir qayda olaraq müqavilə bağlamaq məqsədi ilə potensial xarici istehlakçı üçün məlumat formasında elektron rabitə və poçt ilə həyata keçirilir;

- ikinci variant, xarici istehlakçının xidmətlərindən istifadə etmək üçün xidmətçi özünün yerini fiziki baxımdan dəyişərək təklif etdiyi xidmətləri əhatə edir;

- üçüncü variant isə, daimi mövcud olan hüquqi şəxs vasitəsi ilə istehlakçıya təklif olunan xidmətləri əhatə edir;

- nəhayət, dördüncü variant xidməti təklif edən vətəndaşı olduğu ölkənin hüdudlarından kənara çıxarmaqla təqdim etdiyi xidmətləri əhatə edir.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin