12.4. Quşların xəstəliklərə davamlılığına görə seleksiyası
Toyuqların pulloroza (tip ) davamlılığa gora seleksiyası.
Quşçuluq təsər
rüfatlarına ən böyük iqtisadi zərəri Salmonella pullorum bakteriyaları tərə
findən törədilən pulloroz xəstəliyi verir. Pulloroz
- cavanlarda bağırsaqların
və parenxımatoz orqanların, yaşlı quşlarda isə yumurtalığın iltihabı ilə
xarakterlənir. Quşların pulloroza davamlı xətlərini yaratmaq üçün ən
səmərəli və əlverişli üsul təbii seleksiyaya üstünlük verilməsidir. Quşların
pulloroza davamlılığım artırmaq üçün onların yüksək temperaturda saxlan
ması istiqamətində maraqlı təcrübələr aparılmışdır. Bu məqsədlə 10 günlüyə
qədər bədən temperaturu 38,9°C olan cücələrin saxlandığı binada tempera
turun tədricən artırılması nəticəsində onların temperaturu 4 yaşlı toyuqlara
məxsus olan həddə (41-42°C) çatdırılmışdır. Bədən temperaturu həmin
həddə daha tez sürətlə çatan cücələr pullorozun törədicisi ilə süni olaraq
yoluxdurulduqda onlar temperaturu daha zəif sürətlə yüksələn fərdlərə nis
bətən pulloroza qarşı çox davamlılıq göstərmişlər. Alimlərin fikrincə, bunun
əsas səbəbi temperaturu çox sürətlə yüksələn orqanizmdə immunoqlobulın-
lərin çox sürətlə və dayanıqlı sintez olunmasıdır. Leqqorn cinsli toyuqlarda
bədən temperaturu rod-ayland cinslilərə nisbətən çox sürətlə yüksəlir və
onların pulloroza davamlılığı yüksək olur, Göründüyü kimi, pulloroz mühi
tin irsi davamlılığa təsirinin sübutu üçün ən xarakterik nümunədir. Müəyyən
edilmişdir ki, həyatının ilk günlərində 35°C temperaturda yetişdirilən cücələr
daha sağlam o.lur və az xəstələnir, 30ÜC temperaturda yetişdirilən cücələr isə
pulloroza çox davamsız olur.
Eymerioza (koksidioza)
davamlılığa
görə
toyuqların
seleksiyası. Toyuqla
rın eymcrioza davamlılığı daha geniş və ətraflı öyrənilmişdir. Bu məqsədlə
süni olaraq eymeriozun oositləri ilə yoluxdurulmuş cücələr üzərində lü
günlük müşahidə aparılaraq müəyyən edilmişdir ki, davamlı cücələr arasında
xəstələnmə 15%, həssas cinslərdə iso-72% olmuşdur. Başqa bir seleksiya
təcrübəsində 3 il müddətində eymeriozla xəstələnmə 62,1%-dən 14,1%-ə
qədər azalmışdır. Digər seleksiya təcrübəsində ağ leqqorn cinsli cücələri
Eymeriozun törədicisi Eymeriya tenella ilə süni yoluxdurduqda cücələr
arasında ölüm faizi 29-90%, orta hesabla isə 60,7% təşkil etmişdir. Lakin 3-4
illik seleksiyadan sonra həmin təcrübə təkrar olunduqda cücələr arasında
ölüm 22,1%-ə qədər azalmışdır. Toyuqların eymerioza davamlılığında
bədənin diri kütləsi çox mühüm əhəmiyyətə malikdir. Belə ki, davamlı cins
və xətlərin cücələrinin diri kütləsi (115q) həssaslara (94q) nisbətən xeyli artıq
olur. Orta diri kütləyə malik olan cücələrin yaşama müddətləri arasında
müsbət korrelyasiya (r=0,43) mövcuddur. Seleksiya prosesində qruplar
arasında xəstəliyə davamlılığın genetik dəyişkənliyi artdığı halda, qruplar
daxilində, əksinə, xeyli azalır, eymerioza davamlılığın növbələşmə əmsalı isə
- 0,28-ə bərabər olur.
Murek xəstəliyinə davamlılığa görə toyuqların seleksiyası.
Bu sahədə ən
maraqlı təcrübə 30 il ərzində F.Xatta və P.Kolle (1982) tərəfindən aparılmış
və müəyyən edilmişdir ki, Marek xəstəliyinə qarşı davamlı toyuq cinsləri
399
yetişdirmək üçün ən azı 3-4 nəslin alınması tələb olunur. Müəyyən edilmişdir
ki, 2,6,7,14 və B21 qrupu allellərinə malik olan toyuq cinsləri Marek
xəstəliyinə çox davamlı, əksinə, 1,3,5,13,15,19 genetik indikatorlar (marker-
lər) isə toyuqlarda yüksək həssaslığın yaranmasına səbəb olur.
12.5. Heyvanların etoloji (davranışına görə) seleksiyası
E to lo g iy a -o rq a n izm in
təkamül prosesi nəticəsində formalaşan irsi növ
əlamətləri və fərdi inkişaf zamanı qazanılan müxtəlif xarakterli davranış
reaksiyalarının məcmuundan ibarət olmaqla, əsasən reflekslərin iştirakı ilə
icra olunur. Bu prosesdə ən başlıca ekoloji-fizioloji amil adaptasiyanın
davranış formaları hesab edilir. Bütün heyvanlarda postembritonal dövrdə
adaptiv davranış forması biruzə verir. Məsələn, məməlilərin balası doğulan
kimi ilk əvvəl ayağa qalxmağa, hərəkət etməyə, ən əsası isə öz anasını
əmməyə başlayır və ona nail olur. Quşlarm balalalrı da yumurtadan çıxan
zaman dərhal ağızlarım açaraq analarından yem gözləyir. Postembrional
inkişaf dövründə heyvanlarda şərti reflekslər və xarici mühit amillərinin
təsirinə uyğunlaşma-adaptasiya davranışları formalaşır və ctologiya vərdiş
lərinin yaranmasına zəmin yaranır. Uzaq məsafəyə uçan quşlar (durnalar və
s.) soyuğa (aşağı temperatura), yaxın məsafəyə miqrasiya edən quşlar isə is
tiyə (yüksək temperatura) adaptasiya olunur.
A d a p ta s iy a -
orqanizmlərin mövcud mühit şəraitinə uyğunlaşması və
özünün ontogenetik təkamülündə dayanıqlı, stabil inkişafını təmin etməsin
dən ibarət olan mürəkkəb bir prosesdir. Müasir fiziologiyanın və genetika
nın ən aktual problemlərindən biri orqanizmin adaptasiyasının fizioloji me
xanizminin aşkarlanmasıdır. Müasir son təsnifata əsasən anadangəlmə irsi
və fərdi inkişaf prosesində yaranan adaptiv davranış formaları 3 əsas qrupa
bölünür.
B irin ci qru pa
postnatal inkişaf mərhələsində yarana fərdi adap
tasiyalar (şərti reflekslərin, hormonal və fermentativ və toxuma proseslərinin
formalaşması və s.) aiddir. Həmin adaptiv forma geri dönən proses sayılır.
İk in c i qrup
- irsi möhkəmlənmiş növ uyğunlaşmasından ibarət olub
mütləq genetik xarakter daşıyır. Onlar orqanizmlərin möhkəmlənmiş sinir
sistemi və genetik sabitliyinin və ontogenez zamanı yaranan morfoloji
dəyişkənlik zəminində formalaşır və bu prosesdə müxtəlif orqanlar və üzvlər
sistemi iştirak edir. Məməlilərin yeni doğulmuş körpələrə xüsusi qayğı gös
tərməsi (doğulan kimi balalarının dərisini yalaması, təmizləməsi, əmiz-
dirməsi), quşlarm balalarını yemləməsi və s. buna xarakterik misaldır. Hə
min genetik davranışlar irsi olaraq proqramlaşdırılmış reflcktor aktlar və
mürəkkəb hormonal münasibətlər formasında ixtisaslaşmaqla, hətta
taksonomik cəhətdən çox yaxın olan növlərdə belə bir - birindən olduqca
fərqlənir.
Üçiincü qrup
- populyasiya adaptasiyalarından ibarət olub, onun kon
kret xarici mühit şəraitində formalaşması
prosesi
zamanı yaranır və müxtəlif
400
yaşayış şəraitlərində həmin növün davranışını xarakterizə edir. Populyasiya
davranışı öz genetik quruluşuna görə çox mürəkkəbdir. Bu adaptasiya növü
çox ciddi genetik xarakter daşıyır və təbii seçmə (bəzən isə süni seçmə) ilə
əlaqədar olur. Ontogenezin prenatal və postnatal dövrlərində və impritinq
(məməlilərdə və quşlarda erkən postnatal dövrdə yaranan reaksiyalar)
hadisəsi zamanı genetik adaptasiyanı və mühitin təsirini, görünüşünü əks
etdirir. İmpritinq
hadisəsini ilk dəfə quşlarda və məməlilərdə Lorens (1937)
öyrənmişdir. Heyvanların inkişafının təkamülü baxımından orqanizmin
tənzimləyici sistemlərlə əlaqədar olaraq hüceyrə, toxuma, orqan, orqanlar
sistemi və orqanizm
səviyyəli adaptasiyalar ayırd edilir. Anadangəlmə irsi
adaptasiya həm də instinkt
adlanır. İnstinkt-
davranışın genetik olaraq
formalaşan və orqanizmin yaşayış mühiti, şəraiti və tərzi ilə heç bir əlaqəsi
olmayan və ontogcncz zamanı təkmilləşən formasıdır. Məməli heyvanların
balaları doğulan kimi xarici mühitlə heç bır əlaqəsi olmayan anda analarım
əmməyə başlaması instinktin əyani növüdür. Ana südü ilə qidalanan
küçüklər yalnız 20-21 gündən sonra ət yeməyə başlayır, qağayılar və bəzi
başqa quşlar, tülkülər, eləcədə digər heyvan növləri də müxtəlif formalı
instinktlər nümayiş etdirirlər
(
şəkil 63, 64,65).
ilər bir heyvan növünün
yemə qarşı şərti-reflektor ağız suyu ifraz etməsi üçün müəyyən məsafə tələb
olunur:
it üçün 3 metr
meymun üçün 4 metr
tülkü üçün 2,5-3 metr
kirpi üçün
10 sm-o qədər.
Bu instinktlərin hamısı genetik olaraq nəsildən nəsilə keçir. Heyvanların
bütün müxtəlif xarici davarış reaksiyaları mərkəzi sinir sisteminin birbaşa
funksional əlaqəsi ilə baş verir və daimi olaraq onun nəzarəti altında
çaxlanılır. btologiyanın əsas və vacib məsələlərinin elmi əsasları ilk dələ
Ç.Darvin tərəfindən öyrənilmişdir. O, instinktlərə, davranışlara, təbii və süni
seçməyə çox böyük əhəmiyyət vermişdir. Uzun müddətli təkamül prosesi
zamanı xarici mühitin təsiri altında heyvanlarda xarakterik əlamət və
reaksiyalar formalaşaraq nəsildən-nəsilə keçmişdir. Məsələn, yırtıcı vəhşi
heyvanların (canavar, pələng, ayı, jenot, giena və s.) qida məqsədilə
heyvanlara hücum edərək onları parçalaması, erkək dağ keçi və qoyun-
larının-arxarların dişi fərdləri qoruması, mühafizə etməsi, onlara keşik çək
məsi, yaşlı atların körpə dayçaları dairəyə alaraq canavarların hücumundan
qoruması və s. davranış reaksiyalarının xarakterik nümunəsidir.
Ev heyvanlarının davranış reaksiyaları təkamül prosesi zamanı uzun
müddətli əhliləşdirmə nəticəsində yaranmış və formalaşmışdır. E.A.Boqda-
nov və A.N.Seversevə görə ev heyvanlarının əhliləşdirilməsi və tam keyfiy
yətli yemlərlə təmin olunması və müvafiq saxlama, bəsləmə şəraitinin yara
dılması zamanı onların səmərəli təsərrüfat keyfiyyətləri dəyişilmiş, möhkəm
lənmiş və nəsildən-nəsilə keçmişdir. Heyvanlarda davranış reaksiyaları müx
təlif amillər tərəfindən törəndiyi üçün onlar bəzi qruplara təsnif olunur
(sxem
S). Bu zaman növdaxilı fərdlərin öz aralarındakı bir-birinə olan mü-
401
nasibəti, davranış reaksiyalarının forması və insan üçün onların noslə verilən
səmərəli təsərrüfat keyfiyyətləri nəzərə alınır. Heyvanlar arasındakı
növdaxili münasibətlər müxtəlif şərtsiz reflekslər kompleksi (qida, müdafiə,
cinsiyyət və s.) ilə təyin olunur.
H e y v a n la rın d a x ili
re a k s iy a la rı
Şərtsiz
reflek slər
Q id a
M ü d a fiə
Ə m m ə
T əm sil e tm ə
C in siy y ət
O y n a m a q
(rəqs etmək)
A n alıq
Q o ru m a q
(keçik
O x ş a tm a
Y o x la m a q
(bənzətmə)
(araşdırmaq)
M ə ra sim ə
h a z ırla ş m a
(ritualizasiya)
Y en ilik
a x ta r m a q
D o m in a n tlıq
İn s a n üçün h e y v a n la rın xeyirli
k ey fiy y ətlərin in növbələşm əsi
ilə ə la q ə d a r o la n re a k s iy a la r
İn ək lərin
cinsi və
m əh su ld arlığ ı
Q o y u n la rın
tipi və
m ə h su ld arlığ ı
A li sin ir
fəaliyyətinin
tipi
T ə b ii
d av am lıiıq -
rezisten tlik
Q u ş la rın cinsi,
y u m u r ta və ə t
Ç o x lu b a la
m ə h s u ld a rlığ ı
v erm ə
Sxem
8.
Heyvanların davranış reaksiyalarının
tə s n ifa tı (A .A .S is o y e v , 1 9 8 0 )
402
Heyvanlarda irsiyyətin növbəloşməsı ilə əlaqədar olan insan üçün xeyirli, sərfəli
təsərrüfat keyfiyyətlərinin (xəstəliklərə təbii davamlılıq, uzun müddət və çoxlu
balavermə, yüksək ət və süd məhsuldarlığı, doğulan balaların sağlam və iri ol
ması, yelinin və əmcəklərin forması və s.) möhkəmlənməsi və dayanıqlı olması
üçün sinir sisteminin roluna, tipinə, onun təkmilləşməsinə çox böyük və önəmli
yer verilir. Məqsədyönlü seçmə yolu ilə kompleks xarakterik davranış reaksiya
larına malik olan heyvan cinsləri yaradılmaqla, bu sahədə fundamental tədqiqat
ların aparılması davam etdirilir. Heyvan növünün sonrakı törəmələrində və
xətlərində səmərəli təsərrüfat keyfiyyətlərini möhkəmləndirmək və dayanıqlı
məcraya yönəltmək üçün ontogenetik inkişafın müxtəlif dövrlərində normal
inkişafın təmin olunması məqsədilə aparılan seleksiya işləri zamanı tam keyfiyyətli,
rasional, balanslaşdınlmış yemləmə, saxlanma şəraitinə və sanitar-zoogigiyeniki
şərtlərə riayət olunması çox böyük əhəmiyyət kəsb edir. Heyvanlann davranış
normaları neyro-humoral yolla tənzimlənsə də bu proses ali sinir fəaliyyətinin
genetik olaraq tamamilə nəzarəti altında icra olunur. Ali sinir fəaliyyətinin əsasını
isə heyvanlarda müşahidə olunan oyanma və ləngimə prosesləri təşkil edir.
O y a n m a -s in k
lifinin əsas xassələrindən biri olmaqla, müxtəlif qıcıq
amillərinin təsir göstərdiyi yerdə əmələ gəlir, müəyyən qanunauyğunluq və
müvafiq qayda üzrə fizioloji fasiləsizlik, oyanmanın iki tərəfli və təcrid-
izolyasiya olunmuş formada nəql olunması və sinir lilləri ilə yayılır.
L ən gim ə
- xarici (cksteroreseptorlar) və daxili (interoreseptorlar) rcscp-
torların qıcıqlanması nəticəsində yaranmaqla, bir refleksin başqa retlekslə
əvəz, olunmasından ibarətdir. Oyanma və ləngimə bir-biri ilə dialektik funk
sional əlaqədə olan fəal fizioloji proseslərdir. Heyvanların irsi olanıq malik
olduqları və ontogenez zamanı yaşayış tərzində qazandıqları oyanma və
ləngimə proseslərinin xüsusiyyətlərinin məcmuu
sinir tip i
adlanır, davranış
reaksiyalarını tənzimləyir, icra edir və formalaşdırır.
S in ir tipinin
əsas
xüsusiyyətləri refleksin əmələ gəlmə sürəti, şərti refiekslərin böyüklüyü və
möhkəmliyi, daxili və xarici ləngimənin intensivliyi, irradiasiyanm (mərkəzi
sinir sisteminə gələn ımpulsları özündən yuxarıda və aşağıda yerləşən ney-
ronlara paylanması) və beyin qabığında impulsların (qıcıqlanmaların)
konsentrasiyası ilə əlaqədar formada mövcud olur. İ.P.Pavlov itlər üzərində
ali sinir fəaliyyətinin xüsusiyyətini öyrənərkən uzun illər apardığı təcrübələrə
istinad edərək heyvanları aşağıdakı əsas əlamətlərinə görə təsnif etmişdir:
- Oyanma və ləngimə proseslərinin gücü (iş qabiliyyəti);
- Müvazinətlilik bir prosesin digərini əvəz etmə sürəti.
Qeyd edilən parametrlərə görə
İ .P .P a vlo v
heyvanları 4 ali sinir fəaliyyəti
tip im -g ü c lü m ü v a zin ə tli (özü n ii ələ ala b ilm ə yən ), g ü clii m üvazinətli-
h ərəkətli, gü clü -m ü va zin ətli inert (ö lg ü n ) və z z if-tə s n if etm işdir.
Vaxtilə
H ip p o k ra t insanları k o m p lek s davran ış (ə x la q i) rea k siya la rın a g ö rə 4
tem p era m en tə bölm ü şdü r: x o lerik (ö zü n ü sa x la y a b ilm ə y ə n ),
sanqvinik
( h ə rə k ə tli), fle q m a tik (in ert,
süst, ö lg ü n ) və m elu n xolik (z ə if ).
Hər iki
təsnifata dair məlumatlar
dərsliyin
sonundakı rəngli tabloda müfəssəl şəhr
olunub. Heyvanların
sinir tipləri təyin
olunarkən əsas meyar kimi şərti reficks-
lərin yaranma sürəti qəbul edilir. Şərti reflcks nə qədər tez bərqərar olunarsa.
403
yaxud başqa daha güclü serotipli reflekslə əvəz olunarsa heyvan daha güclü sinir
tipinə aid edilir. Heyvanların əksəriyyəti əsasən güclü, az miqdan (12-20%) isə zəif
sinir tipinə malikdir. Təsərrüfat əhəmiyyətinə görə güclü sinir tipinə malik olan
heyvanlar daha səmərəlidir. Çünki onlar cəld, çevik cavab reaksiyası verməsinə,
yemləri yaxşı qəbul etməsinə və yüksək ət, süd, balavermə, yun məhsuldarlığına
görə çox səmərəli və əlverişli hesab olunur. Zəif sinir tipinə malik olan heyvanlar
isə həmin keyfiyyətlər nəzərə çarpacaq dərəcədə fərqli olur. Sxemdə göstərilən
davranış reaksiyalanndan başqa heyvanlarda həzm (ağız suyu, mədə şirəsi,
mədəaltı vəzi şirəsi, bağırsaqların peristaltikası və s.), orientasiya (qulağını
şəkləmək, başım
və gözünü
çevirmək, burun dəliklənni genişləndirmək və s.). səs
reaksiyalan (səs çıxarmaq, mələmək, hürmək, ulamaq və s.) və tonik reaksiyalar
(ayağa durmaq, dayanmaq, yatmaq və s.) da mövcuddur. Davranış reaksiya
larının yaranması
və
formalaşmasında həmçinin rombvari (uzunsov) beyindən
çıxan 12 cüt baş beyin sinirlərinin (qoxu, görmə, gözü hərəkət etdirən, blok, üçlü,
aparıcı, üz, eşitmə, dil udlaq, azan, əlavə və dilaltı sinir) çox böyük rol oynayır.
Onların innervasiya və impulslan yaymaq qabiliyyəti geniş diapozona malik
olmaqla, analizatorlann fəaliyyətinin icra olunması və tənzimlənməsi prosesində
və davranış reaksiyalarında xüsusi rol oynayır. Orqanizmin xarici mühiti və onun
təsirlərini hiss etməsi 5 əsas hiss üzvlərinin (görmə, duyma-taktil, eşitmə, qoxu
bilmə və hiss etmə) vasitəsilə həyata keçirilir. Onlann hər biri üçün ayn-ayn
orqanlar və mərkəzi sinir sisteminin müvafiq şöbələri fizioloji funksiyaları yerinə
yetirir. Qeyd olunan hiss üzvlərindən əlavə kəllə sümüyünün dərinliyində qulağın
azacıq aşağı hissəsinə yaxın yerləşən
vestibulyar aparat
çox mühüm funksiyaları-
dayaq və müvazinətin təmin olunmasını icra edir, nəzarətdə saxlayır və
tənzimləyir.
Şəkil 63.
Ev iti küçüyünün ətə qarşı verdiyi hərəkət reaksiyası (Usdavini,
1958); yuxarıda-doğulduqdan 1 gün sonra, ortada-2-ci gün, aşağıda - 21-ci gün.
404
Şəkil 64.
Qağayıların davranış formaları (Tunbergen, 1965).
I- u zu n m ü d d ə tli səsli ça ğ ırış və h ə r ə k ə t;
II- V-retual çağırışı və göriişü;
VI-
təhliikə hissi
,
VII-
inamsızlıq;
VIII-
qorxu hissi
Şəkil 65.
Qırmızı tülkülərin tipik davranış formaları (Tembrock, 1964).
/ -
hücum etmək;
II- passiv-mühafizə reaksiyası (qaçmağa cəhd etmək);
III- hərəkət fəallığının tamamilə tormozlanması;
IV- arxadan dişləməyə qarşı müdafiə reaksiyası;
V-
çiynini əyərək hücum etmək;
VI- tabe olmaq davranışı
405
Heyvanların etologiyasına görə seleksiyası zamanı onların fərdi davar-
mşma xüsusi önəm verilir. Müəyyən olunmuşdur ki, heyvanların davranışı
həm genetik, həm də xarici mühit amillərinin təsiri nəticəsində yaranır və
formalaşır. Müxtəlif genotipli heyvanlar sənaye və kompleks texnologiya şə
raitində saxlandıqda və yetişdirildikdə onların həmin mühitə adaptasiya
olunması və cavab reaksiyası eyni olmur. Heyvanların sinir tipi ilə ətraf
mühitə uyğunlaşma - adaptasiya olunma dərəcəsi arasında yüksək korrelya
siya vardır. Stress reaksiyalarına orta və yüksək davamlılıq göstərən inəklər
də süd məhsuldarlığı yüksək olmaqla, onlar maşınla sağıma daha tez və sü
rətlə uyğunlaşır. Qoyunlarda da davranış tipinin genetik olaraq baş verməsi
alimlər tərəfindən geniş və ətraflı öyrənilmişdir. Ana qoyunların və onların
dişi törəmələrinin davranış tipi arasında müsbət korrelyativ əlaqə mövcud
dur. Sakit sinir tipinə malik olan ana qoyunlar həm yüksək məhsuldarlığa
malik olur, həm də xəstəliklərə və stress amillərinə qarşı çox davamlılıq
göstərir. Akademik D.K. Belyayevin rəhbərliyi ilə gümüşü-qara tülkülər
üzərində çox maraqlı və uzunmüddətli bir təcrübə aparılmışdır. Həmin
təcrübənin əsas məqsədi tülkülərin insanlara qarşı sakit və coşqun (aqressiv)
davranış nümayiş etdirməsinin öyrənilməsindən ibarət olmuş və alınan
nəticələr ballarla (1-4) qiymətləndirilmişdir. Tülkülərin birinci valideyn
populyasiyasının davranışı -- 0.96 balla qiymətləndirildiyi halda, 18-ci nəslin
fərdləri seçmə nəticəsində insana qarşı həddindən artıq sakit davranış tipi
nümayiş etdirərək orta hesabla + 2,4 bala layiq görülmüşdür. Aqressivlıyə
görə seçmə aparılarkən insana qarşı aqressivlik FV orta hesabla - 2,2 balla
qiymətləndirilmişdir. Göründüyü kimi, seleksiya yolu ilə sakit sinir tipi olan
heyvanlar sonrakı nəsillərdə daha da mülayim olur, aqressiv tiplilərində isə
davranışı kəskin surətdə dəyişilir. Bu isə öz növbəsində heyvanların
yetişdirilməsi zamanı xüsusi əhəmiyyət kəsb edir və məhsuldarlığın
artmasına çox böyük zəmin yaradır.
Rezistentliyin artırılması üçün dolayı seleksiyanın aparılması.
I Ieyvan və
quşların xəstəliklərə davamlılığını təyin etmək məqsədilə onların yoluxucu
agentlərlə (patogen virus, mikroorqanizmlər, helmintlər, parazillər. onların
sürfələri və s.) eksperimental olaraq yoluxdurulması hazırda o qədər də
əlverişli və partativ üsul sayılmır. Bunu nəzərə alaraq, hazırda heyvan və
quşların xəstəliklərə davamlılığını artırmaq üçün genetik və biokimyəvi mar-
kerlərdən dolayı yolla aparılan seleksiya işlərində geniş istifadə olunur. Bu
zaman istifadə olunan maı kerlər aşağıdakı tələbləri ödəməlidir:
Xəstəliyə qarşı rezistentliyə görə yüksək korrelyasiyaya malik
olmalıdır;
- Yüksək növbələşmə və təkrarlanma xassəsinə malik olmalıdır;
- Heyvanların rezistentliyinin cavan yaşlarda baş verməsinin aşkar
olunması.
Quşların Marek xəstəliyinə qarşı davamlılığı və həssaslığı arasındakı
korrelyasiya qan qrupu sisteminin B-! və bB,9B antigenləri tərəfindən tən
zimlənir. Həmin halotan testi ilə bəm də donuzların yaman keyfiyyətli
hipertermiyaya qarşı həssaslıq dərəcəsi də təyin olunur. Bəzi alimlərin
406
fikrincə, S.Pullorum ilə yoluxmuş cücələrin arasında ölüm faizi B' allelinə
görə homoziqotluq ilə əlaqədardır. Belə ki, bu allelə görə homoziqot fərdlər
B>B2 yaxud B 'B 19 nisbətən az antitellər sintez edir. Hereford cinsli
qaram allarda gözün və göz qapaqlarının xərçənginə qarşı davamlılığının
əsas indikatoru gözün ətrafındakı piqmentasiya hesab edilir. Belə ki, intensiv
Günəş radiasiyasına məruz qalan heyvanların gözünün ətrafında və göz
qapaqlarında piqmentasiya olan fərdlərı xərçənglə az hallarda xəstələnir.
Piqmentasiyaya görə genetik davamlılığı, yaxud həssaslığı əsasən 3 aylıq
yaşında olan heyvanlarda aşkarlamaq daha asan olur. Hereford cinsli
qaramalların gözlərinin ətrafında xarakterik piqment dairəsinin olmasına
görə seleksiya olunması daha səmərəli nəticə verir. Əgər 4 yaşından sonra
hər iki valideyn göz xərçənginə tutulmursa, onların törəmələri xəstə
valideynlərin törəmələrinə nisbətən xərçənglə 3 dəfə az xəstələnir. Bakterial
infeksiyalara qarşı əsasən aşağıdakı davamlılıq markerləri nəzərə almır:
Dostları ilə paylaş: |