Q aram ald a leykoza qarşı törəm ələrlə valideynlərin arasında mövcud olan
korrelyasiya (V.L.Petuxov və b. 1981)
İnəklər
Düyələr
Törəmələr
Cəmi
Xəstələrin %-i
Cəmi
Xəstələrin
'/o-i
Sağlamlar
3625
11.3
1154
8,3
Xəstələr
776
29,3
244
12,2
Cəmi
4401
14.4
1398
9,9
Cədvəldən göründüyü kimi leykoza davamlı törədici buğaların törəmələ
ri davamsızlara nisbətən 3 dəfə az xəstələnir. Ümumiyyətlə, leykozla xəstə
valideynlərin törəmələri sağlam valideynlərinkinə nisbətən bu xəstəliyə qarşı
çox həssas olmaqla valideynlərlə törəmələr arasındakı xəstələnmə dərəcə
sinin korrelyasiya əmsalı 0,2 təşkil edir. İnəklərin yaşı və onların buzov
larının leykozla xəstələnmə dərəcəsi arasında müsbət əlaqə vardır (r—0,39).
Törədici buğaların yaşı da onun törəmələrinin leykozla xəstələnməsinə çox
böyük təsiri göstərir. M üxtəlif qaramal sürülərində leykoza qarşı davamlılıq
və həssaslığın növbələşmə əmsalı 0,07-0,5 arasında tərəddüd edir, eyni cinsli
əkizlərin leykoza görə konkordantlığı isə - 74%-ə bərabərdir. Leykozla xəstə
əkizlərin yaxın qohumluğu olan gələcək törəmələri, uzaq qohumluğu olan
lara nisbətən həmin xəstəliyə daha həssas olur. Leykoza qaramalların ge
netik davamlılığı, həssaslığı və xəstəliyi keçirmə dərəcəsi onların hansı xəttə
mənsub olmasından da çox asılıdır (0,2-15%). Müəyyən edilmişdir ki, Bı P 1
B-qan qrupu sisteminin allelini daşıyan iri buynuzlu heyvanlar leykozla çox
nadir hallarda xəstələnir. Am2AA genotipli inəklər başqalarına nisbətən
leykozla daha çox xəstələnir. Lakin, nə qədər ki, qaramalların leykoza qarşı
m ark eri aşkar olunmayıb, qeyd edilən məsələlər öz həllini tapmamış sayılır.
363
Leykozlar zamanı hüceyrələrin xromosom aparatında anomaliyalarm ol
ması da artıq təsdiq edilmişdir. Leykozla xəstə heyvanlann
sümük
iliyində
poliploid hüceyrələrin sayı sağlamlara nisbətən 4 dəfə artıq olur. V.P.Şişkov
(1976) RNT genomalı virusların iri buynuzlu heyvanların və quşların
leykozunun etioloji agenti olmasmı eksperimental olaraq sübut etmişdir. Bu
viruslar qan yaradan hüceyrələrin genoması ilə interqrasiya etməklə həm
embrional, həm də postembrional dövrlərdə inkişaf edərək leykoz törədir.
Leykoz virusu ilə yoluxmuş heyvanlarda xəstəliyin inkişafı orqanizmin
immunobioloji vəziyyətindən və genetik xüsusiyyətindən asılıdır. İri
buynuzlu heyvanların leykoza davamlılığı çoxlu sayda gen lokusları ilə
detcrminasiya olunur.
Marek xəstəliyi -
quşların infeksion xəstəliyi olub, DNT genomalı
viruslar tərəfindən törədilir, yüksək kontagiozluq, daxili orqanlarda, dəridə,
əzələlərdə limforetikyulyar toxumanın inkişafı və perıferik sinir sisteminin
iltihabı ilə səciyyələnir. Müxtəlif toyuq cinslərinin Marek xəstəliyinə həssas
lığının fərqli olması barədə əvvəllər də bəzi məlumatlar mövcud idi. Sonralar
isə bu xəstəliyə qarşı toyuqların davamlılığı və həssaslığı barədə daha ətraflı
məlumatlar toplanaraq həmin əlamətlərin genetik xarakterə malik olması
elmi əsaslarla sübut edilmişdir. Hazırda Marek xəstəliyənə qarşı 100%
d a
vamlı, yaxud həssas olan toyuq cinsləri yetişdirilmişdir.
Ümumiyyətlə, virus
inleksiyalarına orqanizmin davamlılığı bu əlamətlərin
tənzimlənməsində və
immunoloji tolerantlıqda çox böyük rol oynayan
xüsusi müdafıəcdici m ad
dənin
-
interferonun
sintez
olunma dərəcəsi ilə dialektik vəhdət təşkil edir.
Bəzi
müəlliflərin fikrincə, toyuqların bu xəstəliyə davamlılığı həssaslığa nis
bətən yüksək dominantlığa malik olmaqla burada əsasən üç lokusun yalnız
2-4 autosom genləri başlıca rol oynayır. Cinsiyyət hüceyrələri genlərinin
davamlılığa nəzərəçarpan dərəcədə təsir etməməsinə baxmayaraq toyuqların
dişi fərdləri arasında ölüm faizi daha yüksək olur. Marek xəstəliyinə qarşı
davamlılıqla toyuqların qan qrupu sisteminin В21 В alleli arasında çox
böyük əlaqə mövcuddur. Davamlı N xəttinin bütün fərdləri B21 antigeninə
görə tamamilə homoziqot olduğu halda, həssas P xəttinin fərdləri B19 antige
ninə malik olur. M arek xəstəliyi zamanı virusla yoluxmuş hüceyrələrdə çox
lu sayda xromosom zədələnmələrinin və aneuploidiyanın olması olduqca
təhlükəli sayılır və müxtəlif anomaliyalar törədir. Belə ki, limfoid hü
ceyrələrində aneuploid metafazasının nisbəti 10%, sümük iliyi hüceyrələrində
isə
12% təşkil edir (nəzarət qrupunda sonuncu göstərici 1,7% olmuşdur).
Dabaq
- cütdırnaqlı heyvanların həddindən artıq kontagioz, iti gedişli
infeksion xəstəliyi olub, ağız boşluğunun selikli qişasının, dilin və dırnaq
ların aftozlu iltihabı ilə səciyyələnir və körpə heyvanların ölümü ilə nəticə
lənir. Dabaq virusuna insanlar da həssasdır. M əşhur Slovakiya alimi
V.Betinanm (1976) məlumatına görə 1937-ci ildə Qərbi Avropa ölkələrində
(Fransada-130 000, Niderlandda - 100 000, Belçikada isə 63 000 yaşayış
məntəqəsində) dabaq olduqca böyük tələfata səbəb olmuşdur. 1967-1968-ci
illərdə İngiltərədə çox geniş dabaq epidemiya və epızootiyası baş vermiş və
2339 fermada 443 000 baş qaramal məcburi olaraq məhv edilmişdir. Alim
364
qeyd edir ki, dabaq İngiltərəyə Argentinadan gətirilən ət vasitəsilə keçmiş
dir. M.Rçeuslilinin məlumatına əsasən, bir fermadakı 1074 baş iri buynuzlu
heyvanlardan 97,1%-i dabaqla xəstələnmişdir. Simmental və qırmızı səhra
cinsli qaram allar arasında dabaqla xəstələnmə faizi 100%, qonur qafqaz
cinsli qaram allar arasında - 87,5%, zebuların arasında isə - 20% olmuşdur.
Göründüyü kimi, heyvanlar arasında dabaq xəstəliyinə görə genetik davamlı
cinslərin yetişdirilməsi heyvandarlıq və baytarlıq təbabəti alimlərinin qarşı
sında duran ən perspektiv prioritlərdən biri sayılır.
Nyukasl xəstəliyi -
quşların şiddətli kontagioz virus etiologiyalı infek-
sion xəstəliyiy olub, ildınmvari, iti gedişi və ölüm faizinin yüksək olması ilə
xarakterlənir. Toyuqlar arasında bu xəstəliyə qarşı genetik davamlılıq və
həssaslıq mövcuddur. Frankis (1955) eksperimental olaraq sübut etmişdir ki,
Nyukasl virusu ilə yoluxdurma zamanı A ailəsinə mənsub olan toyuqlar
arasında ölüm faizi 30%, D ailəsində isə - 78% olmuş və onlar xəstəliyi daha
ağır keçirmişlər.
Dovşanların miksomatozu -
iti gedişli virus xəstəliyi olub, serozlu - irinli
konyunktivıt, baş, anus və cinsiyyət orqanları nahiyəsində xarakterik şiş
lərin əmələ gəlməsi ilə müşayət olunur. C.Leslinin məlumatına görə 1859-cu
ildə Avstraliyaya Avropadan 13 baş dovşan gətirilmiş, 1953-cü ildə onların
sayı 1 milyard başa çatmışdır. Lakin həmin illərdə dovşanlar arasında qəf
lətən miksomatoz xəstəliyi baş vermiş və onların 90%-i tələf olmuşdur. Buna
baxmayaraq, miksomatoza qarşı dovşanlar arasında genetik olaraq davamlı
fərdlər yarandığı üçün yenidən həmin dovşanların sayı çox böyük sürətlə
artmış, davamlı populyasiyalar yaranmış və əvvəlki miqdar nisbətən bərpa
olunmuşdur.
10.9. İrsiyyət yönümlü daxili xəstəliklər
Respirator xəstəliklərə qarşı genetik davamlılıq.
Respirator xəstəliklərə
(pnevmoniya, plevritlər, atrofık rinit) ən çox donuzlar həssasdır. Landras
cinsli donuzlar arasında yorkşır cinsinə nisbətən ağciyərlərin iltihabı daha
çox müşahidə olunur. A trofık rinitə davamlılıq isə həmin cinslərdə tamamilə
əksinədir. Donuzların pnevmoniyaya davamlılığının növbələşmə əmsalı (h2)
0,14, plevritdə
0,13, atrofık rinitdə isə - 0,16-ya bərabərdir. Ən aşağı
genetik korrelyasiya donuzların məhsuldarlığı ilə respirator xəstəliklər
arasında nəzərə çarpır. Q uzular arasında respirator xəstəliklərə nisbətən az
təsadüf edilir. Merinos cinsli quzular pnevmoniya və plevritə qarşı daha
davamlı olur. Müxtəlif cinslərə mənsub olan sürülərdə respirator xəstəliklərə
qarşı cinslərarası davamlılıq fərqi müşahidə edilir. Aparılan müşahidələr
göstərir kı, Azərbaycanın yerli qoyun cinsləri (bozax, ləzgi, qarabağ və s.)
arasında respirator xəstəliklərə qarşı genetik davamlılıq daha yüksəkdir.
Mədə-bağırsaq xəstəliklərinin (qastro
-
enteritlərin) etiologiyasında ge
netik amillərin rolu -
artıq elmi əsaslarla sübut olunmuşdur, iri buynuzlu
heyvanlarda ən çox çəmbər bağırsağın və anusun, atlarda qalça bağırsağın,
365
donuzlarda anusun atreziyası (resessiv əlamət) müşahidə olunur. Həmin
anomaliyalarla doğulan körpə heyvanlar doğumdan ya dərhal, ya da bir
neçə gün sonra tələf olur. Bağırsaqların, xüsusilə nazik bağırsağın iltihabı
yarasına genetik meyillılık donuzlarda daha çox üstünlük təşkil edir.
Yaponiya donuz cinslərinin seleksiya üsulu ilə yetişdirilən cinslərində bağır
saq yaralarına məruz qalma 26-32% təşkil etdiyi halda, seleksiya olunmayan
cinslərdə həmin göstərici 5% olur.
İşkənbənin timpaniyası
gövşəyənlərə mənsub xəstəlik olub işkənbədə
həddindən artıq qazların toplanması ilə xarakterlənir. Tropik iqlim qurşaq
larında yetişdirilən qaramal cinsləri (santa - hertrud və s.) mülayim qurşaq-
larm dakma nisbətən timpanıyaya çox az həssas olur. Müəyyən edilmişdir ki,
törədici buğalarla onlann törəmələri arasında timpaniyaya davamlılığa görə
nəzərə çarpan statistik etibarlılıq fərqi mövcuddur. Qaramalın eyni cinsiy-
yətlı əkizləri üzərində aparılan təcrübənin nəticəsi göstərmişdir ki. timpani
yaya həssaslığın növbələşmə əmsalı 0,1-ə bərabərdir. Əkizlər arasında tim-
paniya əlamətlərinin dəyişkənliyi 50% təşkil edir.
Ətrafların xzstzlikhrinə meyillilikdə irsiyyətin rolu.
Sənaye istiqamətli
heyvandarlığın intensiv inkişafı zamanı iri buynuzlu heyvanlarda ən çox rast
gəlinən xəstəlik ətrafların xəstəliyidir. Bu xəstəliklərin baş verməsində xarici
mühit amillərinin də müəyyən rolu vardır. Lakin ətrafların xəstəliklərinin ək
səriyyətinin baş verməsi, bilavasitə, genetik amillərlə əlaqədardır. Heyvan
larda müşahidə olunan ətraf çatışmazlıqları əsasən letal və poluletal (yarım-
letal) genlər tərəfindən törədilir. Həmin anomaliyalara qaramalın irsi ataksi-
yası, oynaq falanqlarınm olmaması, ətrafların anadangəlmə deformasiyaları
və amputasiyası və s. aiddir. Törədici buğalarla onun törəmələri arasında ət
ra f anomaliyalarına davamlılığa görə statistik etibarlılıq fərqlərinin mövcud
luğu aşkar olunub. Məsələn, bir qara-ala cinsli qaram al sürüsündə törədici
buğanın dişi törəmələrinin ətraf xəstəliklərinə düçar olması 0-0,23% təşkil
etməklə, əlamətlərin növbələşmə əmsalı 0,13-ə bərabər olmuşdur. Qaramal
larda arxa ətrafların iflicinin növbələşmə əmsalı 0,3. dırnaqarası şırımın
şişləri (limaks) isə - 0,2-ə bərabərdir. Qara-ala (ətlik-südlük tipli) və hereford
qaramal
cinsləri cütdırnaqlarmın şişilərinə qarşı olduqca az meyillidir.
D.Xamori (1976) müəyyən etmişdir ki, çanaq-bud oynağının spastik
parezinin kliniki əlamətləri nəzərə çarpan törədici buğaların üçüncü nəsil
törəmələrinin 31%-i, latent (əlamətsiz) buğaların törəmələrinin isə - 6,6%-i
həmin xəstəliyə düçar olmuşlar. Alimin fikrincə, bu xəstəlik, başlıca olaraq,
çoxlu sayda genlər tərəfindən törədilir. Donuzlarda ətrafların anomaliya-
sının 13 əlaməti mövcud olmaqla, onların növbələşmə əmsalı 0 - 0,56, orta
hesabla isə - 0,07-ə bərabərdir. Qoyunlarda Fusiformis nodosis tərəfindən
törədilən dırnaq çürüməsi xəstəliyinə qarşı genetik davamlılıq üzrə
cinslərarası fərdlər mövcud olmaqla xəstələnmə hallan 12,8-61% arasında
tərəddüd edir.
Qısırhğa meyillilikdə irsiyyətin rolu.
Qısırlıq
heyvanların nəsilvermə
qabiliyyətinin pozulmasından (dölsüzlükdən) ibarət olmaqla, həm xarici
mühit amilləri, həm də çoxlu sayda genlər tərəfindən törədilir. Heyvandarlıq
366
təsərrüfatlarında heyvanların, xüsusilə qaram alların vaxtından əvvəl sürüdən
çıxdaş olunmasının başlıca səbəbi (50%) məhz qısırhqdır. Qısırlığın genetik
müxtəlifliyi çox da nəzərə çarpan olmayıb, növbələşmə əmsalı 0-0,1-ə bəra
bərdir. Müxtəlif törədici buğaların törəmələrində qısırlıq hallan 0-30% təşkil
edir. Bunu nəzərə alaraq heyvandarlıq təsərrüfatlarında qısırlıqla mübarizə
də törədici buğaların genotipınin yoxlanmasına, yalnız sağlam nəsil verən
törədicilərdən istifadə olunmasına xüsusi diqqət verilir. Heyvandarlığa
böyük iqtisadi zərər verən ən başlıca amil ölü balalann doğulması və
balasalma sayılır. Müxtəlif populyasiyalarda ölü doğulan buzovlar 1-10%,
balasalmalar isə 0,5% təşkil edir
(cadvəl 32).
Qeyd olunan əlamətlərə digər
amillərin, xüsusilə irsıyyətin təsiri L.K. Erista (1972) tərəfindən daha ətraflı
öyrənilmiş və müəyyən edilmişdir ki, balasalmaya meyilli olan anaların dişi
törəmələrində bu proses daha üstünlük təşkil edir.
Q aram alda ölü doğulma və balasalmaya meyillilik əmsalı 0-0,08 arasın
da tərəddüd edir. Cinslərarası ölü bala doğulması fərqləri əsasən birinci nəsil
vermə zamanı müşahidə edilir. Müxtəlif törədici buğaların dişi törəmələrin
də ölü bala doğma və balasalma halları bir-birindən xeyli fərqli olur. Müəy
yən olunm uşdur ki, inbred inəklərdə ölü bala doğma (4,73%) və balasalma
(1,64%) halları autbred inəklərə nisbətən müvafiq olaraq 3,74 və 1,04%
təşkil edir.
Cədvəl 32.
Buzovların ölü doğulm ası və inəklərdə balasalm a hallarının m üqayisəsi
(V.L.P etuxov və b., 1985).
Cins
Doğumun
sayı
O cümlədən
Ölü doğulanlar və j
balasalmalar, %-lə j
Ölü
doğulanlar
Balasal
malar
Qonur latviya
Qara-ala
33687
16029
2,59
4,02
0,59
l ,58
3,18
5,60
S tressə meyillilikdə irsiyyətin rolu. «Səs-küyün insan orqanizminə
təsiri vəba və taun xəstəliklərinə bərabərdir, bəlkə də ondan üstündür» (Robert
Кох).
Stress (ingiliscə gərginlik, təzyiq et так, sıxışdırmaq)
qeyri adekvat
qıcıqların və müxtəlif zədələyici amillərinin təsirinə qarşı orqanizmin verdiyi
cavab reaksiyalarının məcmuundan ibarət olan vəziyyətdir. Orqanizmin
uyğunlaşdığı müxtəlif qıcıq amilləri
adekvat,
onun uyğunlaşmadığı və
fizioloji funksiyalarının normal ahəngini, gedişini pozan, neqativ təsir
göstərənlər isə
qeyri-adekvat
qıcıqlar adlanır. Orqanizmdə stress reaksiyası
yaradan amillər
stressorlar
, onların təsir dərəcəsi isə
stressor effekti
adalınr.
Stress haqqında təlimin əsasını məşhur K anada alimi. Monrealdakı
Beynəlxalq Stress İnstitutunun prezidenti Hans Selye qoymuş və bu sahədə
mühüm elmi-praktiki əhəmiyyətli tədqiqatlar aparmışdır. Stress-bəzi halda
uyğunlaşma, müqavimətin yüksəlməsi, digər halda isə - xəstələnmə və
ölümlə nəticələnir. Stress zamanı orqanizmin (əsasən endokrin sisteminin)
367
müdafiə reaksiyasının məcmusu
ümunu adaptasiya,
yaxud
stress sindromu
adlanır. Stress özünün xarakterinə görə-spesifik, mənşəyinə görə ısə-qeyri
spesifik sindrom hesab edilir. Stressin qeyri-spesifik reaksiya hesab
edilməsinin əsas səbəbi onun müxtəlif qıcıq amillərinin (mexaniki, fiziki,
kimyəvi, bioloji, sosial, psixoloji) təsirindən yaranmasıdır. Onun spesifik
sindrom hesab edilməsinin əsas səbəbi isə müxtəlif yabançı maddələrin
(toxuma ekstraktı, formalin), təmizlənmiş hormonların (adrenalin, insulin),
fiziki amillərin (soyuq, isti, səs, işıq, radiaktiv şüalanma), zədələnmələrin
(travm alann), ağrı qıcıqlarının, güclü əzələ gərilməsinin (kontrakturanın)
nəticəsində yaranmasından asılı olmayaraq orqanqizmdə oxşar əlamətlərin
müşahidə olunmasıdır. Bu zam an əsasən böyrəküstü vəzinin qabıq maddəsi
böyüyərək onda lipoidlərin və xolesterinin miqdarı azalır, timolimfatik
aparat (timus vəzi və limfa düyünləri) kiçilir (atrofiya olunur), mədə-
bağırsaq sistemində yaralar və xoralar əmələ gəlir və s. Ə traf mühitin ekoloji
stresslərinin təsirindən insan və heyvan orqanizmində fizioloji prosesləri
pozan müxtəlif reaksiyalar, qastro-enteritlər, ürək-damar xəstəlikləri,
hipertermiya, raxit, oynaq və dəri xəstəlikləri baş verir. Stress amillərinin
təsirindən müxtəlif periferik sinir reseptorlannın qıcıqlanmasından yaranan
oyanma mərkəzə qaçan sinir lifləri (neyronlar) ilə baş beyinin böyük
yarımkürələrinə, oradan isə hipofizin ön payının hormonal fəaliyyətinin
tənzim olunmasına nəzarət edən hipotalamusa ötürülür. Hipotalamusda
hazırlanan mürəkkəb kimyəvi maddələrin-kortikotropin-relizinq hormo
nunun təsirindən hipofızdə adrenokortikotrop hormonu (AKTH) sintez
edilir. Bu hormonun qanda maksimal miqdarı stressorlann təsirindən 2-2,5
saat sonra müşahidə olunur. Həmin hormonun təsiri nəticəsində oyanma
simpatik sinirlərlə böyrəküstü vəzin beyin maddəsinə ötürülür və nəticədə
«hayacan hormonu» sayılan adrenalin
sintez edilir. Adrenalinin sintezi adətən
stressorlann təsirindən 7-10 dəqiqə sonra başlayır və hipofızdə AKTH
sintezinə zəmin yaradır. Adrenalin, onun sələfi noradrenalin və noradre-
nalinin sələfi dofamin katexolaminlər sayılır. Katexolaminlər bioloji fəal
maddələr olub, orqanizmin sakit vəziyyətindən təcili oyanma vəziyyətinə
keçməsini təmin etməklə, onun uzun müddət həmin vəziyyətdə qalmasına
zəmin yaradır. Stress zamanı cinsiyyət vəziləri bürüşür, öz fəallığını itirir.
Stress reaksiyalarına bütün heyvanlar həssaslıq göstərir. Lakin donuzlar
stressorlann təsirinə daha çox həssasdır. Donuzlarda stressin üç əsas sindro
mu -
stress sindromu (
PSS
), yaman keyfiyyətli hipertermiya (yüksək
temperatur) sindromu (M H S)
və yumşaq, solğun rəngli,
eksudativ (sulu) ət
sindromu (PSE)
aşkarlanıb. Yaman keyfiyyətli hipertermiya yüksək penet-
rantlı resessiv əlamətlərin növbələşməsi nəticəsində yaranır. MHS-sindro-
muna həssas olan donuzlar H a ln H al", qeyri - həssaslar isə - H a lN H a lN
yaxud I I a l N H al" genotipinə malikdir. Bəzi ölkələrdə PSS-sindromunun
dərəcəsini azaltmaq məqsədilə
halotan testindən
geniş istifadə olunur. Stress
reaksiyalan xüsusilə havanın tem peraturunun həddindən çox yüksəlməsinin,
güclü səs - küyun, radioaktiv şüalanmanın, uzun müddətli nəqliyyat vasi
tələri ilə (avtomobil və vaqonlarla) bir ərazidən başqa əraziyə daşınmanın,
368
mülayim iqlim şəraitndən sərt iqlimə keçmənin, aclığın, susuzluğun bütün
heyvanların orqanizminə neqativ təsirləri əksər hallarda ağır fəsadlarla nəti
cələnir. Donuzlar, quşlar və atlar yüksək və çox aşağı temperaturun təsirinə
olduqca həssasdır. Y uxanda qeyd olunan qıcıq amilləri kənd təsərrüfatı hey
vanlarının və quşların məhsuldarlığına güclü neqativ təsir göstərir. Bu
zaman qaram alların ət, süd, balavermə, qoyunların ət, süd, yun, balavermə,
quşların ət vo yumurta, donuzların ət və balavermə məhsuldarlığı çox azalır,
bəzən isə tamamilə zəifləyir. Müəyyən edilmişdir ki, dəmir yolu xətlərinin,
magistral avtomobil yollarının və təyyarə limanlarının yaxınlığında yerləşən
iri və xırda buynuzlu heyvan, quşçuluq (broyler) və donuzçuluq fermaların
da güclü səs-küy slressoru həmin heyvanların məhsuldarlığını çox azaldır vo
anom al nəsil törəmələrinin artmasına zəmin yaradır. Hazırda alimlər bütün
növ stressorların təsirinə genetik cəhətdən daha çox davamlılıq göstərən
heyvan və quş cinslərinin seleksiyasına xüsusi önəm verir. Lakin hələlik bu
sahədə aparılan tədqiqatlar davam etdirilir və yaxın gələcəkdə mütləq öz
pozitiv həllini tapacaqdır.
Heyvanlarda slress reaksiyaları və onları törədən ekoloji amillərin neqativ
təsirləri E.M. Hüseynov və R.İ.Rzayev tərəfindən ədəbiyyatda daha geniş və
müfəssəl təsvir olunduğu üçün həmin məlumatların olduğu kind şərh olun
masını məqsədəuyğun hesab edirik. («Ekoloji stresslərin heyvandarlıqda rolu»,
«Azərbaycan aqrar elmi» jurnalı, Jfs-1, 1991).
Xarici mühit amilləri,
heyvanların saxlanma şəraiti və heyvandarlıq binalarının mikroiqlim
göstəriciləri kənd təsərrüfatı heyvanlarının orqanizminə böyük təsir göstərir.
Belə ki, qeyd edilən amillərin dəyişilməsi orqanizmdə müəyyən reaksiyaların
əmələ gəlməsinə səbəb olur. Təbiətindən asılı olmayaraq həmin amillər
fizioloji və zərərli qruplara bölünür. M əlumdur ki, orqanizm daim xarici
mühitin fizioloji amillərinin (temperatur, işıq, Günəşin müxtəlif şüalan vo s.)
təsirinə məruz qalır. Heyvan isə həmin təsirlərə uyğunlaşır, onun
orqanizminə adekvat qıcıq amili kimi təsir göstərir və heç bir zərər vermir.
Lakin zərərli amillər heyvan orqanizminə qeyri-adekvat qıcıq amili kimi
mənfi təsir göstərir, orqan və sistemlərin normal fizioloji fəaliyyətini pozur.
Bu cür zərərli amillər ekstremal (fövqolado)
qıcıq amilləri adlanır.
Orqanizmin adaptasiya qabiliyyətinin zəifləməsi, onun fizioloji imkanları ilə
xarici mühit amilləri arasındakı qeyri-mütənasiblik stress vəziyyəti
yaratm aqla heyvanın məhsuldarlığına, boy vo inkişafına mənfi təsir edir.
Stress qüvvətli qıcıqların, yaxud müxtəlif xarici və daxılı mühit amillərinin
təsirindən orqanizmdə yaranan Fizioloji proseslərin məcmuundan ibarət
olub, uyğunlaşma, müqavimətin yüksəlməsi, bəzən isə xəstələnmə və ölümlə
nəticələnir. Stress üç əsas mərhələdən-Лзуйеал
reaksiyası
(müdafiə qüvvə
lərinin səfərbərliyə alınması),
rezistentliyin
(müqavimətin) yaranması (gərgin
vəziyyətə uyğunlaşm a- adaptasiya) və
arıqlamadan
ibarətdir. Heyvan orqa
nizmində isə stress vəziyyəti əsasən 2 mərhələdə (həyəcanlanma və rezistent-
lik) baş verir. Həyəcanlanma (təşviş) mərhələsində orqanizmin bütün im kan
ları səfərbər olunaraq sanki mübarizəyə hazır vəziyyətə gətirilir. Həmin mər
hələ qısa müddətli olub, tüpürcək ifrazının artması, gözdən yaşın axması,
369
temperaturun, əzələ tonusunun, qan təzyiqinin azalması, iltihabı - nekrotik
proseslərin əmələ gəlməsi, immunitet yaradan orqanların (timus, limfa dü
yünləri, dalaq və s.) kiçilməsi və s. ilə səciyyələnir. Bu zaman böyrəküstü və
zin horm onu adrenalinin ifrazı güclənir və orqanizmin enerji ehtiyatı səfər
bərliyə almır, qanda limfopeniya, eozinopeniya, leykositoz müşahidə edilir,
orqanizmin toxumalarında üzvi maddələrin parçalanması sürətlənir, heyvan
anqlayır, ət və süd, quşlarda isə yumurta məhsuldarlığı azalır, azot balansı
aşağı düşür. Bu mərhələdə qan qatılaşır, mədə-bağırsaq sisteminin selikli
qişasında sonralar yaraya çevrilən qan sızmaları əmələ gəlir. Stressin birinci
mərhələsi 6-48 saat davam etməklə, stressorlar çox güclü təsir etdikdə bır
neçə saat və ya gün ərzində ölümlə nəticələnir. Davamlılıq (adaptasiya) bi
rinci mərhələnin davamıdır. Stressorun təsirindən maddələr mübadiləsi n o r
mal hala düşür, məhsuldarlıq və diri kütlə bərpa olunur və s. Bu mərhələ bir
neçə saatdan bir neçə günə, yaxud həftəyə qədər davam edir. Əgər stres
sorun təsiri kəsilərsə və orqanizmdə fizioloji proseslər normal hala düşərsə
onda stressin qarşısı almır, onun inkişafı dayanır.
Müəyyən edilib ki, stressorlarm təsiri çox güclü və uzunmüddətli olduq
da heyvan xəstələnir. Bu cür xəstəliklər adaptasiya xəstəlikləri adlanır və
əsasən heyvandarlığın sənaye texnologiyasına keçirildiyi təsərrüfatlarda da
ha çox müşahidə olunur. Həmin təsərrüfatlarda hətta zəif və qısa müddətli
qıcıqların təsiri nəticəsində orqanizmdə maddələr mübadiləsi, normal fizi
oloji proseslər pozulduğundan onların bərpasına əlavə yem və enerji sərf
olunur. Həm məhsul vahidinə düşən yem vahidi artır, həm də istehsalın ren
tabelliyi azalır. Orqanizmin ətraf mühitə uyğunlaşmasına daha çox enerji
sərf olunduğundan ət, süd və digər məhsulların istehsalı üçün enerji ehtiyatı
tükənir. H. Selye və başqa tədqiqatçılar müəyyən etmişlər ki, stress zamanı
müdafiə reaksiyalarının yaranm a mexanizmində əsas rolu endokrin vəziləri,
xüsusilə hipotalamo-hipofizar-adrenalin sistemi oynayır. Hər hansı stress
reaksiyası zamanı yaranan hormonal reaksiyaların hamısı sinir sistemi
tərəfindən tənzim olunur və onun iştirakı ilə istənilən stress amilinə qarşı
müvafiq cavab reaksiyası hazırlanır. Stressin mənfi nəticələrinin qarşısını
almaq üçün stress reaksiyalarının başlanmasını müəyyən etmək vacibdir. Bu
zaman zərərli amillər müəyyən edilir və heyvanlarda məhsuldarlığın azalma
sının qarşısı almır. Stress ekstremal qıcıqlara qarşı orqanizmin ümumi vacib
reaksiyalarının məcmuundan ibarət olduğu üçün yaranan kliniki əlamətlər
qeyri-spesifik olur. Həmin əlamətlərə iştahanın zəilləməsı, itməsi, qorxu, na
rahatlıq, əzələ titrəmələri, tənəffüsün və ürək vurğularının sürətlənməsi,
oyanmanın və temperaturun artması, selikli qişaların sianozlaşması (göyər-
məsi), məhsuldarlığın azalması, boyun inkişafının ləngiməsi, əlavə yemlərə
tələbatın artması, xəstələnmə, ölüm və s. aiddir. Son zamanlar heyvanların
stress vəziyyətinin qarşısını almaq məqsədilə onun əvvəlcədən müəyyən
edilməsi üçün müvafiq diaqnostika üsullarından istifadə olunur. Bu müaymə
üsulları ilə, hər şeydən əvvəl, endokrin sistemi, xüsusilə böyrəküstü və hipofiz
vəzin funksional fəaliyyəti müəyyənləşdirilir. Kortikosteroidlərın miqdarını
təyin etmək üçün hazırda A. N. Popov. V. Q. Şalyanin və B. N. Marbayev
370
(1971) tərəfindən hazırlanan
fluoressensiya analizi
üsulu daha çox işlədilir.
Bu üsuldan istifadə etdikdə biokimyəvi üsula nisbətən 10-20 dəfə artıq dəqiq
nəticə alınır, az miqdarda (0,1-0,2 ml) qan müayinə olunur, əlavə reaktivlər
və avadanlıqlar tələb olunmur. Xüsusilə, körpə heyvanların periferik dam ar
larından tez-tez alınan qan müayinəsinə əsasən bu üsulla stress vəziyyəti
haqqında ətraflı məlumat toplanılır. Stress zamanı heyvan orqanizmində
reaksiyaları müəyyən edərkən əsasən qanda
şəkərin, askorbin turşusunun,
xolesterinin, süd turşusunun miqdarının, kreatin indeksinin və purin əsaslorın-
da azotun
təyininin mühüm diaqnostiki əhəmiyyəti vardır. Məsələn, tempe
ratur stressi, 40 saatlıq aclıq dietası və 15 saatlıq susuzluq zamanı böyrək-
üstü vəzin toxumasında askorbin turşusunun m iqdan müvafiq surətdə 215,3;
167; 201 mq% olur. Diaqnostiki məqsədlə həmçinin qanda
kreatin-
fosfokinaza
və
laktudehidrogenazamn
miqdarının təyin edilməsinin də böyük
əhəmiyyəti vardır. Stress vəziyyətinin mərhələlərini müəyyən etmək üçün qan
yaxm alarında leykositar formulu və 1 mm3 qanda eozmofillərin, limfosit-
lərin və neytrofillərin m iqdan müəyyənləşdirilməlidir. Bu məqsədlə
orqanizmin
tabii rezistentlik amillarinin
(leykositlərin faqositar fəallığı, qan
serumunun bakteriosid, komplementar və lizosim fəallığı, qammaqlobulin-
lərin, betalizinlərin, peroksidazaların), həmçinin, qanda ümumi zülalın,
albuminlərın, lipidlərin, qələvi və turş fosfotazalarm, natrium, kalium, xlor,
limon turşusunun miqdarı da nəzərə alınmalıdır. Qeyd edilən göstəricilərdən
başqa, stress vəziyyətin yaranması müəyyən olunarkən heyvanların
məhsuldarlığının (ət, süd, yun, balavermə, yumurta) və onların keyfiyyətinin
azalmasına, yem məsarifinə, bala verməsinə, cinsiyyət fəallığına, xəstəliklərə
davamlığma və s. diqqət yetirilməlidir. Stressin heyvandarlıqda müşahidə
olunan əsas növlərinə
yem, iqlim, istehsalat, qrup stressləri, baytarlıq
profilaktika va zootexnika lədbirlari ila alaqadur olan
stresslər aiddir.
Heyvan orqanizminə iqlim amilləri, xüsusilə binalardakı mikroiqlim böyük
təsir göstərir.
Heyvanların məhsuldarlığı 70-80% onların yemlənmə və
saxlanma şəraitindən, 20-30% isə genetik amillərdən asılıdır.
Örtülü heyvan
darlıq binalarındakı
hava
mühiti maddələr, istilik və qazlar mübadiləsinə,
qanın fiziki-kimyəvi xassələrinə, bədən tem peraturuna və s. təsir edir.
Orqanizmin qəbul etdiyi qida maddələrinin müəyyən hissəsi həmin amillərə
uyğunlaşmaya sərf olunduğundan onun məhsuldarlığı azalır. Lakin bu
amillərin təsiri orqanizmin adaptasiya imkanının hüdudunu keçdikdə stress
vəziyyətinə səbəb olur. Binada normal mikroiqlimin olmaması stress
vəziyyətinin yaranması, orqanizmin davamlılığının və məhsuldarlığının
azalması və xəstəliklərin inkişafı üçün zəmin yaradır, Binanın mikroiqlimini
təşkil edən fiziki-kimyəvi və bioloji amillər (temperatur, nəmlik, hava
cərəyanı və elektrik yükləri ilə yüklənmə dərəcəsi, işıq şüalan, radioaktiv
şüalanma, havanın kimyəvi tərkibi, onun tozla, göbələklərlə, helmint
yum urtaları ilə. mıkroblarla, həmçinin zərərli qazlarla çirklənmə dərəcəsi)
orqanizmin normal həyal fəaliyyətinə təsir edir. Lakin həmin amillərdən
temperaturun orqanizmə təsiri daha böyük əhəmiyyətə malikdir. N orm al
bədən temperaturunun saxlanmasına hər bir orqanizmin minimal enerji sərf
371
etməsi üçün müəyyən tem peratur zonası tələb olunur. Həmin zona
termiki
indifferent, komfort,
yaxud
neytral temperatur zonası
adlanır. Bu göstərici
inəklər üçünl8°C, buzovlar üçün 12°C, qoyunlar üçün 23°C, donuzlar üçün
isə 15°C müəyyənləşdirilmişdir. H avanın temperaturu aşağı olduqda
yaranan stress
soyuq,
yüksək olduqda yaranan isə -
isti stressi
adlanır. Çox
aşağı tem peraturun uzunmüddətli təsirindən istilik tənzimi pozulur, bədən
temperaturu 3°C-ə qədər azalır və soyuqlama nəticəsində ümumi ölgünlük,
yuxulu (komatoz) vəziyyət, maddələr və enerji mübadiləsinin zəifləməsi, qan
təzyiqinin azalması, iflic əlamətləri yaranır və ölüm baş verir. Aşağı tem
peraturun təsirinə heyvanlar, xüsusilə çoşqalar, cücələr və dovşan balaları
daha həssas olur. Yeni doğulan heyvanların bədən temperaturu ananın ağız
südünün hesabına müəyyən səviyyədə saxlanılır. Bədən temperaturunun
müstəqil tənzimi buzov və çoşqalarda doğumdan 6-10 gün sonra başlayır və
müvafiq olaraq 20-30 gündən sonra tamamilə fəallaşır. Soyuq stressi zamanı
orqanizmdə immunoqlobulinlərin sintezi zəifləyir, leykositlərin miqdarı,
faqositar fəallığı və orqanizmin rezistentliyi azalır, xəstəliyə şərait yaranır.
İsti stressi zamanı ürəyin fəaliyyəti güclənir, tənəffüs tezləşir, qaz müba
diləsi, istilik istehsalı, iştaha və mədə-bağırsağın fəaliyyəti zəifləyir, qanın
morfoloji və biokimyəvi göstəriciləri dəyişir, nəticədə orqanizmin da
vamlılığı azalır. Binada tem peratur 30°C - dən artıq olduqda sağılan
inəklərin orqanizmində istilik əmələ gəlməsi 27-28% azalır, tənəffüs
hərəkətlərinin sayı bir dəqiqədə 150-180 dəfə olur. Heyvan uzun müddət çox
isti və nəmli şəraitdə saxlanıldıqda məhsuldarlıq azalır,
istivurma və ölüm
baş verir. Havanın temperaturu 27°C olan binada inəyin süd məhsuldarlığı
10%, 32°C-də isə kəskin surətdə azalır. Donuzlar isti stressinə daha həssas
olur, 32°C temperaturda onların çəki artımı dayanır, 37°C-də isə diri kütlə
azalır. İsti stressinin təsirindən çoşqalann 73-86%-i tənəffüs və həzm
sisteminin xəstəliklərinə tutulur. Yüksək temperatur heyvanlarda peyvənd
dən sonra (postvaksinal) immunitetin yaranmasına da mənfi təsir göstərir,
bəzi hallarda isə immunitet ya yaranm ır, ya da çox zəif olur. Bunun əsas
səbəbi leykositlərin faqositar fəallığının və plazmositar hüceyrələrin seçmə
qabiliyyətinin zəifləməsidir. İqlim amillərindən havanın nəmliyi, cərəyanı,
qaz tərkibi, tozla və mikroorqanizmlərlə çirklənmə dərəcəsi, elektnkləşməsi,
Günəş radiasiyası və s. orqanizmə stress amili kimi təsir göstərir. Bu amillər
orqanizmə əsasən kompleks (birlikdə) təsir edir. Məsələn, aşağı temperatur
yüksək nəmlik şəraitində orqanizmdə stress vəziyyəti yaradır, istilik ixracı,
tənəffüs artır, çətinləşir, iştah itir, həzm pozulur, məhsuldarlıq azalır, heyvan
arıqlayır və xəstələnir. İnəklərin saxlandığı binada havanın nəmliyi 10%
(85%-dən 90%-ə qədər) artdıqda süd məhsuldarlığı 9-12%, kökəldilən
heyvanlarda sutkalıq kütlə artım ı 12-28% azalır, yem sərfi isə 20-35% artır,
körpə heyvanlann tələfatı 2-3 dəfə çox olur. Yüksək nəmlik və temperaturun
birgə təsiri zamanı stress vəziyyəti yaranm aqla orqanizmdə istiliyin ixracı,
məhsuldarlıq və xəstəliklərə davamlılıq azalır, maddələr mübadiləsi tormoz-
lanır, heyvan zəifləyir, körpələrdə mədə-bağırsaq xəstəlikləri müşahidə
olunur. Toz əsasən mənfi stressor olub, onun təsirindən dəri,.yun və tük
372
örtüyü çirklənir, gözün, burunun və tənəffüs yolunun selikli qişaları
qıcıqlanır və buraya patogen (xəstəlik törədən) m ikroblar daxil olur. Həzm
sisteminə daxil olan toz mədə-bağırsağın selikli qişasına da mənfi təsir göstərir.
Tənəffüs havasında tozun miqdan 0,66 mq/m3 olduqda ağ ciyərin
ventilyasiyasınm həcmi 7,2%, oksigen mənimsənilməsi isə 3,4% azalır. Binadakı
havanın lm 3-də 250 min və artıq mikrob olduqda heyvanda mikrob stressi
yaranır. H eyvanlarda stressin yaranmasında bmada ammonyak, hidrogen-
sulfid, dəm qazı, karbon kimi zərərli qazların toplanması xüsusi rol oynayır.
Buna görə
heyvandarlıq binalarında karbon qazı 0,25 mq/m3 -dan, ammonyak
20 mq/m3-dən, hidrogen sulfid isa 15mq/m3 -dən artıq olmamalıdır.
Günəş şüalarının təsirindən sinir sistemi və endokrin vəziləri oyanır,
fermentlərin fəallığı yüksəlir, tənəffüs və həzm sisteminin baktenosid fəallığı
artır. Təbii Günəş şüasınm çatmaması da heyvanlarda stress törədir, onlarda
ümumi ölgünlük, cinsiyyət fəaliyyətinin zəifləməsi, orqanizmin ümumi
rezistentliyinin, iştahanın azalması müşahidə olunur. İnəklər 16 saat Günəş
şüası işığında saxlandıqda, 9 saat saxlanmaya nisbətən, 11% artıq süd
verirlər. Bunun səbəbi hipofizin hormonal fəaliyyətinin, xüsusilə
prolaktin
hormonunun
sintezinin artmasıdır. Binanın optimal işıqlanması, inəyin ilk
m ayalanm asından embrionun əmələ gəlməsini 15% artırır, servis dövrü 10
gün azalır. Lakin sutkalıq intensiv işıqlanma inəklərin balavermə qabiliy
yətini azaldır, servis dövrünü 20 gün artırır. İribuynuzlu heyvanlar uzun
müddət (10 aydan artıq) süni işıqla işıqlandırılan binada saxlandıqda
onlarda stress yaranır. Ona görə də kökəldilən heyvanların saxlanıldığı
binada yalnız yemləmə zamanı süni işıqdan istifadə olunmalıdır. Sənaye
texnologiyası əsasında fəaliyyət göstərən heyvandarlıq binalarında ləbii
ultrabənövşəyi şüaların çatışmaması heyvan orqanizmində stress vəziyyəti
törədir. Həmin şüaların təsirindən orqanizmdə azot, fosfor, kalsium, lıpid,
şəkər mübadiləsi, oksidləşmə reduksiya prosesi və ümumi davamlılıq artır.
Bu şüalar çatışmadıqda vitamin və mineral mübadiləsi pozulur, orqanizmin
immunobioloji rcaktivliyi zəifləyir. Buna görə heyvandarlıq binalarında
’ iqlim stresslərinin profilaktikasına xüsusi diqqət verilməlidir. Binalarda
havanın temperaturu sabit saxlanmaqla, onun tozla və mikroblarla
çirklənməsinin qarşısını almaq üçün fermaların ətrafında yaşıl meşə zolağı
salınmalı, çoxillik bitkilər (yonca və s.) əkilməli, havanın qaz tərkibini
yaxşılaşdırmaq məqsədilə ventilyasiya qurğularından düzgün istifadə
olunmalı, yem qalıqları, peyin və peyin şirəsi vaxtında təmizlənməlidir. Toz
halında olan yemlər nəm halında verilməklə, binanın havası ultrabənövşəyi
şüalarla işıqlandırılmalı və süni aeroionizasiyadan istifadə edilməlidir.
Binada nəmliyin qarşısını almaq üçün su buxarlarının binaya daxil
olmasının və toplanmasının qarşısı alınmalıdır. Təsərrüfatlarda iqlim
stresslərinə daha davamlı olan heyvan cinslərinin seleksiyasına da ciddi fikir
verilməlidir
(E.M.Hiiseynov, R.İ.Rzayev, 1991).
373
|