241
hipotezə görə izah etmək çox çətindir. Virusların genetikası hai-hazırda
nuklein turşusundan zülal sintezi prosesini öyrənmək və həmçinin irsiyyətin
kimyəvi əsaslarını öyrənməyə geniş imkan yaradır. Mikroorqanizmlərdə və
viruslarda genetik tədqiqatlar təbii orqanizmlərin irsiyyətinin idarə
edilməsinə geniş im kanlar açır. Transformasiya, transduksiya, konyuqasiya,
bakteriyalarda cinsi proseslər, viruslarda m utasiya və rekombinasiya,
irsiyyətin material daşıyıcıları və ötürülməsinə dair hazırda çoxsaylı tədqi
qatlar aparılır. Bütün bu tədqiqatlara görə aşağıdakılar aydın olmuşdur:
-D N T irsi məlumatın hüceyrə bölünməsi zamanı verilməsində iştirak
edir;
-Əvvəllər yalnız ali orqanizmlər üçün nəzərdə tutulan mutasiya və
rekombinasiya prosesləri mikroorqanizmİər üçün də səciyyəvidir;
-E ukariotlarda rekombinasiya prosesi bir qayda olaraq, resiprok olur;
o xromosom daxili rekombinasiyalar zam anı meyozda cinsi çoxalma
prosesində, vegetativ çoxalmada isə m itotik rekombinasiyalar yolu ilə
həyata keçirilir;
-P rokariotlarda (məsələn, faq hissəciklərində) rekombinasiya prosesi
onların çoxalmasından bir qayda olaraq qeyri-resipkordur;
-M ikroorqanizm lərdə ən çox birtərəfli və hissəcikli genetik material
mübadiləsi gedir.
7.8. Bakteriyalarin cinsi tlpiəri.
Bağırsaq çöplərinin bir sıra ştammla-
n n ın öyrənilməsi onlarda «cinsi» təfriqin mövcud olmasını aşkar etmişdir.
Tədqiq edilən bakteriya ştammları əvvəlcədən iki qrupa ayrıldıqdan sonra
birinci qrup ştam m lann hüceyrələrində konyuqasiya müşahidə edilmə
mişdir. İkinci qrupda konyuqasiya baş vermişdir, ancaq rekombinatlann
sayı az olmuşdur. Eyni zam anda bakteriyalarin koyuqasiyası zamanı
müxtəlif qruplarda rekom binatlara 100-1000 dəfə çox rast gəlinmişdir.
Göstərilən qrupların müxtəlif cinsi tiplər F + və F- ilə göstərilir. F- xF-
ştammların çarpazlaşması həmişə nəticəsiz olmuşdur. Ancaq F+ x F + çox
nadir hallarda rekom binat verir. F- və F + ştammlannın müqayisəsi
göstərilmişdir ki, çarpazlaşdırma zamanı onlar funksional cəhətdən
fərqlənirlər. Bu, daha əyani şəkildə, mikroskop altında konyuqasiya edən
bakteriya cütlərini müşahidə etmək və onları mikromanipulyatorun köməyi
ilə ayırmaq zamanı müşahidə edilmişdir. Təcrübə üçün F~ və F+
ştam mlannın hüceryələri götürülmüşdür ki, bunlar həm də formalarına görə
fərqlənir. Məlum olmuşdur ki, konyuqasiyada iştirak edən F + hüceyrəsinin
nəslində heç vaxt rekombinat müşahidə edilmir. Eyni zamanda məlum
olmuşdur ki, F- hüceyrəsi bölünmə zamanı hər iki valideynin əlamətlərini
özündə saxlayan rekombinat verir. F- hüceyrəsi mayalanaraq «dişi», F + isə
mayalandıncı rolunu oynayaraq «erkək» cinsiyyət hüceyrəsi rolunu oynayır.
Konyuqasiya zamanı hüceyrədə genetik materialın birtərəfli şəkildə F +-dən
F-yə keçməsi baş verir. Bu zaman F + hüceyrəsi genetik materialın donoru,
F ' hüceyrəsi isə resipiyent olur və rekombinasiya hadisəsi F- hüceyrəsinin
242
daxilində gedir. F x F + çarpazlaşdırma zamanı rekombinatlar 104 ana
hüceyrələrin birində əmələ gəlir. Bu zaman «ana» hüceyrələr daha çox F*
hüceyrənin xassələrinin qəbul edir və ikinci kulturanm heç bir başqa
əlamətini götürmür. Cinsiyyət tip ilə genetik əlamətlərin ötürülməsi heç bır
başqa genetik markerlərdən asılı olmadan baş verir. S onralar. bağırsaq
çöplərinin digər ştammlan arasında üçüncü cinsi tip aşkar edilmişdir ki, bu
tip çox yüksək tezlikli rekombinasiya verir, ona görə də Hfr (High frequnecy
o f recom bination) adlandırılmışdır. Bu tipin hüceyrələri F*-in kulturasmda
mutasiya edərək yaranır. F x Hfr çarpazlaşdırması xüsusi olaraq yüksək
faizli. 10 başlanğıc hüceyrənin birində də rekombinat verir. Bununla yanaşı
olaraq F + çarpazlaşmadan fərqli olaraq F x Hfr çarpazlaşmasında «ana»
hüceyrələr F* hüceyrələrin xassələrini qazanmır. F x F* çarpazlaşdırması
göstərir ki. «erkək» tipini göstərən fertil faktor (F faktor) başqa genlərdən
asılı olm ayaraq (avtonom) yüksək tezliklə ötürülür. F faktor FMn
hüceyrələrində xromosom xaricində olur və bu münasibətdə özünü
sitoplazm atik hissəcik kimi aparır. Hfr hüceyrələri F faktora avtonom
ötürmə xüsusiyyətini itirir. Çarpazlaşmadan alınan rekombinatlar arasında
çox az hallarda Hfr hüceyrələri aşkar etmək olar. Genetik müayinələr
göstərir ki. bu hadisə zamanı F faktor başqa genlərlə birləşmiş şəkildə
ötürülür və bakterial xromosomda müəyyən yer tutur. Beləliklə. F faktor
əgər hüceyrə daxilindədirsə, özünü sitoplazmatik hissəcik kimi (F+
hüceyrəsində və ya xromosomun tərkibində (Hfr hüceyrəsində) aparır. Hfr
hüceyrələri F + hüceyrəsindən əmələ gəldiyi üçün belə güman etmək olar ki. F
faktor sitoplazmadan bakterial xromosoma keçir. Bu zaman onun F
hüceyrələri avtonom şəkildə ötürmə xüsusiyyətini itirir. «Erkək» hücey
rəsinin özü elə dəyişir ki, çarpazlaşma zamanı «dişi» hüceyrələrə xromosom
materialı ötürərək rekombinatlar əmələ gətirməyə başlayır və bu zaman bu
çoxalma F T hüceyrələrə nisbətən 1000 dəfə çox olur. V. Xeys müəyyən
etmişdir ki, H fr ştammı F + bakteriyanm mutantıdır. Bu zaman mutasiya F +
- H fr istiqamətində gedir və bu dəyişgənlik F faktorunun itirilməsi ilə
əlaqədar deyildir. Belə ki, əks mutasiya H fr - F* zamanı cinsi faktorun
donorluğu bərpa olunur. Bakteriyalarda daha bir neçə genetik determi-
nantlar aşkar edilmişdir ki, bunlar da özlərini F faktora oxşar şəkildə aparır
və hüceyrədə iki alternativ vəziyyətdə - sitoplazma hissəciyi və ya bakterial
xromosomun lokusu şəklində olur. Jakob və İ. Volman bu determinantları
episomlur
adlandırmışlar. Episomlar hüceyrə daxilində ya avtonom
sitoplazmatik hissəcik şəklində, yaxud profaqın bir hissəsi kimi bakterial
xromosomda olur. Onlar başqa genlərlə birləşmiş şəkildə də ola bilər.
Episomlara mülayim bakterifaqlar da aid edilə bilər. Cinsi F faktorunun
avtonom ötürülməsi bakteriya genomundan asılı olmayaraq, episom üçün
xarakterik olan həddir, ötürm ənin bu tipi genlərdə transduksiyam xatırlatsa
da F faktorun ötürülməsi ilə transduksiya arasındakı əsaslı fərq F faktorun
ötürülməsi üçün F və F + hüceyrələr arsmda kontakt tələb olunduğu halda
bəzən ona ehtiyac duyulmur.
243
7.9. Bakteriyaların genetik xəritəsi
Bağırsaq çöplərinin genlərini xəritələşdirmək üçün F. Jakob və İ. Vol-
man xüsusi üsul işləyib hazırlamışlar. İki konyuqasiya edən xəttin qanşıq
kulturasından fasilələrlə müəyyən hissələr götürülür və homogenizotora
yerləşdirilir. Burada mexaniki silkələnmə vasitəsilə konyuqasiya edən bak-
teriyalar bir-birindən aynlır və kulturada olan hüceyrələr rekombinatlann
kaloniyasmı aşkar etmək üçün selektiv mühitə əkilir. Bu üsulla çox maraqlı
hadisəni aşkar etmək mümkün ojmuşdur. Məlum ölmüşdür ki, bir
hüceyrədən digərinə keçən irsi materialın miqdarı hüceyrələrin konyuqasiya
etmə vaxtı ilə düz mütənasibdir. Qrupda olan bütün markerlərin birləşməsi 8
dəqiqədən sonra başlayır və konyuqasiya etmə başladıqdan bir saat sonra
başa çatır. Müxtəlif genlərin bir hüceyrədən digərinə keçməsi üçün fərqli
vaxt lazım gəldiyi üçün «erkək» və «dişi» hüceyrələrin fraqmentlərinin
ötürülməsi bu halda genlər arasında məsafənin ölçüsünün meyan hesab edilir
(şəkil 41).
Şekil 41. Escherichia coli-bağırsaq çöpündə genetik materialın ötürül
məsinin konyuqasiya müddətindən asılılığı
F - tə r k ib in d ə r e k o m b in a s iy a h a d isə si b a ş verən r e s ip iy e n tik c in si h ü c e y r ə tip i;
H f r - r e k o m b in a s iy a te zliy in in y ü k s ə k l i y i n i tə y in edən c in si f a k t o r u d a şıya n
ş ta m m
Bu təcrübələr zamanı daha mühüm bir fa k t- Eschierchia coli-nin DNT
tellərinin qapalı halqa olması aşkar edilmişdir. Həmin tel ikisaplı DNT-dən
ibarət olub, uzunluğu 1,2-1,4/mmk-dur. Hfr-in müxtəlif xətləri genləri
xromosomlann müxtəlif sahələrinə verməyə başlayır və bu ötürmə
ardıcılıllıqla getsə də genlərin xətti ardıcıllığı bu zaman sabit qalır.
Faktorların ötürülməsində müşahidə edilən ardıcıllıq belə bir nəzəriyyə
əmələ gətirir ki, Eschrichia coli-nin hüceyrələrində F + - yalnız bir ədəddir və
bu da dairə şəklində qrupda zəncirlənmişdir. H fr hüceyrələri əmələ gələn
244
zaman F faktoru dairəvi xromosomun müxtəlif nöqtələrində müxtəlif
xətlərdə yerləşir və dairənin açılması ondan solda və ya sağda baş verə bilər.
Dairənin qırılması da bu xətt üçün xarakter olan ardıcıllığın istiqamətini
təyin edir. Ötürmə xromosom halqasının açılmış ucundan başlayır,
xromosomun əks ucunda isə həmişə F faktoru olur. Beləliklə, F faktordan
azad olan xromosomun ucu qrup zəncirinin başlanğıc nöqtəsi olur ki, bu da
lokus «O» ilə göstərilir (origin sözündən götürülmüşdür). F hüceyrəyə daxil
olan genlər onun xromosomunu prosesə cəlb edir, bu zaman «mayalanmış»
hüceyrələrin bölünməsi baş verir və rekombinatlar meydana çıxır. Hfr-nın
əksər ştammları heç də genlərin hamısını zəncir qrupuna vermir, yalnız
bakterial xromosomlarm hər hansı bir fraqmentini ötürür. Son zamanlar
bütün genlərini zəncir qrupuna verən ştammlar təfriq edilmişdir. Bu zaman
bütün bakterial xromosomlar hüceyrəyə 111 dəqiqəyə daxil olur. Belə
təsəvvür edirlər ki, D N T-nın rekombinasiyasi dairəvi xromosomun müəyyən
nöqtəsindən başlayır, dairə boyunca yayılır və başladığı yerdə sona çatır.
Bütün xromosomlarm tam replikasiyası başa çatmamış yeni tsikl başlanır.
Replikasiya hüceyrənin inkişafı ilə başa çatır. F. Jakobun fikrincə
bakteriyamn genetik apparatı bir neçə bir-birindən asılı olmayan sturk-
turdan - genlər qrupundan, xromosoma daxil olan yaxud cinsi faktor və ya
• özündə bir molekul D N T saxlayan müxtəlif uzunluqlu mülayim profaqdan
ibarətdir. H ər bir belə sturktur vahidi sərbəst surətdə replikasiya etmək
qabiliyyətinə malikdir. Sərbəst replikasiya olunan, hüceyrənin inkişafını tə
min edən hər bir belə sturktur vahidi
replikon
adlanır. Belə bir fikir vardır
ki, replikonlar (məsələn, xromosomun bir hissəsi və epison faktoru) hüceyrə
membranma yapışmışdır. Replikasiya membramn inkişafı ilə əlaqədar
olaraq öz növbəsində hüceyrənin bölünməsi və böyüməsi ilə bağlıdır. Esche
richia coli-nin müxtəlif ştammları arasında hibridləşmədən əlavə hazırda
onunla bir neçə tif bakteriyalannın ştammları, Shigella və Salmonella, di-
zenteriya bakteriyalan arasında da hibridləşmə həyata keçirilmişdir. Təd-
‘ qiqatlann bu istiqaməti çox maraqlı nəticələrə gətirib çıxarır, çünki bu za
m an müxtəlif qrup bakteriyalar arasında qarşılıqlı əlaqələr və bağırsaq bak-
teriyalannm yeni patogen formalarının əmələ gəlməsi məsələləri aydınlaşır.
Echerichia coli-də cinsi proses kəşf edildikdən sonra başqa bakteriyalann da
hibridləşməsi məsələsi öyrənilməyə başladı. Pseudomanas aeruginosa, Vib
rio chaleral, Salmonellanm bir neçə tipləri arasında hibridlər almaq müm
kün olmuşdur.
Beləliklə, mikroorqanizmlər arasında iki qeyri adi «cinsi» proses-genetik
məlumatın birtərəfli ötürülməsi və bu ötürülmənin məqsədli xarakter
daşıması aşkarlanmışdır. Bu və ya digər orqanizm üçün genetik xəritənin
tərtib edilməsi bu obyekt üçün genetik müayinənin ən yüksək nailiyyətidir.
Genetik xəritə növün genetik potensialını öyrənmək və irsiyyətin incə
müayinəsini aparm aq üçün vacibdir. H azırda fasiləli konyuqasiya,
transduksiya və digər üsullarla bakteriyalann rekombinasiyasmm, xüsusilə
bağırsaq qrupu bakteriyalannın öyrənilməsi sayəsində genetik xəritələrin
çox yaxşı tətbiq edilməsinə nail olunmuşdur. M. Demers E.coli və
245
s. typbimurium-un dəqiq genetik xərtiəsini tərtib etməklə onlarm müqayisəli
şəkildə
öyrənilməsinin
nəticələrinin
geniş
şərhinə
nail
olmuşdur.
Salmonellalarm genetik xəritəsinə 133 lokus daxil edilmişdir. Lokus hər bir
genin xromosomda öz dəqiq yerini tutmasına deyilir. Bu zaman bu və ya
digər lokusun dairəvi xromosomda yeri vaxt fasilələri ilə təyin edilir. Lokus
donor hüceyrədən resipiyentə fasiləli konyuqasiyalarla verilir. Salmanella-
lann bütün B3 lokusu 138 dəqiqə ərzində konyuqasiya zamanı ötürülür.
Bağırsaq çöpləri üçün 100 lokus müəyyən edilmişdir ki, bunlar da 100 dəqiqə
müddətində konyuqasiya zamanı ötürülür. Xəritədə elə sahələr görmək
mümkündür ki, bir neçə gen sıx surətdə birləşir və maddə biosintezi
prosesinə qoşulur. Məsələn, pirimidinin sintezində 9 gen, histidinin
sintezində 10 gen və s. iştirak edir. Bütün bu gen blokları çox zaman bir
operona aid olur. Genetik xəritələrin müqayisəli öyrənilməsi göstərmişdir ki,
Salmonella typhimurium-un 133 genindən 59-u Escherichia coli ilə eynidir.
Bu zaman onlar eyni funksiya daşıyır, yəni biosintezin son mərhələsinə
nəzarət edir və genetik xəritədə müvafiq ardıcıllıqla yerləşirlər. Beləliklə, iki
növ bakteriyalar arasmda yüksək homoloji sturktur aşkar edilir. Lakin buna
baxmayaraq bu iki növ arasmda molekulyar səviyyədə çox fərqlər
mövcuddur. Genetik xəritələrin sonrakı müqayisəli müayinələri nəinki
genotiplərin strukturunu, həmçinin genetik sistemin təkamülündə molekul
yar müayinəyə doğru yol açır.
XIX əsrdə genetik qanunauyğunluqlara əsaslanaraq immunologiya elmi
praktiki olaraq mikrobların virulentliyini zəiflətməklə vaksin hazırlanması
nəzəriyyəsini sübut etdi, mikrobların dəyişkənliyinin nəzəri istiqamətləri
müəyyən edildi. M ikroorqanizmlərin morfoloji və fizioloji dəyişkənliyini
müşahidə edərək K. Hegeli və əməkdaşları
pleomorfizim nəzəriyyəsini
yaratdılar. Bu nəzəriyyə saprofit m ikrobların xəstəlik törədən mikroblara
çevrilməsi nəzəriyyəsi idi. Lakin monomorfistlər(F. K on və R. Kox) bu
nəzəriyyəni inkar edirdilər. O nlara görə müəyyən növ mikrob heç vaxt
dəyişmir və sabit qalır. M ikrobların dəyişgənliyini onların yalnız hazır
lanmış mikrob kulturalannm başqa mikroblarla sirayətlənməsi ilə izah
edirdilər. Mikroorqanizmlərin təmiz kulturasım almaq və onlarm xassələrini
stabil saxlamaq üçün daha təkmilləşdirilmiş üsullar lazım gəlirdi.
Bakterioloji laboratoriyalarda bərk qidalı mühitlərdən istifadə edilməsi,
ayn-ayn növlərin daha mükəmməl kulturasım almağa imkan verirdi. XX
əsrin ilk illərində də çox böyük sayda apanlan tədqiqatlar mikroorqanizm
lərin irsiyyət və dəyişkənliyinin öyrənilməsində çox böyük rol oynadı. Belə
ki, 1906-1907-ci illərdə Neysser və Massini ana koloniyadan fərqli olaraq
«qız» koloniyaların əmələ gəlməsini kəşf etdilər. Bu koloniyalar ana
koloniyadan fərqli olaraq laktoza fermenti yaratmır. Bunları CoH mutabile
adlandırdılar ki, bu da «mutasiya» etmək - xassələrini dəyişmək -
xüsusiyyətinə malikdir. Artıq X IX əsrin 20-ci illərində mikroorqanizmlərin
müxtəlif növ dəyişkənliyi haqqm da toplanmış külli m iqdarda tədqiqat işləri
müəyyən bir konsepsiya yaratmağa imkan verdi. 1921-ci ildə P. de Kryi
dovşanlarda septisemiya törədicisinin parçalanmasım və onlarm virulent və
246
qeyri-virulent növlərə ayrılmasım təsvir etmişdi. O, ilk dəfə «mikroblann
dissosasiyası» terminini irəli sürmüşdür. Elə həmin vaxtlar Arkrayt
mikroblann antigen xüsusiyyətinin dəyişməsini müxtəlif növ kaloniyalarda
və sıxlıqlarda yerləşməsini təsvir etmişdir. 1925-ci ildə Xedli daha da geniş
tədqiqatlar aparmış və digər m ikroblarda da dəyişgənlik xüsusiyyətlərinin
olmasım sübut etmişdir. Elə həmin ildə də Enderleyn bakteriyalann
inkişafında və dəyişkənliyində müəyyən qanunauyğunluğun olmasını sübut
etmişdir. Xedli öz əsərində (1927) göstərirdi ki, mikroorqanizmlərin belə də
yişkənliyi tamamilə normal inkişafa baxmayaraq «ana» xəttdən ayırma
müəyyən bir qanunauyğunluq əsasında olur. M ikroorqanizmlərdə gedən bu
dəyişgənliklər adətən mikroorqanizmləri uzun müddət süni mühitdə sax
ladıqda baş verir, bir çox patogen mikroorqanizmlərin kaloniyalan normal
halda naham ar formaya malik olurlar, ham ar form alar isə virulentliyi aşağı
salınmış m ikrob stam m lanna aiddirlər. H azırda mikroorqanizmlərin
«dissosasiya fazası» dedikdə laboratoriyalarda yetişdirilən bir sıra mikrob
larda öz-özünə əmələ gələn sərbəst mutasiya başa düşülür.
7.10.
Mikroorqanizmlərin irsiyyətinin maddi əsaslan.
Həyatın
bioloji əsaslarını-canlı orqanizmin öz-özünə inkişaf etməsi xüsusiyyəti təşkil
edir. Orqanizmdə bioloji kütlənin lazımi miqdarda toplanmasım və
həmçinin müxtəlif növlərin əmələ gəlməsini öyrənmək üçün mikroblar çox
optimal bir tədqiqat obyektidir. M ikroorqanizmlərin irsiyyət və dəyişkən
liyini öyrənmək üçün yeni biokimyəvi müayinə üsullarından istifadə edilir.
Bu sahədə tədqiqatların əsasını 1928-ci ildə Qriffıs qoymuş və sübut etmişdir
ki, pnevm okoklann inkişafmı süni surətdə dəyişmək mümkündür. O,
laboratoriya siçanlarının dərisi altına 60° c tem peraturda öldürülmüş IH-tip
pnevmokok əvəzinə, II-tip canlı streptokok yeritmiş və siçandan lil-tip
pnevmokokun virulentliyinə xas olan bakteriyalar almışdır. 1931-ci ildə
■Dauson və Sia in vitro şəraitdə bu nəticəni əldə etmişlər. 1944-cü ildə isə
Everi, M ak Led və M ak Karti müəyyən etmişlər ki, lil-tip streptokokun
belə dəyişməsi Ьц mikroorqanizmin tərkibində olan D N T-nin dəyişməsi ilə
əlaqədardır. Bu ekstraktm aktivliyini nə ribonukleaza, nə proteolitik
fermentlər, nə də temperatur azaltmamışdır. O nun aktivliyi yalnız
dezoksiribonukleaza fermentinin təsirindən azalmışdır. Sübut edildi ki,
D N T genetik məlumatı hüceyrədən-hüceyrəyə ötürən yeganə spesifik
susbtraktdır. Nuklein turşusu biokimyəvi bir maddə kimi ilk dəfə F. Mişer
tərəfindən 1869-cu ildə kəşf olunmuşdur. Sonralar məlum olmuşdur ki,
onun tərkibinə purinlər, pirimidinlər, fosforlu birləşmələr və şəkər-pentoza
(riboza və dezoksiriboza) daxildir. Riboza ilk dəfə maya göbələyinin,
dezoksiriboza isə buzovun timus vəzisinin tərkibində olan nuklein
turşusunda aşkar edilmişdir. Buna görə də bu maddə dezoksiribonııklein
turşusu (DNT) adlanmışdır. DNT-nin tərkibinə iki purin (adenin və quanin)
və iki pirimidin (timin və sitozin) əsası daxildir. Bu azotlu əsaslar şəkərlə
birləşərək nukleozidlər, bunlar da öz növbəsində fosfatlı birləşmələrlə
247
qanşaraq nukteoidlər əmələ gətirirlər. Bunlar bir qrup halında birləşərək
çox uzun polinukleotidlər üçün tikinti bloklu əmələ gətirirlər. D N T
molekulunda azotlu birləşmələr həmişə qanunauyğun olaraq cüt-cüt
əlaqələnir: adenin = timin və quanin = sitozin.
Çarqaffa görə purin və pirimidin əsasları eyni olur (A + QT+ S),
Q + S
cütlərin nisbəti isə
A + T
həmişə 0,45-2,8 arasında dəyişir, ancaq hər növ
mikroorqanizm üçün ayn-ayn olurlar. Məsələn, bağırsaq çöplərində bu
nisbət bir, enterobakteriyalarda isə birə yaxın olur. DNT-nın struktur
quruluşu Uotson və Krikə görə iki iyli spiral şəklində olub, iki uzun
polinukleid zəncirlərindən ibarətdir ki, zəncirin həlqələri öz aralarında
hidrogen əlaqəsi vasitəsilə birləşirlər. Bu zaman purin əsaslan pirimidin
əsaslan ilə əlaqələnir. Agenin və timin ikiqat hidrogen əlaqəsi ilə, quanin və
sitozin isə üçqat əlaqə ilə birləşirlər. D N T molekullan müstəsna olaraq
növbələşmə və dəqiq təkrarlanm a ilə gedərək, ali və ibtidai orqanzimlərin
genetik xüsusiyyətlərini özündə əks etdirir. Qoşalaşmış əsaslann növbə-
ləşməsi D N T-da olan genetik məlumatın ötürülməsinə xidmət edir. Genetik
məlumatın ötürülməsində RN T-də iştirak edə bilər. Bir çox viruslar RNT-
dən təşkil olunmuşlar. Quruluşuna görə R N T DNT-dən onunla fərqlənir ki,
R N T norm ada bir polinukleid zəncirindən ibarətdir. Onda timin əvəzinə
urasil, dezoksiriboza əvəzinə riboza vardır. RNT-nin genetik rolu tütünün
mozaika virusunda, sonralar isə insan və heyvanların virusları ayrılmışdır
(bakteriofaq, polimielit, ensefalit virusu və s.). Sahib hüceyrədən ayrılmış
nuklein turşusunda virusda olan bütün xüsusiyyətlər vardır. Bu, sübut edir
ki, nuklein turşusu molekulunda bütün genetik məlumatlar saxlanılır.
7.11.
DNT-də olan xromosomlar və plazmidilər.
Ali heyvan və bitki
orqanizmində bütün genetik məlumatlar xromosomla zəngin olan nüvədə
yerləşir. Bakteriya nüvəsinin ekvivalenti nukleid adlanır ki, bu da tam
şəkildə açılmış və ya yığılmış bir D N T molekulundan ibarətdir. Escherichia
coli bakteriyasmm iki D N T molekulu l,7 xl0 7 nuklein cütündən ibarətdir ki,
bunun da uzunluğu 1 mm-ə yaxındır, molekulyar kütləsi isə təxminən 109
olub, ümumi bakteriya kütləsinin 3 %-nə bərabərdir. Autoqrafiya üsulu ilə
(Kemsə görə, 1962-63) aşkar olunm uşdur ki, D N T hüceyrəsi bölünməzdən
əvvəl iki ayrı-ayrı sap şəklində açılır və iki haçalı çəngələ bənzəyir. Yapon
alimi Okazakinin (1969) məlumatına görə çəngəlin ayrılma nöqtəsindən
başlayaraq DNT molekulu hər sapda ayn-ayn fraqmentlərə bölünür ki,
bunun da hər biri 1000-2000 nukleiddən ibarətdir (bunlar Okazaki
fraqmentləri adlanır). Beləliklə, D N T sapının formalaşması eyni vaxtda,
ancaq müxtəlif istiqamətlərdə gedir. Sonra fraqmentlərin formalaşması
DNT-liqaza fermentinin köməyi ilə gedir ki, bu da ciddi spesifik olur. DNT-
nin hər iki sapınm parçalanması nəticəsində əmələ gələn yeni sap
kompleksləri tamamilə ana D N T formasında olub, irsiyyəti ötürən bütün
Dostları ilə paylaş: |