Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

İnklərin sivilizasiyası.  «İnka» - terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların 
mədəniyyətinin tarixi 1200-1572-ci illəri  əhatə edir. İnklərin ölkəsi materikin cənub-qərbindən başlayaraq 
cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon 
adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı  əfsanədə deyilir ki, Günəş Allahı  İnti kədərlə yer üzərində 
insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının 
onlara yazığı  gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və  qızı Mama Oklonu yerə göndərir. Təmiz 
qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu 
hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı ve-
rildi.. Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğkl olmaq öyrədildi. Manko Ka-
pak dövlət yatarmaqla onun ilk İnki – yəni hakimi oldu, Mama Oklo isə onun arvadı oldu. Çətin təbii şərait (ha-
va çatışmazlığı, aşağı atmosfer təzyiqi, torpaqların az məhsuldarlığı) və insanların durmadan sayının artması 
yaşamaq, ərazini genişləndirmək uğrunda mübarizəni zəruri etdi. Bu zaman inklər yerli əhalini qəsb olunmuş 
torpaqlara yerləşdirdilər, onların ərazisinə isə, imperiyanın mərkəzi rayonlarından gələnləri məskunlaşdırdılar. 
Dövlət dili keçua elan edildi. 
İnklər öz dövlətlərini Tauantinsuyu – «Dörd torpaq hissə torpağı» adlandırdılar. Çünki dövlət, həqiqətən 
də 4 hissəyə – əyalətə bölünürdü. Əyalətlər də dairələrə bölünərək  İnk məmuru tərəfindən idarə olunurdu. 
Dairəyə bir neçə kənd daxil idi. Bunların hər biri bir və ya bir neçə nəslə məxsus idi. 
İmperiyanın bütün torpaqları üç hissəyə bölünürdü: tayfaların torpaqları, «Günəşin torpaqları» (buradan 
gələn gəlir kahinlər və qurbanvermə mərasimlərinə xərclənirdi), dövlət və İnklərin torpaqları (dövlət apparatı, 
hərbçi, inşaatçılar və d. təminatı üçün). 
Bu ölkədə aclıqdan ölən yox idi. İşləməyə qabiliyyəti olmayanları dövlət ən zəruri minimumlarla təmin 
edirdi. İnklərin təsərrüfatının əsasını heyvandarlıq və kənd təsərrüfatı təşkil edirdi. Onlar da Peruda yetişdirilən 
məhsulları istehsal edirdilər. Təbii şərait onları suvarma qurğuları – kanal, arx və s. tikməyə məcbur edirdi. Tor-
paq əl ilə, insanın boyu hündürlüyündə taxtalarla şumlanırdı. 
Sənətkarlıq yaxşı  təşkil olunmuşdu. Mahir dulusçular, silah hazırlayanlar, zərgərlər, toxucular Kuskoda 
yaşayıb-yaradırdılar.  İnkanın təminatı ilə çalışaraq ictimai qulluqçular hesab olunurdular. İnklər metallurgiya 
sahəsində də nailiyyətlər əldə etmişlər. Toxuculuq sənətlər içərisində xüsusi yer tuturdu. 
Bu ölkədə alver münasibətlərini, dövlət mübadiləsi  əvəz edirdi. Müxtəlif iqlim zonalarından olanları 
müxtəlif məmulatlarla təmin edirdilər. Mübadilənin əsas forması kimi hər on gündən bir yarmarkalar təşkil olu-
nurdu. 
İmperiyanın başçısı  və onun həyatının tənzimləyicisi Günəşin oğlu olan İntip Koridir (digər adı Sapa 
İnkadır, yəni Yeganə İnka). Belə hesab olunur ki, o torpağa Günəşin tapşırığını yerinə yetirmək üçün gəlmişdir. 
İnka imperiyanın mütləq hökmdarı  idi.  O,  öz  əlində bütün iqtisadi, siyasi, qanunverici, hərbi hakimiyyəti 
cəmləşdirirdi. Uzun bir müddət o həm də ali kahin hesab olunurdu. Onun bahalı geyimi, qızıl və gümüşdən olan 
qab-qacağı ikinci dəfə istifadə olunurdu. İnka qırmızı ağacdan olan taxt-tacda əyləşirdi. Hüzuruna gələnlər onun 
üzünü görə bilmirdilər, çünki o pərdə ilə örtülmüşdü. Onu qızıl və gümüşdən hazırlanmış xüsusi xərəkdə 
gəzdirirdilər. Öldükdən sonra İnkanın cəsədini balzamlayırdılar. Mumiyanı  qızıl taxt-taca əyləşdirir, yanında 
isə, imperatorun qızıldan heykəlini qoyurdular. 
Hökumətin yuxarı pilləsini İnkanın qan qohumları təşkil edirdi. Bütün yüksək dövlət yerlərini onlar tutur-
dular. Aşağı kateqoriyaya isə tabe olan xalqların rəhbərləri, onların ailələri, öz güc və qabiliyyətinə görə buraya 
daxil olan müxtəlif rütbəli qulluqçular daxil idi. 
İnklər cəmiyyətinin  əsasını başçısı ata hesab edilən ailə  təşkil edirdi. Ailələr manqalara bölünürdü: bir 
manqa 5 ailəni, iki manqa – 10 ailəni, üç manqa 50, dörd manqa 100 ailəni təşkil edirdi. 
İnk imperiyasının hər biri 40000 adamdan ibarət olan dörd ordu birliyi mövcud idi. Bu ordu Kolumba 
qədərki Amerikada ən nəhəngi idi. Hərbi hazırlıq 10 yaşdan 18-ə qədər davam edirdi. Ordunun yüksək intizamı, 

 
142
tələbi var idi. Döyüş zamanı silahdan əlavə, psixoloji vasitələrdən də – qorxulu səslər, fleyta və  təbillərin 
səsindən və s. istifadə olunurdu. 
İnklərin imperiyasında vətəndaşların on yaş kateqoriyası qanuniləşdirilmişdi. Kişilər üçün birinci üç qrup 9 
yaşına qədər oğlanlar, dördüncü qrup 9 yaşdan 12-ə qədər (ovçuluq); beşinci 12 yaşdan 18-ə qədər (heyvanların 
ovlanması); altıncısı 18 yaşdan 25-ə qədər (hərbi və ya kuryer xidməti); yeddinci 25 yaşdan 50-ə qədər (ictimai 
işlərdə xidmət); səkkizinci 50 yaşdan 80-ə qədər (uşaqların tərbiyəsi); doqquzuncu 80 yaş və ondan sonrakı («kar 
ağsaqqallar»), onuncu qrupu xəstələr təşkil edirdi. Qadınların yaş kateqoriya təsnifatı kişilərdən fərqlənsə də, eyni 
prinsiplərə xas idi. 
Bir yaş kateqoriyasından digərinə keçid zamanı insanın adı  dəyişdirilirdi.  İnk cəmiyyətində  təmizlik, 
səliqə-sahmana xüsusi diqqət yetirilirdi. Kişilər yetkinlik əlaməti kimi dizə  qədər qısa yubkalar, qolsuz 
köynəklər, qadınlar isə, sadə uzun yun paltarlar geyinirdilər. Qadınlar paltarın ortasını zövqlə bəzədilmiş geniş 
kəmərlə bağlayırdılar. Ayaqqabalır lama yunundan hazırlanan səndəllər idi. Soyuq havada inklərin hamısı uzun 
və isti yağmurluqlar geyinirdilər. 
Tauantinsuy qanunları yazılmamış olsalar da onlar mülki və cinayət növlərinə bölünürdü. Allaha iftira, 
allahsızlıq, işsizlik, tənbəllik, yalançılıq, oğurluq, adamöldürmə ən ağır cinayətlər hesab olunurdu. Günahlarını 
tayfa rəhbərləri və yuxarı cəmiyyətin nümayəndələrindən olan hakimlər mühakimə edirdi. Qanunların əsasında 
dəqiq prinsiplər başlıca yer tuturdu. cəzalara qovulma, döyülmə,  ən yüksək cəza isə, ölüm cəzası idi. Buraya 
asılma, dörd hissəyə bölünmə, daşla vurma və d. daxil idi. 
İnam, etiqad da inklərin qoruyub saxladıqları  əsas mənəvi ünsürlərdən biri idi. İnklərin dünyagörüşünə 
görə Kainatın ali Yaradıcısı Kon-Tiki Virakoçadır. Dünyanı yaradırkən Ali Yaradıcı olan Virakoça üç əsas 
ünsürdən – torpaq, su və oddan istifadə etmişdi.  İnklərə görə Kosmos üç səviyyədən ibarətdir: ali təbəqə – 
səmadır. Buranın əsas sakinləri Günəş, onun arvadı, bacısı Aydır. İkinci təbəqə orta təbəqədir ki, burada heyvan 
və bitkilər, insanlar yaşayırlar. Üçüncü təbəqə ölülər və yeni yaradılacaqların məskənidir. Sonuncu iki təbəqə 
bir-birilə mağara, şaxta, bulaq vasitəsilə əlaqə saxlayaraq, yuxarı aləm ilə münasibət İnkanın vasitəsilə həyata 
keçirilir. 
Rəsmi dövlət ideologiyasını Günəş (İnti) ayini təşkil edirdi. Onun üçün hər gün qurban kimi ağ lamaların 
ocaqda yandırılması ayini keçirilirdi. Bundan başqa, imperatorun şərəfinə 10 yaşına qədər gözəl uşaqların qur-
ban verməsi ayini də icra edilirdi. İkinci dərəcəli allahlara Qadınların himayədarı Mama Kilya, İldırım və fırtına 
allahı İlyapa və d. aid idi. 
Müqəddəs qüvvələr içərisində ruhlar əsas yer tuturdu. Onlar qaya, mağara, ağac, bulaq, daş  və  əcdadların 
mumiyalarında məskunlaşmışlar. Ruhlara dua oxunur, səcdə edilir, qurban kəsilirdi. 
Bütün dini ənənə və mərasimlər kahinlərin ixtiyarında idi. Hər il ölkə boyu 4-5 yaşlı gözəl qızlar seçilərək 
monastırlara göndərilirdilər. Burada onlara musiqi, oxumaq, tikiş, yemək hazırlamaq öyrədilirdi. 
İmperiyanın paytaxtı  və  rəmzi Kusko şəhəri idi. Bu şəhər daş  və  qızıldan tikilmiş nağılvari bir yer idi. 
Şəhərdə İnkanın iqamətgahı yerləşirdi. Ali hakimiyyət orqanları, ayin mərkəzləri, şəhər xidmətləri, məhz burada 
yerləşirdi. Kusko şəhəri  ən vacib təsərrüfat və  mədəni bir mərkəz idi. Ən zəruri tədris müssisələrində 4 il 
ərzində inkalılara bütün elmlər öyrədilirdi. Bu şəhərdə XVI əsrdə 200 min sakin, 25 ev mövcud idi. Evlər parlaq 
boyalarla rənglənir, mərmər və yaşma daşı ilə  bəzədilirdi. Evlərin qapı  və  pəncərələri qızıl çərçivələrlə 
bəzədilirdi. Şəhərin su kanalı və kanalizasiyası da mövcud idi. Kusko şəhərinin yerləşdiyi düzənlik hər tərəfdən 
dağlarla  əhatə olunsa da, cənub-şərqdə giriş üçün yer mövcud idi. Kuskonun mərkəzində  «Şənlik meydanı» 
yerləşirdi. Meydan bəşər tarixində ən böyük (uzunluğu 350 addım) qızıl zəncirlə sərhədlənmişdi. Yaxın küçələr 
müqəddəs yer və məbədlərlə əhatələnmişdi. Bunlardan ən başlıcası Günəş məbədi idi. Məbədin divarları qızıl 
lövhələrlə  bəzədilmişdi. Divarların içərisində xalçalarla örtülmüş  qızıl taxtlarda vəfat etmiş imperiya 
hakimlərinin mumiyaları yerləşdirilmişdi. 
Yaxınlıqdakı məbədlərdən biri də gümüş ilə üzlənmiş Ay məbədi idi. Məbədin mehrabında İnkanın həyat 
yoldaşının musiyası mühafizə olunurdu. 
Bina kompleksinin digər tərəfində  İldırım,  Şimşək və Göy qurşağının müqəddəs yerləri – pirləri də 
yerləşirdi. Ondan bir qədər aralıda isə, Kuskonun yarıtəbii, yarısüni olan fantastik bağı yerləşirdi. 
Kuskoda bir çox maraqlı  şeylər mövcuddur. Onlardan biri Cənubi Amerikanın möcüzəsi hesab edilən 
Maçu-Pikçu qalası (1500-cü il) hesab edilirdi. Maçu-Pikçudakı bütün binalar müxtəlif hündürlüklərdə yerləşirdi. 
Ona görə də qalanın 100 mərtəbəsi vardı. Onunla bir yerdə Günəş məbədi, «Üç pəncərə» məbədi və ali kahin 
sarayı yerləşirdi. Bura şəhərin birinci hissəsini təşkil edirdi. İkinci hissə isə,  Şah kvartalı,  Şahzadə sarayı, 
İnkanın sarayından ibarət idi. Şəhər-qalanın üçüncü hissəsini sıravi sakinlərin yaşayış evləri yerlən kvartal təşkil 
edirdi. 
Tauantinsuyunun bütün yaşayış məntəqələrini bir-birilə çox ağıllı sistem əsasında düşünülmüş və salınmış 
yollar təşkil edirdi. Əsas iki yol mövcud idi. Bunlardan biri ekvatorun yaxınlığından (müasir Ekvador), 
imperiyasının şimalında başlanan Maule çayında qurtaran yoldur. Bu yolun uzunluğunun ümumi məsafəsi 5250 
km idi. İkinci yol, şimal sahili (Tumbes) cənubla birləşdirilirdi. Hər iki yol dağ yüksəklikləri, bataqlıq, 
cəngəllik, çaylarından keçib uzanırdı. Bu inklərin ən böyük mədəni nailiyyətlərindən idi. 

 
143
İnklərin mədəniyyətində kipu adlanan yazı növü mühüm hadisə idi. Kipu poçt vasitəsilə düyünlərlə 
ötürülən informasiya idi. Düyünlərin sayı hadisələrin məzmun və mədəniyyətindən xəbər verirdi. Yoğun düyün 
və ona bağlanmış kiçik düyünlərin sayı kəmiyyət göstəricilərini ifadə edirdi. İplərin rəngi rəmzi səciyyə kəsb 
edirdi. Ağ rəngli ip gümüş və dünyanı, sarı ip qızılı, qara ip xəstəlik və zamanı, qırmızı ip ordunu və s. ifadə 
etdirirdi. Müasir günə qədər gəlib-çatmış kipunun uzunluğu 165 sm., enini 6 sm. təşkil edir. 
İnklərin özünəxas ədəbiyyat, musiqi və rəqsləri də var idi. Bu xalqın dini və kübar himn, əfsanə, əsatir, 
ballada, dua, kiçik həcmli epik əsərləri, şer, təmsil və s. mövcud idi. Dünya dramaturgiyasının incilərindən biri 
kimi  şerlərdə  təcəssüm tapan «Apu-Olyantay» adlı dramı idi. Bu dram əsəri indi də Latın Amerikasının 
teatrlarında tamaşaya qoyulur. 
İnklər, həm də mahir musiqiçilər idi. Onların qammasında yalnız beş səs – do, re, fa, sol, lya mövcud idi. 
Bu səslər altında inklər mahnı oxuyur, rəqs edirdilər. Rəqsin bir-neçə növü – hərbi kişi, çoban, xalq və s. 
rəqsləri mövcud idi. 
İnklərin özünəxas elmi bilikləri də vardı. Riyaziyyat, astronomiya, mühəndis, tibb sahələri üzrə biliklər 
mühüm yer tuturdu. Riyaziyyat əsas elm sahəsi sayılırdı. O, statistikanın inkişafına təkan vermişdi. Riyaziyyat el-
mi astronomiyada da tətbiq olunurdu. Perunun butun ərazilərində qurulan rəsədxanalarda günəşin vəziyyəti 
müşahidə edilir, Günəş, Ay, Venera, Saturn, Mars, Merkuri, bürclərin sırası izlənilir,  əldə edilən biliklər qeydə 
alınırdı. 
Bütün bu irəliləyişlərə baxmayaraq nəhəng Günəş hakimiyyəti sivilizasiyası avropalıların Amerikanı qəsb 
etməsindən sonra süquta uğradı. 
Beləliklə, Kolumba qədər Cənubi Amerika mədəniyyəti üç əsas mərhələni keçmişdi: hindu tayfalarının 
yaratdığı ibtidai mədəniyyət; nisbətən yüksək səviyyəli, ilk sinifli cəmiyyətə  qədərki mədəniyyət; nəhayət yüksək 
inkişafı olan sinifli cəmiyyətin mədəniyyəti.  
 
 
2.1.15. Mezoamerika mədəniyyəti 
 
 
Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan 
xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları  əhatə edir. Zəngin və 
rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada 
məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və d. dil qrupundandır. Bunların 
hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Mədəniyyət sahəsində xüsusi nailiyyətləri ilə seçilənlər 
Mezoamerika(Bu anlayışı elmə  gətirən meksikalı alim P.Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun 
mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır: yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın 
2/3 hissəsi, Qvatemala, Beriz, Salvador, Qondurasın bir hissəsi, Nikaraqua, Kosta-Rika aiddir.) adlanan ərazidə 
yerləşən əhalidir. Buranı Qədim Şərq sivilizasiyaları səviyyəsinə çatmış müstəqil yerli mədəniyyət beşiyi hesab 
edirlər. Bu mədəniyyətlərin hər biri özlüyündə nə qədər fərdi olsalar da, onları birləşdirən ümumi cəhətlər də 
mövcuddur. Bu cəhətlər, ilk növbədə  təsərrüfatın idarəedilməsində, eyni təsərrüfatla məşğulluqda, ticarətin 
inkişaf səviyyəsi və digər ictimai-sosial məqamlarda təzahür tapır. 
Olmek mədəniyyəti. Mezoamerikada məskunlaşan ilk insanların qoyub-getdikləri dəlillərin tarixi 20 min il 
bundan öncəyə gedib çıxır. Belə ki, Valsikimo, Tlapakoya ərazilərində tapılmış  mızraq və ucluqlar belə  dəlil-
sübutlardandır. 5000 ildən sonra artıq burada təsərrüfatla məşğul olan tayfalar məskunlaşmağa başlayır. 
B.e.ə. II minillikdən başlayaraq dağlıq və sahil ətrafında oturaq həyat tərzinə keçən tayfalar hakim mövqe 
əldə edirlər. B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək 
səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi elə bu cür də adlandırıldı. 
Alimlər demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur 
ki, bu xalq müasir Tabask ştatının ərazisində 4000 il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli 
əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə 
adı olan («Biz evimizi axtarırıq» mənasını verir) ərazidə  məskunlaşmışdı. Lakin günlərin bir günü naməlum 
səbəbdən bu xalqın müdrik adamları  gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını  vəd edərək 
cənuba doğru üzürlər. Yerdə qalan insanlar isə, özlərini görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimto-
ninin şərəfinə – olmeklər adlandırırlar. 
Elmi mənbələrdə bu xalq yaquar hinduları kimi də adlanır. Bunu onunla əsaslandırmaq olar ki, olmeklər 
özlərini yaquarlarla (cən.Amerika pələngi) eyniləşdirir və bu heyvanı öz totemləri hesab edirdilər.  Əfsanəyə 
görə, məhz ilahi heyvanla ölmüş qadının birliyindən olmek tayfaları meydana gəlmişdir. Bu ittifaqın bədii 
təzahürü olmek incəsənətində hiss olunmaqdadır. Çoxlu sayda tapılmış daş heykəllər, keramik fiqurlar qeyri-adi 
çəhrayi, ağımtıl, parıltılı  ağ  rənglərdə yaquarların təsviri ilə tamamlanır. Bütün heykəllərdə, fiqurlarda bu 
müqəddəs heyvanların təsviri başlıca yer tutur. Nadir hallarda «gülümsəyən insanlar» və qadın heykəllərinə rast 
gəlinir. Bu sənət nümunələri yaquar xalqının geyim və adət-ənənələri haqqında təsəvvür yaradır. Heykəllərdən 

 
144
məlum olur ki, kişilər pambıq parçadan uzun köynək, kauçukdan səndəl geyinirdilər. Körpələrin alın-peysər 
sümüyü deformasiyasının taxta parçası və möhkəm sarğı ilə sıxılması nəticəsində formaya salınması təcrübəsi, 
qadınların üst və alt dişlərinin simmetrik yonulması, bədənin tatuirovka ilə bəzədilməsi və digər bu kimi istifadə 
edilən üsullar haqqında məlumat əldə etmək mümkündür. 
Bədən bəzəkləri ilə yanaşı bütün olmeklər zərgərlik məmulatlarından istifadəyə  də geniş yer verirdilər. 
Özü də bu xalq qızılı, gümüşü, qiymətli daş-qaşı deyil, obsidlan (tutqun şüşəyə oxşayan vulkanik mineral), 
yəşəm daşı, müxtəlif rəng çalarlarına malik nefrit daşına daha çox üstünlük verirdilər. Bu daşlardan yaquarın 
ürək və dişləri formasında asılqanlar, muncuqlar, dairəvi, kvadrat, gül formasında qulaq deşikləri üçün ziynət 
məmulatları hazırlayırdılar. 
Bütün bu sənət nümunələrindən fərqli olaraq «yaquarlara» daha çox monumental heykəltəraşlıq dünya 
şöhrəti gətirmişdir. Ölçüsü insan boyundan yüksək olan (hündürlüyü 2,5 m, ətraf ölçüsü 6 m 58 sm-ə bərabər) 
nəhəng daş heykəllər yaquarların rəmzi hesab edilirdi. Bu heykəllərin özlərinəxas simaları vardır. Heykəllərin 
üzləri yaquarlara xas cizgilərlə ifadə olunurdu. Heykəllərin başlarındakı müdafiə  dəbilqələri müasir xokkey 
oyunçularınınkını xatırladır. 
Heykəl və fiqurların hazırlanma keyfiyyətindən məlum olur ki, bu sənət növü əsrlər boyu inkişaf yolu 
keçmişdir. Ərazidə daşın olmaması onun quru və su yolu ilə gətirilməsi məcburiyyəti yaradırdı. Bütün bunlar 
xüsusi riyazi, mexaniki biliklərin yüksək səviyyəli ictimai təşkilatların olmasını tələb edirdi. 
Bir çox alimlər belə hesab edirlər ki, Amerikada ilk imperiya məhz Olmek imperiyası olmuşdur. Bu fikri 
əsaslandıran başlıca məqamlar bu ərazidə  şəhərlərin çoxluğu, nəhəng,  əzəmətli memarlıq nümunələrinin 
mövcudluğu idi. Hindu Amerikasının qədim paytaxtlarından biri müasir San-Larenso hesab edilir. Öz vaxtında 
həmin  şəhər dünyanın  ən böyük paytaxtlarından sayılırdı. Burada 5 minə yaxın insan yaşadığı güman edilir. 
B.e.ə. təqribən 900-cü ildə əhali bu şəhəri tərk edərək digər La-Venta adlı Olmek şəhərini salır. Bu yeni şəhərə 
də həmişəki kimi hər şeyə qadir yaquar allahı himayədarlıq edir. 
Torpaq və onun komponentlərindən dini və memarlıq vasitəsi kimi istifadə edilməsi «yaquar»ların 
mədəniyyətini digər mədəniyyətlərdən fərqləndirirdi. Mağaralar yaquarın insana çevrilməsini həyata keçirən 
rəmzi məkan hesab edilirdi. Qayalıqlar, daş  və piramidalar magik gücünə görə itaət, etiqad yerinə çevrilirdi. 
Bütün tikililər astronomik nizam qaydalarına görə yerinə yetirilirdi: fasadlar ulduzlara, səma cisimlərinə doğru 
istiqamətləndirilirdi. Bununla, olmeklərdə ulduz və onun hərəkətlərinə inam hissi formalaşırdı. 
Olmeklərin kosmik və kosmoqonik təsəvvürləri digər tikililərin – müqəddəs hesab edilən topla oyun üçün 
meydançaların yaradılmasında da təcəssüm tapırdı. Belə meydançalardan biri müasir rayon sayılan Verakrusa 
ərazisindəki El-Taxin meydançasıdır. Bu yer Kainat rəmzi sayılırdı. Həmin meydançada topla oyun dini dram 
mahiyyəti kəsb edirdi. Bu oyun cəldlik, məharət, dəqiqlik tələb edirdi. Oyunun mahiyyəti ondan ibarət idi ki, əl 
və ayaqların köməyi olmadan əlində kauçukdan top olan oyunçu divardakı daş dairəyə düşə bilərdisə, qələbə 
çalmış olurdu. Qaydaya görə topu çiyin, bud, dirsəklə hərəkətə gətirmək lazım idi. Xəsarət və zədələrdən qo-
runmaq üçün maska və sinəbənd taxılması zəruri idi. Məğlub olanın aqibəti ölümlə nəticələnirdi. Onun ölümü 
qurban rəmzi kimi yeni günəşin doğulmasına güc verirdi. 
Olmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı ilə  şöhrət tapmış xalq hesab edilir. Bu yazı 
heroqliflərdən ibarət idi. Yazı  tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək  ən arxaik variantdır. 
Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Məhz bu xalq 
ilk dəfə olaraq hesab sistemini sıfırdan başlamağı lazım bilmişdi. Çox güman ki, müasirlərimiz böyük bir qitədə 
b.e.ə. II minillikdə mövcud olmuş bu mədəniyyət haqqında çox şeyi bilmir. Lakin qəti söyləmək olar ki, bu 
mədəniyyət tarixin səhifəsindən silinsə də, o gələcək sivilizasiyalar üçün mənbə rolunu oynamışdır. 
Teotiuakan mədəniyyəti.  Olmen mədəniyyəti köklərindən ayrılmış ilk mədəni sivilizasiyalardan biri də 
teotiuakan mədəniyyəti hesab olunur. Bu mədəniyyət 100-650-ci illəri əhatə edərək b.e.ə. 300-cü ildə Mexiko 
düzənliyinin şimal-qərb hissəsində yeni dini mərkəzin adı olan Teotiuakanla bağlıdır. Bu adın tərcümədə hərfi 
mənası «Allahların toxunduğu yer, torpaq» kimi səslənir. Dünyada ilk dəfə Günəş  və Ay Allahının olması 
haqqında  əfsanənin yayıldığı  məkan məhz buradır.  Əfsanəyə görə, elə bir zaman olmuşdur ki, Ali Başlanğıc 
mövcudiyyatın dual əsası olan «Ata və Ana Allahları» (Ometeotl) adı ilə bağlı olmuş və yalnız bundan həyat 
başlanmışdır. Daha sonra dörd övlad meydana gəlib. Bunlar ilahi qüvvələr – qardaşlar adlanan Teskatlipok 
(qırmızı və qara), Ketsalkoatl (ağ) və Uitsilopoçtli (mavi) ilahi qüvvələridir. Bunlarla yanaşı həyata məkan və 
zaman da daxildir. Lakin bu dörd Allah daim narahatçılıq keçirirlər, çünki Kosmosa himayədarlıq etmək 
uğrunda aralarında daim mübarizə gedir. Kainatın döyüş meydanında dostlaşan bu Allahlardan yeni Allahlar, 
torpaq və insanlar yaranır. Onlar tərəfindən yaradılan dünyanı heç kim cəsarət edib işıqlandıra bilməmiş  və 
nəhayət, bir gün bütün Allahlar bir yerə toplanıb kimin bu məsuliyyəti öz öhdəsinə götürməsi məsələsini həll 
edirlər. Lakin bu asan məsələ deyildi, çünki o qurban tələb edirdi. 
Bu tezisdə mezoamerikalılara xas mədəniyyət fəlsəfəsinin elementləri, mistisizm gizlənir. Günəş və həyat 
yalnız verilən qurbana davam edir, yalnız onun köməyilə dünyanı qorumaq olar. Allahlar özlərini qurban 
verməklə günəş və aya güc, enerji bəxş etdilər, bununla da həyat öz yoluna davam edir. 

 
145
Alimlər bu gün Teotiuakanın ilk sakinləri haqqında dəqiq biliyə malik deyillər. Ola bilər ki, bu sakinlərin 
bir qismi olmeklər, bir qismi Şitli vulkanının püskürməsi (Kuikulka şəhəri və onun ətrafı) nəticəsində köçkün 
halına düşmüş əhalinin nümayəndələridir. Digər tərəfdən ola bilər ki, belə bir tayfa tamamilə olmamış, sadəcə 
olaraq dini amillərə, mənsubiyyətə görə  əhalini bu cür adlandırırdılar. Təsadüfi deyil ki, bu şəhəri «Qədim 
Amerikanın Vatikanı» adlandırırdılar. cəmiyyətin iyerarxiyasının başnda ali kahin dururdu. O müqəddəs hesab 
edilərək, sonsuz səlahiyyətlərə malik idi. Bu şəxs, həmçinin qara magiyanın ən böyük ustası hesab edilirdi. 
Adi insanlar təsərrüfat və sənətkarlıqla məşğul olurdular. Onlar mahir dulusçu, memar, rəssam kimi şöhrət 
tapmışdılar. Məhz onların istedadı  əsasında Teotiuakan kiçik kənddən dəbdəbəli dini mərkəzə, gözəlliklərlə 
zəngin bir şəhərə çevrilmişdi.  Şəhər özünün ən yüksək çiçəklənmə  səviyyəsinə Roma imperiyasının süquta 
uğradığı zaman – b.e.-nın III əsrində çatmışdır. Teotiuakan şəhərinin ərazisi 22,5-30 kv.km-dən ibarət olub, 85 
min insanı əhatə edirdi. Şəhər sakinlərin mistik fəlsəfi düşüncələrinə uyğun dəqiq planlaşdırılmışdır. O, Kosmo-
sun nəhəng modelini xatırladan şəhər obrazı idi. 
Teotiuakan Ölülər Prospekti adlanan (Mikkaotli) ərazinin ətrafında yerləşirdi. O, uzunluğu 2000 m-rə ça-
tan,  şimaldan cənuba istiqamətləndirilmiş bir ərazi idi. Şəhər dörd sayda iri kvadrat hissələrdən ibarət olub, 
özündə dini tikililəri, bazar, saray və yaşayış evlərini  əhatə edirdi. Teotiuakan ərazisi gips lövhələrlə 
döşənmişdi. Şəhər binalarının döşəmələri slyuda və daşdan, divarları maladan ibarətdir. Mala üzərində əsatir və 
ritual hadisələrini əhatə edən təsvirlər, barelyeflər çəkilirdir. Bütün şəhər müxtəlif rənglər içərisində idi. 
Şəhərdə ən maraqlı hadisə - bütün Amerika qitəsini heyran edən cazibədar memarlıq tikililəri idi. Bunlara 
piramidalar, ehramlar aid idi. Ölüm Prospektinin şimalında yerləşən «Ay ehramı»nın hündüryü 42 m-yə çatırdı. 
Ehramın ayağında məbədlər kompleksi, sütun və saraydan ibarət həyət yerləşirdi. Buranın kahinlərin iqamətgahı 
olması ehtimal edilir. Bütün bu tikililər rəngarəng barelyef, freska, nefrit, porfitdən hazırlanmış zoomorf 
Allahların heykəlləri ilə bəzədilmişdir. 
Teotiuakanın mərkəzində öz sadəliyi ilə seçilən «Günəş Ehramı» yerləşirdi. Hündürlüyü 64,5 metrə çatan 
bu tikilinin 30 ilə tikilməsi güman edilir. Bu monumental tikilinin trapesiyalı  kənarları aya, səmaya doğru 
istiqamətlənmiş pillərlərlə tikilmişdi ki, bu da sonsuzluğa uzanmış yolu xatırladırdı. Tikilinin yeraltı 
dərinliyində mağaranın mehrabına aparan tunel də aşkar edilmişdi. Mehrab dörd ləçəkdən ibarət çiçək təsvirində 
tərtib edilmişdir (Bu, dünya və onun dörd tərəfinin rəmzi idi). Çox güman ki, «Günəş Ehramı» Dünya Ağacının 
rəmzi olmaqla Səma və Yerin izdivacını tərənnüm edirdi. 
Şəhərin lap mərkəzində ritual həyəti yerləşirdi. Bura pilləli təpə, platforma və pilləkənlərdən ibarət idi. Bir 
qədər sonra 400 metrə yaxın uzunluğu olan istinadgah (iç qala) yerləşirdi. Bu nəhəng həyətin dərinliyində digər 
məşhur məbəd – Ketsalkoatl (Ketsal – quş, koatıl – ilan deməkdir, yəni qanadlı ilan) ehramı da var idi. «Qanadlı 
İlan» Mezoamerika hindularının əsas Allahlarından biri idi. 
Teotiuakan Katsalkoatl dininin ən məşhur mərkəzlərindən sayılırdı. Dini konsepsiya və parlaq poetik ob-
raz buradakı alçaq tikilinin daşları üzərində həkk olunmuşdur. Bir-biri üzərində yerləşən çox da hündür olmayan 
səkilər yerə sərilmiş ilanın rəmzidir. Ehramın malalanmış fasadını 365 (ilin günləri hesabına görə) qanadlı ilan 
təsviri bəzəyirdi. Bu təsvirlər qırmızı  və  ağ  rənglərlə boyanmışdı. Bu motiv teotiuakanlı  sənətkarların tez-tez 
müraciət etdikləri mövzu idi. Teotiuakan memarlığına daha bir neçə tipik üsul səciyyəvidir ki, sonralar bu 
xüsusiyyət mezoamerika regionunda geniş tətbiq olunmağa başlayır. Bu şaquli istiqamətli tablero adlanan panel, 
mərkəzə doğru istiqamətləndirilmiş və talud adlanan pilləkənli eniş olan üsuldur. 
Məşhur memarlıq məktəbi Teotiuakan şəhərini inkişaf edən imperiyanın mərkəzi kimi bütün Amerikada 
tanıtdı. Bü şəhər bir neçə  əsr yaşadıqdan sonra b.e.ə. 650-ci ildə barbar tayfalarının hücumundan sonra yerlə 
yeksan edilmişdir. Şəhərin süqutundan sonra buraya sahib olanlar Tolkan adlanan yeni şəhər yaratdılar. Şəhərin 
sakinləri isə tolteklər adlandırılırdılar. Bu xalq yüksək mədəniyyətə sahib olan bir xalq oldu. Təsadüfi deyil ki, 
sonralar «toltek» anlayışı, «rəssam», «inşaatçı», «müdrik» sözləri ilə eyni mənada işlədilməyə başladı. 
Toltek mədəniyyəti. Tolteklərin dünyagörüşündə iki reallıq başlıca yer tuturdu: dərk edilən, rasional olan tonal 
və  dərk edilməyən, irrasional olan naçual. Hər ikisinin əsasında ilkin enerji – Ruh (Ometeotl, Naual, Od, Sirr, 
Məqsəd) durur. Kainat onun görünən simasıdır: Günəş (Tau, Tayau, Taveyerrika), Od (Tatevari), Yer (Tlaltipak), 
bitki, canlı və insanlar – bütün bunlar Allahın övladları olduğuna görə müqəddəs hesab edilməlidir. Hər bir toltekin 
həyat amalı ruhla əlaqəsinin dərk etməsidir. Ruh həmişə insanlarladır, yalnız daxili nizamlamaqla (tonusu 
möhkəmləndirməklə) onu eşitmək olar. Təmiz, pak olan yalnız təmizliyi qəbul edə bilər. Bu işdə əsrlərlə toplanmış 
xüsusi təcrübə köməyə çatırdı. Bu təcrübə insanın Günəş, Yer, Od ruhları ilə birgə qaranlığın qovulmasına kömək 
edən magik əlaqəni saxlamağa kömək edirdi. Toltek fəlsəfi dünyagörüşünə görə insan saçan ruhdur, onun əsas borcu 
kiçik ürəyini təmiz, parlayan günəşə çevirməkdir. 
Tolteklərin paytaxtı özündə bir neçə tayfa və qədim şəhərləri (Kuauçinanko, Kuaunauak, Kuauapan, Ua-
stenek) vahid konfederasiya halında birləşdirən Tollan şəhəri idi. Bu şəhər Teotiuakan kimi fantastik gözəlliyə 
malik olmasa da, onun sakinləri özlərini haqlı olaraq incəsənət və bilik adamları kimi tanıdırdılar. Bu şəhərin 
gözəlliyi, zənginliyi, sakinlərin stabil firavanlığı, tarlaların bolluğu, texniki nailiyyətləri, həkim, astronom, 
sənətkar, zərgər və  rəssamların peşəkarlığı haqqında ilk dəfə XIV əsrdə bu torpağa gəlmiş asteklər məlumat 
verirlər. 

 
146
Bu paytaxtda ilk dəfə olaraq hərbi-dini sənət təşəkkül tapmağa başlayır. Bunun ən məşhur, canlı nümunəsi 
müasir günə qədər gəlib çatan Tlauiskalpantekutli adlanan məbəddir. Hündür, lakin dar pillələr məbədə doğru 
istiqamətlənmişdi. Tikili özü altımərtəbəli bir ehram idi. Ehramın divarları müxtəlif rəngli barelyeflərdən ibarət 
idi. Bu barelyeflərdə hərbçilər, qartal və qanadlı ilanlar, yaquarlar təsvir olunurdu. Bunlar cəngavər ordenlərinin 
rəmzləri idi. 
Piramidanın içərisi kahin və hakimlər üçün nəzərdə tutulmuş kameralardan (otaq) ibarət idi. Öz 
zamanında  şərq otağı  qızıl təbəqələrlə, qərb otağı zümrüd, füruzə, nifrit kimi qiymətli daşlarla, cənub otağı 
rəngli balıqqulaqları, nəhayət, şimal otağı isə, hamar şəkildə malalanmaqla quş tüklərindən istehsal olunmuş iri 
xalçalarla bəzədilmişdi. 
Şəhərin daha bir möcüzəsi tünd rəngli bazaltdan yonulmuş Çak-Moolyanın uzanılmış halda fiqurudur. 
Güman edilir ki, bu məşhur «Beşinci Günəş» əsatirinin heykəltəraşlıq interpretasiyasıdır. Əsatirdə nəql olunan-
lara əsasən, dünyada dövrlər bir-birini əvəz edir. Hər bir dövrün mövcudluq elementi vardır. Daha sonra müsbət 
və mənfi başlanğıclar arasında (Teskatlipok və Ketsalkoatl) vuruşlar gedir və nəticədə köhnə dövr tarixdən sili-
nir, yeni bir mərhələ başlayır. Beləliklə, dörd günəş, dörd dövr öz tarixini yaşayıb sona yetirir. Birinci dövr 
«dörd yaquar» adlanaraq yer üzündə yaşayan nəhənglərin məhvi ilə yekunlaşır.  İkinci dövr («dörd yel») 
tufanların baş verməsi ilə  nəticələnir ki, onun da aqibəti insanların meymuna çevrilməsi olur. Üçüncü dövr 
(«dörd yağış») dünyəvi yanğınla, nəhayət, dördüncü dövr («dörd su») nuh dövrü və insanların balığa çevrilməsi 
ilə sona yetir. Mövcud beşinci dövrün isə («dörd zəlzələ») dəhşətli zəlzələ ilə nəticələnməsi gözlənir ki, bu da 
dünyanın məhvinə səbəb olacaqdır. 
Tolteklər hesab edirdilər ki, yer kürəsi hər 52 ildən bir məhvə düçar olur. Allah tərəfindən seçilmiş xalqın 
başlıca missiyası dünyanı məhv olmadan qurtarmaqdır. Bunun üçün Günəşə güc vermək lazımdır. Bu güc isə, 
insanların qanındadır. 
Tolteklərin memarlıq tikililəri ilə asteklər qürrələnirdilər. Tollanın çiçəklənmə dövrünü Mişkoatl şəhərinin 
əsasını qoyan şəxsin oğlunun adı ilə bağlayırdılar. Onun adı Se Akatl Topilsin (şahzadə) Ketsalkoatl (qanadlı ilan) 
idi. O, doğularkən anası vəfat etmiş, ona görə də tolteklər bu uşağı Allahın təcəssümü kimi qəbul edirdilər. Hətta 
onun haqqında əfsanələr də dolaşmaqda idi: o, Amerika tərzinə uyuşmayan obraza malik, hündür boy, ağbənizli, 
açıq rəngli saça, sıx tüklü saqqala malik bir gənc idi. Yəqin ona görə bu gənci toltekli İsa peyğəmbər 
adlandırırdılar. O, baba və  nənəsi tərəfindən yüksək mədəni adət-ənənələr  əsasında tərbiyə edilərək boya-başa 
çatdırılmış, əvvəlcə kahin biliklərinə, daha sonra hərbi vərdişlərə yiyələnərək döyüş bacarığını təkmilləşdirmişdir. 
Bütün bunlar gələcəkdə atasının taxt-tacının ona verilməsi üçün geniş imkanlar açırdı. O, ali kahin, hökmdar 
simasında ölkəni idarə edərkən xalqa torpağı becərmək, ona qulluq edərək məhsul götürmək, daş  və metalla 
işləmək bacarığını öyrətdi. Bundan əlavə, məbəd tikmək, dənizlə səyahət etməyə alışdırdı. 
Ölkədə stabilliyə nail olan Ketsalkoatl tezliklə bu dünyanı buraxaraq dağdazahidliyə üz tutdu. 
Tərkidünyalıq yolunu seçən bu hökmdar özünü Ali Allahla (Ometeotl) ünsiyyətə hazırlayırdı. Allahla ünsiyyətə 
qovuşmaq üçün hökmdar özünə qapılmalı, tövbə etməli, dua və ibadət icra etməli, özünə  işkəncə verməli 
(bədəninin müxtəlif yerlərini deşməli idi). Onun zəhməti hədər getmədi. Allah ona mistik qüvvə bəxş etdi. Ome-
teotlinin hökmlərinə qulaq asan görkəmli toltek müdriki və mistiki vahid Allahın ideyalarını yerinə yetirir və 
insan qurbanvermə rituallını dəyişdirir. Öz insanlarını sevən Ketsalkoatl onlara müraciətlə deyirdi: «Yalnız bir 
Allah mövcuddur… O ilan və kəpənəklərdən başqa heç bir qurban tələb etmir». Be yeni qanunlar qana susayan 
Teskatlip Allahına qulluq edən kahinlərin etirazına səbəb oldu. Qəddar çarların köməyilə düşmənlər 
Ketsalkoatlı yalandan istifadə edərək öz khin andını pozmağa məcbur edərək, onu taxt-tacdan azad edirlər. 
Əslində bu hökmdarın aqibəti haqqında dəqiq məlumat yoxdur. Bu barədə  qədim  əfsanələrin məzmunu bir-
birini təkzib edir. Bir əsatirin ehtimalına görə Ketsalkoatl Yukatana getmiş, başqa bir əsatirə görə isə, dənizdə 
yoxa çıxmış və öz ilində qayıdacağını vəd etmişdi. 
Ketsalkoatlın qovulması ilə Tollanın  əzəmətli nailiyyətləri tənəzzülə  uğrayır və  təxminən XII-XIII 
əsrlərdə  şəhər baş vermş yanğından süqut edir. Şəhərin sakinləri bu hadisədən Mezoamerikanın müxtəlif 
rayonlarına müraciət edirlər. Amerikanın ilk mədəniyyətlərindən biri də belə süqut edir. 
Mayyaların sivilizasiyası. Mezoamerika sivilizasiyaları içərisində öz orijinallığı  və yüksək inkişafı ilə 
fərqlənən mədəniyyətlərdən biri də Mayyaların sivilizasiyası (b.e.ə.3000-ci il – XVI əsr) hesab edilir. Bu xalq 
planetin yüksək yaradıcılıq qabiliyyətlərinə malik xalqlardandır. 
Min il əvvəl bu xalq, müasir Meksika ştatlarnın (Yukatan, Kampeçe, Tabasko, Çyapasa, Kistana-Roo) Qva-
temala, Beliza, qərbi Honduras ərazilərində demək olar ki, ayrı yaşayırdılar. Bu mədəniyyətin təşəkkülünün dəqiq 
tarixi haqqında heç nə söyləmək mümkün deyil. Uzun müddət bu tarixi b.e.ə. birinci minilliyin sonu ilə 
əlaqələndirmişlər. Lakin aparılan axtarışlar Mayya mədəniyyətinin Olmek sivilazisiyası ilə yalnız olduğunu sübut 
edir. 
Təbiətə çağırış kimi, məntiqdən uzaq şəkildə mayyalar öz unikal şəhərlərini sudan kənarda – çətin keçilən 
cəngəlliklərdə qururdular. Bundan fərqli olaraq həmin dövrdə dünyada buna bənzər sivilizasiyalar böyük 
çayların kənarında yaranmışdı. 

 
147
Mayyaların tarix və  mədəniyyətin üç əsas dövrə bölünür: formalaşma dövrü (b.e.ə. 3000-b.e.317-ci il); 
Qədim şahlıq dövrü (317-b.e.987-ci il); Yeni şahlıq dövrü (987-XVI əsr). 
Mayya  şəhər-dövlətləri (qədim yunana oxşar) mədəniyyət və hakimiyyətin mərkəzi hesab edilirdi. 
Bunların özünəməxsus tikilmiş, inşa sxemi mövcud idi. İnşanın mərkəzi tənə üzərində yerləşirdi. Onun ətrafında 
kahin və varlıqların (amelhenlər) sarayları yerləşirdi. Bunlar adətən fasadı şərqə istiqamətləndirilmiş eyvanlar-
dan ibarət 1-5 mərtəbəli daş və əhəngdən monumental saraylar idi. Bunların mehrabı, hamamı da var idi. Otaq-
lar çox sadə və rahat şəkildə təchiz olunurdu. 
Şəhər-dövlətin başında xalaç-vinik (aparıcı  şəxs) dururdu. Onun hakimiyyəti irsi, ömürlük və qeyri-
məhdud idi. Xalaç-vinikin «seçilmiş» olduğunu göstərmək üçün sifəti totuirovka ilə bəzədilir, burnu böyük qar-
tal dimdiyi ölçüsündə plastik əşyadan böyüdülür, dişlər yonularaq nefritlə bəzədilirdi. 
Libas isə, xalaç-vinikin müqəddəs rütbəyə malik olduğunu qabardırdı. Libas balıqqulaqları, daş  və 
lələklərdən ibarət naxışlarla bəzədilirdi. Xalaç-vinikin baş örtüyü heyvan timsalında tərtib olunaraq allahla 
vəhdətlik rəmzini əks etdirirdi. iRi üçqat şaquli keçidlə bəzənmiş (bu möhtəşəmlik əlamətidir) dairəvi sinəbənd 
hakimin fövqəltəbii qüvvələrə malik olduğunu sübut edir. 
Xalaç-vinikdə varlı və kahinlərdən ibarət dövlət şurası da mövcud idi. Onlar mayya cəmiyyətinin elitasına 
daxil idi. 
Sadə insanlar iki qrupa bölünürdü: birincisinə, tabe olanlar, lakin azad təsərrüfatçılar, fəhlə, sənətkarlar, 
qullar, allaha qurban gətirilməyən borclular və cinayətkarlar aid idi. Ən aşağı zümrəyə, torpaqla bölüşənlər daxil 
idi. Onların  əsas məşğuliyyəti təsərrüfat və quşçuluq (ördək, hinduşka) təşkil edirdi. Onlar, həm də saray və 
ehramlar inşa edir, şəhərlər arasında geniş, möhkəm «ağ yollar» salırdılar. Orta səviyyəli yollar 10 m enliyində 
100 km məsafəni əhatə edir. 
Bu xalq çox güclü, həyatsevər və gözəl idilər. XVI əsrdə bu əraziyə  gəlmiş avropalılar onları  qəşəng 
bədənə malik, hündür, cəld və  təmizkar kimi qələmə verirdilər. Olmeklərdən gözəllik etalonunu mənimsəyən 
məyyaslar ona öz xüsusiyyətlərini də əlavə etmişlər: ətirli bitkilər əlavə etməklə qırmızı rəngli mazlarla sifət və 
bədən naxışlanırdı. 
Kişilər nadir quşların lələkləri, pambıqdan naxışlarla bəzədilmiş uzun kvadrat yağmurluq və gödəkçələr 
geyirdilər. Önlük-yubkalar dizə qədər bədəni örtürdü. Bel maral dərisindən hazırlanmış qeyri-adi düyünlərdən ibarət 
kəmərlə bağlanırdı. Qol və ayaq dizlərinə sıxılmış bilərziklər bəzək kimi deyil, bədənin hissələrinin əlaqələndirilməsi 
məqsədilə xidmət edirdi. Muncuq, bahalı daş-qaşlardan (zümrüd, füruzə, nefrit) üzüklər bayram, təntənə  əhvali-
ruhiyysi yaradırdı. Geyimi qeyri-adi bah örtüyü tamamlayırdı: qaşlara qədər sarılmış sarğıya qəribə gözəlliyə malik 
quşların parlaq lələkləri (qara-sarı, göy-aşıl) möhkəmləndirilirdi. Bu yol gedərkən yuxarı hissəsi kəsilmiş dönmüş 
konusun titrəməsi, tərpənməsi, təsəvvürünü yaradırdı. Ayaqqağılar isə, bərli-bəzəkli sandallar idi. Kişi tualetinin əsas 
atributu, qəribə də olsa, güzgü idi. 
Zərif məxluq olan qadınların geyimi nisbətən saf idi: uzun yubka, köynək əvəzinə qoltuq altından ikiqat 
örtük onların ənənəvi geyimi sayılırdı. Mayyalara görə, qadının ən gözəl bəzəyi – ciddiliyidir. 
Mayyaların hamısı dinə inananlar idi. Onların təsəvvürlərinə görə, dünya, kainat müqəddəs qüvlərlə 
örtülmüş mürəkkəb məkandır. Mövcud aləmin yaradıcısı ali allah – Xunab Kudur. Onun İtsamnu adlı  oğlu 
günəşlə eyniləşdirilmişdi. Yağış allahı Çaki, qarğıdalı allahı Yum Kaam, qadın himayədarı  İşçel, Kukulkan, 
ölüm allahı Ax Puç, intihar allahı İştab da fəxri allahlar siyahısına daxil idi. Qədim mayyaların fəlsəfəsinə görə 
bu allahlar dünyanın məkan-zaman strukturu və  təbiət qüvvələrinin tərkib hissəsinə daxildir. Məhz bunlar 
Kainatı yaratmışlar. Kainat 13 səma və 9 yeraltı dünyadan ibarətdir, yer bunların arasında yerləşir. Kainatın 
kosmovda mövcudluğunu Dnya ağacı, yerdə isə, monarx təmin edir. Onun sehrli, ritial sayağı  hərəkətləri 
dünyanı yeniləşdirir, ona yeni qüvvələr bəxş edirdi. 
Mayyaların dünyagörüşlərinə görə allah və insanlar bir-birilərinin qayğısına qalmalıdırlar. Allahlar insan-
lara həyat, sağlamlıq, zənginlik, xoşbəxtlik bəxş etdiyi halda, insanlar ona öz güc və enerjilərini, qanlarını 
verməlidirlər. Bu təsəvvürlərdən qurbanvermə ideyası formalaşır. Qurbanvermə müxtəlif formalarda – gül-
çiçək, qida, sevimli heyvan və ya bəzək-düzək, sənət nümunəsi, insan qəlbinə yaxın hər  şey ola bilərdi. 
Qurbanvermənin ən ciddi növü dil, bədənin qurşaq hissəsi, yanaq və dodaqların məftillə deşilməsi və qadının 
qanı hesab olunurdu. Mayyalar dəqiq əmin idilər ki, insan bədənindəki yara fövqəltəbii qüvvələrə, əcdadların 
dünyasına keçid rolunu oynayır. Məhz bunların köməkliyi ilə ulduz səma cisimlərinin gücü yerə ötürülürdü 
mayyalar yerlə, kosmosun vəhdətini bu cür təsəvvür edirdilər. 
Qurbanvermənin ən amansız növü - ritaual ölüm və hannibalçılıq idi. Bunlar ən böhramlı vəziyyətlərdə 
(təbiət kataklizmləri, siyasi hadisələr, epidemiyalar və digər bəxdbəxtliklər) yerinə yetirilirdi. 
Gündəlik dini ritual hərəkətlərə iyli bitkilərin siqaret kimi çəkilməsi, dualar, duz, istiot, ət, seksdən imtina 
etmək, dini rəqs və mahnılar təşkil edirdi. 
Bütün dini təntənələrə kahinlər (Ax Kinlər – «Günəş adamları») rəhbərlik edirdilər. Kahinlər ciddi iyerar-
xiyaya malik bir sestemdə fəaliyyət göstərirdilər. Onun başçısı – «cənab ilan» (Axav-Kan-May) adlanan birinci 
ruhani təşkil edirdi. O dövlətin teoloqu, yazı  işlərinin, astrologiya, astronomiyanın magistri idi. Xüsusi kahin 
məktəblərində o, öz ustalığından Mayya cəmiyyətinin kübar təbəqəsinin gələcək nümayəndələrinə dərs deyirdi. 

 
148
Bu vəzifə irsi idi. Kahinlərin hamısı adi insanlar kimi geyinirdilər. Yalnız geyimin üstündən pambıqdan 
çoxsaylı  kəmərləri yerə  dəyən qırmızı  lələklərdən ibarət yağmurluq geyilirdi. Onların  əsas atributları başda 
hündür tac və ilan quyruğundan hazırlanmış çiləciyi hesab edilirdi.  
Məbədlər qədim mayyaların  əsil tədqiqat mərkəzləri idi. Riyaziyyat, astronomiya, yazını onlar 
olmeklərdən  əxz etmişlər. O zamanlar bu elmlər bir-birilə  vəhdət təşkil edirdi. İlk dəfə, məhz mayyalar 
nömrələnmənin dəqiq sistemini işləmiş və böyük sayların yerləşmə ideyasını tətbiq etmişlər. Bütün varlığın (ul-
duz, səma cisimləri, insanlar) harmoniyanın kəmiyyət ardıcıllığı, zəruriliyi, stabilliyi qanunlarına tabeliyi astro-
logiya elminin təşəkkülünə  təkan verdi. Mayyaların bürcləri kosmos modelinin təsvirini verir. 13 əsas bürc 
mövcud idi: Qaban (Oxatan), Maral (Oğlaq), Meymun (Dolça), Yaquar və ekizlər (Balıq), Dələ (Qoç), Qurbağa 
(Əqrəb), Tutuquşu (Tərəzi) və s. insanın taleyini onun mayalanmasından doğuluşu anınatək təyin edirdilər. Bu-
na öz mürəkkəbliyi ilə fərqlənən astronomik biliklər kömək edirdi. 
Mayyaların məişətində təqvim sistemi mühüm yer tuturdu. 
Bu xalq olmek ieroqlif yazını yeni ünsürlərlə zənginləşdirərək inkişaf etdirdilər. Mayyaların ieroqlif yazısı 
fonetik əhəmiyyəti və heca xüsusiyyətləri ilə seçilirdi. Uzun illər bu yazının açılışına nail olunmasa da, lakin 1959-
cu ildə rus alimi Y.V.Knorozov ilk dəfə onları oxuya bilmişdi. Təəssüf ki, bu yazıların əksəriyyəti XVI əsrdə ispan 
işğalçıları tərəfindən məhv edilmişdi. 
Dövrümüzə  qədər gəlib çatmış kitabların  əksəriyyəti  şərti  şəkildə adlandırılan kodekslər idi. Saxlanma 
məkanların görə, onları Paris, Drezden, Madrid kodeksləri də adlandırırlar. Bunlardan savayı Amerikanın 
avropalılar tərəfindən işbalının ilk illərində latınca yazılmış bir neçə əlyazması da mövcuddur. Bunlara «Popol-
Vux», «Çilan-Balam» aiddir. «Popol-Vux» üç mühüm hissədən ibarətdir: kosmoqonik, mifoloji və antropoqo-
nik hissələr. Bunların mətni mayyaları dini, fəlsəfi və estetik dünyagörüşlərini əhatə edir. 
Mayya xalqı özünün şifahi ədəbiyyatını qoruyub saxlaya bilmişdi: mahnı və dualar, nəğmələr sehrli obraz, 
sirli kosmos qüvvələri obrazlarından ibarət poetik aləmi idi. Mayyaların ədəbiyyatı bizi bu xalqın özünəməxsus 
təfəkkürü ilə tanış edirdi. 
Mayyalar musiqiyə  həssas xalq idi. Oxumaq, çalmaq onların həyatının tərkib hissəsini təşkil edirdi. 
Dövrümüzə qədər onların istifadə etdikləri musiqi alətləri gəlib çatmışdır. Bunların əksəriyyəti müxtəlif növdən 
olan təbillər, fleyta, tütək, trubalar idi. Musiqi və oxu, adətən rəqsi müşayiət edirdi. Hərbçilərin, yaşlı qadınların 
rəqslərinin motivləri, hətta müasir günümüzə qədər gəlib çatmışdır. Bu rəqslərin əksəriyyəti gün ərzində həyata 
keçirilir, bəziləri, hətta yol gedə-gedə oynanılır. 
Mayyaların özünəxas teatr, tamaşaları da mövcud idi. Səhnəni kəsilmiş lövhələrdən örtülmüş platformalar 
təşkil edirdi. Yazılı  mənbələr bir çox populyar tamaşaların adlarını xatırlayır. Belələrinə «Ağ  ağızlı Quaka-
mayya və ya Yalançı qadın», «Ağbaşlı  oğlan», «Kakao hazırlayan», bir də «Rabinal-Açi» dram baleti. Öz 
formasına görə bunlar yunan faciələrinə bənzəyirdilər. 
Mayya mədəniyyətinin mükəmməlliyini memarlıq və rəngkarlıq da sübut edir. Bu xalq unikal tikililərini 
kobud  şəkildə yonulmuş daşdan tikirdilər. Tikililərin fasadları  zəngin relyeflərlə  bəzədilirdi. Bunların 
fərqləndirici cəhəti ciddi sadəlik və yüksək proporsiyalıq idi. 
Mayyalar öz tikililərinə monumentallığı boş  məkan  ətrafında meydança, düz küçələrin ansambl şəkldə 
yerləşdirilməsi ilə  həyata keçirirdilər. Bu prinsipdən irəli gələrək bu xalq möhtəşəm  şəhər, saray və ehramlar 
inşa etmişlər. Məbədlər kvadrat planlaşdırmaya malik olmaqla daxili məkan xüsusiyyətlərinə görə zahir ilə 
vəhdət təşkil edirdi. Mayyaların şəhərlərində rəsədxana, zəfər tağları, monumental pilləkanlar, serpunlar, ritual 
oyunlar üçün meydançalar mövcud idi. 
Tikinti, inşaat prosesində mayya tacları – yalançı tac kimi memarlıq üsullarından da istifadə olunur-
du.memarlığı heykəltəraşlıq və  rəngkarlıq xüsusiyyətləridə tamamlayırdı. Bunlar mayya cəmiyyətinin 
reallıqlarını  təsvir edirdi. Mayyalar heykəltəraşlıq sənətinin bütün üsullarından – barelyef, qorelyef, dairəvi, 
modelli həcm və s. bacarıqla istifadə edirdilər. Daşdan savayı balıqqulağı, sümük, ağacdanda istifadə olunurdu. 
Bir çox heykəltəraşlıq nümunələrini müxtəlif rənglərlə bəzədilirdi. 
Mayyaların təsviri sənəti haqqında da çox maraqlı məlumatlar mövcuddur. Xüsusilə, yuxarıda ayını qeyd 
etdiyimiz kodekslərdə bu haqda informasiyalar mövcuddur. Təsviri sənətdə freskaların işlənilməsi  əlamətdar 
hadisələrdəndir. Xüsusilə, b.e.ə. XIII əsrin sonlarında tikilmiş Bonampaka şəhərinin divar rəsmləri mayya 
təsviri sənətinin əyani və parlaq nümunələrindəndir. Bu təsvirlərdəki realist və dinamik rəsmlər hadisələrin dra-
matik gərginliyini ifadə edə bilmişdir. Beləliklə, bütün bunlar itib-getmiş böyük və unikal mədəniyyətin – 
mayya sivilizasiyasının özünəməxsusluğunu sübut edir. 
Atseklərin mədəniyyəti. B.e.-nın X əsrinin sonlarında mayyaların nəhəng mərkəzləri süquta uğradı. Bu 
zaman Kolumb dövrünə qədər ki, Mezoamerikaya sonuncu sivilizasiya daxil olur. Bu sivilizasiyanı yaradanlar 
asteklər (1200-1521) idi. Onlar özünü şöhrətli rəhbərləri Meşitlinin (Meşi) meşika adlandırırdılar. Deyilənlərə 
görə, o, bu xalqa özlərinin əfsanəvi vətəni olan Astlanı tərk edənə qədər rəhbərlik etmişdir. Vətənin adına görə, 
bu xalqı atseklər («Astlan adamları») adlandırırlar. Həmin ada görə bu gölün ortalarında yerləşmiş bir ada idi. 
Meşiklər burada 1068-ci ilə  qədər yaşamışlar. Meşiklərin hansı  səbəbdən səkkiz qohum tayfalarla cənuba 
irəliləməsi haqqında indiyədək heç bir dəqiq məlumat yoxdur. Əldə olunan məlumatlar bunu onların baş tayfa 

 
149
allahı olan Uittsilopoçtlinin tayfa başçılarına kaktus üstündə oturmuş halda ilan yeyən qartalın yerləşdiyi yerə 
qədər getmək haqqındakı əmri ilə izah edilir. 
Meşiklər əzab-əziyyətli yol getdikdən sonra duzlu Teskoko gölündəki bataqlıqlı adaya gəlib çatır. Onlara 
hirsli Uittsilopoçtli kömək edir. Onlara hərbi ruhu yeridən Uittsilopoçtlinin köməkliyi ilə tayfalar Mexiko 
düzənliyinə gəlib-çatır və burada sıx şəkildə məskunlarışlar. 
Burada onlarla şəhər yerləşir və torpaq uğrunda gərgin mübarizə başlayır. Meşiklər də bu mübarizəyə 
qoşulurlar. Onlar burada mövcud olan bütün xalqları özlərinə tabe etməyə çalışır, mədəniyyətlərinə yiyələnməyə 
çalışırlar. Özlərinin hərbi bacarıqlarını, yüksək adaptasiya xüsusiyyətləri, diplomatiyaya görə möhkəm qüvvəyə 
çevrilərək Teskoko rayonunda öz mövqelərini gücləndirirlər. 
Bu zaman meşiklərin rəhbəri Tenoç idi. Bu rəhbərin  şərəfinə onlar tenoçlar da adlandırılmağa başlayır. 
Tenoçların məskunlaşdıqları yer isə, Qlenoçtitlan adlandırılmağa başlayır. İki görkəmli rəhbərlərin Meşi və Te-
noçun adı şəhərlərin adında əbədiləşdirilir. Atseklərin mədəniyyətinin əsası allahın şərəfinə məbədin inşası ilə 
başlayır. Bu hadisə, həm də inşaat sənətinin təşəkkülünə təkan verdi ki, nəticədə Tenoçtitlan böyük şəhər olan 
Mexikoya çevrilir. Şəhərin genihlənməsinə mane olan əsas problemlərdən biri quru yerin az olması idi. Lakin 
atseklər bu problemin öhdəsindən məharətlə gəlirlər. 
Tenoçtitlan fantastik gözəl şəhər idi. Gölün mavi – qar kimi ağ binalar ucaldılmışdı. Bunlar qızıl və qiymətli 
zinətlərlə  bəzədilmiş çoxmərtəbəli ehramlar idi: beşmərtəbəli saraylar, barelyef, heykəl nümunələri, freskalarla 
bəzədilmiş, giriş hissədə möhtəşəm pilləkənlər mühüm yer tuturdu. Şəhər yaşıl bağlara qərq olmuşdur. 
Tenoçtitlanın  ən mötəbər yerlərindən biri nəhəng məbəd kompleksi idi. Onun adı Koatokalli (müxtəlif 
allahların evi) idi. Bu atseklərin özünəxas panteonu idi. Şəhər sakinləri ilahi qüvvələrə çox inanırdı. Ən ali ilahi 
13-cü səmada yerləşən Ometeotl hesab edilirdi. O, insan həyatına qarışmadığından asteklər öz dualarında 
məşhur «Meksika üçlüyünə» - Kettsalkoatlu, Teskatliploka və Uittsiolopoçliyə müraciət edirdilər. Ən mötəbər 
allahlardan biri də yağış allahı Tlalok və onun arvadı Çalçiuitlikue idi. Bu məşhur məbəd onlara ithaf 
olunmuşdur. 
Tenoçtitlan, həm də dünyanın ən iri şəhərlərindən idi. Şəhər sakinlərinin sayı 300 mini əhatə edirdi. XV 
əsrin əvvəllərində bu şəhər üç şəhərin – Tenoçtitlan, Teskoka, Takubanın hərbi konfederasiyasının mərkəzinə 
çevrilir. Tezliklə o, yeni imperiyanın mərkəzi olur. Belə ki, şəhər bir çox xalqlar – taraska, sapotek və d. 
üzərində ağalıq edərək, özünəməxsus idarəetmə üsulu, atsek qarnizonunu yaradır. 
Tenoçtitlanda cəmiyyət kalpulliyə, yəni sosial qruplara bölünür. Bunların üzərində atsek şurası (Tlatokan) 
dururdu. O, atsek dövlətindən altı ali nümayəndə seçilirdi. Bunların içərisində başçı «bütün insanların birincisi» 
(tlakatekutli) hesab edilirdi. O, öz əlində ali hakimiyyəti – dini, hərbi, siyasi hökmranlığı cəmləşdirirdi. 
İctimai pillənin aşağı təbəqəsini sanovnik tuturdu. Sanovnik ekzotik olan «ilan qadın» (siuakoatl) titulunu 
daşıyırdı. O, ali hökmdarın «müavini» rolunu oynayırdı. İmperatorun olmadığı vaxtda onun funksiyalarını siua-
koatl həyata keçirə bilərdi. 
Tenoçtitlanda hərbi, məhkəmə  və  təsərrüfat işləri ilə  məşğul olan xüsusi departamentlər fəaliyyət 
göstərirdi. Onların idarəolunması ilə çinovniklər məhğul olurdu. Atsek cəmiyyətində kahinlik mühüm rol 
oynayırdı. Beş minə yaxın ruhani gündəlik dini mərasimi yerinə yetirirdi. Onlara iki ali tlatoani (natiq) başçılıq 
edirdi. Bunlardan biri atseklərin baş allahının kahini Uittsilopoçtli, digəri Tlaloka kahini idi. 
Hakimiyyət iyerarxiyasının bütün bu pillələri  şəhərin aristokratiyasına aid idi. Onun nümayəndələrinin 
adının ön hissəsinə «tsin» söz hissəciyi əlavə olunurdu. Bu söz ali cənablığın əlaməti hesab edilirdi. 
Əhalinin  əsas hissəsini təsərrüfatçılar və  sənətkarlar (azad cəmiyyət üzvləri - masexuali) təşkil edirdi. 
Torpaq kollektiv mülkiyyətində idi. Torpaq bölgüləri ömürlük mülkiyyətə çevrilmiş, əvvəlcə ailə başçısı, sonra 
isə, böyük oğula ötürülürdü. 
İxtisasa görə masexualilər müəyyən kvartallarda yaşayırdılar.  Əhalinin  ən kasıb hissəsi heç bir torpaq 
bölgüsünə haqqı olmayan kəndlilər idi. 
Cəmiyyətdə yüksək yer tutanlar tacirlər (poçteklər) idi. Onlar şəhər  əhalisinin çox hissəsini təşkil edir-
di.atsek tacirləri  şəxsi kvartal, mərhələlərə malik idilər. Onların birliyi orta əsrlərin ticarət gildiyalarını 
xatırlayırdı. Onlar, həm də ticarətin ayrı-ayrı növlərinin inhisarçıları idi. Ona görə bu tacirlərə «ticarətin ağaları» 
- poçtekatlatoxkeklər deyirdilər. 
Ticarət işində atseklərin pul funksiyasını qızıl qumla doldurulmuş quş lələklərinin özəyi və qiymətli minerallar 
(nefrit, füruzə və digər yaşıl daşlar) yerinə yetirirdi. Pulun digər ekvivalenti kakao məhsulları idi. Bunlardan içinə 
vanil, bal və aqavanın şirəsi qatılmış müqəddəs içki sayılan şokolad («ürək və qan») hazırlanırdı. 
Atsek cəmiyyətində  fəxri peşələrdən biri hərbçilik idi. Bunun əsas səbəbi onun siyasi hadisə olmaqla 
yanaşı dini ritual məqsədi daşıması ilə izah edilirdi. Allaha xidmətin bir növü kimi müharibə qan tələb edən ən 
kütləvi və gözəl adətlərdən biri idi. 
Atseklərin düşüncəsinə görə dünya dini mübarizə  əsasında yeniləşir, ona görə  də zorakılıq  şeylərin 
nizamlanmasının təbii yoludur. Bu tezis atseklərin «çiçəklərin müharibəsi» (1450-1519) fəlsəfəsində  də öz 
əksini tapmışdı. 

 
150
Atseklərin güclü ordusu mövcud idi. Silah daşımağı bacaran bütün kişilər əsgərlər sırasına daxil idi. 15 
yaşdan etibarən oğlanlara hərb sənəti öyrədilirdi. Atseklərin  əsas silahları ox və kaman, balaca oxlar idi. 
Yaşından asılı olmayaraq bütün kişilər uşaqlara xas saç düzümünə malik olmalı  idi.  Bu  tələb sülhün 
qorunmasına xidmət məqsədilə, bir əsirin tutulmasına, təhvil verilməsinə qədər qüvvədə idi. 
Tenoçtitlanda insanın qurban verilməsi təsadüfi deyil, ardıcıl şəkildə yerinə yetirilirdi. Ən böyük mərasim 
«Yeni od» adəti hesab edilirdi. O, hər 52 ildən bir keçirilirdi (Dövrləşmənin  əsas səbəbi dünyanın ölməsi 
haqqında təsəvvürlərlə bağlı idi). Mərasimin keçirilməsində başlıca məqsəd Günəşin yenidən doğuşuna kömək 
etmək, kosmosun növbəti dövrləşməyə  hərəkətini təmin etmək idi. Bu mərasimin kulminasiyasını qurbanın 
ürəyinin sönən odun üstünə atmaq və yeni alovun başlamasına təkanın verilməsi idi. Alovun başlaması yeni 
dünyanın yaranmasının təcəssümü idi. 
Digər bayramlardan biri də kosmosun yaradıcılarından hesab edilən Teskatliploka həsr edilmiş Tokskatl 
bayramı idi. Hərbi əsirlərdən fiziki cəhətdən kamil bir kişi seçilir. O, böyük allahın rolunu oynamalı olur. Bir il 
ərzində ritorika və digər dərslər keçir ki, Teskatliplok allahının obrazını yarada bilsin. Lüt, rəqs və oxuyan 
Teskatliplok allahı şəhər boyu öz əsabələri ilə gəzir. Ona verilmiş dörd arvadı (nəsilartırma ilahəsi) öz istəyi ilə 
məbədin uca hissəsinə qalxmaqla kahinlərinə verir. Bu adət bir daha aşağıdakı  həqiqəti təsdiqləyir: heç kim 
xoşbəxtlik, sağlamlıq və var-dövlətin itirilməsindən xali deyildi! 
Bütün bunlardan elə  nəticə  çıxartmaq olmaz ki, atseklər hər zorakılığa susamış  təcavüzkar xalqdır. 
Məişətdə bu xalq qonaqpərvərliyi, qeyri-adi əməksevərliyi ilə fərqlənirdi. 
Bütün mezoamerika xalqları kimi atseklər də yazıya malik idilər. Onların da içərisindən görkəmli 
riyaziyyatçı və astronomlar, mühəndis və memarlar, aqronom və dulusçular, həkim və rəssamlar, heykəltəraş, 
aktyorlar çıxmışdı. Onların gözəlliyə, nitq mədəniyyətinə öz münasibəti vardı. 
Atseklərin nitqi rəngarəng və eleqantlı, mentaforil və ritorik üslublarla zəngin idi. «Qədim söz» adlı 
anlayış  çıxışlar, bayram və xüsusi hadisələrlə bağlı nitqlərdə  tətbiq edilirdi. Buna həm də atseklərin gündəlik 
məişətinə xas olan tapmacalar da daxil idi. Tapmacaların düzgün cavablandırılmasından insanın sosial zümrəsi 
müəyyən olunurdu. 
Atsek cəmiyyətində  qədim  ənənələrini mühafizə edən xüsusi intellektual qruplar da mövcud idi. Onları 
«əşyaların biliciləri», yəni tlamatinlər adlandırırdılar. Tlamatinləlrin nailiyyəti qəddar hərbi, mistik-hərbiyə qarşı 
allahlara xidmətin düzgün yolunun müəyyənləşməsi təyin edirdi. Yüksək səviyyəli poemaların, estetik işlərin 
yaradılması belə nailiyyətlərdən idi. 
Tlamatinlər rəssamlar, heykəltəraş, filosoflar, musiqiçilər də ola bilərdi. Çünki onların hamısı Kainatın 
sirrini axtaranlardır. Atsek mədəniyyətinin hər bir sahəsində bu sənət fəlsəfəsinin elementlərini tapmaq 
mümkündür. 
Atseklərin yetkin ədəbiyyatı da mövcud idi. Onlar janrlar üzrə inkişaf etmişlər. Bunlardan ən geniş 
yayılanı tarixi nəsr idi: miflərlə reallıqların vəhdəti əsasında yazılmış yazılar ədəbiyyatda mühüm yer tuturdu. 
Öz populyarlığı ilə epik əsərlər başlıca əhəmiyyət kəsb edirdi. Didaktiv traktatlar nəsrin rəngarəng növlərindən 
biri idi. Bu nəsr nümunələrinin mətnində  əxlaqi meyarlar, mənəvi prinsiplərin möhkəmləndirilməsi güclü idi. 
Atsek dramının özəyi müxtəliy allahların ayinləri ilə bağlı idi. Atsek ədəbiyyatında poeziya da başlıca yer tutur-
du. O, daha çox dini səciyyə  kəsb etdiyindən müəllifin fərdi psixologiyası çox zəif formada təzacür edirdi. 
Məhəbbət mövzusu, demək olar ki, yox dərəcəsində idi. Atsek poeziyasını «allahın nəğmələri» (qarğış, allaha 
çağırış, müraciət), hərbi nailiyyəti əks etdirən «hərbi» mahnılar, qadın və uşaq mahnıları və s. təşkil edirdi. 
Poeziyanın incisi fəlsəfi janr idi. Onun əsas motivini insan həyatının qısalığı  təşkil edirdi. Bu janrın 
görkəmli nümayəndəsi Koyot (1418-1478) idi. O, kütləvi poetik və fəlsəfi festivalların təşkilatçısı idi. 
Poetik qabiliyyət atsek cəmiyyətində fəxri səciyyə kəsb edirdi, hətta o, dövlət işi ilə eyni səviyyədə dərk 
olunurdu. Ona görə də, təhsil və tərbiyə bu mədəniyyətdə başlıca yer tuturdu. Artıq XVI əsrdə burada savadsız 
bir meksikan uşağına rast gəlinməzdi. 
Ölkədə bütöv bir pedaqoji sistemə malik iki tipli məktəb mövcud idi. Bunlar kütləvi məcburi xarakter 
kəsb edirdi: 15 yaşına çatmış  gənc bacarığına görə  tədris müəssisəsində  təhsilə  cəlb olunurdu. Birinci tipdən 
olan məktəb Telpoçkalli adlanaraq burada vuruşmaq və əməklə məşğul olmağın sirrləri öyrədilirdi. Əsas fənlərə 
hərbi iş, kanalların tikilməsi, bənd və möhkəmləndirmə işlərinin öyrənilməsi daxil idi. 
İkinci tipdən olan məktəblər Kalmekak adlanaraq müqəddəs yerlərdə təşkil olunaraq daha çox intellektual 
inkişafına xidmət edirdi. Burada oxu, hesab, yazıdan  əlavə, riyaziyyat, astronomiya, astrologiya öyrədilirdi. 
Hagirdlərə idrakın iki xarakteri – əqlin riyazi tərzi və dünyanı incə düyğularla qavrama bacarığı aşılanırdı. Gənc 
oğlan və  qızlar fərdi və yüksək ciddiyyətlə  tərbiyə olunurdu. Təhsil və  tərbiyənin  əsas məqsədi müdrik zəka, 
möhkəm qəlb aşılamaq təşkil edirdi. Bu atseklərin ideal insan haqqında təsəvvürlərinin təzahürü idi. 
Atseklərin özlərinə xas qanunvericiliyi mövcud idi. Sərxoşluq  ən ağır cinayət hesab edilərək ölümlə 
cəzalandırılırdı. Yalnız bəzi dini bayramlarda 70 yaşına çatmış kişilərə spirtli içkilər qəbul etməyə icazə verilir-
di. Oğurluq isə ya cəzalandırılır, ya da oğru edənin qula çevrilməsi ilə nəticələnirdi. 
Tenoçtitlan ispanların 1519-1521-ci illərdəki işğalı ilə süquta uğradı. Atseklərin mədəniyyəti «sivil» 
avropalılar tərəfindən darmadağın edildi. Bu dağılmış şəhər üzərində müasir Mexiko salındı. 

 
151
 

 
152
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin