347
vaxtında müalicə edilmiş fassiolyozlu qaram alın 3 ay müddətində hər
başının diri çəkisinin müalicə olunm ayanlara nisbətən ən azı 5-8, 8 kq art
dığı müəyyən edilmişdir. Planlı surətdə apanlan müalicə və profilaktika təd
birləri nəticəsində son 10-15 ildə qan-parazitar xəstəliklərinin, xüsusən
pıroplazmidozun və teyleriozun yerli və cins qaram al arasında yayılmasının
qarşısı alınmışdır. Heyvanlar arasında yayılmış xəstəlikləri ləğv etmək üçün
planlı surətdə mübarizə tədbirləri aparılmalıdır. Planın tərtibi zamanı xəstə
liklərin xüsusiyyətləri, törədicilərin bioloji inkişafı, yayılması və yoluxma
yolları nəzərə alınmalıdır. M al-qaranın yoluxmadan qorunması, xəstəliyə
tutulan heyvanlarm müalicəsi mübarizə işlərinin əsasını təşkil etməlidir. Bu
tədbirlərin səmərəli təşkili üçün yoluxma diaqnostiki müayinələrlə vaxtında
müəyyənləşdirilməli, hər bir təsərrüfatın hansı xəstəliklərə görə qeyri-sağlam
olmasını göstərən epizootoloji xəritə tərtib edilməli, aparılacaq bütün
müalicə-profilaktika tədbirləri vaxtında hazırlanmalı, dərmanlar, peyvənd
və diaqnostika vəsaitləri əldə edilməlidir. Azərbaycanda geniş yayılmış və
qorxulu xəstəlik kimi helmintozlardan fassiolyoza, moniezioza, diktiokaul-
yoza, mədə-bağırsaq nematodozlarına, askaridozlara, tenidiozlara, ibti
dailərin törətdikləri xəstəliklərdən teylerioza, anaplazmoza, piroplazmoza,
fransielloza, babezioza, ixtiofıtirioza, araxnoentomozlardan gənələrə, qotur-
luğa, dəri mozalanına qarşı hər ıl epizootik plan hazırlanmalıdır. Dıkrosel-
yoz, protostrongilidozlar, payetinoz, sinqamoz, metastronqilyoz və s. geniş
yayılmış xəstəliklərin profilaktikası da planlı aparılmalıdır. Parazitizmin
bioloji və genetik aspektləri şərh edilərkən A.Q. Məmmədov və b. tərəfindən
hazırlanan «Baytarlıq parazitiologiyası» məlumat kitabına (1986) istinad
olunmuşdur.
10.5. Helmintozlara qarşı genetik davamlılıq və həssaslıq
Heyvanlarda, insanda və bitkilərdə parazitlik edən qurdlar helmint, on
ların törətdikləri xəstəliklər isə helmintoz adlanır. Parazit qurdlar və onların
törətdikləri xəstəlikləri helmintologiya elmi öyrənir. Bu elmin tədqiqat ob
yekti yastı, yumru, tikanbaşlı və b. qurdlardır. Helmintologiya helmıntlərin
anatomik-morfoloji quruluşunu, bioloji və genetik xüsusiyyətlərini, onların
heyvanlar aləmində sistematik yerini və yaşadıqları mühitlə qarşılıqlı əla
qələrini öyrənir. Qeyd etdiyimiz kimi, helmintlər müxtəlif xəstəliklər törədir.
Bu cəhətdən helmintologiya helmintozlara qarşı müxtəlif mübarizə və pro
filaktiki tədbirləri də işləyib hazırlayır. H azırda helmintologiya əsas dörd
istiqamətdə inkişaf etdirilir: ümumi helmintologiya, tibbi helmintologiya,
baytarlıq təbabəti helmintologiyası və aqronom ik helmintologiya. İnsan və
heyvanlarda təsadüf edilən helmintlər iki qrupa ayrılır:
1) biohelmintlər; 2) geohelmintlər.
Biohelmintlərin inkişafı aralıq sahibin iştirakı ilə gedir. Biohelmintlərə
bütün trematodlar, sestodlar və bəzi nem atodlar aiddir. Geohelmintlərin
inkişafı aralıq sahibsiz gedir. Geohelmintlərə insan askaridini. uşaq bizquy-
348
ruğunu. tükbaş qurdu, onikibarmaq bağırsağın əyribaş qurdunu və s. misal
göstərmək olar. Geohelmintlər əsas sahibdə cinsiyyət yetişkənliyinə çatdıq
dan sonra yumurta qoyur. Y um urtalar kalla xarici mühitə düşür, xarici mü
hit şəraitindən (temperatur, işıq rütubət və s.) asılı olaraq müəyyən
müddətdən sonra invazion hala keçir və insan və heyvanları yoluxdurur.
Müxtəlif helmintozların törədiciləri insana və heyvana əsasən iki yolla: ağız
və dəri (peroral və perkutan) vasitəsilə keçir Sorucular sinfindən olan pişik
sorucusu, ağciyər sorucusu, lentşəkilli qurdlar sinfindən olan donuz və öküz
soliteri, enli lent qurdu, alveokokk, exinokokk, kiçik lent qurdu, habelə
nematodlar sinfinə daxil olan insan askaridi, uşaq bizquyruğu və s.
peroral
helmintozlar hesab edilir. İkinci qrup helmintozlar isə sudan,
torpaqdan, bitkilərdən və müxtəlif keçirici həşərat vasitəsilə yoluxur və
perkutanial
adlanır. Bu zaman müxtəlif helmintlərin sürfələri aktiv surətdə
dəriyə daxil olur. Perkutan helmintlərə şistosomozlar, bilqarsioz, ankilosto-
moz,
strongiloidoz,
filyarioz
və
s.
aiddir.
Helmintologiyada
helmintoantroponoz və helmintozoonoz-terminhnni
bir-birindən ayırd etmək
lazımdır.
Antroponoz
- helmintozlann törədiciləri təbiətdə öz inkişafım
insansız başa vura bilmir. Buna misal olaraq şistosomozu, teniozları,
heminolepidozu, onxoserkozu, vuxereriozu, trixosefaliozu, ankilostomiozu,
stronkiloidozu və b. göstərmək olar. İnsanda və heyvanlarda parazitlik edə
bilən və inkişafında insanın olması hökmən vacib olmayan parazit qurdlar
epidemioloji zəncirdə zoonozlar
adlanır. O nlara yapon şistosomozu,
opistorxoz,
paraqonimoz,
fassiolyoz,
alveokokkoz,
exinokokkoz,
difillobotrioz, drakunkulyoz, trixinelyoz göstərmək olar. Hazırda insan və
heyvan populyasiyasmda 31 növ hclmintoz çox yayılmışdır
(cədvəl 28).
Cədvəl 28
İnsan və heyvanların əsa s helm irozları və on ların törədiciləri
Helmintozlar
X ə stəliy in törəd iciləri
Ş isto s o m o z la r
O p is to rx o z
F a ss io ly o z
M e ta q o n im o z
P a ra q o n im o z
Trematodozlar:
S c h isto so m a m a n s o n i,
Sch.
h a e m o to b iu m , Sch. J a p o n ic u n ı
O p isto rc h is felineus
F assio la h e p a tic a , E. g igantic
M e ta g o n im u s y o k o g a v a i
P a ra g o n im u s v c slcrm an i
il . Sestodozlar:
T e n ia rin x o z
T e r io z
E x in o k o k k o z
G im n o le p id o z
D ifillo b o trio z
Ш . Nematodozlar:
T a e n ia rh y n c h u s s a g in a tu s
T a e n ia so liu m
E ch in o co c c u s g ra n u lo s u s.
H y m e n o le p is n a n a
D ip h illo b o th riu m latu m .
V u x ererio z
V u ch ereria b a n c ro fti
349
B ru k io z
B ru g ia m a la y i L o a — loa
L o a o z
G n c h o c e rc a v o lv u lu s
O n x o s e rk o z
M a n s o n e lla o z z a rd ı
M a n s o n e llo z
D ip e th a lo n e m a p e rs ta n s
D ip e ta lo n e m a to z
D ra c u n c u lu s m ed in en sis
D r a k u n k u lo z
G n a x h o s to m a sp m ig eru m
Q n a to s to m o z
A n k y lo s to m a d u o d e n a le ,
A n k ilo s to m id o z
N e c a to r a m e ric a n u s
T r ix o s tro n k ilid o z
A scaris lu m b ric o id e s .
A s k a rid o z
T o c s o c a ra canis, T . m u stax
A n iz a k in o z
T ric b o c e p h a lu s tric h ic e ru s
T rix o s e fa ly o z
A n g io stro n g y lo s c o n to n e n u s
A n k io s tro n k ilid o z
S tro n g y lo id e s stereo ralis
S tr o n k ilo id o z
E n te ro b iu s v en n icu laris
E n te ro b io z
T ric b in e lla sp iralis
Yuxarıdakı cədvəldə adları çəkilən parazit qurdların törətdikləri xəstə
liklərin bəziləri tropik və subtropik qurşaqlarda (şistosomozlar, opistorxoz,
vuxererioz, brukioz, onxoserkoz, loaoz, mansonellyoz, dipetalonematoz,
qnatostomoz, angıostroııgilidoz), digərləri isə tropik və subtropik zonalarla
yanaşı, başqa iqlim zonalarında da yayılmışlar. Tropik və subtropik
'zonalarda təsadüf edilən helmintozlar həm maddi və həm də ictimai itkiyə
səbəb olur. Ümumi hesablamalara görə. Yer kürəsində 450 mln. Ankilosto-
midozla, 240 mln. filariozla, 200 mln. insanın şistosomozla yoluxması qeydə
alınmışdır. Askaridoz isə insanda, heyvan və quşlarda ən çox təsadüf edilən
xəstəlikdir. H ər bir parazit qurd lokalizasiyasına görə spesifik xarakterli
olur. Parazit qurdlar bağırsaq sistemində, venalarda, limfa damarlarında,
qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə, dərialtı toxumada, exinkokokkun
sürfəsi isə müxtəlif orqanların toxumalarında (ən çox isə ağciyər və
qaraciyərdə) parazitlik edir. Parazit qurdlar fərdi inkişaf zamanı miqrasiya
etdiklərindən, əksər orqan və toxum alarda parazitlik etmək imkanına malik
olur. Məsələn, cinsiyyət yetişkənliyino çatmış trixinella bağırsaqda, sürfələri
isə eninə zolaqlı əzələlərdə olur. Askarid və onikibarmaq bağırsağın əyribaş
qurdu öz miqrasiyası zamanı mürəkkəb yol keçərək çinsiyyət yetişkənliyinə
çatır. Helmintlər parazitlik etdiyi sahib orqanizmdə müxtəlif xəstəliklər, o
cümlədən allergiya reaksiyaları törədir, onların metabolizminin son məhsul
ları təsirindən yaranan intoksikasiya, orqan və toxumaların mexaniki zədə-
lənməsinə və s. səbəb olur. Hclmintozların təsir səviyyəsi əsasən üç mər
hələdə
-knskin, gizli
və
xroniki halda
olur. Müxtəlif helmintozlann kəskin
mərhələsi parazitin sürfəsinin qan-dam ar sistemində miqrasiya ilə əlaqədar
olaraq baş vermiş allergiya xarakterli əlamətlərdə özunu göstərir. Helmintin
orqanizmdə lent mərhələsində xəstəliyin üzə çıxması parazitin cinsiyyət
yetkinliyinə çatmaması ilə izah edilir. Xroniki mərhələ isə parazitin bütün
inkişaf mərhələlərinin sahibdə getməsi ilə əlaqədardır.
Yastı qurdlar tipinin-(platlıelminthes)
- xarakterik xüsusiyyətləri aşağı
dakılardır: 1-yastı qurdlar tipinə daxıl olan nümayəndələr ikitərəfli (bi-
350
laterial) simmetriyaya malik olub, ilk dəfə
m ə h z
bu qrup heyvanlarda mey
dana gəlmişdir; 2-yastı qurdlar üç rüşeym təbəqəsinə malikdir. Bu təbəqələr
ontogenez zamanı formalaşır. Ektodermadan bədən örtüyü, endodermadan
bağırsaq sistemi, aralarında isə mezoderma qatı yerləşmiş olur; 3-bədən bel-
qarın istiqamətində basıq olub, yarpaq şəklində (sorucularda), bəzilərində
isə lent (sestodlarda) şəklindədir; 4-yastı qurdların ən mühüm xüsusiy
yətlərindən biri, bir neçə qatdan ibarət, dairəvi və uzununa istiqamətdə
yerləşmiş dəri-əzələ kisəsinə malik olmasıdır. Bu əzələ sistemi epiteli altında
bədəni kisə şəklində əhatə etdiyindən
dəri-əzələ kisəsi
adlanır.
Dəri-əzələ
kisəsi
elementlərinin yığılıb-açılması sayəsində qurdabənzər hərəkət təmin
olunur; 5-yastı qurdlarda bədən boşluğu yoxdur. Daxili orqanlar mezoder-
mal mənşəyə malik birləşdirici toxuma və ya parenximlə əhatə olduqla
rından buna
parenximatoz bədən boşluğu
da deyilir. Parenxim dayaq, ehtiyat
maddələrin saxlanılmasında və metabolizmdə rol oynayır; 6-həzm borusu
primitiv quruluşlu, ektoderma mənşəli ön bağırsaqdan və ya udlaqdan,
endoderma mənşəli orta bağırsaqdan ibarət olub, kor çıxıntı ilə qurtarır.
Bəzi parazit formalarda (sestodlarda) həzm sisteminin tamamilə reduksiya
etməsi ilə əlaqədar olaraq qidalanma endoosmotik yolla gedir; 7-sinir sis
temi cüt beyin düyünündən və ondan çıxan sinir sütunundan ibarətdir. Sinir
sütunları dairəvi çıxıntı ilə bir-birilə birləşir; 8-tənəffüs və qan-damar sistemi
yoxdur; 9-iIk dəfə olaraq protoncfridial tipli xüsusi ifrazat sistemi əmələ
gəlmişdir. Bu ifrazat sistemi şaxələnmiş kanalcıqlardan ibarət olub, parenxi-
maya açılan dəstəşəkillı kirpiklərə malik xüsusi ulduz formalı hüceyrələrlə
q u r t a r ı r . B u h ü c e y r ə l ə r d ə
toplanmış ifrazat məhsulları nazik borularla ifra
z a t q o v u ğ u n a g ə t i r i l i r
və buradan xüsusi dəliklə xaric edilir. Yastı qurdların ■
c i n s i y y ə t
sistemi əsasən hermafroditdir, bir qayda olaraq, mürəkkəb
a x a r l ı
sistem
f o r m a l a ş ı r
ki, bu sistem vasitəsilə cinsiyyət məhsullarının çıxa
r ı l m a s ı
və daxili mayalanma üçün imkan yaranır; 10-əksər formalar mürək
kəb inkişafa malik olub, nəsil növbələşməsinə (cinsiyyətli və qcyri-cinsiyyətli
nəsil) və sahib dəyişməyə (əsas və aralıq sahib) malikdir. Yastı qurdlar tipi
7300-ə qədər növü əhatə edir və 5 sinfə böiünür:
Kirpikli qurdlar - Turbellarıa;
Sorucular və ya trem atodlar - Trematoda;
Monogeneylər Monogenoidea:
Lentşəkilli qurdlar - Cestoidea
Sestodkimilər - Cestodaria;
Yastı qurdların birinci sinfi (kirpikli qurdlar) müstəsna olmaqla bütün
nümayəndələri parazitdir. Helmintozlar barəsindəki məlumatlar D.V.IIacı-
yev və b.-nm «Parazitizmin bioloji əsaslan» (1989) adlı dərs vəsaitinə
istinadən hazırlanmışdır.
Helmintozlar - parazit qurdlar tərəfindən törədilən və olduqca geniş ya
yılan xəstəliklərdir. Südçülük komplekslərindəki inəklərin 22%-i fassiolyoz-
la, 15%-i - paramfistomidlərlə, 39%-i isə - strongilyozla yoluxmuş olur
(l.Jarikov, 1981). Parazitar xəstəliklərə qarşı yaranan qeyri-spesifik, humo-
351
ral və hüceyrə faktorlarının rolu bakterial və virus infeksiyalannda olduğu
kimidir. Cinsdaxili və cinslərarası davamlılıq və həssaslıq, bir qayda olaraq
genetik nəzarətdə saxlanılır. Bu zaman dəyişkənliyin kəmiyyət və keyfiyyət
göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.
Fassiolyoz
- insan və heyvanların qaraciyərində parazitlik edən
trematodlar növünə aid olan Fassiola hepatika tərəfindən törədilir. Xəstəliyi
Fassiolide fəsiləsinə mənsub olan Fassiola hepatica və Fassiola gigantica
sorucu qurdlan törədirlər. Bunlardan birincisinə adi, ikincisinə isə nəhəng
fassiola deyilir
(şəki! 54).
Hər iki а т й qaramal, camış, zebu, qoyun, keçi, at
və donuzlar arasında yayılmşışdır. İnsanlar da fassiolylzlla yoluxurlar.
Fassiolalar qaraciyərdə və öd yollarında parazitlik edirlər. Lakin şiddətli
yoluxma zamanı onlara ağciyər, dalaq, limfa vəziləri və başqa üzvlərdə də
təsadüf edilir.
Adi fassiola
kiçik yarpaq formasında, enli və qısa olur. Onun
uzunluğu 20-30 mm-ə, eni isə 8-12 mm-ə çatır. Bədənin üzərində ağız və
qarm sormacı vardır. Birincinin diametri 1 mm, ikincinin diametri isə 1,5-
1.6 mm olur. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta
vəzi yerləşir. Fassiolanm açıq-san rəngli yum urtalarının uzunluğu 0,11-0,15
mm, eni isə 0,07-0,08 mm olur. M ikroskop altında yumurtanın bir qütbündə
qapaqcıq, içərisində isə külli m iqdarda sarılıq hüceyrələri görünür.
Nəhəng
fassola
adi fassioladan böyükdür. Onun bədəninin uzunluğu 33-76 mm, eni
isə 5-12 mm-dir. Ağız sormacınm diametri 1 mm, qarm sormacımnkı isə 1,5-
1.6 mm-dir, yumurtasının uzunluğu 0,15-0,19 mm. eni 0,06-0,07 mm-ə qədər
olur. Fassiolanm yumurtası heyvanın kalı ilə xaricə düşür. Suya, bataqlıq və
sucaq sahələrə düşmüş yum urtada münasib hərarət olduqda 12-16 günə
mirasidi
adlanan sürfə əmələ gəlir. Azərbaycanın təbii otlaq şəraitində
yumurtada
mirasidimn
əmələ gəlməsi və onu tərk etməsi iyulda 23-25,
avqust-sentyabrda isə
33-34 günə başa çatır. Yumurtadan çıxmış
mirasidilər
parazitin aralıq sahibi olan
şirin su ilbizlərinin
bədəninə soxulur
və orada, əsasən, 33-51 gün inkişaf edib
serkari
adlanan sürfələrə çevrilir.
Serkarilər
ilbizin bədənini tərk edib suya düşür və üzərək ota, daşa, ilbizin
çanağına yapışır, yaxud suyun üzərində qalırlar. Sonra serkari quyruğunu
itirir, öz bədənindən buraxdığı maye ilə üzərini qişa ilə örtür. Fassiola
sürfəsinin bu mərhələsi
adoleskari
adlanır (şəkil 55). Heyvanlar adoles-
karilori ot və su ilə udduqda yoluxurlar. Bağırsaqda şirənin təsirindən
adoleskarinin qişası əriyir. Qişadan azad olunmuş sürfə bağırsaq divarım
deşərək qarm boşluğuna, oradan da öz fəal hərəkəti ilə qaraciyərin səthinə
daraşır, onun parenximasına keçib, nəhayət daimi parazitlik etmək üçün öd
yollarına çatırlar. Bəzən fassiola sürfələri bağırsaq divarının qan damar
larına keçərək, qan vasitəsilə qaraciyərə düşürlər. Qaraciyərdə fassiola
sürfəsi 2,4-4 ay müddətində inkişaf edib cinsiyyotcə tam yetişir. Yetkin
fassiolalar qaraciyərdə 4-5 il, bəzən daha çox yaşayırlar. Respublikanın
bütün təbii-iqtisadi zonalarında heyvanların adi və nəhəng fassiola növü ilə
yoluxması qeyd olunur. Fassiolyozun yayılması üçün əsas mənbələr şirin
sulu durğun göllər, axmazlar, sucaqlar, qaynamalar, suvarılan torpaqlar və
su çıxarılan otlaqlarda isə su arxları, xırda və orta həcmli suvarma kanalları,
352
artezian quyularından ayrılan axarlardır. Azərbaycanda heyvanların
fassiolyozla yoluxması, əsasən, yayın sonu və payızın əvvəlində baş verir.
Lakin adoleskarilərin otlaq şəraitində uzun müddət dırı qalması fassiolyozla
bütün il boyu yoluxmaya im kan yaradır. Camışlar bataqlıq və sulu sahələrdə
otlaqlara çoxlu fassiola yum urtaları yayırlar. Belə otlaqlarda qoyunlar daha
çox yoluxurlar (A.Q.M əmmədov və b., 1986).
Şakil 54. Qaraciyər sorucusu-Fasciola hepatica (D.V.hacıyev və b., 1989). A-
cinsiyyət sisteminin quruluşu: В-Həzm sistemi; 1-ağız sormacı; 2-qarın sormacı;
3-şaxələnmiş bağırsaq; 4-cütləşmə orqanı; 5-yumurtalıq; 6-sarılıq; 7-sarılıq axarı;
8-toxumluqlar; 9-toxumçıxarıcı kanal; 10-balalıq
353
IV P-*
"У \ >
*7
S
ГА
J
*—■
r
A 3 /
w
i
*
f *
\
* m
, \ ' t ı >
'
^
v
„ v < \ :
> /-■ '. '*
’
*
’ ^ 4 \ V ) I ' W ^ й г / Г
Şək/7 55. Qaraciyər sorucusunun həyat dövriyyəsi (D.V.Hacıyev və b.,
1989): 1-yumurta; 2-mirasidi; 3-sporosista; 4-redi; 5-serkari; 6-adoleskari;
7-yetkin forma
Fassiola hepatika-ya qarşı immun davamlılıq timusdan
a s ı l ı x a r a k t e r
daşımaqla antiparazitar antitellərin miqdarından çox asılıdır. Hüceyrə
immuniteti zəif və
d e f i s i t
olan bütün
i r i
buynuzlu heyvan cinslərində
fassiolyoza qarşı olduqca yüksək həssaslıq müşahidə olunur. Bu prosesdə
hemoqlobinin tiplərinin müstəsna rolu vardır. Belə ki. AA hemoqlobin
tipinə malik olan buzovların 80%-ində Sö fassiola tapıldığı halda,
B B v ə A B
hemoqlobin tipi olanların 44-50%-ində həmin sayda fassiola tapılmışdır.
Fassiolyoz zamanı qanda natrium un miqdarı ilə fassiolalar arasında əks
korrelyasiya mövcuddur (r=-0,37).
Strongiloidozlar
- i n s a n v ə h e y v a n l a r ı n h e l m i n t o z x ə s t ə l i y i o l u b , ə s a s ə n
n a z i k v ə y o ğ u n b a ğ ı r s a q l a r ı n s e l i k l i q i ş a s ı n d a p a r a z i t l i k e d ə n s t r o n q y l o i d e
a i l ə s i n ə m ə n s u b n e m o t o d l a r t ə r ə f i n d ə n t ö r ə d i l i r . B u x ə s t ə l i y ə q a r ş ı d a v a m l ı
354
o l a n
buğaların törəmələrinin lq fekalisində olan
y u m u r t a l a r ı n s a y ı
1 4 7
o l d u ğ u h a l d a ,
həssas buğaların törəmələrində
h ə m i n g ö s t ə r i c i - 3 0 0
ol
m u ş d u r . S e y f e r t ə
görə
( 1 9 7 7 )
britaniya qaram allarının
h e r e f o r d X
şorthornı
h i b r i d l ə r i n i n
lq fekalisində
4 1 0
helmint yumurtası
o l d u ğ u h a l d a ,
britaniya-
afrikander hibridlərində
1 8 0
yum urta aşkar edilmişdir.
Ş o t l a n d i y a q a r a b a ş l ı
qoyun cinsi fin dorset cinsinə nisbətən hemenxoza
q a r ş ı ç o x d a v a m l ı o l u r .
Şotlandiya qoyunlarında təkrar yoluxmadan sonra orqanizmin helmintlər-
dən öz-özünə tamayıilə azad olması
7 5 % ,
fin dorsetində isə
1 2 %
təşkil
etmişdir. Hemoqlobinin A tipi olan qoyunların hamısında orqanizmin
hemonxozun törədicisindən (H .kontortus) azad olması çox intensiv
v ə
səmərəli olur. Qoyun və qaram al cinslərinin H. contortus helmintinə davam-
lılağına nəzarət edən allellər dominantdır. Amerikanın targi, panama qoyun
cinsləri Suffolk, hempsir və rambulye qoyunlarına nisbətən Ostertagia cir-
cumcincta nem atodlarına qarşı daha çox davamlı olur. Şotlandiya qarabaşlı
qoyun cinsində O. circumcincta nem atodu ilə yoluxmaya davamlılıqla
hemoqlobinin tipi arasında müəyyən asılılıq vardır. Belə ki, 6-7 aylıq qoyun
ları həmin nem atodun 100 min yumurtası ilə süni yoluxdurduqda yoluxma
dan 16 gün sonra (3-cü mərhələdə) AA hemoqlobin tipi olan qoyunlarda BB
- tıpı olanlara nisbətən daha çox davamlılıq aşkar edilmişdir. HbAA
hemoqlobin tipi olan qoyunlarda yaşlı parazitlərin sayı 11 min. HbBB tip
olanlarda isə -
1 9 , 5
min olmuşdur. Göründüyü kimi, A hemoqlobin tipmə
malik olan
q o y u n
cinslərinin hamısı nematodlara qarşı yüksək davamlılıq
göstərir.
Dostları ilə paylaş: |