12.2. Genetik anomaliyaların profilaktikası və heyvanların
xəstəliklərə genetik davamlılığının artırılma üsulları
Heyvan və quşların irsi anom aliyalan və xəstəliklərinin profilaktikası,
hər şeydən əvvəl, onları törədən səbəblərin-etioloji amillərin aradan qaldırıl
masına yönəldilməlidir. Genetik anomaliyaların ən başlıca səbəbi
əsas
genlərin
-
oliqogenlərin
mutasiyaya uğramasıdır. Buna görə də genetik ano-
maliyalarm profilaktikası üçün heyvanların populyasiyalarmda zərərli genlə
rin yaranmasının qarşısı alınmalıdır. Bu baxımdan süni mutasiyalann q ar
şısının alınmasında xarici mühit amillərinin təsirinin daimi nəzarət altında
saxlanmasının, heyvanların və onların qametlərinin mutagenlərlə əlaqəsinin
kəsilməsinin çox ümdə əhəmiyyəti vardır. Bu tədbirlərin səmərəliliyi isə
bilavasitə pestisidlərin, herbisidlərin, zəhərli-kimyəvi gübrələrin, birləşmələ
rin. dərman və bioloji preparatların istifadə olunmasına nəzarət edən kənd
təsərrüfatı mütəxəssislərinin səyindən asılıdır. Ə traf mühitin sənaye, kənd
təsərrüfatı və heyvandarlıq müəssisələrinin məişət tullantıları ilə çirklənməsi
heyvanların genetik anomaliyalarının yaranmasında böyük rol oynadığı
üçün fabrik, zavod, emal müəssisələrinin rəhbərləri, bütövlükdə isə dövlət
orqanları bu vacib məsələnin qarşısının alınmasına ciddi nəzarət etməli və
ona yol verməməlidir. Süni mutagenezlə bərabər, spontan təbii mutagenezin
yaranması da genetik anomaliyaların baş verməsi üçün çox ciddi zəmin
yaradır. Heyvanların uzun illər mövcud olduğu müddət ərzində onların
orqanizmi gizli heteroziqot vəziyyətində olan mutasiyaya məruz qalaraq bu
proses nəsildən nəslə ötürülür, nəticədə anomaliyalar yaranır və xəstəliklərə
davamlılıq olduqca zəifləyir. Bu prosesin qarşısının alınması üçün, məhz
heyvan və quş populyasiyalannın genetik quruluşu daimi nəzarətdə
saxlanmalı və mütəmadi olaraq monitorinqlər həyata keçirilməlidir. Heyvan
və quşların saxlandığı ərazilərdə ətraf mühit amillərinin (havanın, torpağın,
su mənbələrinin) radioaktiv çirklənməyə məruz qalması da genetik anom a-
liyaların arealının genişlənməsinə və populyasiyalara ötürülməsinə çox
böyük zəmin yaratdığı üçün onun qarşısının alınması da ən başlıca
profilaktiki tədbir hesab olunur. Anadangəlmə anomaliyalar və xəstəliklərin
genetik analiz üsullarının hesabatı və qeydiyyatı - heyvandarlıqda xüsusi
əhəmiyyət kəsb edir. Baytarlıq təbabəti həkimi təsərrüfaldakı iri buynuzlu
heyvanların törəmələrində müşahidə olunan bütün anomaliyalan, çatışma-
mazlıqları, heyvanın mənşəyini, cinsini, cinsiyyətini, doğulma tarixini,
embrional inkişafının xüsusiyyətlərini araşdırmalı, müayinə etməli və xüsusi
qeydiyyat jurnalında onlan qeydiyyata almalıdır. Bu zaman yeni doğulan
heyvanların valideynləri və onlann mənşəyi haqqında, onlarda anoma-
liyaların olub-olmaması barədə ətraflı məlumatlar toplanaraq onlann
sağlam olması və s. geniş surətdə araşdırılmalıdır. Sürüdəki anomal fərdlər
və onlann valideynləri patogen viruslar və mikroorqanızmlərlə yoluxmaya
görə müayinə və analiz olunmalıdır. Həmin heyvanların, həmçinin ətraf
mühitin və süni mutagen amillərin təsirinə məruz qalıb-qalmaması da
baytarlıq təbabəti mütəxəssisləri tərəfindən müfəssəl yoxlanmalıdır. Çünki
392
bu amillər heyvanların genetik anomaliyalarınm potensial təhlükəli səbəbi
ola bilər. Anomal törəmələrin hesabatı və onların valideynlərinin qeydə
alınması anomaliyaların etioloji amillərinin aşkar olunmasında və genetik
analizlərin aparılmasında çox böyük əhəmiyyət kəsb edir. Bu zaman genetik
analizlər aşağıdakı ardıcıllıqla aparılmalıdır:
- Cins qeydiyyatına görə anomal heyvanların mənşəyinin təyini;
- Zülalların və fermentilərin polimorf sistemləri və qan qruplarına görə
heyvanların mənşəyinin etibarlılığının təyini;
- Anomal fərdlərin valideynlərinin çarpazlaşma tipinin (inbridinq, aut-
bridinq) müəyyən edilməsi üçün qohumluq əlaqəsinin və anomal fərdlər ara
sında qohumluğun mövcud olmasının təyin edilməsi;
- Anomaliyaların tipinin (monogen, poligen, autosom, cinsiyyətlə iliş-
kənlik, dominant, resessiv) müəyyənləşdirilməsi;
- Anomaliyaların xromosom və gen mutasiyalarınm müşahidə edilməsi
üçün anom al fərdlərin və onların valideynlərinin kariotipinin öyrənilməsi;
- M utasiya markerlərinin aşkarlanması üçün genotiplərin qan qrupu
allellərinə, zülal və fermentlərin monomorf sistemlərinə görə genotiplərin
analizi;
- M utant genin fenotipık olaraq baş verməsini aşkarlamaq üçün anomal
və norm al heyvanlarda fermentlərin səviyyəsini və quruluşunu öyrənmək.
Anomaliyaların etiologiyasında irsiyyətin rolunu öyrənməyin praktiki
cəhətdən ən əlverişli, sadə və kifayət qədər dəqiq üsulu heyvanların qohum
luq əlaqəsinin'və genealogıyasının təyin olunmasıdır. Bu zaman birtərəfli
(dominant) və ikitərəfli (resessiv) ümumi qohumluq əlaqəsinin olması ano-
maliyaların irsi xarpakterli olmasım təsdiq edir. Populyasion genetikanın və ■
biometriyanın qanunauyğunluqları əsasında gcncaloji analizləri daha da
dəqiqləşdirmək məqsədilə anomaliyanın təsadüfən, yaxud nadir hallarda baş
verməsi genetik-statistiki hesablamalarla dəqiqləşdirilməlidir. Heyvanların
iri miqyaslı seleksiyası zamanı intensiv olaraq istifadə olunan və süm
mayalanm ada sperması geniş miqyasda tətbiq edilən törədicilərin genotipi
həm məhsuldarlıq əlamətlərinə, həm də zərərli resessiv genlərin heleroziqot
daşıyıcısı olmasına görə yoxlanmalıdır. Bu zaman aşağıdakı üsullara istinad
edilməlidir:
- Yoxlanılan törədicinin anomal dişi fərdlorlo cütləşməsi (analizcdici
çarpazlaşma);
- Yoxlanılan törədicinin əvvəlcədən mutant genin heteroziqot daşıyıcı
sının olması sübut edilən dişi fərdlərlə cütləşməsi;
- Yoxlanılan törədicinin özünün dişi törəmələri ilə cütləşməsinin təsdiqi
(insest-test);
■
Yoxlanılan törədicinin naməlum genotipli dişi fərdlərlə cütləşməsi.
Hom oziqot mutant genin daşıyıcıları, bir qayda olaraq, yaşama qabiliy
yətinə malik olmayan anomal fərdlər olur. Heyvanlarda, xüsusilə qaram al
larda metabolizm nəticəsində yaranan mannozidoz, parakeratoz, porfiriya
kimi irsi çatışmazlıqların heteroziqot daşıyıcılarını aşkar etmək məqsədilə
onların eritrositlərində müvafiq olaraq
mannozidoza fermentinin, sinkin
və
393
proporfinin
fəallıq dərəcəsinin təyininə istinad olunur. Bu zaman heteroziqot
heyvanlar (Aa) həmin göstəricilərə görə normal (AA) və anomallar (aa)
arasında aralıq vəziyyəti tutur. Heyvan və quşların genetik anomaliyalannın
profilaktikasında ən başlıca üsul
sitogenetik üsul
sayılır. Həmin üsulla
heyvanların yaşama və balavermə qabiliyyətini, məhsuldarlıq və cins damaz
lıq qiymətini azaldan kariotipin həm miqdar, həm də quruluş mutasiyalarını
aşkar etmək mümkün olur. X romosom və gen mutasiyalarmın zərərli nəticə
lərinin səmərəli profilaktikasının ən başlıca üsulu süni mayalanma stansiya
larında kariotipində çatışmazlıq olmayan törədicilərin seçilməsindən ibarət
dir. Bu sahədə ilk dəfə olaraq ən geniş diapozonlu tədqiqat işləri Sankt-
Peterburq Baytarlıq Təbabəti İnstitutunda aparılmışdır. Bütün qeyd edilən
ləri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, heyvandarlığın intensiv inki
şafı və iri miqyaslı seleksiya işlərinin aparılması üçün hər bir törədicinin yaşı,
daxili potensial imkanı nəzərə alınmalı, genetik monitorinq (populyasi-
yalarda və cinslərdə zərərli genlərin aşkarlanma dərəcəsi) təşkil edilməli və
anomaliyalı fərdlərin hamısı sürüdən çıxdaş olunmalıdır.
M onitorinq nəzarətinin təşkilinin əsas parametri isə anomaliyalann də
qiq və ardıcıl uçotu, təsnifatı, onların etiologiyasmda irsiyyətin rolu, sitoge
netik və biokimyəvi markerlərdən istifadə olunması və s. ibarətdir. Xrom o
som mutasiyalarını daşıyan
anomal heyvanlar üçün xüsusi vəsiqələrin
hazır-
danması baytarlıq xidməti və heyvandarlıq mütəxəssislərinin, seleksiya mər
kəzlərinin, cins heyvandarlıq birliklərinin fəaliyyətində ön planda duran ən
vacib məsələ olmalıdır. Bu cür nəzarətin gücləndirilməsi həm seleksiya və
seçmə işlərinin səmərəliyini artırır, həm də anom al fərdlərin doğulmasmm,
heyvanların məhsuldarlığının bütün sahələr (balavermə, törədicilik qabiliy
yəti, ət, süd və s.) üzrə artırılmasını, xəstəliklərə qarşı rezistent fərdlərin yara
dılmasını təmin edir. Populyasiya və cinslərdə anomaliya hallarının azaldıl
masında seleksiya işlərinin düzgün təşkili daha səmərəli nəticələr verir. Mə
sələn, İsveç fermerləri anom aliyalara görə inəkləri və törədici buğaları
mütəmadi olaraq çox ciddi surətdə yoxlamaq və monitorinq təşkil etməklə
səmərəli nəticələrə nail olmuşdur. Monqol alimi Dumaajav Baator (1982)
boz qaragül cinsli qoyunları boz aborigen cinsi ilə çarpazlaşdırmaqla genetik
anomaliyalara görə tamamilə steril və xəstəliklərə olduqca davamlı olan
törəmələr almışdır. Həmin törəmələr həm də yüksək ət, yun məhsuldarlığına
və balavermə qabiliyyətinə malik olmuşlar. Beləliklə, genetik üsulla M onqo
lustanın qoyunçuluq fermalarında alınan homoziqol boz qaragül qoyun
cinsi xəz-dəri məmulatı məhsuldarlığına görə ən perispcklıvli cins hesab
olunur.
394
12.3. Heyvanların xəstəliklərə irsi davamlılığının artırılması və
cinslərin genofondunun qiymətləndirilməsi
Heyvan və quşların xəstəliklərinə qarşı aparılan baytarlıq tədbirləri ilə
bərabər, xəstəliklərə davamlı cins və xətlərin yaradılmasının genetik əsas
larının işlənib hazırlanması müasir heyvandarlığın intensiv inkişafının ən
prioritet problemidir. Həmin problemin həlli isə baytarlıq təbabəti, genetika,
zootexniya və seleksiya elmilərinin, başqa sözlə, seleksion - baytarlıq geneti
kasının qarşısında duran ən ümdə və ciddi məsələ hesab edilir. Heyvanların
xəstəliklərə qarşı daha davamlı cins və xətlərinin seleksiyasına aşağıdakı
amillər ciddi maneçilik törədir:
- Rezistentliyin mürəkkəb genetik xüsusiyyəti və yaradılma mexanizmi;
- M akro və mikroorqanizmlər arasındakı mürəkkəb genetik təbiətin və
qarşılıqlı əlaqənin mövcudluğu;
- Bitkilərdə olduğu kimi, heyvanlarda da rezıstent və həssas fərdlərin aş
kar edilməsi üçün onların patogen agentlərlə eksperimental yoluxdurulma-
sımn geniş tətbiq olunmasının qeyri-mümkünlüyü;
- Daha etibarlı dolayı (birbaşa olmayan) markerlərin-krıterilərin olma
ması;
Heyvanların davamlılığım kölgədə saxlayan patogen agcntlərın çox
sürətlə dəyişkənliyə məruz qalması və ekoloji amillərin təsirindən onların
mutagenezə uğraması nəticəsində yeni və daha çox davamlı ştammların ya
ranması;
- Uzunmüddətli seleksiya işlərinin aparılması və yeni nəsillər arasındakı
intervalın çox böyük olması;
- Ekoloji amillərin və antropogen təsirlər nəticəsində yaranan süni
mutagenezlərin istifadəsinin qeyri-mümkünlüyü;
- Heyvan və quşların davamlılığı vo məhsuldarlıq əlamətləri arasında
bəzi hallarda mənfi korrelyasiyanın mövcud olması.
Seleksiya işlərinin səmərəli olması üçün, birinci növbədə, xəstəliklərə da
vamlı və həssas fərdlərin aşkar edilməsi tələb olunur. Mastitlərə, lcykoza, qı-
sırlığa davamlı vo həssas heyvanların, yaxud qohumluq əlaqəsi olan qrup
ların seleksiyası süni yoluxdurma aparılmadan da mümkündür. Çünki bu
xəstəliklərin baş verməsi üçün təbii yoluxma hallan istisna edilmir. Vərəm,
brusellyoz, lcptospiroz, infeksion enterotoksemiya, bradzot, yaman şiş, em-
fizematoz karbunkul, pastereilyoz, kolibakterioz. salmoncllyoz, çiçək xəstə
liklərinə görə qeyri-sağlam olan təsərrüfatlarda heyvanların xəstəliklərə da
vamlılığını vo həssaslığını təyin elmək bir o qədər də çətinlik törətmir. Lakin
bu zaman heyvanların genetik davamlılığının vo həssaslığının xarici mühit,
ekoloji böhran və kataklızmlərin təsiri nəticəsində baş verməsi həmişə mütə
xəssislərin diqqət mərkəzində olmalıdır. Parazit, helminl və gənələrin xarici
mühit və ekoloji amillərin təsiri nəticəsində çox böyük dəyişikliyə uğraması
vo yeni m utantlann yaranması heyvan və quşların xəstəliklərə davamlı və
həssas cinslərinin, xətlərinin və ayrı-ayrı fərdlərin aşkar olunmasaını və
seleksiyasının proqramını olduqca çətinləşdirir. Bu hal həm bitkiçilikdə.
395
həm də heyvandarlıqda geniş müşahidə olunur. Belə ki. «Şimal kəşfiyyatçı»
alma sonu ağacları
100
ildən artıq fitopatoloji xəstəliklərə tutulmadığı
halda, son illər Avstraliyada alma ağacları arasında yeni biotoplar müşahidə
olunmağa başladı (Q Rassel. 1982). Bu cür hallar heyvan və quşlar arasında
da geniş intişar tapıb və onlara çox təsadüf edilir.Bu baxımdan C'ovenin
(1964) apardığı eksperiment böyük maraq doğurur. O. ağ siçanları
salmonellaların patogen ştamlarının 1.107 miqdarda mıkrob hüceyrələrini
qarın boşluğuna yeritməklə yoluxdurmuş və onların hamısı 7-8 gündən
sonra tələf olmuşdur. Lakin onların seçmə yolu ilə seleksiyasından alınan
11-ci nəslin l'ərdəlrini həmin mikrobla eyni dozada süni yoluxdurduqda
salmonellalara qarşı davamlılıq kəskin surətdə artmağa başlamış, yoluxdur
madan 20 gün sonra ağ siçanların yalnız 40%-indo letallıq törətmişdir.
Cinslərin genofondunun qiymətləndirilməsi də xəstəliklərə davamlılığın
artırılması zamanı vacib şərt sayılır. Heyvan va quşların xəstəliklərə qarşı
davamlılığının artırılmasının əsas mənbəyi kimi bəzi cinslərin genofonduna
istinad olunur. Təbii seçmə nəticəsində cins rezistlentliyinə nail olunması
dəfələrlə öz təsdiqini tapmışdır. Hindistanın zebu cinsi ingilis qaramal
cinslərinə nisbətən taun, dabaq və qarayara xəstəliklərinə qarşı olduqca
davamlıdır. Ümumiyyətlə, zebu cinsli qaramallar digər iri buynuzlu hey
vanlara nisbətən dabağa. priplazmidozlara. trixostronqilidozlara. qastro-
enteritlərə və respirator xəstəliklərə daha çox davamlı olur. Ndama qaramal
cinsi başqalarına msbətən tripanosomoz. anaplazmoz xəstəlikləri və
Trichosirongilidae ailəsinə mənsub olan nemalodlarla a / hallarda yoluxur
(cadval 36).
Cədvəl 36
M üxtəlif cinsli iri buynuzlu heyvanların tripanosom oz, teylerioz,
anaplazm oz və nem atodozlara qarşı davam lılığı (V.Anson, T.Obi, 1980)
ı
Cinslər
Ndama
Ağ filani
Şvis
Holslin
Ndama X
şvis
Tripanosomoz.
teylerioz.
anaplazmoz
. . . .
Xəstəliklə
Miqdar
, .
-rın faizi
Miqdarı
3-12 aylıq buzovların lq
fekalisində sirongilid
yumurtalarının sayı
30
6.6
I9
16
66
25.6
29
130
23
60,5
I8
181
I8
67.7
15
950
24
37.3
9
-
Camışların və sarı Tayvan adası cinsli qaramalların qrip, vərəm, bru-
sellyoz və anaplazmoz xəstəliklərinə davamlılığı yüksək olur. Camışlar ham
də qaramalların taun xəstəliyinə tutulmur. Lakin heyvan və quşların ayrı-
396
ayn xəstəliklərə qarşı davamlılığı və həssaslığı bəzən fərqli xarakter daşıyır.
Məsələn, ağ Leqqorn cinsli toyuqların ieykoza davamlı bəzi xətləri (8,7%)
monositoza (qanda limfositiərin miqdarının artması) daha həssas, İeykoza
həssas olan xətlər isə, əksinə, monositoza daha davamlı (65%) olur
(cədvəl 37).
Cədvəl
37,
Toyuqların m ü xtəlif xətlərinin İeykoza və m onositoza davamlılığı
(F.H utt, 1982)
Xətlər
Ölüm, %-lə
Leykoz
Monositoz
İeykoza davamlı
6,5
1,0
İeykoza davamlı
8,7
7,4
Leykoza həssas
65,0
0
Xəstəliklərə davamlılığın növbəloşməsi. Populyasiyalarda xəstəliklərə
davam lılığın və həssaslığın cinsdaxili genetik müxtəlifliyinin öyrənil
m əsinin xüsusi əhəmiyyəti vardır. M astitlərə, İeykoza, atrofik rinitə,
M arek xəstəliyinə görə genetik davamlılığın müxtəlifliyi heyvan
sürülərində törədicilərin və ailələrin kütləvi seçmə işlərinin aparılm asına
mühüm zəmin yaradır
(cədvəl 38).
Lakin bu üsul genetik müxtəlifliyin
azlığı ucbatından iri buynuzlu heyvanlarda qısırlığın və quşlarda
ölümün qarşısının
alınm asında qeyri-səmərəli hesab edilir (h2=0,0!-
0,04). X əstəliklərə davam lılıq kəmiyyət əlaməti olduğundan onu ləyin
edərkən yalnız əlam ətlərin növbələşməsini möhkəmlətmək üçün Lətbiq
edilən üsullardan istifadə olunm alıdır. G enetik müxtəlifliyin aşağı
m ənalarında kütləvi seçmə deyil, yalnız törədicilərin və ailənin arasında
seçmə aparılm alıdır. Bu məqsədlə ailələrin xəstəliklərə davamlılığı və
həssaslığı aşkar edilməli, törədicilər isə törəmələrin xəsləliklərə davam
lılığına görə qiym ətləndirilm əlidir. H eyvanların xəstəliklərə d avam
lılığının artırılm asının ən əlverişli və səmərəli üsulu rezistent törədi
cilərdən və ailələrdən geniş istifadə olunm asından ibarətdir.
397
Cədvəl 38
Bəzi xəstəliklərə qarşı davam lılığın növbələşm ə əmsalı
(V .L .P etu xo v və b., 1985)
Xəstəliklər
h-
(növbələşmə əmsalı)
Xəstəliklər
h:
(növbələşmə
əmsalı)
İri buynuzlu heyvanlar
Mastit
0,05-0,40
Ətraf xəstəlikləri
0,13
Brusellyoz
0,19
Yumurtalığın kistası
0,16-0,43
Vərəm
0,08-0,30
Ketoz
0,10-0,25
Leykoz
0,05-0,58
Doğum parezi
0,10
Çənələrə
Timpaniya
0,10
davamlılıq
0.28-0,42
Qısırlıq
0,00-0,10
Donuzlar
Leptospiroz
0,20
Plevrit
0,13
Atrofik riniı
0,13-0,60
Osteoxondrit
0,40
Pnevmoniya
0 .1 4
Ətrafların zəifliyi
0 ,1 0
Iiymerioz
(koksidioz)
Marck xəstəliyi
Nyukasl xəstəliyi
Toyuqlar
0,28
0 , 1 4 -0 , 6
0,07-0,17
6-10 həftəlik cücələrin ölüm ü
Y aşlı to y u q la rın ölüm ü
—
0,2
0,4
Törədicilərin və ailələrin kompleks qiymətləndirilməsi.
Hazırda
heyvandarlıqda süni mayalama üsulundan geniş istifadə olunması hər bir
törədicidən minlərlə törəmələrin alınmasına zəmin yaradır. Lakin bu zaman
qaramal sürülərində genetik çatışmazlıqların və xəstəliklərə davamlılığın
azalması halları daha geniş vüsət alır və onların arealı çox genişlənir. Buna
görə də törədicilərdə müsbət və mənfi əlamətlərin vaxtmda aşkar edilməsi
məqsədilə onlarda məhsuldarlıq əlamətləri, xəstəliklərə davamlılığın, həssas
lığın, zərərli resessiv genlərin heteroziqot daşıyıcılığın olması dəqiqliklə
müəyyənləşdirilməlidir. Bunun üçün isə törədicilər və ailələr kompleks
üsullarla müayinə edilməli və qiymətləndirilməlidir. Kompleks sürətdə
müayinələrin aparılması anomaliyalara və
g e n e t i k
çatışmazlıqlara görə
steril, yüksək məhsuldar, xəstəliklərə davamlı və uzun müddətli təsərrüfat
yararlığına malik olan ailələrin formalaşmasına çox ciddi zəmin yaradır.
Davamlı heyvan cinslərinin seleksiyasının səmərəliliyinin artırılması üçün
yalnız rezistentliyı yüksək olan törədicilərdən və dişi fərdlərdon istifadə olun
malıdır. Sübut olunmuşdur ki, bu üsulla seleksiya işləri aparılan sülhlərdə
həssas
a t a
və analardan
i s t i f a d ə
olunan sürülərə nisbətən heyvanların
xəstəliklərə davamlılığı 30-50 dəfə yüksək olur.
398
|